"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

 
22 
Baraban  skaner.  Baraban  skanerlər  şəkilləri  keyfiyyətli  skan  etmək  üçündür.  Qiyməti 
yüksək olur. Poliqrafik məqsədlər üçün istifadə olunur. 
 
Pasport skaner. Adından göründüyü kimi sənədlər üçün istifadə olunur. 
 
Reproskaner.  Reproskanerlərə  şəkil  skanerlər  də  deyilir,  belə  skanerlər  böyük  şəkilləri 
skan etmək üçündür. 
 
Slayd  skaner.  Slayd-skanerlər  fotoqraflar  və  rəssamlar  üçün  münasib  olan  aparatdır. 
Şəkillərin neqativdən kompüterin yaddaşına verilməsi üçün istifadə olunur. 


 
23 
 
3D skaner. Bu skanerlər həcmli obyekti skan edir və onun uçölçülü modelini  yaradır. 3D 
skanerin  foto-kameradan  fərqi  ondadır  ki,  foto-kamera  2  ölçülü  formada,  skaner  isə  3  ölçülü 
formada  yaddaşa  götürür. 3D skaner obyekti müxtəlif tərəflərdən skan edir və proqram təminatı 
müxtəlif fraqmentləri birləşdirir, bununla da rəqəmli yaddaşda 3D obyekt yaranır. 
Ədəbiyyat: 
 
1. S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə. İnformatika. Ali 
məktəblər üçün dərslik. Bakı, 2009. 
2. Əliyev R.Ə., Salahlı M.Ə. İnformatika və hesablama texnikasının əsasları, 
Bakı, «Maarif», 2004. 
3. Əliyev A.Y. İnformatika və proqramlaşdırma. Bakı, Mütərcim, 2008. 
4. Əliyev Ə.Ə., Əliyev A.Y., Kazımov C.K. İnformatikanın əsasları. Bakı, 
Mütərcim, 2009. 
5. Abbasov Ə., Əlizadə M., Seyidzadə E., Salmanova M. İnformatika və 
kompyuterləşmənin əsasları. Bakı, «Elm», 2005. 
6. İnformatika. Bazovıy kurs: Uçebnik vuzov/Pod red. S.V. 
Simonoviça. SPb.: Piter, 2002. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
24 
MÖVZU 4: QRAFİK FAYLLARIN FORMATLARI 
 
Plan: 
1.
 
Vektor formatlar 
2.
 
Rastr formatlar 
3.
 
Qrafik məlumatlarin sixilma üsullari 
Qrafik  təsvirlərlə  iş  prosesində  onların  sonrakı  mərhələlərdə  işlənməsi  üçün  kompüterin 
yaddaşında  saxlanması  ən  vacib  problemlərdən  biridir.  Bu  problemlə  ixtiyari  qrafık  sistem 
istifadəçiləri daim qarşılaşmalı olur. Təsvir son formasını alana qədər o, bir neçə qrafik proqram 
vasitəsi ilə emal prosesini keçməlidir. 
Məsələn, fotoşəkil əvvəlcə skanerə edilir və komputerə köçürülür, sonra Adobe Photoshop 
proqramından  istifadə  edilməklə  görünüş  qüsurları  aradan  qaldırılır  və  rənglərin  korreksiyası 
aparılır.  Bundan  sonra  alınan  təsvir  iş  prosesində  qurulacaq  təsvirlərə  əlavə  edilmək  üçün 
CorelDRAW və Adobe Illustrator kimi təsvirlərin yaradılması üçün nəzərdə tutulan proqramlara 
eksport edilir. 
Jurnal  məqaləsi  və  ya  kitab  üçün  hazırlanan  təsvir  adətən  QuarkXPress  və  ya  Adobe 
PageMaker kimi mətbəə sistemlərinə import edilməli olur. 
Multimedik  təqdimat  üçün  hazırlanan  təsvir  isə  çox  güman  ki,  Microsoft  PowerPoint  və 
Macromedia  Director  kimi  proqramlardan  istifadə  edilməklə  hazırlanır  və  yaxud  da  Web-
səhifəsində yerləşdirilir. 
Qrafik faylın formatı - qrafik məlumatların xarici daşıyıcıda təsvir edilməsi üsuludur. 
Standartlar hələ mövcud olmayan vaxtlarda qrafika proqramlarını hazırlayanların hər biri 
öz əlavələri üçün təzə format yaradırdılar. Ona görə də müxtəlif proqramlar (mətn prosessorları, 
mətbəə  sistemləri,  illüstrativ  qrafıka  paketləri,  CAPR-avtomatlaşdırılmış  layihələndirmə 
sistemləri)  arasında  məlumat  mübadiləsi  zamanı  ciddi  problemlər  yaranırdı.  Keçən  əsrin  80-ci 
illərin  əvvəllərindən  başlayaraq  inkişaf  etmiş  ölkələrin  rəsmi  qrumları  əwəlcə  müxtəlif  əlavələr 
üçün  ümumi  formatlar  yaratmaq  haqqında  qərar  qəbul  etdilər  və  müvafiq  qurumlara  bu  barədə 
tapşırıqlar verdilər. Qərara uyğun olaraq sahə mütəxəssisləri işə başladılar. 
Qeyd  etmək  lazımdır  ki,  təsvirə  ediləcək  bütün  əlavələr  üçün  yararlı  olan  vahid  format 
yoxdur və ola da bilməz. Lakin bəzi formatlar bir sira predmet sahələri üçün standart formatlara 
çevrilmişdir. 
Qrafık redaktorun istifadəçisindən grafik məlumatların hansı formatda saxlandığını bilmək 
tələb  edilməsədə,  onun  üçün  təsvirlərin  lazımı  səviyədə  (səmərəli  istifadə  məqsədi  ilə) 
saxlanmasından və müxtəlif əlavələr arasında sərfəli məlumat mübadiləsinin  təşkil  edilməsindən 
ötrü qrafik formatların xüsusiyyətlərini bilmək mühüm əhəmiyyət kəsb edir. 
Ümumiyyətlə,  kompüter  qrafıkasında  vektor  və  rastr  formatları  fərqləndirmək  qəbul 
edilmişdir. 
 
VEKTOR FORMATLAR 
Vektor  formatlara  aid  olan  fayllarda  təsvirlərin  şərhi  sadə  qrafik  obyektləri  (xətləri, 


 
25 
çevrələri, düzbucaqlıları, qövsləri və s.) yaratmaq üçün istifadə edilən əmrlər çoxluğu ilə verilir. 
Belə fayllarda bunlardan başqa digər əlavə informasiyalar da saxlanılır. Müxtəlif vektor formatlar 
bir-birindən əmrlərin sayı və onların kodlaşdırılması üsulları ilə fərqlənir. 
Sadə  təsviri  vektor  əmrlərin  köməyi  ilə  sərh  etməkdən  ötrü  aşağıda  verilmiş  məsələni 
nəzərdən keçirək. 
Tutaq ki, təsvirin şərh edilməsi üçün aşağıdakı əmrlərdən istifadə ediləcək: 
Müəyyənləşdir  X,Y  -  koordinatları  X,Y  kəmiyyətləri  ilə  müəyyən  olunan  cari  mövqeyin 
müəyyən edilməsi
Xott  X1,Y1  -  cari  mövqedən  koordinatları  X1,Y1  ilə  müəyyən  olunan  mövqeyə  qədər 
xəttin çəkilməsi. Bu zaman X1,Y1 koordinatları cari mövqeyin koordinatlarına çevrilir; 
Xətt  X1,Y1,X2,Y2  -  başlanğıcı  X1,Y1  koordinatları,  sonu  X2,Y2  koordinatları  ilə 
müəyyən  edilən  mövqelər  (nöqtələr)  arasında  xəttin  çəkilməsi.  Bu  zaman  cari  mövqe  qeyri-
müəyyən olur; 
Çevrə  X,Y,  -  məkəzinin  koordinatları  X,Y  olan  və  radiusu  piksellə  verilən 
"radius" parametrli çevrənin qurulması; 
Ellips  X1,Y1,X2,Y2  -  SOİ  yuxarı  küncü  X1,Y1  koordinatları,  sağ  aşağı  küncü  X2,Y2 
koordinatları ilə müəyyən edilən düzbucaqlı ilə məhdudlaşan ellipsin qurulması; 
Düzbucaqh X1,Y1,X2,Y2 - SOİ yuxan küncü X1,Y1 koordinatları, sağ aşağı küncü X2,Y2 
koordinatları ilə müəyyən edilən düzbucaqlının qurulması; 
Qurma rəngi  -  parametri ilə müəyyən edilən rəngin müyyən edilməsi; 
Doldurma  rəngi    -    parametri  ilə  müəyyən  edilən  doldurma  rənginin 
müəyyən edilməsi; 
Rənglə  X,Y    -  ixtiyari  qapalı  fiqurun  rənglənməsi.  Burada  X,Y  qapalı 
fiqur  daxilində  yerləşən  ixtiyari  nöqtənin  koordinatları,    isə  sərhədd  xəttinin 
rəngidir. 
Vektor əmrlərin köməyi ilə gəminin təsvirini şərh etmək tələb edilir Təsvirin koordinatları 
düzbucaqlı dekart koordinat  sistemində verilir və koordinat sisteminin başlanğıcı  ekranın  yuxarı 
sol küncündə yerləşir 
FORMATIN ADI 
FAYLLARİ AÇA BİLƏN PROQRAM -LARIN 
ADI 
WMF   Windows MetaFile 
Windows əlavələrin əksəriyyəti 
EPC Encapsulated PostScript 
Mətbəə  sistemlərinin  böyük  əksəriyyəti,  vektor 
qafikası  redaktorları,  bir  sıra  vektor  qrafikası 
redaktorları 
DXF Drawing Interchange Format 
Avtomatlaşdırılmış  layihələndirmə  sistemləri 
proqramlarının 
hamısı, 
vektor 
grafikası 
redaktorlarının  əksəriyyəti,  bir  sıra  masaüstü 
mətbəə sistemləri 
CGM Computer Graphics Metafile 
Vektor  qrafikası  proqramlarının,  avtomatlaş-
dırılmış  layihələndirmə  sistemləri  və  mətbəə 
sistemlərinin əksəriyyəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə