"kompüter qrafikasi" FƏNNİNİn predmeti


  İnformasiya tutumu Terabaytlarla ölçülür. Flaş yaddaşlar fərdi kompüterlərə USB portları vasitəsi  ilə qoşulur.  Monitorlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

 
85 
İnformasiya tutumu Terabaytlarla ölçülür. Flaş yaddaşlar fərdi kompüterlərə USB portları vasitəsi 
ilə qoşulur. 
Monitorlar - Kompüterə daxil olan məlumatlara və alınmış nətijələrə nəzarət etmək üçün 
monitordan istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə 
aşağıdakı  ölçüdə  olurlar:  14,15,  17,19,  20,  21,23  dyüm.  Monitorlar  şəklin  formalaşdırılması 
prinsinlərinə  görə  aşağıdakı  növlərə  bölünürlər:  elektron-şüa  borusu,  mayekristal  və  plazma. 
Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri və ölçüləri çox kiçik olur. 
Funksional təyinatına görə  monitorlar hərf-rəqəm və qrafik recimdə işləyirlər.  
Əks  olunma  tezliyi  herslərlə(hs)  ölçülür.  Tezlik  artdıqja  ekranda  təsvir  bir  o  qədər  təmiz 
alınır.  
Monitorun  əsas  göstərijilərindən  biri  ekranda  təsvir  olunan  nöqtələrin  sayıdır.  Müasir 
manitorlarda  üfiqi  və  şaquli  istiqamət  üzrə  nöqtələrin  sayı  1600x1280  =  2048000  və  daha  çox 
olur. Bu isə təsvirin dəqiqliyini artırır.  
Klaviatura  –  Klaviaturalar  köhnə  tipli  84/86  düyməli  klaviaturalara  və  102/104  düyməli 
klaviaturalara  bölünürlər.  Klaviaturanın  düymələri:  funksional  düymələrə  (F1-F12),  hərf-rəqəm 
düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.  
kompüterə  məlumatı  daxil  edən  əsas  xariji  qurğulardan  biri  hesab  olunur.  Klaviaturanın 
köməyi ilə maşina istənilən simvolları (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.  
Klaviaturanın  köməyi  ilə  monitorun  kursorunu  ekranın  istənilən  nöqtəsinə  aparmaq  və  
ekranda  olan məlumatı printerə göndərmək mümkündür.  
IBM PC fərdi kompüterlərində klaviaturadakı klavişləri bir neçə  qrupa bölürlər:  
- hərf-rəqəm klavişləri 
- xüsusi klavişlər (Esc, Tab, Enter və s.) 
- funksional klavişlər (F1, F2, F3, … F10) 
- kursorun yerini dəyişən xidməti klavişlər (Up, Down,  
  Left, Right, Home,...və s.) 
- reqistrləri bir-birləri  ilə əvəzləyən xidməti klavişlər (Alt, Ctrl, Shift) 
Ümumiyyətlə klaviaturada 102/104  klaviş olur. 
Printer  –  kompüterin  xariji  qurğusu  olub,  informasiyanı  kağız  üzərində  çap  etmək 
üçündür.  İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər  iki qrupa bölünür. Simvollu və 
ya  qrafiki.  Simvollu  printerlər  sətrdəki  ayrı-ayrı  simvolları  bütöv  şəkildə    çap  başlığına  ötürür. 
Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa  ötürülür. 
Vahid  uzunluqda  (1  dyümda)  olan  nöqtələrin  sayı  printerin  imkanlarını  göstərir.  Kağız  üzərində 
şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları. 
Zərb vasitəsilə çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək olar. 
Matris çap qurğularının başlığı 9, 18 və ya 24 iynədən  ibarət olur. Çap başlığı ilə kağız arasında  
rəngli  lent  olur.  Çap  başlığında  simvol  formalaşandan  sonra  iynələr  hərəkətə  gəlir  rəngli  lentə 
zərbə vuraraq kağız üzərində simvolu formalaşdırır. Zərbsiz çap qurğulara misal olaraq  lazer və 
şırnıqlı  çap  qurğularını  misal  çəkə  bilərik.  Lazer  çap  qurğularında  şəkillər  kağız  üzərinə  aralıq 
məlumat  daşıyıjısı  vasitəsilə  yazılır.  Şəkil  lazer  şüanın  köməyi  ilə  əvvəljə  aralıq  məlumat 


 
86 
daşıyıjısına  yazılır  (neqativ  alınır)  və  daha  sonra  bu  məlumat  daşıyıjısının  üst  qatı  quru  paraşok 
(toz)  ilə  örtülür.  Daha  sonra  ağ  kağız  bu  barabanın  üstü  ilə  dartılaraq  və  yüksək  istilik  hesabına 
barabandakı  şəkil  (neqativ)  kağız  üzərinə  hopur.  Lazer  çap  qurğularının  keyfiyyət  əmsalı  çox 
yüksəkdir. 1dyüm (25,4mm)  məsafədə 600 ÷ 1200 nöqtə yaza bilir. Dəqiqədə 4 -16 səhifə çap edə 
bilir. 
Şırnıqlı  printerlərin  işləmə  prinsipi  başqa  printerlərdən  fərqlənir.  Bu  printerlərdə  çap 
başlığı  mürəkkəblə  doldurulur.  Başlıqda  çox  kiçik  ölçülü  deşiklər  olur  və  bu  deşiklərdən 
mürəkkəbi kağız üzərinə püskürür. Şırnıqlı printerin qiyməti nisbətən ujuz olur. Rəngli çap etmə 
qabliyyətinə  malik  olurlar.  1  dyüm  məsafədə  300

720  nöqtə  vura  bilirlər.  Çap  sürəti  dəqiqədə 
4

10 səhifədir. Çap başlığında 48-dən 416-ya qədər deşik olur. 
Lazer  printerləri  digər  printerlərə  nəzərən  mürəkkəb  quruluşlu  lakin  keyfiyyətlidir. 
Printerin  daxilində  olan  yarımkeçirijilərdən  hazırlanmış  silinlirik  səth  yüksək  gərginlikli  elektrik 
mənbəyindən  yüklənir.  Təsvirə  uyğun  olaraq  silindirik  səthin  müəyyən  hissələri  lazer  şüası  ilə 
elektrik yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsi ilə silindirin üzərinə 
səpilir.  Lazer  şüasının  düşmədiyi,  yəni  elektirik  yükünün  qaldığı  yerlərdə  boya  tozları  silindirin 
səthinə  yapışır və silindirin fırlanması nəticəsində kağız üzərinə hopur və lazımi təsvir alınır.Bu 
printerlərdə çapetmə sıxlığı 600-1200 dpi-dir. 
Fotodiod  printerlərdə  lazer  şüasının  yerinə  çoxlu  sayda  fotodiodlardan  istifadə  edilir. 
İşləmə prinsispi lazer printerlərlə oxşardır. 
Skaner  –  fərdi  kompüterin  xariji  qurğusu  olub  kağız  üzərində  olan  mətn  və  şəkilli 
məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının 
yaddaşına daxil edir.  Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda 
çevirərək  disklərə və ya  çap qurğusuna ötürülməsini təmin edir. Fərdi kompüterlərə USB portu 
vasitəsi ilə qoşulur. 
Multimedia qurğusu –informasiyanın emalı texnologiyası  olub, mətni, səsi, qrafiki, şəkli 
və animasiyanı kompüter sistemində tam şəkildə birləşdirir.  
Modem  (modulyator – demodulyator) – əlaqə xətlərinin (telefon xətləri və s.) köməyi ilə 
məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv 
olaraq modemlər iki formada olur: daxili və xariji. Daxili modemlər ana plata üzərində olan sistem 
şinə  qoşulur.  Xarici  modemlər  isə  ardıcıl  Com  portuna  qoşulur.  Xariji  modemlərin  qiyməti 
nisbətən  baha  olur  və  fərdi  kompüterə  rahat  qoşulur.  Məlumatı  ötürmə  sürəti  56  Kbit/san  qədər 
olur.  
Meynfreym  –  ümumi  məqsədli  universal  elektron-hesablama  maşınıdır.  70-ji  illərdə  
dünya  kompüter  parkının    böyük  hissəsini  meynfreym    kompüterləri    təşkil  edirdi.  Fərdi 
kompüterin  inkişafı    ilə  əlaqədar  olaraq  meynfreymlərin  tətbiq  sahələri  azalmağa  başladı.  Buna 
baxmayaraq  bu  kompüterlərdən    müdafiə,  maliyyə  və  sənaye  sahələrində  geniş  istifadə  olunur. 
Meynfreym  kompüterləri    böyük,  mürəkkəb  hesablamalar  aparmaqla  yanaşı  özünə  çoxlu  sayda 
terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada ilə 
həyata  keçirən  hesablama  sistemlərində  meynfreymlərdən  istifadə  olunur.    Meynfreym 
kompüterlərin  istehsalı  ilə    əsasən  IBM  firması    məşğul    olur.  Bu  jür  kompüterlərin  qiyməti  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə