"kompüter qrafikasi" FƏNNİNİn predmeti


  Insert file) və ya Faylla qarışdırmaq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

 
89 
Insert file) və ya Faylla qarışdırmaq (Smehatğ s faylom, Mix with file) əmrlərini yerinə yetirmək 
və açılmış pəncərədə faylı seçib OK düyməsini sıxmaq lazımdır. 
d)  Səs  yazma  faylına  əks-səda  vermək.  Bunun  üçün  effekt  menyusunun  Əks-səda  əlavə 
etmək (Dobavitğ gxo, Add Echo) – əmrini yerinə yetirmək lazımdır .  
 Windows Media Player 
Windows  Media  Player  video,  audio  və  səsyazma  fayllarını  səsləndirməyə  imkan  verir. 
Bunun  üçün  Fayl  menyusunun  Açmaq  (Otkrıtğ,  Open)  əmrini  yerinə  yetirmək  lazımdır. 
Pəncərənin idarəetmə düymələri əvvəlki multimedia proqramlarında olduğu kimidir və eyni qayda 
ilə səsləndirməni idarə etmək olar. 
 Lazer disk səsləndiricisi 
Proqram  lazer  diski  səsləndirmək  üçün  nəzərdə  tutulub.  Proqramın  pəncərəsi  idarəetmə 
düymələrinə, alətlər panelinə, vaxt indikatoruna və məlumat panellərinə malikdir. Kompakt diski 
səsləndirmək  üçün  düyməsini  sıxmaq  kifayətdir.  Digər  idarəedici  düymələr  vasitəsilə 
səsləndirməni  tənzimləmək  və  dayandırmaq  olar.  Alətlər  paneli  vaxt  indikatorunu,  idarəetmə  və 
kompakt diskin cığırlarının yerinə yetirilmə ardıcıllığını və səslənmə rejimini müəyyən edir. Əgər 
alətlər  paneli  ekranda  bu  və  ya  digər  səbəbdən  yoxdursa,  onun  funksiyalarını  Parametrlər 
(Parametrı, Options) menyusunun müvafiq əmrlərilə  həyata keçirmək olar . 
Sazlama  (Nastroyka,  Preferences)  əmri  tanışlıq  üçün  fraqmentin  davam  etmə  müddətini, 
pəncərənin  görünüşünü  dəyişdirməyə,  müəyyən  olunmuş  parametrlərin  sonrakı  seanslarda  da  öz 
gücündə  qalmasını  müəyyən  etməyə  imkan  verir.  Disk  (Disk,  Disc)  menyusunun  Diskin  təsviri 
(Opisanie  diska)  əmri  səslənəcək  melodiyalarını  öz  zövqümüzə  uyğun  səslənmə  ardıcıllığını 
müəyyən etməyə imkan verir. Bu zaman hər bir melodiyaya bu və ya digər «şərh» vermək olar. 
Fərdi kompüterin tərkibi sistem blokundan,   klaviaturadan,   “mouse”-dan,   monitordan 
və giriş-çıxış qurğularından ibarət olur.   
Sistem bloku qida mənbəyinin yerləşdiyi korpusdan,   üzərində əməli yaddaş və 
mikroprosessor olan ana platadan,   səs kartından,   yumşaq maqnit disk qurğusundan (3,  
5”/FDD),   sərt maqnit disk qurğusundan (HDD),   CD-ROM-dan və bəzi əlavə qovşaqlardan 
ibarət olur.  Eyni zamanda sistem blokunda giriş və çıxış qurğularını,   klaviaturanı,   mouse,   
monitoru və printeri qoşmaq üçün bir neçə ardıcıl və paralel portlar yerləşir.   
Fərdi kompüterlərdə əsasən iki tip sistem blokundan: AT- Advanced Technology (təkmil 
texnologiya) və ATX - Advanced Technology eXtended (genişləndirilmiş təkmil texnologiya) 
stifadə olunur.   
IBM PC/AT - 286,   386,   486,   Pentium I və II tipli kompüterlərdə AT tipli – sistem 
blokundan istifadə olunub.   
Pentium II,   III və IV tipli fərdi kompüterlərdə isə ATX tipli sistem blokundan istifadə 
olunur.   
ATX sistem blokunda enerjiyə təlabat çox azdır.  Bəzi firmaların (Apple,   Compaq) fərdi 
kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir.  Ana plata 
(motherboard) – fərdi kompüterin qovşaq və hissələrini bir-biri ilə fiziki əlaqələndirən platadır,   
üzərində mikroprosessor,   əməli yaddaş,   Keş-yaddaş,   çıxış/giriş qurğularının kontrelleri,  


 
90 
CMOS,   BİOS,   Chipset mikrosxemləri yerləşir.  Eyni zamanda ana platanın üzərində müxtəlif 
razyomlar yerləşir.  Bəzi ana platalarda videoadapterin və səs kartının mikrosxemləri də yerləşir.  
Mikroprosessor (CPU) - fərdi kompüterlərin düşünən beyni olub ana plata üzərində 
yerləşir,   ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirir.  Mikroprosessor 
hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir.  Mikroprsessorları əsasən Intel,   AMD və 
Cyrix firmaları istehsal edir.  Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə 
istehsal edir.  Bu cür mikrosxem özündə təqribən 3,  1 milyon tranzistoru birləşdirir.  Pentium tipli 
mikroprosessorun arxitekturası özündə iki hesab-məntiq qurğusunu birləşdirir.  Bu da bir taktda 
iki əmrin yerinə yetirilməsinə imkan verir.  75 Mhs tezlikli Pentium prosessorunun hesablama 
məhsuldarlığı saniyədə 112 milyon əməliyyatdır.  Pentium tipli mikroprosessorlar işləmə(takt) 
tezliyinə görə aşağıdakı siniflərə bölünür.  

 
Pentium I - 75 Mhs - 300 Mhs  

 
Pentium II - 300 Mhs - 600 Mhs  

 
Pentium III - 600 Mhs - 1100 Mhs  

 
Pentium IV – 1100 Mhs(1,  1Ghs) - 4000 Mhs(4 Ghs)  
  Müasir fərdi kompüterlərin hesablama məhsuladarlığı saniyədə millyard əməliyyata 
(Gflops) bərabərdir.  Əməli yaddaş qurgusu ana plata üzərində yerləşir və mikroprosessorda yerinə 
yetirilən əməliyyat üçün lazım olan verilənləri və əmrləri müvəqqəti yadda saxlamaq üçündür və 
məlumat tutumunun həcmi 4 Gbayt-a qədər olur.  Əməli yaddaş qurğusu dinamik və statik tiplərdə 
olur.  Statik tipli yaddaşın qiymətinin bahalı olmasına baxmayaraq işləmə sürəti daha yüksək olur.  
Əməli yaddaşdan ədədin oxunması təqribən 50-60 saniyə müddətində olur.  Bu isə yüksəksürətli 
mikroprosessorun (CPU) işini ləngidir.  Bu problemi aradan qaldırmaq üçün Keş-yaddaşdan 
istifadə edirlər.  Keş-yaddaş ana plata üzərində mikroprosessorla (CPU) əməli yaddaş arasında 
yerləşir.  Keş-yaddaşa müraciət vaxtı 5-6 saniyə olur.  Keş-yaddaşın məlumat tutumu 128-1024 
Kbayt həcmində olur.  Keş-yaddaşın özü əsasən iki səviyyəli olur.  I-ci səviyyəli keş-yaddaş Level 
1 adlanır və mikroprosessorun içərisində olur.  II-ci səviyyəli keş-yaddaş Level 2 adlanır və 
mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir.        Ana plata üzərində 
yerləşən CMOS (Complementary Metal Oxide Semiconductor – metal-oksid yarımkeçirici) 
mikrosxemi fərdi kompüterin konfiqurasiyasını,   zamanı və tarixi yadda saxlamaq funksiyasını 
həyata keçirir.  
 BIOS (Basic Input/Ouput System – giriş /çıxış baza sistemi) proqram olub sabit yaddaş 
qurğusunda saxlanılır və fərdi kompüterin resuslarının diaqnostikasını təmin edərək,   fərdi 
kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır.   
 Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən isifadə 
edirlər. (interfeys-qurğular arasında mübadilə üsulunun qayda və qərarlar toplusunu təşkil edir. ) 
İnterfeys əlaqə kanallarının proqram,   elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir.  
Bu tip interfeyslərə misal olaraq ATA (İDE),   Serial SATA,   SCSI göstərmək olar.  Xarici 
qurğuları qoşmaq üçün isə paralel (LPT),   ardıcıl (RS-232,   USB) interfeyslərdən istifadə olunur 
Xarici yaddaş qurğusu kimi fərdi kompüterlərdə əsasən maqnit disk qurğusundan istifadə 
olunur.  Maqnit disk qurğusunun əsasən iki tipi mövcuddur: yumşaq maqnit disk qurğusu - 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə