"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

 
28 
imkan yaranır. 
Saxlanan  təsvir  yüksək  bədii  tərtibat  üçün  nəzərdə  tutulan  fotoqrafiya  olarsa,  şəklin 
mümkün olan qədər dəqiq görünməsindən ötrü heç bir itkidən söhbət getməməlidir. 
Əgər təsvir təbrik açıqcasinda yerləşdiriləcəksə, ilkin informasiyanın bir hissəsinin itməsi 
böyük  əhəmiyyət  daşımayacaq.  Hər  bir  təsvir  üçün  daha  münasib  itki  səviyyəsini  eksperiment 
yolu ilə müəyyən etmək olar. 
Rastr fayl formatları üçün istifadə edilən sıxma üsulları aşağıdakı cədvəldə göstərilmişdir: 
Rastr qrafik fayl formatları 
 
 
 
 
 
 
 
 
 
FORMATIN ADI 
FAYLLARI  AÇA  BİLƏN  PROQRAMLARIN 
ADI 
SIXMA 
BMP 
Windows 
Device 
Independent 
Bitmap 
Rastr  qrafikasından  istifadə  edən  bütün         
Windows proqramlar 
RLE (istəyə görə) 
PCX 
Z-Soft 
PaintBrush 
PC  platformasi  üçün  hazırlanan  bütün    grafik 
əlavələrin  demək olar ki, hamısı 
RLE (həmişə) 
GIF  Grapic  Inter-
change Format 
Rastr      qrafikası      redaktorlarının  əksəriyyəti,   
stolüstü      nəşriyyat  sistemləri      və      rastr   
obyektləri himayə edən vektor redaktorlar 
LZW (həmişə) 
TIFF  Tagget  Image 
File Format 
Rastr  qrafika  redaktorlarının  əksəriyyəti,   
stolüstü  nəşriyyat  sistemləri,  rastr  təsvirləri 
himayə edən vektor qrafikası redaktorları 
LZW (istəyə görə) 
və digərləri 
TGA 
TrueVision 
Targa 
Rastr  qrafikası redaktorları və rastr   obyektləri   
himayə   edən vektor qrafikası redaktorları 
RLE (istəyə görə) 
IMG Digital 
Research  
GEM Bitmap 
Bir  sıra  stolüstü  nəşriyyat  sistemləri  və   
Windows   qrafik redakorlar 
RLE (həmişə) 
JPEG Joint 
Photograpic  Expers 
Group 
Rastr  qrafika  redaktorları,  rastr  obyektlərı 
himayə edən vektor qrafika redaktorları 
JPEG (sıxma dərə-
cəsini seçmək olar) 


 
29 
MÖVZU  5:  TƏSVİRLƏRİN  STANDART  FORMATLARDA  VƏ  GRAFİK 
REDAKTORLARIN MƏXSUSİ FORMATLARINDA SAXLANMASI 
 
Plan: 
1.
 
Fayllarin rastr formatdan vektor formata çevrilməsi 
2.
 
Fayllarin vektor formatdan rastr formata çevrilməsi 
 
Adətən  grafik  redaktorlar  təsvirləri  xarici  yaddaş  qurğusunda  saxlamaq  üçün  özlərinin 
məxsusi formatlarından istifadə edirlər. 
Konkret qrafik əlavənin (proqramın) faylları saxlamaq üçün istifadə etdiyi xüsusi və daha 
səmərəli  formata  məxsusi  fayl'  formatı  deyilir:  Məsələn,  CorelRDAW  üçün  -  CDR,  Adobe 
Photoshop  üçün  -  PSD,  Fractal  Design  Painter  üçün  -  RIFF,  Paint  (standart  Windows  program) 
üçün - BMP məxsusi formatlardır. 
Müxtəlif qrafik əlavələr üçün nəzərdə tutulan ümumi formata standart qrafik formatdeyilir. 
Faylı xarici yaddaşda saxlayarkən faylın formatı mütləq göstərilməlidir. 
CorelRDAW proqramında istifadə edilən Export (3KcnopT-Eksport) dialoq pəncərəsi şəkil 
24-də göstərilən kimidir. 
Hər  bir  standart  qrafik  format  üçün  əlavə  dialoq  pəncərəsi  açılır.  İstifadəçi  əlavə 
pəncərədən istifadə etməklə seçilən formatın parametrlərini (istifadə edilən rənglərin sayını, BMP 
və TIFF formatları üçün sıxma zərurətini, JPEG formatı üçün sıxma əmsalını və s.) müəyyən edə 
bilir. 
FAYLIN FORMATININ DƏYİŞDİRİLMƏSİ 
Qrafik  faylların  formatının  dəyişdirilməsinə  zərurət  müxtəlif  səbəblərdən  yarana  bilər. 
Məsələn,  istifadəçi  işlədiyi  proqram  faylın  formatını  qəbul  etməyə  bilər  və  ya  digər  istifadəçiyə 
təgdim  edilməli  olan  məlumatlarin  xüsusi  formatda  təqdim  edilməsi  lazım  ola  bilər.  Belə  hallar 
müşahidə ediləndə qrafik faylın formatını dəyişmək zərurəti yaranır. 
FAYLLARIN RASTR FORMATDAN VEKTOR FORMATA ÇEVRİLMƏSİ 
Faylın rastr formatdan vektor formata dəyişdirilməsinin iki üsulu mövcuddur: 
• rastr faylın vektor təsvirin rastr obyektinə çevrilməsi 
•vektor obyekt yaratmaq üçün rastr obyektin trassirovkası (çevrilməsi). 
Birinci  üsuldan  CorelRDAW  programında  istifadə  edilir.  Bu  programla  müxtəlif  rastr 
fayllar asanlıqla import edilir. Məsələn, CorelRDAW proqramına import edilən 16 milyon rəngə 
malik olan şəkil kifayət  qədər  yüksık keyfiyyətlə görünür. Lakin nəzərə almaq lazımdır ki, ilkin 
fayl çox da böyük olmasa belə, import edilən rastr obyekt kifayət qədər böyük yer tuta bilər. Buna 
əsas səbəb odur ki, vektor formatlar grafik məlumatları sıxa bilmir. 
Rastr təsviri vektor təsvirə çevirmək üçün istifadə ediıən ikinci üsulun mahiyyəti aşağıdakı 
kimidir.Rastr  təsviri  trassirovka  edən  program  (məsələn,  CorelTRACE)  təsvirdəki  eyni  rəngə 
malik  olan  piksellər  qruplarını  tapır,  sonra  da  həmin  gruplara  uyğun  gələn  vektor  obyektlər 
yaradır. Trassirovkadan sonra vektorlaşmış təsviri ixtiyari qaydada redaktə etmək olar. 
Aşağıda,  vektor  təsvirə  yaxşı  çevrilən  rastr  obyekt  göstərilmişdir.Təsvirdə  yeni  rəngli 


 
30 
piksellər qrupu arasında dəqig sərhədd olduğuna görə belə rastr təsvir vektor təsvirə rahat çevrilir. 
Nəzərə  almaq  lazımdır  ki,  mürəkkəb  rəng  keçidləri  olan  fotoqrafiya  keyfiyyətinə  malik 
təsvir trassirovka ediləndə nəticə orjinaldan xeyli pis görünür. 
FAYLLARIN  BİR  VEKTOR  FORMATDAN  DİGƏR  VEKTOR  FORMATA 
ÇEVRİLMƏSİ 
Vektor  formatlarda  xətlərin,  qövslərin,  rənglənmiş  sahələrin,  mətnlərin  və  i.a.  şərhi 
saxlanır.  Müxtəlif  vektor  formatlarda  bu  obyektlər  müxtəlif  cür  şərh  edilir.  Faylı  bir  vektor 
formatdan digər vektor formata çevirən proqram sanki tərcüməçinin işini görür: 
•obyektlərin şərhini bir vektor dildə oxuyur
•onları digər formatın dilinə çevirməyə cəhd edir. 
Tərcüməçi  proqramla  oxunan  obyektin  şərhinə  yeni  formatda  dəqiq  uyğun  gələn  şərh 
olmayanda  həmin  obyekt  ya  yeni  dilin  oxşar  əmrləri  ilə  şərh  edilir,  ya  da  ümumiyyətlə  şərh 
edilmir.  Ona  görə  də  çevirmə  zamanı  təsvirin  müəyyən  hissələri  ya  təhrif  edilə  bilər,  ya  da 
görünməyə (itə) bilər. Hər şey ilkin təsvirin mürəkkəbliyindən asılıdır. 
FAYLLARIN VEKTOR FORMATDAN RASTR FORMATA ÇEVRİLMƏSİ 
Təsvirin  vektor  formatdan  rastr  formata  (piksellər  yığımına)  çevrilməsi  tez-tez  istifadə 
edilən proseslərdən biridir. Bu prosesi bəzən vektor təsvirlərin rastrlaşdırılması adlandırırlar. 
Vektor  təsviri  fotoqrafiyaya  yerləşdirmək  üşün  onu  əvvəlcə  rastr  formata  import  etmək 
lazımdır.  Tutaq  ki,  pəncərənin  şəkli  skanerə  edilib  və  JPEG  formatı  ilə  faylda  saxlanıb.  Ördək 
şəkli isə CorelRDAW vektor qrafik redaktoru ilə yaradılıb, sonra isə TIFF formatlı fayla eksport 
edilib .Hər iki rastr təsvirin montajı Adobe Photoshop qrafik redaktorunda yerinə yetirilir. Vektor 
təsvir  hər  dəfə  çıxış  qurğusuna  (monitora  və  ya  printerə)  ötüruləndə  rastrlaşdırmaya 
(videopiksellər və nöqtələr yığımına çevrilməyə) məruz qalır. Vektor fayllar rasrt formata eksport 
ediləndə ilkin təsvirdəki rənglərlə bağlı olan informasiya itkisi ola bilər. Buna əsas səbəb odur ki, 
bir sıra rastr formatlarda məhdud sayda rənglərdən istifadə edilir. 
Məsələn, GIF formatinda istifadə edilən rənglərin sayı 256 rəngdən çox deyil. 
FAYLLARIN  BİR  RASTR  FORMATDAN  DİGƏR  RASTR  FORMATA 
ÇEVRİLMƏSİ 
Faylın  bir  rastr  formatdan  digər  rastr  formata  çevrilməsi  çevirmənin  ən  sadə  üsuludur. 
Üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  informasiya  ilkin  fayldan  oxunur,  təsvirin  ölçüsü,  hər  bir 
videopikselin rəngi və rəng dərinliyi haqqında informasiyalar başqa üsulla yeni faylda saxlanır. 
Köhnə format daha çox rəngdən istifadə etməyə imkan verən halda informasiya itkisi baş 
verə bilər. 
Rəng dərinliyi 24 bitə (16 777 216 rəngə) malik olan fayl rəng dərinliyi 8 bitə (256 rəngə) 
bərabər olan fayla çevriləndə demək olar ki, hər bir pikselin rəngi dəyişdirilməli olur. Sadə halda 
bu proses aşağıdakı kimi yerinə yetirilir: 
•ilkin faylın hər bir pikseli üçün yeni məhdud rənglərdən daha çox uyğun gələni seçilir. 
Bu üsuldan istifadə ediləndə arzu edilməyən effektlər yarana bilər. Belə ki, ilkin təsvirdəki 
çoxsayli elementlər eyni rəngli sahəyə çevrilər və ya tədrici rəng keçidləri kəskin rəng keçidləri ilə 
əvəz edilə bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə