"kompüter qrafikasi" FƏNNİNİn predmeti


  dərhal keçirən düymələr.   Delete



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   35

 
93 
dərhal keçirən düymələr.  
Delete – kursordan sağ tərəfdə yerləşən işarəni ləğv etmək üçün düymə.  
İnsert – daxil etmə rejiminin idarəedici düyməsi.  Daxiletmə rejimi aktiv 
olarsa (əsasən rejim aktiv olur) iki əşyanın arasına mövcud mətni silmədən istənilən mətn 
əlavə etmək olur.  
2.
 
Köməkçi düymələr  
Köməkçi klaviaturada yerləşən rəqəm düymələri eyni zamanda kursorun yerin dəyişmək 
üçün də istifadə olunur.  Klaviatura rəqəm rejimində olarsa,  düymələr rəqəm daxil edir.  Rəqəm 
rejiminə keçmək üçün Num Lock düyməsindən istifadə olunur.  
3.
 
Funksional düymələr 
F1-F2-tez-tez istifadə olunan əməliyyatları yerinə yetirən düymələr.  Bu düymələrin 
funksiyaları proqramlardan asılı olaraq fərqli ola bilər.  
4.
 
Xüsusi düymələr  
Esc - əmrdən imtina etmək üçün düymə; 
Print Scrn – ekrandakı şəkli çap etmək üçün istifadə oluna bilər.  PrintScreen – vasitəsilə 
ekranın təsvirini,   “mübadilə buferində” yerləşdirmək mümkündür.  Sonra onu fayl şəklində,   
istənilən qrafiki redaktor vasitəsilə yadda saxlamaq olar.  
Scroll Lock – bəzi proqramlarda kursorun sabit yerdə dayanmasını təmin etmək üçün 
istifadə olunur; 
Pause (Break) – proqramın müvəqqəti saxlanması üçün düymə.  
Hərf yazılıan zaman   Shift düyməsi basılarsa həmin hərfin böyük forması yazılır.  
CapsLock düyməsi basılarsa bütün hərflər böyük şəkildə yazılır.  Ctrl və Alt düyməsi köməkçi 
düymələrdir.  Tab düyməsi 0. 5 inch (düym) boş yer buraxmaq üçündür.  Backspace düyməsi 
soldan,   Delete düyməsi isə sağdan bir hərfi və ya işarəni silmək,   Enter düyməsi təzə sətrə 
keçmək,   ESC (escape) hansı isə bir əməliyyatdan imtina etmək,   F1-F12 düymələri funksional 
düymələrdir,   yəni proqramdan asılı olaraq hansısa bir əməliyyatı icra etmək üçündür.  
Windows düymələri - əksər müasir klaviaturalar Windows əməliyyat sistemi ilə işləmək 
üçün təyin edilmiş 3 xüsusi düymələrlə təchiz olunurlar.  Onlar klaviaturanın aşağı hissəsində,   
Ctrl və ALT düymələrinin yanında yerləşirlər.  Windows loqotipinin təsviri olan düymələr- “işə 
salma” menyunun cəld çağırılması üçün xidmət edirlər,   üçüncü düymə isə mausun sağ 
düyməsinin funksiyasını təkrar edərək,   “kontekst menyunu” çağırmaq üçün istifadə edilir.  
-
 
Əlavə düymələr.  Əgər birinci 20 il ərzində düymələrin nomenklaturası o  
qədər də dəyişməmişdisə,   axrıncı 1-4 il ərzində bu sahədə müəyyən dəyişikliklər əmələ 
gəlmişdir.  Hətta bəzi yeni klaviatura modellərində 20 – yə qədər yeni funksional düymələr 
yaradılmışdır.  Bu yeni düymələri şərti olaraq 3 qrupa bölmək olar: 
1.
 
Qida mənbəyini idarə edən düymələr – FK – nın şəbəkəyə qoşulması və  
ya şəbəkədən açılması (Power),   kompüterin “yatmaq” rejiminə (Sleep) keçilməsi və bu 
rejimdən çıxış (Wake).  
2.
 
İnternet proqramlarının idarəsi üçün düymələr – brauzeri açmaq,    
elektron poçt proqramını işə salmaq və s.  


 
94 
3.
 
Multimedia düymələri – kompakt diski səsləndirmək üçün işə salmaq,    
mahnılar arasında keçid təşkil edən,   səsin uca – zəif olmasını idarə edən 
Son zamanlar,   infraqırmızı şüalar üzərində qurulmuş klaviaturalara da rast gəlmək 
mümkündür ki,   burada klaviaturanı kompüter ilə birləşdirən naqil olmur.  Klaviaturadan 
kompüterə siqnal infraqırmızı şüa vasitəsilə məsafədən ötürülür.  Maus kimi,   klaviatura da 2cür 
birləşdirici ilə - yumru şəkildə olan PS/2 və USB şininə qoşulan və müstəvi şəklində - istehsal 
olunurlar.  Klaviaturdan daxil olunan verilənlərin ötürülmə sürətinə heç bir tələbat qoyulmadığı 
üçün,   klaviaturanı PS/2 birləşdiricisinə qoşmaq məsləhətdir.  
 
 
 
Skaner vasitəsilə kompüterə mətnləri,   şəkilləri,   cizgiləri və digər qrafiki informasiyanı 
daxil etmək olur.  Ən geniş yayılmış 2 tip skaner mövcuddur: əl ilə işləyən (hand - held) və 
stolüstü (desktop).  Əl ilə işləyən skaner yığcam qurğu olub,   kifayət qədər çevikdir və bir yerdən 
başqa yerə aparmaq nöqteyi nəzərindən yararlıdır. Skanerin mətni əhatə etdiyi eni 4 düyn (10sm) 
olur,   uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.  
 Stolüstü skanerlərlə çox vaxt səhifəli,   planşet və ya avtoskaner də deyilir.  Bu skaner 
vasitəsilə 8,  5 x 11və ya 8,  5 x 14 düym ölçüsündə təsvirləri kompüterə daxil etmək mümkündür.  
Bu skanerlərin 3 növü  mövcuddur: flatbed,   sheet – fed,   overhead.  
 Flatbed – skanerləri çox bahalı qurğu olub,   eyni zamanda çox “ağıllı” dır.  Təsviri daxil 
etmək üçün onu skanerin şüşəli stolunun üzərinə qoyub,   qapağı qapamaq lazımdır.  Yerdə qalan 
bütün hərəkətləri skaner tətbiqi proqramın köməkliyi ilə özü yerinə yetirir.  
 Sheef – fed skanerləri faks – aparatı ilə işləməyə bənzəyir.  İlkin təsvir vərəqi dartıcı 
mexanizm vasitəsilə qurğunun içərisində dartılır.  Bu cür skanerlərdə kağızı avtomatik daxil edən 
xüsusi qurğu olur.  Lakin bunun bir mənfi cəhəti vardır ki,   cilidlənmiş materialları buradan 
buraxmaq mümkün olmur.  
 Overhead skaneri – “overhead” proyektorlarını xatırladır.  Daxil ediləcək sənəd skanerin 
səthində baş – ayaq qoyulur,   skanerin də uyğun bloku belə yerləşdirilir.  
 Ağ – qara skanerlərin ilk modelləri yalnız 2 səviyyəli rejimdə (bilevel) işləyə bilərdilər.  
Bu yolla ya ştrixlənmiş şəkillər (məsələn,   cizgilər),   ya da ikifonlu təsvirlər daxil edilə bilərdilər.  
Yalançı yarımfon rejim (dithering) yalnız bozumtul rənglərin imitasiyasını verir və bunun 
vasitəsilə daxil edilən təsvirin bir neçə nöqtələri qruplaşdırılaraq,   “gray – scale – piksellər” təşkil 
edirlər.  Onların ölçüləri – 2x2 (4 nöqtə),   3x3 (9 nöqtə),   4x4 (16 nöqtə) və s.  olur.  
 Qara nöqtələrin miqdarının ağ nöqtələr miqdarına olan nisbəti bozumtul rəngin 
səviyyəsini təyin edir.  Məsələn,   “4x4” ölçüsündə “gray – scale – piksel” 17 səviyyəli bozumtul 
(tam ağ rəng də daxil olmaqla) rəng əks etdirir.  Lakin bu halda onun seyrəklik xüsusiyyəti 4 dəfə 
azalmış olur.  
 Skanerin seyrəklik xüsusiyyəti 1düym təsvirdə olan nöqtələrin sayı ilə təyin edilir (dpi – 
dot per inch).  Əgər ilk modellərdə bu xüsusiyyət 200-300 dpi olmuşdursa,   müasir modellərdə bu 
rəqəm 500-1200dpi – dir.  Adətən skanerlə işləyən zaman bu rəqəmi proqram yolu ilə aşağıdakı 
qiymətlərdə qoymaq olar: 75,   100,   150,   200,   300,   400,   600,   800 və 1200dpi.  
 Yarımfonlu skanerlər maksimum seyrəklik xüsusiyyətini yalnız 2 səviyyəli rejimdə 
istifadə edirlər.  Adətən belə skanerlər 4, 6 və 8 mərtəbəli kodlar üçün 16, 64 və ya 256 bozumtul 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə