"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

 
79 
mühəndis  hesablamaları,  üçölçülü  hesablamaların  təhlili  və  s.)  aparılması  lazım  gəlir  ki, 
kompüterin  daxilində  yerləşən  mikroprosessor  belə  yüklənməni  təmin  edə  bilmir.  Bu  zaman 
soprsessordan istifadə edilir. Müasir kompüterlərdə isə soprosessorlara ehtiyac yoxdur. 
Çipset  (mikroprosessor  dəsti)-  kompüterin  daxili  qurğularını  idarə  etməklə  yanaşı,  ana 
lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur
Şinlər-  kompüterin  daxili  qurğuları  arasında  siqnalların  ötürülməsini  təmin  edən  naqillər 
yığımıdır; 
Xarici yaddaş qurğuları: 

 
elastiki  (yumşaq)  disk  sürücüsü  xarici  yaddaş  qurğusu  olan  elastiki  maqnit 
disklərindən  (disketlərdən-floppy  disklərdən)  məlumatın  oxunması  və  ya  onlara  məlumatın 
yazılmasını təmin edən qurğulardır; 

 
sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək 
xarici  yaddaş  qurğusu  olub,  informasiyanın  saxlanması  üçün  istifadə  edilir.  Buraya  həm 
informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür

 
CD-ROM-  compakt  disklərdən  (CD-R,  CD-RW)  məlumatı  oxumaq  üçün  istifadə 
edilir (600-800 Mbayt); 

 
CD-Writer-  kompakt  disklərdən  məlumatı  oxumaq  və  CD-RW-lərə  informasiyanı 
yaza bilən qurğudur

 
DVD- DVD (4-16 Hbayt) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları 
həm də CD-lərlə işləyə bilir

 
flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 Hbayt); 
Printerlər 
Printerlər  bir-birindən:  çapetmə  üsuluna,  sıxlığına,  sürətinə  və  çap  rənginə  görə 
fərqlənirlər. 
1980-90-a  illərdə  kompüterlər  üçün  ən  çox  yayılmış  printerlər  matrisli  printerlər  idi. 
Matrisli  printerlər  ixtiyari  simvolları  və  qrafik  təsvirləri  ağ-qara  və  rəngli  (istifadə  edilən  lentin 
rəngindən  asılı  olaraq)  çap  edə  bilirlər.  Matrisli  printerlərin  qiyməti  ucuz,  cəldliyi  isə  yüksəkdir 
(mətn rejimində bir dəqiqədə 1-6 səhifə, qrafik rejimdə isə hər səhifəyə 5 dəqiqə vaxt sərf olunur). 
Mənfi cəhəti ayrı-ayrı nöqtələrdən formalaşan şəkil və simvolların diskret  quruluşlu  olması,  çap 
keyfiyyətinin  aşağı  olması,  iş  zamanı  səs  salması  və  rəngli  çap  üçün  az  əlverişli  olmasıdır. 
Printerin  əsas  aktiv  elementi  xırda  iynələrdir.  Sadə  modellərdə  iynələrin  sayı  9-12  arasında, 
mürəkkəb  modellərdə  isə  18-24  arasında  olur.  Hər  iynə  ayrıca  çəkic  rolunu  oynayır.  Müxtəlif 
düzümlü  iynələrin  eyni  vaxtda  lenti  döyəcləməsi  nəticəsində  kağız  üzərində  istənilən  formalı 
təsviri almaq mümkündür. Belə printerlərin çapetmə sıxlığı 300 dpi-yə bərabərdir. İndiki zamanda 
praktiki olaraq matrisli printerlərdən istifadə azalıb. 
Axınlı printerlərdən kompüterlərdə geniş istifadə edirlər. Belə printerlərdə çap mexanizmi 
müxtəlif  sayda  rəng  püskürücülərindən  ibarət  olur.  Printerin  daxilindəki  mikroprosessorun 
müəyyən  etdiyi  ardıcıllıqla  püskürücülər  çox  nazik  şırnaqlarla  rəngli  boyanı  kağızın  üzərinə 
püskürürlər. Şırnaqların istiqamətini dəyişdirməklə müxtəlif növ təsvirləri almaq mümkündür. 
Axınla işləyən printerlər iki növdə olur: ağ-qara və rəngli. Printerin çapetmə sürəti ağ-qara 


 
80 
rejim  üçün  səhifəyə  15-100  saniyə,  rəngli  rejim  üçün  isə  7  dəqiqəyə  kimidir.  Printerdə  yüksək 
dəqiqliklə  təsvir  almaq  üçün  ötəri  yüksək  keyfiyyətli  kağızdan  istifadə  etmək  lazımdır 
(keyfiyyətsiz  kağızda  rənglərin  bir-birinə  qarışması  baş  verir).  Müasir  axınlı  printerlər  üçün 
çapetmə sıxlığı 700-720 dpi-dir (bir düymə düşən nöqtələrin sayı). 
Lazer  printerləri  digər  printerlərə  nəzərən  mürəkkəb  quruluşa  malik  olub,  istər  ağ-qara, 
istərsə  də  rəngli  çapın  (tipoqrafik  çapa  uyğun)  yüksək  keyfiyyətlə  əldə  olunmasını  təmin  edir 
(dəqiqədə  4-12  səhifə  və  daha  çox).  Printerin  daxilində  olan  yarımkeçiricilərdən  hazırlanmış 
silindrik  səth  yüksək  gərginlikli  elektrik  mənbəyindən  yüklənir.  Təsvirə  uyğun  olaraq  silindrik 
səthin  müəyyən  hissələri  lazer  şüası  ilə  elektrik  yükündən  azad  edilir.  Hazırlanmış  boya  tozları 
xüsusi qurğu vasitəsilə silindrin üzərinə səpilir. Lazer şüasının düşmədiyi, yəni elektrik yükünün 
qaldığı  yerlərdə  boya  tozları  silindrin  səthinə  yapışır  və  silindrin  fırlanması  nəticəsində  kağız 
üzərinə hopdurulur. Beləliklə, kağız üzərində lazım olan təsvir alınır. 
Müasir  lazer  printerləri  üçün  çapetmə  sıxlığı  600-1200  dpi-dir.  Bu  printerlərin  müsbət 
cəhətləri səhifəni sətir-sətir deyil, bütövlükdə çap etməsidir. Mənfi cəhəti isə qiymətlərinin baha 
olmasıdır. 
Modem 
Müasir  dövrdə  qlobal  problemlərin  həll  edilməsində  istifadəçilər  İnternet  elektron 
şəbəkələrindən  istifadə  etməyə  böyük  üstünlük  verirlər.  Belə  dövrələrin  köməyi  ilə  istifadəçi 
elektron  poçtu  ilə  işləyə  bilir,  lokal  şəbəkələrə  daxil  olur,  faks  vasitəsilə  istənilən  məlumatı  ya 
göndərir,  ya  da  lazımi  səviyyədə  əldə  etmiş  olur.  Sadalanan  işləri  həyata  keçirmək  üçün 
kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər 
formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır. 
 Hal-hazırda   adi   modemlər   istehsal   olunmur,   «modem» dedikdə, sadəcə olaraq faks-
modem nəzərdə tutulur. 
Modem  -  kompüter  və  telefon  xətləri  arasında  rəqəmli  elektrik  siqnallarını  analoq 
siqnallarına  və  ya  əksinə  avtomatik  çevirən  qurğudur.  Bu  çevrilmə  onunla  əlaqədardır  ki, 
kompüter  rəqəmli  siqnallar  ilə  işlədiyi  halda,  telefon  xətləri  ancaq  analoq  siqnallar  vasitəsilə 
işləyir. Texnikada rəqəmli siqnalların analoq  siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə 
isə demodulyasiya deyilir. 
Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir. 
Müasir  modemlərdə  hər  üç  xüsusiyyətdən  istifadə  edilir.  Modem  iş  prosesində 
kompüterdən  üç  bitə  uyğun  informasiya  qəbul  edir  ki,  birinci  bit  ilə  amplitudaya,  ikinci  bit  ilə 
tezliyə,  üçüncü  bit  ilə  isə  fazaya  uyğun  analoji  siqnalı  xəttə  göndərir.  Göndərilmiş  siqnallar 
modem-qəbuledici tərəfindən qəbul edilərək istifadəçiyə lazım olan şəkildə çatdırıır. 
Modemin  buraxma  qabiliyyəti  iki  parametr:  informasiyanın  ötürülmə  sürəti  və 
informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni 
əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun 
informasiyam  xəttə  ötürmə  sürəti  2400  boddur.  İnformasiyanın  tutumu  isə  analoq  siqnallarının 
sayı, yəni bit ilə təyin edilir. 
Əgər  iki  modem  arasında  əlaqə  yaratmaq  lazımdırsa,  hər  iki  modemin  düzgün  işləməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə