"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   35

 
95 
rəng səviyyələrini təmin edirlər.  
Proqram vasitəsilə həyata keçirilən interpolyasiya əməliyyatı nəticəsində müasir 
skanerlərin seyrəklik xüsusiyyəti 800 və hətta 1600dpi  olur.  
 Indi isə ağ – qara skanerin iş prinsipi ilə tanış olaq.  Təsvir ya flüressent lampadan,   ya da 
közərmə lampasından alınan ağ ışıqla işıqlandırılır.  Əks olunmuş işıq kiçildici linza vasitəsilə 
fotohəssas yarımkeçirici element üzərinə göndərilir.  Bu elementə yüklü əlaqəli cihaz – YƏC 
(Charge – Coupled Dervice,   CCD) deyilir.  Təsvir olunan hər bir sətir bu cihazda müəyyən 
gərginliyə uyğun gəlir.  Bu gərginliklər Analoq – Rəqəm Çeviricisi (ARÇ),   ya da komparator (iki 
səviyyəli skanerlər üçün) vasitəsilə rəqəm formasına salınır.  Komparator YƏC və dayaq 
gərginliklərini müqayisə edib,   çıxışda ya “0” siqnalı (qara rəng),   ya “1” (ağ rəng) hasil edir.  
ARC – nin mərtəbələr sayı bozumtul rəngin səviyyələrindən asılı olur.  Məsələn,   64 səviyyəli 
bozumtul rəngi təmin edən skaner üçün ARC – nin mərtəbələr sayı 6 olmalıdır.  
 Hal-hazırda skaner vasitəsilə rəngli təsvirlərin kompüter daxil edilməsi üçün bir sıra 
texnologiyalar mövcuddur.  Məsələn,   kompüterə daxil ediləcək təsvir daimi ağ ışıqla yox,   
fırlanan RGB (Red Green Black – qırmızı,   göy qara) işıq filtri vasitəsilə işıqlandırılır.  Hər bir 
əsas rəng üçün əməliyyatların ardıcıllığı yalnız təsvirin qabaqcadan emal mərhələsi və rənglərin 
qamma – korreksiyası istisna olmaq şərtilə ağ – qara təsvir üçün olan əməliyyatlar ardıcıllığı ilə 
eynidir.  
 Təsvirin 3 gedişli emalından sonra 3 əsas rəndə olan RGB – faylı əmələ gəlir.  Əgər 8 
mərtəbəli ARC – dən istifadə edilirsə (bunun vasitəsilə 2
8
=256 rəng fonları təsvir edilir),   o 
zaman hər bir təsvir edilən nöqtə üçün mümkün olan 16,  7 milyondan bir rəng ayrılacaq.  Bu 
prinsiplə işləyən skanerləri “Microtek” firması istehsal edir.  
 Bu üsulun əsas mənfi cəhəti təsvirin kompüterə daxil olma vaxtının 3 dəfə artıq olmasıdır.  
 “Epson” və “Sharp” firmalarının istehsal etdiyi skanerlərdə bir işıq mənbəyinin əvəzində 
3 işıq mənbəyindən istifadə edilir.  Bu da vaxtın azalmasına səbəb olur.  
Digər bir Yapon firması “Seika İnstruments” rəngli “flatbed” – skaner istehsal etmişdir ki,   
burada YƏC fotorezistorla əvəz edilmişdir.  8,  5 dyüm ölçüsündə 10200 fotorezistorlar 
yerləşdirilmişdir.  Bunlar hər sırada 3400 olmaqla 3 sırada yerləşdirilmişdir.  Rəngli üç filtr (RGB) 
elə yerləşdirilmişdir ki,   hər bir sırada yerləşən fotorezistorlar yalnız bir rəng qəbul edir.  Burada 
seyrəklik xüsusiyyəti 400dpi –dir.  Bu texnologiya ilə hazırlanan “Spectral point” skaneri ən 
sürətlə işləyən skanerdir.  
 Bir qayda olaraq,   təsvir obrazları kompüterlərdə qrafiki fayl şəklində - TIFF (Tagged 
İmage File Format) və ya RSX formatlarında saxlanılır.  Belə faylın tutumu çox böyük olur.  
Məsələ,   yarım fon ağ – qara təsviri 8x10 dyüm ölçüsündə 256 bozumtul rəng səviyyələri ilə və 
400 dpi seyrəklik xüsusiyyəti ilə daxil edilən təsvir üçün 12 Mbayt tutumlu fayl təşkil edilməlidir.  
Bu faylın tutumunu kiçiltmək üçün xüsusi proqram – arxivatorlardan istifadə edilir.  
Skanerdə olduğu kimi,   qrafiki planşet də 2 əsas parametrlə xarakterizə olunur: işçi 
sahənin ölçüsü və seyrəklik qabiliyyəti.  Planşetin ölçüsü standart makina səhifəsi olan A4 – dən 
böyük qəzet formatına qədər ola bilər.  Bu halda,   skanerlərdən fərqli olaraq,   planşetlərdə 
ölçülərin daha zərif bölgüsü mövcuddur.  Buna görə də,   sadəcə olaraq,   təkcə ölçülərə yox,   


 
96 
planşetin işçi sahəsinin dəqiq ölçüsünə də fikir vermək lazımdır.  Adətən bu ölçü dyümlərlə (1 
dyüm = 2,  56 sm olur – məsələn,   (6x8) dyüm = (15x21) sm)olur.  Qrafiki planşetləri seçən 
zaman məhz bu ölçüdən başlamaq lazımdır.  
 Qrafiki planşetlə işləyən zaman bu nöqtəli təsvirlərlə yox,   ayrı – ayrı xətlərlə 
rastlaşdığımız üçün,   seyrəklik qabiliyyəti də nöqtələrlə deyil,   bir dyümə düşən xətlərlə ifadə 
olunacaq (lpi).  Orta istifadəçi üçün lazım olan ölçü 10 lpi ətrafında olmalıdır,   müasir planşetlər 
isə 2540 lpi – ni dəstəkləyirlər.  Burada istifadə olunan qələmə gəldikdə,   müasir planşetlərdə 
qrafiki planşetlər istehsalında ən böyük kompaniya olan Wacam firmasınıən batareyasız 
qələmlərini qeyd etmək lazımdır.  
 Qeyd etmək lazımdır ki,   lazımi səs palatası ilə təchiz olunmuş istənilən ev kompüteri 
peşəkar musiqi studiyasının imkanlarına malik ola bilər. Burada,   fortepianodan tutmuş tam 
orkestrə qədər müxtəlif musiqi alətlərin səslənməsini sintez etmək mümkün olur.  Bu vaxta qədər 
biz yalnız hazır melodiyaların səsləndirilməsindən,   yəni daxildən verilən əmrlərdən söhbət 
aparmışdıq.  Bəs əgər bu əmri kompüterdən kənarda vermək,   daha doğrusu,   kompüterə MİDİ – 
melodiyanı daxil etmək olarmı? Bu doğrudan da mümkündür.  Bunun üçün də djoystik üçün 
ayrılmış birləşdiriciyə səs palatası vasitəsilə qoşulan MİDİ – klaviatura kimi sadə bir qurğu kifayət 
edir.  Bizim adət etdiyimiz sintezatorlardan fərqli olaraq,   MİDİ – klaviatura özü bir dənə də səs 
çıxara bilmir: orada səs yaratmaq üçün heç bir qurğu yoxdur.  Klaviaturaya səs çıxarma qurğusu 
heç də lazım deyildir – bu işi kompüterdə yerləşdirilmiş səs palatası yerinə yetirir.  Klaviaturanın 
rolu ancaq daxildə yerləşdirilmiş sintezatora əmrləri verməkdən ibarətdir.  Bu əmrlərə aşağıdakılar 
daxil olur: hansı uzunluqda,   hansı notu,   hansı musiqi alətində kompüter səsləndirilməlidir.  
Bunları nəzərə alaraq,   hər bir MİDİ – klaviatura bir neçə elementlərə malik olmalıdır: 
 Klaviaturanın özü: ağ və qara düymələrə malik olan fortepiano düymələrinin sadə 
variantıdır.  Birinci ona fikir vermək lazımdır ki,   musiqi aləti neçə tam oktava əhatə edə bilir? 
Çox da baha olmayan klaviatura 3-4 oktavadan çox olmayan diapazona (37 və ya 49 düyməli) 
malik olur.  Daha bahalı klaviaturada 7,  5 oktava (88 düymə) olur ki,   bu da klassik fortepianoya 
uyğun gəlir.  Ona görədə peşəkar musiqiçilər məhz bu variantı seçməlidir.  
 Alətlərin idarə vasitəsi səs platasının imkan verdiyi istənilən musiqi alətini imitasiya edən 
rejimə keçmə imkanını verir.  Bundan başqa,   bir çox klaviaturanın panelində “səsin keyfiyyətini” 
idarə etmək üçün bütün mümkün düymə və tənzimləyicilər də vardır.   
Web – kamera vasitəsilə İnternetə videotəsvirlər çixarılır.  Web – kamera vasitəsilə 
ötürülən təsvirin seyrəklik dərəcəsi 640x480 nöqtə olur.  Web – kamera ilə ötürülən videotəsvir o 
biri kompüterin ekranında 320x200 nöqtələr şəklində kiçik pəncərədə görünəcəkdir.  Bu təsvir 
əlbəttə ki,   canlı olmayacaqdır.  Web – kamera Microsoft NetMeeting adlı səs və video müraciət 
proqram təminatı ilə işləyir.  Maksimal seyrəklik həddi 640x480 nöqtə olduğu halda,   Web – 
kamera yalnız 352x288 nöqtə seyrəklik verə bilir.  Son illərdə istehsal olunan Web – kameraların 
əksəriyyəti kompüterə USB portu vasitəsilə qoşulur və əlavə qida mənbəyi tləb etmir.  
2. İnformasiyanı kompüterdən xaric edən qurğular 
Monitor. Kompüterin ən vacib hissələrindən biri monitordur.  Kompüterlə işlədikdə,   biz 
daimi monitorla əlaqədə oluruq.  Məhz bu səbəbdən erqonomika,   təhlükəsizlik və insan üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə