"kompüter qrafikasi" FƏNNİNİn predmeti


      Birinci canlandırdığımız insan başıdır  Modelləşdirmə mərhələsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

 
70 
 
 
Birinci canlandırdığımız insan başıdır 
Modelləşdirmə mərhələsi 
 
 
modelin son halı  


 
71 
 
Örtülmüş və bitmiş halı... 
Gördüyünüz kimi çox keyfiyyətli və gözəl bir modeldir və o qədər də çətin deyil.. 
Proqramda ayrıca özünə aid max faylları və hazır örtmələr də var. Bunlarda da faydalanıb 
daha  yaxşı  bir  şəkildə  öyrənə  bilərsiniz.  Ayrıca  Maxın  Help  faylları  da  çox  yaxşı  aydın  olar  və 
şəkilli nümunələrlə təchiz edilmiş bir şəkildə istifadəçilərinə təqdim edilmişdir. Proqramı istifadə 
etmək üçün yaxşı bir kompüterinizin olması qətiliklə şərtdir. 
Qrafiki informasiyanın kodlaşdırılması 
Kompyuter  qrafikası  ilə  işləmək  üçün  əsasən  iki  tip  proqramdan  -  rastr  və  vektor  tipli 
redaktorlardan istifadə edilir. Rastr tipli redaktorlarda şəkil nöqtələr çoxluğundan ibarət olur. Bu 
nöqtələr piksel adlanır. Piksel – rastr qrafikasında şəklin minimal ölçü vahididir.  
 
Rastr  tipli  redaktorlara  Paint,  Photoshop,  Photofinish  və  başqa  proqramları  misal 
göstərmək olar. Bu proqramlarda yaradılmış şəkillərin formatları: bmp, tiff, pcx, gif, jpeg və s.  
Vektor tipli redaktorlarda isə xətlər və xətlərdən yaradılmış fiqurlardan istifadə edilir.  
 
Vektor  tipli  redaktorlara  isə  misal  olaraq  CorelDraw,  Adobe  Illustrator,  Macromedia 
Freehand və s. göstərə bilərik. 
 


 
72 
MÖVZU 13: ADOBE PHOTOSHOP proqramı – MENYU, ALƏTLƏR, PƏNCƏRƏLƏR... 
.  
 
Boş səhifəli proqramın quruluşu bir neçə hissədən ibarətdir: 
1. Menyu 
2. Nəzarət paneli 
3. Alətlər paneli 
4. Sənəd 
5. Pəncərələr  
 
Ümumi anlayış olsun deyə bir az bu hissələrin nəyə xidmət etdiyini izah etməyə çalışaq. 
 
Menyu. 
 
Əksər  proqrama  xas  olan  vacib  bir  elementdir.  Menyu  vasitəsilə  fayllarla  iş  görmək  –  yəni 
fayl  yaratmaq,  yaddaşda  saxlamaq,  yaddaşda  olan  faylı  açmaq,  proqramdan  import  və  eksport 
əməliyyatlarını  icra  etmək;  sənədin  ölçü  və  rəng  rejimlərini  təyin  etmək,  rəng  korreksiyası 
vermək,  sənəddə  olan  qatlarla  (layers)  işləmək,  müxtəlif  filtrlərdən  istifadə  etmək  və  s. 
mümkündür. Amma bir qayda olaraq dizayn prosesində menyuya çox az müraciət olunur. Buna 
bir  səbəb  menyuda  olan  əksər  funkisayaların  proqramın  digər  hissələrində  daha  rahat  formada 
mövcud  olmasıdır.  İkinci  daha  vacib  səbəb  isə  əksər  funkiyaları  menyu  vasitəsilə  deyil, 
klaviaturanın müəyyən düymələrini basmaqla daha asan icra etməyin mümkünlüyüdür. 
 
Fotoşopun  qatları  ilə  əməliyyatlar aparmaq  üçün  menyunun  Layers  bölümünə  girmək,  ordan 
isə istəndiyimiz  əməliyyatı seçməyimiz tələb  olunur. Ama buna çox vaxt ehtiyac qalmır. Əvvəla 
ona  görə  ki,  qatlarla  işləmək  üçün  Layers  adlı  ayrıca  bir  pəncərə  mövcuddur.  Bu  pəncərədən 
qatlarla bağlı əksər əmrləri icra etmək mümkündür. Digər tərəfdən meyunu açarkən bəzi əmrlərin 
qarşısında  klaviaturanın  bəzi  düymələrinin  plyus  (+)  işarəsi  vasitəsilə  birləşmələrini  görə 


 
73 
bilərsiniz.  Məsələn  yeni  qat  yaratmaq  üçün  menyudan  layers  -  new  layers  bölümünə  girmək 
lazımdır.  Həmin  əmrin  qarşısında  shift+ctrl+N  kimi  klaviatura  düymələrinin  birləşməsini  görə 
bilərsiniz. Bu düymələri sıxmaqla daha asan və tez formada yeni qat yarada bilərsiniz. 
 
Qatların (layers) nə olduğunu hələ fikirləşməyin bunu sadəcə izah etmək üçün seçdim. 
 
Nəzarət paneli.  
Bəzi  alətləri  və  ya  funksiyaları  istifadə  edərkən  bu  panel  vasitəsilə  həmin  funksiyaların  bəzi 
parametrlərini tənzimləmək  olar.  Məsələn  yazı  alətini  (type tool) aktivləşdirib  sənədə mətn daxil 
edərkən Nəzarət  Panelində  yazıya aid  olan bəzi  xüsusiyyətlər  aktivləşir.  Bu zaman siz paneldən 
şrifti, onun ölçüsünü, stilini, rəngini və s. tənzimləyə bilərsiniz. 
 
 
Alətlər paneli.  
 
Alətlər paneli Adobe Photoshop-un ən güclü hissəsidir. Təbii ki, bunu bir az obrazlı ifadə kimi qəbul edin, çünki 
digər hissələr də kifayət qədər funksionaldır və onlar olmadan yaxşı bir iş ortaya çıxartmaq demək olar ki, mümkün 
deyil. Amma rus saytlarının birində uzun müddət aktiv istifadəçi olarkən şahidi olurdum ki, rəssam dizaynerlər başda 
fırça aləti olmaqla, cəmi bir neçə alətin köməkliyi ilə çox güclü foto-realistik rəsm əsərlərini necə çəkirlər. Ona görə 
də  hər  bir  dizayner  bu  alətlərdən  düzgün  və  yerində  istifadə  etməyi  bacarmalıdır.  Bu  paneldəki  müxtəlif  fırçalar, 
seçim, korreksiya alətləri, ştamp, rəng və hərəkət etdirmə alətləri və s. dizayn işi zamanı bizə tez-tez yardım edəcək. 
 
 
 
 
 
Sənəd.  
Fotoşopda boş sənəd yaradarkən və ya yaddaşda olan hər hansı bir şəkli açarkən sənəd pəncərəsi aktivləşmiş olur. Bu 
hissə  haqqında  uzun  danışmadan  keçək  növbəti  hissəyə,  çünki Adobe  Photoshop-da  sənədin  yaradılması və  onunla 
sadə əməliyyatlar haqqında növbəti dərsdə məlumat verəcəm. 
 


 
74 
Pəncərələr. 
 
 
Adobe  Photoshop-un  nə  qədər  funksional  və  çoxşaxəli  olduğunu  görmək  istəyən  onun 
pəncərələrinə,  oradakı  funksiyalara  sadəcə  göz  gəzdirməsi  kifayət  edər.  Qatlarla  primitiv 
əməliyyatlardan  başlamış  rəng  korrkesiyasına  kimi,  fayl  (şəkil,  foto)  haqqında  müxtəlif 
informasiyalar, mətn, fırça, animasiya üçün çoxsaylı xüsusiyyətləri özündə əks etdirən pəncərələr 
bu  proqramda  işləməyi  çox  maraqlı  bir  prosesə  çevirir.  Bu  pəncərələr  və  oradakı  funksiyalar 
haqqında yeri gəldikcə çox söhbət açılacaq. 
 
İlk öncə Fotoşopu açıb boş səhifə yaradırıq. 
 
Ölçüsünü və faylın adını istəyinizə görə verə bilərsiniz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə