"kompüter qrafikasi" FƏNNİNİn predmeti


  1milyon dollar dəyərində olur.   Superkompüter



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

 
87 
1milyon dollar dəyərində olur.  
Superkompüter  –  çox  prosessorlu  elektron-hesablama  sistemidır.  İlk  supekompüter  
amerikalı  mühəndis-elektronçu  Seymur  Krey  tərəfindən  1975-ji  ildə  yaradılmışdır. 
Superkompüterlərin  məhsuldarlığı    sürüşkən  vergüllü  ədədlər  üzərində  saniyədə  milyard 
əməliyyatlarla ölçülür. Superkompüterlərdən aerodinamika, seysmologiya və nüvə fizikasında bir 
çox məsələlərin həllində geniş istifadə olunur. Superkompüterlərdə  çoxsaylı mikroprosessorların 
paralel  işlənməsi  nətijəsində  yüksək    məhsuldarlığı əldə  etmək  olur.  Superkompüterlərin qiyməti  
təqribən 100 milyon dollarlarla ölçülür. 
   Klaviatura  –  kompüterə məlumatı  daxil edən əsas  xarici qurğulardan biri hesab olunur. 
Klaviaturanın  köməyi  ilə  kompüterə  istənilən  simvolları  (rəqəm,  hərf,  və  s.)  daxil  etmək 
mümkündür. Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq 
və ekranda olan məlumatı printerə  göndərmək mümkündür. Ümumiyyətlə, klaviaturada 102/104 
klaviş(düymə) olur. 
   Mouse  (sıçan)  -  kompüterə  məlumat  daxil  edən  giriş  qurğusudur.  Yerdəyişdirmə 
vericilərdən  (datçiklərdən)  və  klavişlərdən  ibarət  olub  əl  ilə  idarə  edilən  qurğudur.  ”Mous”-u 
hərəkət  etdirməklə  kursorun  displeyin  üzərində  hərəkətini  təmin  edirik.  Son  dövrlərdə  optik  və 
radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur. 
   Mikrofon  -  səsin  elektrik  siqnalına  çevrilməsinə  təmin  edən  giriş  qurğusudur. 
Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir. 
   Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur. 
Qrafiki planşet (digitizer) - əllə çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə 
daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələmdən ibarətdir. 
   TV – tüner – müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib, 
monitorda göstərilməsini təmin edən giriş qurğusudur. 
   Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn , şəkil və qrafik 
məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının 
yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramlarının köməyi ilə onu ikilik koda 
çevirərək  disklərə  və  ya  çap  qurğusuna  ötürülməsini  təmin  edir.  Skaner  fərdi  kompüterə  USB 
portu vasitəsi ilə qoşulur. 
   Fərdi  kompüterin  çıxış  qurğularına  misal  olaraq,  monitoru,  printeri,  səs  kolonkasını, 
grafikçəkəni, strimmeri və s. göstərmək olar. 
   Monitor-  çıxış  qurğusu  olub  kompüterə  daxil  olan  məlumatlara  və  alınmış  nəticələrə 
nəzarət  etmək  üçün  istifadə  olunur.  Fərdi  kompüterlərdə  istifadə  olunan  monitorlar  ekranın 
ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14, 15, 17, 19 və 21 dyüm. Monitorlar şəklin formalaş-
dırılması  prinsinlərinə  görə  aşağıdakı  növlərə  bölünürlər:  elektron-şüa  borusu,  maye  kristal  və 
plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur. 
      Səs  kolonkasından  (çıxış  qurğusu  kimi)  audio  məlumatları  dinləmək  üçün  istifadə 
olunur.  Qrafikçəkən  qurğu  -  kompüterdən  alınan  qrafiki  məlumatları,  mürəkkəb  sxemləri  və 
şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur. 
   Strimmer  (maqnit  lent  qurğusu)  –  məlumatı  maqnit  lenti  üzərində  saxlayan  yaddaş 


 
88 
qurğusudur.Bu  qurğular  etibarlı  işləyir,  qiyməti  ucuz  və  böyük  yaddaş  həcminə  malik  olur. 
Məlumatın oxunma və yazma sürəti digər yaddaş qurğularına nəzərən çox aşağıdır. 
 Kompüterin multimedia imkanları 
Kompüterin multimedia imkanları yarlıqları Baş menyunun Standart bölməsinin Əyləncə 
(Razvleçenie, Entertainmet) proqramlar qrupunda yerləşən Windows XP Əməliyyatlar sisteminin 
aşağıdakı proqramları vasitəsilə həyata keçirilir: 
1. Səs tənzimləyicisi (Requlətor urovnə, Volume control) 
2. Fonoqraf (Fonoqraf, Sound Recorder) 
3. Lazer disk səsləndiricisi (Lazernıy proiqrıvatelğ, CD Player) 
4. Windows Media Player 
Səs tənzimləyicisi kompüterin ayrı-ayrı qurğularının səsləndirdiyi səslərin ucalığını artırıb-
azaldır. Proqramı yükləmək üçün kursoru indikasiya panelindəki müvafiq nişanın üzərinə qoyub 
bir və ya iki dəfə sıxmaq kifayətdir. 
Bir dəfə sıxdıqda açılmış pəncərənin səviyyə sürgüsünü hərəkət etdirməklə, eyni zamanda 
bütün səs mənbələrinin səsinin ucalığını tənzimləmək mümkündür .  İki dəfə sıxdıqda isə açılmış 
pəncərədə ayrı-ayrı qurğuların (mikrafon, kompakt disk, səs kalonkaların və s.)  səsini səviyyə və 
balans  sürgülərini  hərəkət  etdirməklə  artırıb  və  ya  azaltmaq  olar  .  Fonoqraf  aşağıdakı  işləri 
görməyə imkan verir: 
1.  Mikrafon  vasitəsilə  səsi  daxil  etmək  və  fayl  şəklində  diskdə  saxlamaq.  Bunun  üçün 
açılmış  proqram  pəncərəsində  -düyməsini  sıxıb  mikrafonla  səsi  daxil  edirlər.  -düyməsini 
sıxmaqla  isə  səsyazma  prosesini  dayandırmaq  olar.  Sonra  isə  Fayl  menyusunun  Saxlamaq 
(Soxranitğ,Save) əmrini yerinə yetirməklə səsi wav faylı şəklində diskdə saxlayırlar. 
2.  Wav  tipli  səsləri  səsləndirmək.  Bunun  üçün 
-düyməsini  sıxmaq  kifayətdir. 
, -
düymələri müvafiq olaraq səs faylının əvvəlinə və sonuna keçməyə imkan verir. Fayl səsləndikcə 
cari vəziyyət sürgüsü soldan-sağa hərəkət edir.Məhz onu hərəkət etdirməklə faylı tam deyil, onun 
müəyyən hissəsini səsləndirmək olar. 
3. Səsyazma faylını redaktə etmək. 
O cümlədən: 
a)  Səsyazma  faylının  müəyyən  mövqedən  sonrakı  və  əvvəlki  hissəsini  pozmaq.  Bu 
məqsədlə cari vəziyyət sürgüsünün müəyyən vəziyyətini qeyd edib, Redaktə menyusunun uyğun 
olaraq  Cari  mövqedən  sonra  ləğv  etmək  və  ya  Cari  vəziyyətdən  əvvəl  ləğv  etmək  (Udalitğ  do 
tekuhey  poziüii  və  ya  udalitğ  posle  tekuhey  poziüii,  Delete  before  current  position  və  ya  Delete 
after current position) əmrlərindən birini yerinə yetirmək gərəkdir. 
b) Səsləndirmə tempini və səs ucalığını artırmaq və  ya azaltmaq. Buna Effektlər (Эffektı, 
Effects)  menyusunun  uyğun  Sürəti  100%  artırmaq,  (Uveliçitğ  skorostğ  (na  100%),  Increase 
Speed  (by  100%)),  Sürəti  azaltmaq  (Umenğşitğ  skorostğ,  Decrease  Speed),  Ucalığı  25% 
artırmaq,  (Uveliçitğ  qromkostğ  (na  25%),  Increase  Volume  (by  25%)),  Ucalığı  azaltmaq
(Umenğşitğ qromkostğ, Decrease Volume) əmrlərini yerinə yetirməklə nail olmaq olar 
c) Faylın müəyyən hissəsini digər səsyazma faylı ilə əvəz etmək və səsyazma faylını digər 
faylla  qarışdırmaq.  Bunun  üçün  Redaktə  menyusunun  uyğun  Fayl  daxil  etmək  (Vstavitğ  fayl, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə