"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   35

 
101 
 Termoprinterin çap edici başlığının əsas tərkib hissəsi qızdırıcı elementlər təşkil edir.  
Bunlar bir – birinin üzərində 2 sıra ilə düzülürlər.  Bunlardan müəyyən cərəyan buraxdıqda 
elementdə istilik əmələ gəlir.  Termoelemntlərin özləri ölçü cəhətcə çox kiçik olduğu üçün,   
printerin çap başlığı da kiçik qabarit ölçüsünə malik olur (qalınlığı bir neçə mm olur).  
 Burada da çap edici başlıq üfiqi istiqamətdə hərəkət edir,   kağız isə şaquli istiqamətdə 
daxil olunur.  Termoprinterlər matris qurğularına aid edilə bilərlər.  Burada çap başlığı ilə kağız 
arasında mexaniki kontakt olmadığı üçün – termoprinterlər zərbəsiz qurğulara aid edilirlər.  Bunun 
əsas mənfi cəhəti – xüsusi (qiyməti baha olan) kağızın tələb olunmasıdır.  
 1982 – ci ildə adi kağız çap edən termoprinterlər meydana gəlmişdir.  Belə qurğulara 
rəngli maddəni irəli verən termoköçürməli və ya termoqrafik çap qurğuları deyilir.  Adi 
termoprinterlərdə olduğu kimi,   bura da qızdırıcı elementlərə malik olan çap başlığı vardır.  
Termoplastik rəngləyici maddə kağızın məhz qızdırılan hissəsinə düşür.  Konstruktiv cəhətcə bu 
cür çap üsulu çox sadə olub,   səssiz işləyir.  Termoköçürməli belə printerlərdə çap başlığının eni 
istifadə edilən kağızın buraxıla bilən maksimum ölçüsü ilə təyin edilir.  Buna görə də rəngləyici 
lent də eyni anda buna uyğun seçilməlidir.  Bu halda çap başlığını kağız boyu hərəkət edtirən 
mexanizmə ehtiyac qalmır.   
Temoköçürməli printerlər zərbəsiz matris printerlər sinfinə aid edilə bilərlər.  Burada 
istənilən tip şriftlərdən istifadə etmək olar və qrafiki rejimdə işləmək burada heç bir problem 
yaratmır.  Təsvirin aydın alınması nöqteyi – nəzərindən,   belə printerlər lazer printerlərdən heç də 
geri qalmır.  Onların aydınlaşdırmaq qabiliyyəti 1dyümdə 300 nöqtədir.  Çap etmə sürətinə görə 
bunlar mürəkkəblə işləyən müasir damcılı printerlərdən geri qalır.  Buna əsas səbəb 
termoelementin qızmasına sərf olunan vaxtdır.  Bu cür çap qurğuları əsasən portativ printerlər 
kimi istifadə edilir.  
Lazer və LED (Ligh Emitting Diode) printerləri.  Lazer printerlərində surət çıxaran 
maşınlarda olduğu kimi,   təsviri əldə etmək üçün elektroqrafik prinsipdən istifadə edilir.  Bu 
proses zamanı elektrostatik potensial relyefi yarımkeçirici qatda təşkil edilir və sonra bu relyef 
vizual şəkildə göstərilir.  Vizual şəkildə göstərmək üçün quru toz hissəciklərindən istifadə edilir.  
Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir.  Lazer printerenin əsas hissəsi 
yarımkeçirici lazer olan fotohəssas çap barabanı və optikmexaniki sistemdir.  
Mikrogüclü yarımkeçirici lazer nazik işıq şüası generasiya edir.  Bu şüa fırlanan 
güzgülərdən əks olunaraq,   işığa həssas olan foto qəbuledici barabanda elektron təsvirini yaradır.  
Barabana əvvəlcədən hər hansı bir statiki yük verilməlidir.  Təsviri əldə etmək üçün lazer printeri 
xüsusi elektronika idarə edici qurğusu vasitəsilə dövrədən açılmalı və ya dövrəyə qoşulmalıdır.  
Fırlanan güzgülər lazer şüasını çap edici barabanın səthində formalaşdırılan yeni sətrə doğru 
yönəldir.  Lazer şüası əvvəlcədən statiki yüklə yüklənmiş barabanın üzərinə düşən zaman,   yük 
işıqlanmış səthdən axıb yerə düşür.  Beləliklə,   barabanın işıqlanmış və işıqlanmamış səthləri 
müxtəlif yüklərə malik olur.  “Toner”in tozvari hissəciklərinin müsbət və ya mənfi yüklə 
yüklənməsindən asılı olaraq,   onlar baraban səthində müxtəlif işarəli yüklər olan sahələri bir – 
birinə cəlb edirlər.  Hər bir sətir formalaşdırıldıqdan sonra,   xüsusi addım mühərriki barabanı elə 
çevirir ki,   növbəti sətir alınsın.  Bu sürüşmə printerin seyrəklik qabiliyyətini təyin edir və 


 
102 
dyümdə 300,   600 və ya 1200 nöqtə yerləşir.  İşin bu mərhələsi monitorun ekranında təsvirin 
yaranmasına bənzəyir.  
Barabanda təsvir “toner”lə örtülü olduqda,    verilən kağız elə yüklənir ki,   barabandan 
toner kağıza cəlb olunsun.  Bundan sonra tonerin hissəcikləri yüksək temperatur nəticəsində kağız 
üzərində bərkidilir.  Təsviri axıra qədər kağızda bərkitmək üçün xüsusi rezin və termobarabandan 
istifadə edilir.  
Lazer printerləri kiçik işləmə sürətinə malik (dəqiqədə 4-6 səhifə),   orta işləmə sürətinə 
malik (dəqiqədə 7-11 səhifə) və kollektiv istifadəli (dəqiqədə 12 səhifə) olurlar.  A4 formatlı 
kağızla işləyən lazer printerlərində seyrəklik qabiliyyəti 1dyümdə 600 nöqtə,   A3 formatlı işləyən 
lazer printerlərində 1 dyümdə 1200 nöqtə olur və çap etmə sürəti dəqiqədə 3-4 səhifə olur.  Bu cür 
printerləri istehsal edən “Hewlett Packard” firmasıdır.  
Lazer printerlərindən başqa,   LED printerləri də vardır.  Burada yarımkeçirici lazeri – 
xırda işıq diodları əvəz edir.  Bu halda mürəkkəb optik sistemdən istifadə etməyə ehtiyac qalmır.  
Işığa həssas baraban üzərində bir sətrin təsviri eyni zamanda alınır.  Bu cür printerləri “Okidata” 
firması istehsal edir.  
Çoxfunksiyalı qurğular.  Bir gövdədə birləşən printer,   skaner,   sürət çıxaran,   bəzi 
hallarda isə faks çoxfunksiyalı qurğu və ya “kombayn” adlanır.  Ayrı – ayrı qurğular toplusuna 
görə bu qurğu bir qədər az yer tutur.  “Kombayn”ın tərkibində olan qurğular üçün heç bir standart 
olmur: məsələn,   printer çox vaxt şırnaqlı,   bəzi halda isə lazer ola bilər,   skaner də dartılan və ya 
planşet tipli ola bilər; sürət çıxaran qurğu isə kompüterin iştirakı olmadan,   “skaner-printer” 
əlaqələndiricisi rolunu oynayır.  Belə qurğu orta qiymətli xarakteriskaya malik olur.  Həm skaner,   
həm də printer hissəsi bir çox göstəricilərə görə ayrı – ayrı qurğulardan geri qalırlar.  Bir də nəzərə 
alsaq ki,   belə “kombayn” işdən çıxıb,   xarab olduqda,   biz eyni zamanda 3-4 qurğudan məhrum 
olmuş oluruq.  
Sənayenin  müxtəlif sahələrində avtomatlaşdırılmış layihə sistemlərinin və ya AvtoCAD – 
sistemlərinin geniş tətbiqi və inkişafı nəticəsində qrafiki informasiyanın kompüterdən çıxarılması 
məqsədini güdən plotterlərin (cizgi qurğularının) meydana gəlməsi təbii bir hal kimi qəbul 
edilməlidir.  Konstruktor və texnoloji sənədlər komplektinin yaradılmasında müxtəlif qrafiki 
materialların (cizgilər,   sxemlər,   qrafiklər,   diaqramlar və s) hazırlanması əsas rol oynayır.  Əl 
ilə bu cür işlərin yerinə yetirilməsi böyük çətinliklər yaradır.  Ona görə də cizgi sənədlərinin 
tərtibinin avtomatlaşdırılmasına xidmət edən belə sistemlərin yaranması zəruri bir hal kimi 
meydana gəlmişdir.  Digər tərəfdən,   50-ci illərdən başlayaraq meydana gəlmiş və sənayedə,   
elmdə,   tibbdə və bir çox digər sahələrdə tətbiq edilən müxtəlif özüyazan cihazların olması,   
plotterlərin meydana gəlməsini asanlaşdırmışdır.  Plotterlərin istehsalı artdıqca,   onların elm və 
texnikanın müxtəlif sahələrində tətbiqi də genişlənmişdir.  
Plotterlərdə cizgi üçün sahə A4 A0 formatında olub,   İSO və ANSI standartlarına uyğun 
gəlir 
Bütün müasir plotterləri 2 böyük sinfə ayırmaq olar: 

 
A3 – A2 formatları üçün planşet tipli plotterlər; 

 
Kağızın enliliyi A1 və ya A0 formatına uyğun gələn rulon tipli 


 
103 
plotterlər.  
 İkinci tip plotterlərdə uzunluğu bir neçə on metrlərə bərabər olan rulon tipli kağızlardan 
istifadə edilir və onun vasitəsilə inşaat və arxitektura layihələrində istifadə olunan uzun rəsmlər və 
cizgilər çəkmək mümkün olur.  Bu cür plotterlər praktikada çox geniş yayılmışdır.  
 Planşet tipli plotterlər isə çox az tətbiq edilir,   son zamanlar isə onlar uyğun printerlərə 
əvəz olunurlar.  
 Plotterlərin digər təsnifat parametri – onlarda tətbiq edilən yazı mexanizminin tipi ilə təyin 
olunur.  Plotterlərin – əksəriyyətində qələm tipli yazı mexanizimdən istifadə edilir (Pen - plotter).  
Burada xüsusi flomasterlərdən istifadə edilir.  
 Plotterlərin əmrlər sisteminin idarə olunması üçün standart dil – HP-GL (Hewlett – 
Packard Graphics Language) – dir.  Sonralar HP-GL/2 versiyası yaranmış və bunun vasitəsilə 
verilənlərin ötürülmə sürəti artırılmış,   şriftlərin,   xətlərin qalınlığının,   rənglərinin idarə 
olunması və müxtəlif ştrixlərin əldə edilməsi mümkün olmuşdur.  Digər firmalar da verilənlərin 
formatı,   əmrlər sistemi və drayverlər üçün öz əmrlər sistemini yaratmışlar.  
 Plotterlərin tipik interfeysləri – RS232 (ötürmə sürəti 38,  4 Kbayt) və Centronics – dir.  
Bəzi modellər üçün RS422,   RS423,   İEEE488 tipli interfeyslər tətbiq edilir və onlar lokal 
şəbəkələrdə də istifadə edilirlər.  
 Qələm mexanizimli plotterlərin xarakteriskalarının yaxşılaşdırılması bir sıra istiqamətlər 
üzrə aparılmışdır.  Bunlardan ən əsası aşağıdakılardır: 
-
 
Kağızın verilmə və qeyd edilməsi mexanizmlərinin təkmilləşdirilməsi; 
-
 
Rəsmlərin və cizgilərin çəkilmə sürətlərinin artırılması; 
-
 
Təsvirin keyfiyyətinin artırılması; 
-
 
Məhsulun maya dəyərinin (sərf olunan materialların,   istismar sərflərinin  
və s. ) aşağı salınması.  
 Son zamanlar qələm plotterlərin bazasında yeni qurğular meydana gəlmişdir.  Bu 
qurğularda yazı yazan qovşaq “katter” (cutter) adlı kəsici alətlə əvəz edilmişdir.  Bir qayda olaraq,   
kəsici plotterlərdə xüsusi polimer təbəqədən və ya özüyapışan xüsusi kağızdan istifadə edilir.  Bu 
cür qurğuların imkanlarının tətbiqi dizayner və tərtibatçı – rəssamlara geniş imkanlar verir.  
 Plotterlər ailəsinin daha sonrakı inkişafı şırnaq tipli yazı qovşağının meydana gətirmişdir.  
Bu cür qurğuların yaranması nəticəsində plotterlər və printerlər arasında olan sərhəd tamamilə 
silinmiş,   bir sıra xarakteriskalara görə işə plotterlər poliqrafiya avadanlıqlarının 
xarakteriskalarına daha yaxın olmuşdur.  
Kolonkaların seçilməsi o qədər də çətinlik törətməsə də,   istənilən qədər də sadə deyildir.  
Kolonkaların aşağıdakı növləri var: 
-
 
2 kolonkalar – standart stereosistemdir; 
-
 
3 kolonkalar – 2 adi kolonka + aşağı tezliklər gücləndiricisi (sabbufer) –  
musiqi sevən melomanlar üçün keyfiyyətli həll olub,   çox da bahalı olmur; 
-
 
4 kolonkalar – 3 ölçülü,   həcmli səsləndirməni dəstəkləyən sistem olub,   2  
cüt kolonkalarla (məsələn,   SoundBlaster Live) işi dəstəkləyən səs platalarına qoşulmaq 
üçün təyin olunublar; 


 
104 
-
 
5 kolonkalar – 4 kolonkalar və subbufer.  
Bütün bu kolonkaları tematik  mövzular üzrə paylamaq mümkün olur 2  
kolonka - ən sadə və universal variant olub,   kompüter  səsləndirməsinin hər hansı bir 
növünü sevən şəxslər üçün yaradılır.  2 kolonkalar plyus sabbufer – Audio CD və ya MP3 – dən 
musiqiyə qulaq asmaq üçün ideal variantıdır.  Həmçinin oyun oynayanda da imitasiyanın müasir 
üsullarından istifadə etməklə,   “3D effektini” əldə etmək mümkün olur.  4və 5 kolonkalar – 
kompüter videosunu sevənlər və oyun oynayanlar üçün yaxşı seçimdir.  Burada səs həcmli olur ki,   
bu da bir tərəfdən heyran edicidir,   digər tərəfdən isə insanı tez yorur.  Nəhayət,   tam dəyərli 
“5+1” Dolby Digital komplekti kompüterdə DVD – filmlərinə baxanlar üçün təyin edilmişdir.  
 
Maus və Trekbol vasitələri ilə informasiya kompüterə daxil edilir.  Əlbəttə ki,   bunlar 
klaviaturanı tam əvəz edə bilməzlər.  İlk dəfə mausu 1963-cü ildə Stenford tədqiqat mərkəzində 
(ABŞ) Duqlas Encelbart təklif etmişdir.  İlk trekbol (trackball) isə bir qədər müddətdən sonra 
“Logitech” firması tərəfindən ixtira edilmişdir.  Son illər ərzində mausun xarici və daxili quruluçu 
bir sıra dəyişikliklərə məruz qalmasına baxmayaraq,   onun siçana bənzərliyi dəyişməmişdir.  
 Mausun belə məşhur olmasına səbəb isə tətbiqi qrafiki proqramlar sisteminin,   həmçinin 
istifadəçinin qrafiki interfeysinin geniş yayılması olmuşdur.  Bu da əsasən Windows əməliyyat 
sisteminin yaranmasından sonra baş vermişdir.  Maus qurğusuna pəncərə,   menyu,   düymələr,   
piktoqrammalar vəs.  kimi qrafiki obyektlərdə işlədikdə daha çox ehtiyac duyulur.  Belə 
obyektlərdə klaviaturaya nisbətən mausla işləmək daha əlverişli və səmərəli olur.   
 İndi mausun iş prinsipi ilə tanış olaq.  İlk vaxtlarda maus qurğusu 2 çarx üzərində hərəkət 
edirdi: bu çarxlar dəyişən rezistorların oxları ilə əlaqədə olurdu.  Mausun yerini dəyişdirdikdə 
dəyişən rezistorların müqavimətləri uyğun surətdə dəyişilir.  Sonralar mausun konstruksiyasında 
bir sıra dəyişikliklər edilmişdir.  Çarxlar (roliklər) mausun daxilinə keçirilmiş,   səthlə isə rezin 
polimer yastıq (kürəcik) əlaqədə olmuşdur.  Çarxların fırlanma oxları bir – birinə perpendkulyar 
yerləşdirilmişlər.  Kürəciyin səthinə sıxılmış çarxlar vericinin oxu üzərində yerləşdirilir və bu 
verici vasitəsilə mausun yerdəyişməsinin istiqaməti və sürəti təyin olunur.  Verici kimi bir sıra 
hallarda cərəyan keçirməyən disklərdən istifadə edilir.  Bu diskin üzərində montaj üsulu ilə 
kontaktlar yerləşdirilir.  Bu cür maus qurğusu tam “mexaniki” olur.  
 Lakin bildiyimiz kimi,   mexanika – tam davamlı olmadığı üçün,   son zamanlar maus 
qurğusunda yerdəyişməni kodlaşdırmaq üçün optik – mexaniki üsuldan istifadə edilməyə 
başlanılmışdır.  
 Mexaniki şifratorları işıq diodu,   fotodiod cütlüyü və ya fotorezistorlar,   bəzi hallarda isə 
fotoranzistorlar əvəz edirlər.  Bu cür cütlük diskin müxtəlif hissələrində yerləşdirilir.  Fotohəssas 
elementlərin işıqlanma dərəcəsi mausun yerdəyişmə istiqamətini,   bu elementlərdən çıxan 
impulsların tezliyi isə - sürəti təyin edir.  
 Tam optik mauslara da rast gəlinir.  Mexaniki və optikmexaniki konstruksiyalardan fərqli 
olaraq,   optik mauslar yalnız xüsusi planşet üzərində hərəkət edə bilərlər.  Belə planşetin səthi 
perpendkulyar xətlər şəklində xırda torlardan təşkil edilir.  Bir istiqamətdə xətlər – qara,   digər 
istiqamətdəki xətlər isə göy rəngdə olurlar.  Maus planşetin səthi ilə hərəkət etdikdə,   onun altında 


 
105 
yerləşən 2 xüsusi işıq diodları vasitəsilə planşetin səthi işıqlandırılır.  Bu işıq diodlarından biri 
qırmızı işıq hasil edir və bu işıq planşetin göy rəngli xətləri ilə udulur,   ikinci işıq hasil edir və 
ikinci işıq diodu isə infraqırmızı diapazonda işlədiyi üçün qara xətlər onu udur.  Planşetdən əks 
olunan işıq fotodetektora düşür.  Maus hərəkət edən zaman fotodetektora ardıcıl işıq impulsları 
düşür.  Ümumi halda,   belə tam optik maus qurğuları çox baha başa gəlməsinə baxmayaraq,   bir 
sıra üstün cəhətlərə də malikdir.  Birincisi – burada hərəkət edən hissə olmadığı üçün,   belə 
konstruksiya uzun müddət işləyə bilir,   ikincisi – belə maus vasitəsilə kursoru ekranda idarə 
etmək daha asan olur.  Mənfi cəhəti boş yer tələb edən xüsusi planşetin tələb olunmasıdır.  
 Maus interfeysinin proqram təminatının ən geniş yayılmış standartları bunlardır: 

 
Microsoft firmasının mausu (Microsoft Mouse) – 2 idarə düyməsinə  
malikdir.  

 
“Maus” sistemli (mouse System Mouse) – 3 idarə düyməsinə malik  
olur (3-cü düymə adətən 1-ci düymənin funksiyasını təkrar edir. ) 
 Digər istehsalçıların mausları bu və ya digər standartlara uyğun gəlir.  Mausların seyrəklik 
xüsusiyyəti 20,   400,   600,   900 dpi olur.  
 Hal – hazırda mausu kompüterə qoşmaq üçün 3 müxtəlif üsul mövcuddur.  Stolüstü İBM 
uyuşan bütün kompüterlər üçün ən geniş yayılmış üsul kompüterin ardıcıl portu (RS232 interfysi) 
vasitəsilə mausun kompüterə qoşulmasıdır.  2-ci üsul şin interfeysli mausların (bus - mouse) 
qoşulması üçün xüsusi platanı tələb edir.  3- cü üsul isə PS/2 üslubunda olan mauslardır.  Ən çox 
yayılmış 1-ci üsuldur.  
 Hər bir maus özünün quyruğunda DB-9 tipli kontaktlar sisteminə malik olur.  Bundan 
əlavə hər bir maus üçün quraşdırma və test aparmaq proqram təminatını təşkil edən xüsusi 
“drayverlər” olur (adətən COM və SYS tipli fayllar şəklində).  Bəzi daha “ağıllı” mauslar “Paint 
Brush” tipli sadə şəkil çəkmək üçün proqramlara da malik olurlar.  
 Ardıcıl interfeysə malik olan “Microsoft” firmasının istehsal etdiyi mausların prosesora öz 
hərəkətləri haqqında məlumat vermək üçün 3 bayt formatından istifadə edirlər.  “Moyse System” 
tipli mauslar bir – birini əvəz edə bilmirlər.  
 Trekbol.  Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq,   müəyyən 
çətinliklər də törədir.  Onun kompüterlə birləşən kabeli çox vaxt nəyə isə ilişir,   bəzi hallarda isə 
stol üzərində boş yer tapmaq da mümkün olmur.  Ona görə də mausu “kəllə - mayallaq” çevirmək 
fikri meydana gəlir.  Bu halda maus özü hərəkət etmir,   biz yalnız baş barmağımız vasitəsilə 
kürəni hərəkət etdiririk.  Bütün konstruksiya stasionar şəkildə qoyulur,   buna görə də az yer tələb 
olunur.  Trekbolda da düymələr vardır və bunun proqram təminatı eyni ilə mausda olduğu kimidir.  
 Trekbollar əsasən “laptop” kompüterlərində daha çox istifadə olunur və mauslara nisbətən 
daha baha olur.  Bunlar əsasən tətbiqi bədii qrafiki işlərdə,   avtomatlaşdırılmış layihə 
sistemlərində geniş tətbiq tapmışlar.  
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə