"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   35

 
97 
rahat olmaq cəhətdən monitorlara qarşı ən ciddi tələblər irəli sürülür.  Monitor,   bütün mümkün 
şüalanmalar səviyyəsinin və digər göstəricilərin sağlamlıq üçün maksimal təhlükəsizliyini təmin 
etməlidir.  Həmçinin monitor təkcə təhlükəsiz deyil,   həmçinin istifadəçiyə keyfiyyətli təsvir 
verməklə,   komfort iş şəraitini təmin etməldir.   
Monitorun növləri.  Yaxın vaxtlara qədər elektron – şüa bürosu (EŞB) əsasında qurulmuş 
monitorlar ən geniş yayılmışdılar.  Belə monitorun iş prinsipi adi televizorun iş prinsipindən heç 
də fərqlənmir: elektron “topundan” buraxılan şüa dəstələri səthi lyuminofor maddəsi ilə ötürülmüş 
kineskopun üzərinə düşür.  Bu şüaların təsiri altında ekranın hər bir nöqtəsi qırmızı,   yaşıl və göy 
kimi 3 rəngdən biri ilə işıqlanır.  Lakin bu o demək deyildir ki,   monitorda yalnız 3 rəng 
işıqlanacaq – onların kombinasiyaları nəticəsində milyona qədər rənglər və onların kölgələrini 
əldə etmək mümkün olur.  Bu günkü gündə EŞB – monitorlar tam təkmilləşdirilmiş və qiyməti 
çox da baha olmayan qurğulardır.  Onun əsas mənfi cəhəti – çəkisi və qabarit ölçüləridir.  Bundan 
əlavə,   güclü enerji sərfinə malikdirlər və istifadəçiyə zərərli şüalarla təsir edirlər.  Bunun 
alternativi olaraq,   mayekristal (MK) matris əsasında müstəvi və ensiz nazik monitorlar istehsal 
olunmağa başlanmışdır.  Çox təəcüblüdür ki,   belə monitorların yaranmasına səbəbkar botanika 
elmi olmuşdur.  Məhz avstriyalı botanik – alim Fridrix Reynister XIX əsrin axırlarında üzvü 
maddələrin çox təəcüblü bir xüsusiyyətini aşkar etmişdi: temperaturdan asılı olaraq,   həmin 
maddələrdə maye və ya kristalın xassəsi yaranır.  Ondan sonra dostu olan fizika alimi Otto 
Lexmanın təyin etmişdi ki,   maye kristallar öz əks etdirmə qabiliyyətini dəyişə bilirlər,   yəni 
müxtəlif temperaturlarda onlar rənglərini dəyişirlər.  Lakin,   yalnız 70 ildən sonra bu möcüzəli 
xassələr praktiki tətbiq tapırlar.  Belə monitorun ekranındakı nöqtələri lyuminofor yox,   çoxlu 
sayda miniatür maye – kristallı elementlər formalaşdırır ki,   oda verilən cərəyanın təsiri 
nəticəsində öz rəng xaraketriskalarını dəyişdirir.  Müasir aktiv və ya TFT – matrislərdə ekranın hər 
bir xırdaca MK – elementləri (piksellər) “kontrollerə” (bu rolda xüsusi tranzistordan istifadə edilir 
və o,   ancaq ona əmr verir) malik olur.  Bunun nəticəsində TFT monitorlorda “təsvir” ani bir anda 
dəyişilə bilər və maye – kristallı ekranlar üçün tipik olan “iz” buraxmır.  
MK – displeylər ənənəvi EŞB displeylərə nisbətən bir sıra üstün cəhətlərə malik olurlar.  
Onlar kompakt olur və yüngüldürlər,   onların qalınlığı bir neçə santimetr olur,   tibbi və ekoloji 
cəhətdən təhlükəsizdir,   bir neçə dəfə az enerji sərf edirlər.  Ən başlıcası isə,   müstəvi ekrana,   
yüksək keyfiyyətə malik olur.  Ən nəhayət,   burada informasiya ötürülməsində rəqəm üsulundan 
istifadə olunur.  Halbuki,   EŞB əsasında qurulmiş ənənəvi monitorlarda kompüterdən 
informasiyanın ötürülməsi üçün analoq kanalından istifadə edilir ki,   bu da təhriflərə və əngəllərə 
səbəb olur.  Ötürmənin rəqəm üsulunda bu nöqsanlar olmur,   lakin bu halda istifadəçi MK – 
monitor aldıqda,   rəqəm çıxışına malik olan (DV) videoplata da almalıdır.  Əfsuslar olsun ki,   
maye – kristallı monitorların mənfi cəhətləri də vardır.  Birincisi – onun qiyməti adi monitora 
nisbətən 2 dəfə baha olur,   ancaq onların ucuzlaşmaları daha tez sürətlə baş verir.  Lakin rəngin 
ötürülməsi sahəsində EŞB – monitorlar hələlik qabaqdadır.  Belə ki,   ənənəvi EŞB – monitorda 
4295 milyonrəng (32 – bitlik palitra) dəstəkləndiyi halda,   MK – monitorlarda yalnız 65 min rəng 
(16 bitlik palitra) dəstəklənir.  Tipindən asılı olmayaraq,   monitorlar aşağıdakı vacib parametrlərlə 
xarakterizə olunurlar.  


 
98 
Ekran diaqonalının ölçüsü dyümlə ölçülür.  Əvvəllər ev kompüterlərində 14 düyümlü 
monitorlardan istifadə olunurdu.  Sonra onları 15 dyümlü və 17 dyümlü monitorlar əvəz etdi.  
Lakin 19 dyümlü monitordan istifadə edənlər də az deyildir.  Lakin həqiqətdə,   monitorun 
diaqonalının ölçüsü göstərilən ölçüdən bir dyüm az olur.  Belə ki,   17 dyümlü monitorun ölçüsü 
15,  8 – 16,  1 arasında olur.  Bunun isə səbəbi odur ki,   istehsalçılar ekranın ölçüsü üzərinə 
monitoru əhatə edən və təsvirdə heç bir rolu olmayan plastik kütlədən hazırlanmış haşiyənin də 
ölçüsünü əlavə edirlər.  Bahalı MK və plazmalı displeylərdə belə yanaşma olmur.  Onlarda real 
ölçü göstərilir.  Ona görə də,   belə bir fikr söyləmək olar ki,   15 dyümlü MK – monitor təxminən 
17 dyümlü EŞB monitora həm ölçü cəhətdən,   həm də qiymət cəhətdən uyğun gəlir.  
Ekranın mütənasibliyi (ancaq MK – monitorlar üçün).  EŞB əsasında adi monitorlarda 
tərəflərin nisbəti həmişə 4:3 olduğu halda,   MK – monitorlarda bu nisbət müxtəlif cür olur.  MK – 
monitorlarda əksər hallarda bu nisbət 16:9 kimi olur.  Bu da,   belə bir enli ekranı formatda DVD 
filmlərinə rahat baxmağa imkan verir.  Standart proqramlarda işlədikdə isə,   belə bir ekran heç bir 
təsir göstərmir.  
Ekran pikselinin qiyməti.  Bu göstərici ekrandakı nöqtənin millimetrin onda bir hissəsi ilə 
ölçülən minimal qiymətini göstərir.  Bu parametr alınan təsvirin keyfiyyətinə bilavasitə təsir edir: 
bu nöqtə nə qədər böyük olarsa,   o qədər də təsvir kobud alınır.  Bir qayda olaraq,   ekranın ölçüsü 
15 dyüm olan monitorlar üçün bu nöqtənin qalınlığı 0,  28 mm,   bahalı modellərdə isə -0,  25 mm 
olur.  17 dyümlü EŞB – monitorlarda müxtəlif markalar üçün bu kəmiyyət 0,  24-0,  27 mm 
arasında olur.  MK – monitorlarda bu kəmiyyət 0,  28-0,  29 mm olur.  
Seyrəklik qabiliyyəti (videorejim).  Bu kəmiyyət vasitəsilə monitorda yerləşəcək 
“nöqtələrin” sayı təyin edilir.  Aydındır ki,   bu nöqtələrin sayı nə qədər çox olarsa,   o zaman 
təsvir daha yaxşı keyfiyyətə malik olacaq.  Seyrəklik qabiliyyəti 2 kəmiyyəti təsvir edir – üfüqi və 
şaquli istiqamətdə nöqtələrin sayı.  Bu kəmiyyət kompüterdə səlis yox pillə - pillə,   rejimdən 
rejimə keçdikcə dəyişir: 
-
 
640x480 (14 - dyümlü monitorlar üçün standart rejim); 
-
 
800x600 (15 - dyümlü monitorlar üçün standart rejim); 
-
 
1024x768 (17 - dyümlü monitorlar üçün standart rejim); 
-
 
1152x854 (19 - dyümlü monitorlar üçün standart rejim); 
-
 
1280x1024 (20 - dyümlü monitorlar üçün standart rejim); 
-
 
1600x1200 (21 - dyümlü monitorlar üçün standart  
-
 
rejim); 
Praktikada,   istənilən monitor daha böyük seyrəklik dəstəkləyə bilər və  17  
dyümlü monitor 1280x1024 seyrəklik işləyə bilər.  Çox böyük seyrəklik olduqda,   qrafiki 
interfeysin elementləri çox – çox kiçik alınır.  Əgər EŞB – monitorlar böyük diapazonlu 
seyrəklikdə işləyə bilirsə,   MK – monitorlar onların matrislərinin hazırlandığı seyrəklik qiymətinə 
bağlı olurlar.  Məsələn,   15- dyümlü MK – monitorların əksəriyyəti üçün seyrəklik qabiliyyəti 
1024x768 piksel,   18-dyümlü monitorlar üçün isə - 1280x1024 nöqtə və s.  
 Açılışın maksimal tezliyi (Refresh Rate)(EŞB – monitorlar üçün).  Kinoda “kadrların 
yeniləşmə tezliyi” analoqu kimi bu kəmiyyəti təyin etmək olar.  Aydındır ki,   açılış tezliyi nə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə