"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

 
19 
daha  yüksək  keyfiyyətə  malik  olmalıdırlar,  bu  səbəbdən  onları  xüsusi  formatda  (RAW,  JPEG) 
mühafizə etmək lazımdır. Skanerdən əldə edilmiş təsvirlərin həlli adətən 200-2400 dpi olmalıdır, 
çünki bundan yüksək həllə ehtiyac yoxdur. Əgər skanerdən götürülmüş təsvirin həlli daha yuxarı 
olarsa,  bu  onun  ölçüsünün  əhəmiyyətsiz  dərəcədə  artmasına  səbəb  olur  və  heç  bir  praktik  fayda 
vermir.  Skanerdən  əldə  edilmiş  ağ-qara  sənədlər  adətən    TİFF  və  GİF  formatlarında,  rəngli 
sənədlər  isə  JPEG  yaxud  GİF  formatlarında  mühafizə  edilirlər.  Son  zamanlar  PDF  və  DJVU 
formatlarına üstünlük verilir, çünki bu formatlar skanerdən əldə edilmiş sənədləri daha keyfiyyətli 
saxlamaqla  yanaşı  sənədlərin  internet  vasitəsilə  ötürülməsi  üçün  daha  əlverişlidirlər.  Lakin  qeyd 
etmək lazımdır ki, PDF vektor formatına aiddir və bu səbəbdən həm qrafiki, həm bir sıra başqa 
cəhətlərdən dəfələrlə daha geniş imkanlara malikdir. Printerdə təsviri çap edərkən printer həllini 
1200 dpi seçmək daha əlverişlidir, çünki belə həlldə təsvirdəki xırda keçidlər və çatışmamazlıqlar 
gözə çarpan olmur. 
  3. Vektor qrafikasının xüsusiyyətləri və növləri. Vektorlaşdırma anlayışı. 
  Vektor  qrafikasında  təsvirin  qurulması  üçün  sadə  həndəsi  fiqurlar–xətlər,  nöqtələr, 
çoxbucaqlılar–istifadə olunur. Sadə və mürəkkəb şəkillərin yaradılması üçün vektor qrafikası əvəz 
olunmazdır,  bu  qrafika  miqyaslaşdırma  zamanı  keyfiyyətini  itirmir.  Vektor  qrafikasının  bir  çox 
formatına  Unicode  kodlaşdırılmalı  mətnləri  yerləşdirib  sonradan  import  etmək  olur.  Vektor 
qrafikası  ofis  əlavələrində  diaqramların,  sxemlərin,  çertyojların  hazırlanmasında  geniş  istifadə 
olunur. 
  Rastr  təsvirin  vektor  qrafikasına  çevrilməsi  prosesi  vektorlaşdırma  adlanır.  Rast  təsvirin 
vektorlaşdırması  prosesi  mürəkkəb  bir  proses  olduğu  üçün  avtomatik  aparıla  bilməz.  Burada 
vektorlaşdırılan  rastr  təsvirin  xətləri  çox  aydın  olmalı  və  qradiyent  boya  olmamalıdır,  bir  sözlə 
desək, rastr təsvir çertyoj səviyyəsində olmalıdır. Vektorlaşdırma zamanı  faylın  ölçüsü dəfələrlə 
artmış  olur  və  hətta  müvəffəqiyyətlə  nəticələnməyə  də  bilər.  Vektor  qrafiki  formatlarına 
aşağıdakılar aiddir: 
  a) EMF (Enhanced Metafile, yəni genişlənmiş metafayl) 
  b) WMF (Windows Metafile) 
  c) SVG (Scalable Vector Graphics) 
  İlk iki format kifayət qədər sadə vektor formatlardır və bu formatlarda ofis əlavələrin əsas 
elementləri olan Bezye əyrilərini, düyün nöqtələrini saxlamaq olur. EMF formatı həm vektor, həm 
rastr informasiyasını bir faylda saxlaya bilir və bir qədər köhnəlmiş hesab olunan WMF formatı ilə 
müqayisədə bir sıra üstünlüklərə malikdir, lakin buna baxmayaraq bir çox proqram məhsulları bu 
müasir  formatı  hələ  ki  dəstəkləmirlər.  Miqyaslaşdırılan  SVG  formatı  isə  həm  adi,  həm  də 
animasiyalı  vektor  qrafikasında  geniş  istifadə  olunur.  WMF  formatı  MS  Office  tipli  ofis 
proqramlarında geniş istifadə olunur. Bir misal olaraq demək olar ki, 97-ci ildən indiyədək ClipArt 
qalereyası məhz WMF formatında saxlanılır. Yəni bütün avtofiqurlar, oxlar, bayraqcıqlar, əyrilər, 
hətta belə məşhur Word Art yazıları məhz WMF formatında istifadəçinin nəzərinə çatdırılır. 
 
 
4. Skanerin vəzifəsi, skan etmə metodikası və əsas parametrləri. 


 
20 
  Skaner  obyektin  təsvirini  rəqəmsal  formaya  çevirən  elektron  qurğudur.  Skanerin 
parametrləri rəqəmsal şəkildə əldə edilmiş təsvirin keyfiyyətini müəyyən edirlər. 
 
Əvvəlcə  skanerin  quruluşu  və  iş  prinsipi  ilə  tanış  olaq.  Çoxlarının  gördüyü  və  işlətdiyi 
skanerlər planşet skanerlər adlanır, bunlar kserokopiya aparatına oxşayırlar. Kserokopiya sənədin 
surətini  kağız  üzərinə  köçürür,  skaner  isə  elektron  formada  kompüterin  yaddaşına  köcürür. 
Skanerin  əsas  hissəsi  işıq  lampasından,  optik  güzgü  sistemindən  və  fotoelementlərdən  təşkil 
olunmuş  blokdan  ibarətdir.  Skanerin  qapağını  qaldıranda  şüşə  görürük,  şüşənin  altında  hərəkət 
edən başlıq yerləşir. Skan etmək istədiyimizi üzü aşağı qoyuruq və qapağı bağlayırıq. Ya skanerin 
üzərində  olan  düyməni,  ya  da  kompüterdə  proqram  təminatı  varsa  müvafiq  düyməni  vurmaqla 
skan prosesi başlayır. Skan prosesində qapağı qaldırmaq olmaz. Şüşənin altındakı başlıq hərəkət 
edir  və  lampanın  şüası  sənədin  üzərinə  düşməklə  güzgü  sistemindən  və  fotoelementlərdən  keçir, 
elektrik  yükü  vasitəsilə  mətnin  və  ya  qrafikanın  analoq  təsviri  yaranır,  sonra  analoq  məlumat 
rəqəmli məlumata çevrilir və kompüterə  göndərilmək üçün hazırlanır. Kompüterdə olan proqram 
təminatından asılı  olaraq skan etdiyimiz sənədi  bmp,  pdf, jpg, tif və  s.  formatlarda  yaddaşa verə 
bilərik. 
İndi skanerin bir neçə başqa növləri ilə tanış olaq. 
Sənəd  skaner.  Sənəd-skanerlərdə  əlavə  kağızötürücü  hissə  olur,  çoxlu  kağız  qoyulur  və 
sənədlər avtomatik dalbadal skan olur. Bu skanerlər sürətli işləyirlər. 
 


 
21 
Kitab  skaner.  Kitab-skanerlər  kitab,  jurnal,  qədim  materiallar,  xəritələr,  çertyojlar  üçün 
istifadə olunur. Bu skanerlərdə kölgələr düşmür və xüsusi işıqlandırmaya ehtiyac yoxdur. Bu cür 
texnologiya vasitəsilə “işıqdan qorxan ” köhnə sənədləri skan etmək olur. 
 
Rulon skaner. Adından göründüyü kimi uzun kağızları skan etmək üçündür. 
 
Barkod  skaner.  Bizim  dildə  ştrix-kod  skaner  deyilir,  ticarətdə  istifadə  olunur.  Ştrix-kod 
müəyyən  məlumatları  ağ-qara  zolaqlar  şəklində  özündə  saxlayır  və  əmtəə  malın  üzərinə 
yapışdırılır. Ştrix-kod skaner vasitəsilə bu məlumatlar kompüterə və ya kassa aparatına ötürülür. 
Bu skanerlərin əl ilə daşınan və hərəkətsiz növləri olur. 
       
        
 
      
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə