"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   35

 
99 
qədər böyük olarsa,   monitorun ekranı insanın gözünü “yorur”.  Bir qayda olaraq,   komfort 
şəraitdə işləmək üçün şaquli açılışın tezliyi 85 Hs – dən aşağı olmamalıdır və bu zaman ekrandakı 
təsvir bir saniyədə 85 dəfə yeniləşəcəkdir.  Daha aşağı tezlik gözün yorulmasına  səbəb ola bilər 
və görmə qabiliyyətini zəiflədə bilər.  Bütün bu deyilənlər,   əlbəttə ki,   EŞB – monitorlara aiddir.  
MK – monitorlarda iş başqa cürdür.  Hər bir piksel digər piksellərdən asılı olmur və ayrıca idarə 
olunur.  Ona görə də,   MK – monitor üçün “refreş” 75 Hs olarsa,   bu təhlükəsizdir və komfort işi 
təmin edir.  
 Təzadlıq dərəcəsi və müşahidə bucağı (ancaq MK – monitorlar üçün).  Təzadlıq 
göstəricisi ağ və qara düzbucaqlıların orta parlaqlıqları nisbətəni xarakterizə edir (qara 
düzbucaqlının parlaqlığı vahidə bərabər qəbul edilir).  Bu günkü gündə bu kəmiyyət 1:400 qəbul 
edilmişdir,   lakin bəzi yeni modellərdə bu nisbət 1:700 olur.  Yaxşı MK – monitorlar üçün digər 
bir  parametr müşahidə bucağı 30 dərəcə olduğu halda,   müasir MK – monitorlarda – 180 
dərəcədir.  
 Piksellərin əks cavab vermə vaxtı (ancaq MK – monitorlar üçün).  EŞB – monitorlarda 
şüalar cəld hərəkət etdiyi halda,   MK – monitorların xanaları “ətalət” xassəsinə malik olurlar.  
Bunun  da nəticəsində,   ekranda kadrlar cəld dəyişdikdə,   yeni kadrın bir hissəsi saniyənin 
müəyyən hissəsi qədər müddətdə köhnə kadr,   üzərində qalır.  Ona görə də monitoru seçdikdə əks 
cavab vermə müddəti minimum olan monitor seçmək tələb olunur.  Bu günkü gündə standat 
qiymət – 12-16ms,   maksimal qiymət isə -20ms –dir.  
 Matrisin tipi (yalnız MK – monitorlar üçün).  Yuxarıda göstərdiyimiz bütün parametrlər 
matrisin tipi ilə təyin olunur.  Müasir monitorlarda xarakteristika və qiymətə görə bir – birindən 
fərqlənən bir neçə tip matrisdən istifadə olunur: 
-
 
TN – film matrisi.  Bu matrislərin ən köhnə tipidir.  Burada əks cavab  
vermə müddəti 25ms olur və keyfiyyər xarakteriskası da idealdan çox uzaqdır.  
-
 
MVA və PVA matrisləri.  Uyğun olaraq,   Fujitsu və Samsung firmaları  
tərəfindən işlənib hazırlanmışdır.  Bu monitorlar TN – film monitoruna nisbətən bir addım 
irəli doğru getmişdir.  Rəngötürm yaxşılaşmış,   müşahidə bucağı böyümüş,   əks cavab vermə 
vaxtı da 20ms- yə qədər azaldılmışdı.  Belə matrislərlə 17 dyümlü monitorlar təchiz olunurlar.  
-
 
İPS və S-İPS matrisləri.  Bu texnologiya Hitachi kompaniyası tərəfindən  
işlənmiş və burada real təsvir və keyfiyyətli rəng ötürmə əldə edilmişdir.  Lakin bu 
texnologiya çox da ucuz deyildir; bu matrislə yalnız ən yüksək qiymət kateqoriyasına malik olan 
monitorlar təchiz olunurlar.   
Printer informasiyanı kağıza çap edən qurğudur.  Bütün çap qurğuları iş prinsipinə görə 
“zərbəli” (impact) və “zərbəsiz” (non - impact) olurlar.  
 Matris tipli zərbəli printerlər.  Bu printerlərin iş prinsipi ona əsaslanmışdır ki,   bütün 
mümkün olan işarələr bu və ya digər üsulla kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu 
vasitəsilə təşkil olunurlar.  Bu cür üsulla işləyən çap qurğuları çox geniş yayılmışdır.  Həmin 
printerlər kifayət qədər çap keyfiyyətli,   ucuz materiallarla (rəngləyici lent və kağız) işləməyi 
təmin edir,   həm standart formatlı vərəqlərdən,   həm də rulon tipli kağızlardan istifadə etməyə 
imkan verir.  Mənfi cəhəti onun səsli olmasıdır.  Printerin başlığı 9,   18 və ya 24 iynəli ola 


 
100 
bilərlər.  Printerin modelləri arasında həm geniş karetkalı (A3 - formatı),   həm də ensiz karetkalı 
(format - A4) modellərə rast gəlinir.  Yüksək çap keyfiyyəti  NLQ (Near Letter Quality – tam 
makina keyfiyyətinə yaxın) rejimində işləyən 9 iynəli  
Printerlərdə,   həm də LQ (Letter Quality – makinə keyfiyyətli) 24 iynəli printerlərdə əldə 
edilir.  Biq qayda olaraq,   müasir printerlər “rezident” və ya yüklənən miqyaslı şriftlərlə təmin 
olunurlar.  Bu sahədə Epson,   Star,   Micronics,   Okidata firmalarının məhsulları daha çox 
yayılmışdır.  Lakin zərbəsiz printerlərlə müqayisədə zərbəli printerlərin istehsalı son zamanlar 
getdikcə azalır.  
 Şırnaqlı printerlər.  Bu cür zərbəsiz printerlər demək olar ki,   tam səssiz işləyirlər.  
Mürəkkəblə işləyən şırnaqlı printerlər ardıcıl,   matris tipli zərbəsiz işləyən çap qurğularına aid 
edilə bilərlər.  Onlar fasiləsiz təsirli və diskret təsirli olaraq 2 yerə bölünürlər.  Diskret təsirli 
printerlərin iş prinsipi ya hava ilə doldurulmuş köpük effektinə (Bubble - jet),   ya da pyezoeffekt 
prinsipinə əsaslanırlar.  Bunların əsas istehsalçısı “Canon” və “Epson” firmalarıdır.  
 Zərbəli matris printerlərində olduğu kimi,   mürəkkəblə işləyən qurğularda,   çap edən 
başlıq ancaq üfüqi müstəvi boyunca hərəkət edir,   kağız isə şaquli istiqamətdə ötürülür.  Çap 
başlığından mürəkkəbin payalanacağı kanal dəliklərin sayı 12-dən 64 - ə qədər olur.  Bu dəliklərin 
ölçüləri zərbəli matris printerlərində olan iynələrin diametrindən kiçik olur.  Buna görə də burada 
keyfiyyət nəzəri cəhətdən bir qədər yüksək olur.  Lakin buna həmişə nail olmaq mümkün olmur,   
çünki burada kağızın keyfiyyəti əsas rol oynayır.  Hal – hazırda yüksək keyfiyyətlə çap etmək 
üçün (1440dpi – bir dyümə düşən nöqtələrin sayı) səthi xüsusi örtüklə örtüklənmiş kağızdan 
istifadə edilir.  Bu halda istifadə olunan materialların qiyməti çox baha başa gəlir.  
 “Bubble - jet” üsulundan istifadə etdikdə hər bir dəliyin yanında kiçik qızdırıcı element 
(adətən bu nazik lövhəli rezistor olur) yerləşdirilir.  Bunun vasitəsilə rezistordan cərəyan axır,   
500 dərəcəyə qədər temperatur alınır və bu istilik ətrafda olan mürəkkəb hissəciklərinə verilir.  
İstiik ani bir zamanda  əldə olunduğu üçün onun ətrafında mürəkkəbli buxar köpüyü yaranır və 
bunun vasitəsilə dəlikdən lazımi miqdarda mürəkkəb kağıza doğru itələnir.  Cərəyanı dövrədən 
açdıqdan sonra,   rezistor tez soyuyur və buxar köpüyünün ölçüsü kiçilərək,   dəlikdən yeni 
mürəkkəb hissəsini götürür o kağıza hopdurulmuş köhnə mürəkkəb hissəciyin yerini tutur.  
 Kanal dəliyinin idarə olunmasının II üsulu pyezoelektrik prinsipinə əsasən,   elektrik 
sahəsinin təsiri altında pyezokristal deformasiyaya uğrayır.  Çıxış dəliyinin yanında yerləşdirilmiş 
pyezoelementin ölçüsünün dəyişdirilməsi mürəkkəb damcısının püskürülməsinə və yeni 
mürəkkəbli damcının gəlməsinə səbəb olur.  Yüksək keyfiyyətli bu cür çap etmədə bir dəqiqədə 2-
3 səhifə,   ya da bir saniyədə 200 işarə çap oluna bilər.  Bəzi modellərdə mürəkkəbli damcı 
püskürüləcək belə dəlikərlərin sayı 64 olur.  Bu halda bir dyümdə 360 nöqtə yerləşmiş olacaq.  
 Termoprinterlər.  Bu üsulla təsviri kağıza çap etmək üçün kağızın ayrıca götürülmüş hər 
hansı bir hissəsi qızdırılır.  Bu halda kağız müəyyən nazik termohəssas örtüklə ötürülür.  Lokal 
qızdırma zamanı həmin örtüyün təsviryaradıcı birinci komponenti əvvəlcədən rəngsiz rənglə 
qarışaraq kağız üzərində görünən ləkə yaradır.  Ümumiyyətlə,   bu üsulla müxtəlif rənglərdə çap 
etmək mümkündür.  Bir qayda olaraq,   çap vaxtı qara rəngli təsviri təmin edən örtük daha yüksək 
temperatur və çap başlığının böyük təzyiqini tələb edir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə