"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   35

 
91 
diskovod (məlumat daşıyıcısı - disketlər) və sərt maqnit disk qurğusu – vençester (məlumat 
daşıyıcısı – maqnit disklər).  
Sərt maqnit disk qurğusunun işləmə sürəti və məlumat tutumu yumşaq maqnit disk 
qurğusundan dəfələrlə çoxdur. Yumşaq maqnit disk qurğularının məlumat daşıyıcısının həcmi 1,  
44 Mbayt olur.  Bu cür məlumat daşıyıcılarını bir yerdən başqa yerə rahatlıqla aparmaq olur.  Sərt 
maqnit disk qurğularını (vinçester) ana plataya qoşmaq üçün IDE,   Serial ATA,   SCSI 
interfeyslərindən istifadə olunur.  Bu qurğudan məlumatın oxunması –yazılması vaxtı 5 -15 ms 
olur.  Sərt maqnit disk qurğularında şpindelin (oxun) fırlanma sürəti 5400,   7200,   10000,   15000 
dövr/dəqiqə olur.  Məlumat tutumu 100 Gbaytlarla ölçülür.  Sərt maqnit disk qurğusu məlumatı 
yadda saxlamaq imkanlarına görə enerji mənbəyindən asılı deyil.  Ona görə də əməliyyat sistemi,   
tətbiqi proqramları və istifadəçinin digər proqramlarını sərt maqnit disk qurğusunda yadda 
saxlayır.  Son illərdə optik məlumat daşıyıcılarına informasiyanı yazıb-oxuyan CD-RW,   DVD-
RW xarici yaddaş qurğularından geniş istifadə olunur.  Optik məlumat daşıcıyılarına (CD,   DVD) 
məlumatın yazılması – oxunması lazer şüasının köməyi ilə həyata keçirilir.  CD-RW qurğularında 
istifadə olunan CD – disklərdə audio məlumatlar rəqəm formasında saxlanılır.  Məlumat tutumu 
650 Mbaytdır (74 dəqiqəlik audio məlumat).  DVD (digital video disk) – rəqəmli video-disk 
məlumat daşıyıcısı xarici görünüşünə görə CD – disklərə oxşayır.  Məlumat tutumu 4,  7-17,  4 
Gbayt-dır.  Əsasən bu disklərdə videofilmlər yerləşdirilir.  DVD –lər 1997-ci ildən istehsal 
olunmağa başlanmışdır.   
Hal hazırda fərdi kompüterlərdə məlumat daşıyıcıları kimi Flash yaddaş qurğularından 
geniş istifadə olunur.  Bu kiçik qurğular 2001 – ci ildə yaradılmışdır.  Bu qurğular böyük inteqral 
sxemlər (BİS) üzərində yığılır və ölçüləri çox kiçikdir,   bu da məlumatın bir yerdən başqa yerə 
rahatlıqla aparılmasına imkan verir.  Fləş – yaddaşda 32 Mb – dan 10Qb – a qədər informasiya 
saxlanıla bilər.  Fləş – yaddaşın tutumu ildən – ilə artdığından və qiyməti aşağı düşdüyündən,   
onlara tələbat həddindən artıq artmışdır.  Fləş – yaddaşın üstün cəhəti – çəkisinin az olması,   
böyük dayanıqlılıq və standarta malik olmasıdır.  Fləş – yaddaşı adi USB portuna daxil etməklə,   
saniyədə 1-8 Mb sürətlə istənilən informasiyanı köçürmək və ya oxumaq mümkün olur.  
Fləş-yaddaş kartları müxtəlif formatlara malik olub,   pleyerlərdən tutmuş cib kompüterləri 
və fotoaparat qurğusuna qədər müxtəlif mobil qurğularda istifadə olunurlar.  Buraya aşağıdakı 
yaddaş kartları daxildirlər: 
Compact Flash; 
MicroDrive sərt diski; 
Secure/Digital (SD) Multimedia Card (MMC); 
xD (eXtreme Digital); 
Memory Stick.  
Mobil vinçestirlər.  Mobil informasiya yığıcısı kimi istənilən vinçesterdən  
istifadə etmək olar.  Burada əsas məsələ ondan ibarətdir ki,   onun üçün rahat qutu seçmək 
lazımdır ki,   onu kompüterə qoşmaq mümkün olsun.  Belə qutu – futlyarlar paralel porta və ya 
USB – yə qoşulmaq üçün kabellə təchiz olunur.  Belə qutuya malik olmaqla,   siz faktiki olaraq,   
qeyri-məhdud tutumlu (60-80Qb) mobil informasiya  yığıcısını əldə edə bilərsiniz.  USB 2. 0 və 


 
92 
ya Fire Wire kimi sürətli portlara qoşulan mobil vinçesterlərin müasir modelləri rahatdır və cəld 
işləyirlər.  Lakin nəzərə almaq lazımdır ki,   belə portlarla yalnız 2002-ci ildən sonra istehsal 
olunan kompüterlər təchiz olunmuşlar.  Həmin qutuların hesablanmış olduğu USB 1. 1 kimi köhnə 
port 1Mb/s sürətli verilənlərin ötürülməsini təmin edirdi.  
 ZİV informasiya yığıcıları.  2001 – ci ildə Hyundai kompaniyası fləş – yaddaşla mobil 
vinçestr arasında yerləşən ZİV-drive adlı yeni növ informasiya yığıcısı təklif edir.  Bunun ölçüsü 
fləş-yaddaş ölçüsündədir,   burada əlavə qida mənbəyinə ehtiyac olmur.  O,   qidanı USB 
portundan alır.  Bunun tutumu 10-dan 100Qb-a qədər olur.  
Sistem blokunun daxilində yerləşən komplektləşdirici qurğulardan əlavə,   kompüterlər 
xarici (periferiya) qurğuları ilə də təchiz olunurlar.  Sistem bloku informasiyanın saxlanması və 
emalı işlərinin böyük bir hissəsini yerinə yetirir.  Lakin,   bildiyimiz kimi,   informasiya haradansa 
gəlməli və emal nəticəsi harasa getməlidir.  Məhz bu məsələlərlə periferiya qurğuları məşğul 
olurlar.  Bu qurğular iki yerə bölünürlər: 

 
informasiyanı kompüterə daxil edən qurğular 

 
informasiyanı kompüterdən xaric edən qurğular 
 
2. İnformasiyanı kompüterə daxil edən qurğular 
 Klaviatura – kompüterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur.  
Klaviaturanın köməyi ilə kompüterə istənilən simvolları (rəqəm,   hərf,   və s. ) daxil etmək 
mümkündür.  Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq 
və ekranda olan məlumatı printerə göndərmək mümkündür.   
Klavitura aşağıdakı düymələr qrupundan ibarətdir.  
1.
 
Əsas düymələr qrupu 
Əlifba-rəqəm düymələri; 
Enter- əmrin daxil olması və yeni sətrin düyməsi; 
Shift – böyük hərflər rejimi; 
Caps Lock – böyük hərflər rejiminə daim keçmək; 
Ctrl,   Alt – idarə edici düymələr,   əsasən digər düymələrin  təyinatını dəyişmək üçün 
istifadə olunur; 
Tab – tabluyasiya düyməsi – kursoru bir neçə addım sağa keçirmək üçün istifadə olunur 
(kursor – yanıb- sönən vertikal xətt (│),   mətnin daxil olunna nöqtəsini göstərir);  
Backspace – kursordan sol tərəfdə yerləşən işarəni silir; 
Əsas menyunu aktivləşdirən düymə 
Kontekst menyusunu aktivləşdirən düymə.  
2. Kursoru idarə edən düymələr  
,   ,   ,    - kursorun yerini dəyişən istiqamət düymələri,   müvafiq olaraq: 
yuxarı,   aşağı,   sola,   sağa; 
PgUp,   PgDn – səhifələrə keçid üçün istifadə olunan düymələr- PgUp bir  
səhifə yuxarı,   PgDn isə bir səhifə aşağı keçməyə imkan verir
Home,   End – kursoru müvafiq olaraq cari sətrin əvvəlinə və sonuna  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə