"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

 
81 
üçün  modemlərin  səciyyəvi  xüsusiyyətləri  eyni  olmalıdır.  Əks  halda,  informasiya  dəyişməsi 
modemlər arasında baş verməyəcəkdir. 
Qeyd edək ki, telefon xətlərinin keyfiyyətsiz olması və ötürülən siqnalların maneələrə rast 
gəlməsi  modemin  iş  xüsusiyyətinə,  yəni  siqnalların  keyfiyyətli  və  sürətli  ötürülməsinə  xələl 
gətirir. 
Kompüterə  qoşulan  modem  göstərilən  iki  iş  rejimindən  birində  ola  bilər:  verilənlərin 
ötürülməsi və əmrlər rejimi. Birinci rejimdə kompüterin modemə ötürdüyü siqnal analoq siqnalına 
çevrilərək  telefon  xətti  ilə  ötürülür.  İkinci  rejimdə  isə  kompüter  tərəfindən  xüsusi  əmrlərin 
verilməsinə baxmayaraq, modem özü müstəqil işləyir, yəni simvollar ardıcıllığını əmrə çevirir. 
Modemlər  istifadə  olunan  kompüterlərin  tiplərindən  asdı  olaraq  daxili  (elektron  lövhə 
şəkilində kompüterin daxilində yerləşdirilir) və xarici (fərdi kompüterə ayrıca qurgu kimi qoşulur) 
olurlar. 
Səs kartı (səs adapteri) 
Səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik sistemlər 
(səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona 
musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı 
qəbul etməyə şərait yaradır. 
Əgər  kompüter  CD  ROM  və  səs  kartı  ilə  təmin  olunmuşsa,  belə  fərdi  kompüterləri 
multimedia adlandırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə istifadə edirlər. 
Şəbəkə kartı 
Şəbəkə kartı (və  ya şəbəkə adapteri) kompüterin lokal dövrəyə qoşulmasına imkan verir. 
Əgər  firma  və  ya  təşkilatda  müəyyən  sayda  kompüterlərdən  istifadə  edilirsə,  şəbəkə  lövhəsi 
vasitəsilə ilə kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür. 
DVD (digital vidio disk) 
DVD  kompakt  diskləri  oxuyan  qurğunu  (CD-ROM)  əvəz  edəcək  qurğu  kimi  yaxın 
zamanlarda istehsal olunmağa başlanıb. Müxtəlif tutumlarda (təxminən 4.7 Hbayt-dan 17 Hbayt-a 
kimi) olan disklər adi kompakt disklərə çox oxşayırlar. 
Strimmer 
Strimmer  (stream  -  uzun  lent)  informasiyanı  maqnit  lentinə  yazan  xüsusi  imkanlı 
maqnitafondur.  Ondan  sərt  maqnit  diskində  olan  informasiyanın  ehtiyatda  saxlanılması  üçün 
istifadə  edirlər.  Əgər  həddindən  artıq  vacib  olan  informasiya  sərt  maqnit  diskindədirsə,  onu 
strimmerdə  saxlamaq  məsləhət  görülür.  Strimmerin  kassetləri  böyük  tutuma  (120  Mbaytdan  5 
Hbayta qədər) malikdir. 
Skaner 
Mətn  və  qrafiki  informasiyanın  surətini  çıxarıb  kompüterə  daxil  etmək  üçün  skaner 
(Scaner)  qurğusundan  istifadə  edilir.  Skaner  fotoşəkil,  rəsm,  əl  yazması,  qəzet  və  jurnal 
surətlərinin kompüterdə təkrar istifadə edilməsini təmin edir. 
Fərdi skanerin əl ilə işləyən, planşet və baraban növlərindən istifadə olunur. Skanerin əsas 
elementi yarımkeçirici lazer və yarımkeçirici işıqqəbuledicidir. Skaner mətn və ya təsvir üzərində 
hərəkət  etdikdə  kağız  üzərində  hərəkət  edən  lazer  şüası  mətni  və  ya  təsviri  skanerlər  və  təsvirə 


 
82 
uyğun  informasiyam  işığa  həssas  yarımkeçiricilərdə  əks  etdirir.  Nəticədə  alınmış  işıq  siqnah 
elektrik  siqnalına  çevrilir  və  naqil  vasitəsi  ilə  kompüterə  ötürülür.  Kompüterə  ötürülən  siqnal 
özündə  təsvirə  uyğun  olan  nöqtələrin  sayını  və  təsvirin  rəngini  təzahür  etdirir.  Kompüter 
tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Ahnmış məlumat istifadəçi 
tərəfindən lazım gəldikdə fayl şəklində diskə yazılır. 
Plotter 
Plotter  kağız  üzərində  müxtəlif  çertyojların  çəkilməsini  təmin  edir.  Əsasən  kompüterdə 
mühəndis məsələlərini həll etmək üçün istifadə edilir. 
Rəqəmsal kamera 
Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu 
cihazdır. 
Prosessor  kompüterin  əsas  qurğusu  olub,  DYQ-də  saxlanan  proqramla  hesab  və  məntiq 
əməliyyatlarını  yerinə  yetirir  və  kompüterin  ümumi  işini  idarə  edir.  Kompüterin  işləmə  sürəti 
əsasən  prosessorun  işləmə  sürətilə  təyın  edilir.  İşləmə  sürətini  artırmaq  üçün  prosessor  kiçik 
tutumlu və çox böyük sürətli yerli yaddaşa (keş yaddaş) malik olur. Hesablama prosesi kompüter 
üçün əvvəlcədən tərtib edilmiş proqram vasitəsilə yerinə yetirilir. Proqram icra ardıcıllığına uyğun 
yazılmış əmrlərdən (təlimatlardan) ibarətdir. Proqramın icrası zamanı İQ növbəti əmri seçib təhlil 
edir  və  hansı  əməliyyatın  hansı  operandlar  (əməliyyatda  iştirak  edən  kəmiyyətlər)  üzərində 
aparılmasının  müəyyənləşdirir.  DYQ-dən  götürülən  operandlar  HMQ-də  yerləşdirildikdən  sonra 
əməliyyat yerinə yetirilir. Hesab-məntiq qurğusu İQ-nin idarəsi altında işləyir. 
Emal edilən verilənlər və icra olunan proqram kompüterin yaddaşında yerləşdirilir. Onlar 
yaddaşa daxiletmə qurğuları vasitəsilə daxil edilir. 
  Yaddaşın  tutumu  baytlarla  (kilobayt,  meqabayt,  qiqabayt,  terabayt)  ölçülür.  Kompüterin 
yaddaşı  mürəkkəb  quruluşa  malik  olub,  iyerarxik  prinsiplə  qurulur  və  müxtəlif  tipli  yaddaş 
qurğularından ibarət olur. Funksional baxımdan yaddaş iki hissəyə bölünür: daxili va xarici. 
Daxili və ya əsas yaddaş prosessorla bilavasitə əlaqədə olub, icra olunan proqramların və 
emal  olunan  verilənlərin  saxlanması  üçündür.  Daxili  yaddaşın  işləmə  (yaddaşa  müraciət)  sürəti 
yüksək, lakin onun tutumu nisbətən kiçik olur. 
  Daxili  yaddaş  da  öz  növbəsində  iki  hissədən  ibarət  olur:  əməli  yaddaş  (ƏY)  və  daimi 
yaddaş  (DY).  Əməli  yaddaş  DYQ-nin  əsasım  təşkil  edir,  informasiyanın  qəbul  edilməsi, 
saxlanması  və  ötürülməsi  üçün  istifadə  olunur.  O,  adətən  enerjidən  asılı  olur,  yəni  kompüter 
şəbəkədən  çıxarıldıqda  oradakı  informasiya  itir.  Əməli  yaddaşa  nisbətən  tutumu  xeyli  az  olan 
daimi  yaddaş  informasiyanın  saxlanması  və  ötürülməsi  üçün  istifadə  olunmur,  yəni  istifadəçilər 
tərəfindən  oraya  informasiya  yazılması  mümkün  deyil.  İnformasiya  oraya  kompüterin 
hazırlanması  zamanı  yazılır  və  adi  hallarda  dəyişdirilə  bilməz.  Orada  tez-tez  istifadə  olunan 
proqramlar  və  verilənlər  saxlanılır  (məsələn,  əməliyyat  sisteminin  bəzi  proqamları,  kompüterin 
düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter 
şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanır. 
Kompüterin  periferiya  hissəsinə  daxil  olan  xarici  yaddaş  qurğusu  (XYQ)  böyük  həcmə 
malik olan informasiyanı saxlamaq üçün istifadə olunur. Xarici yaddaşla informasiya mübadiləsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə