"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

 
52 
 
Full-screen preview 
(Polnogkrannıy 
prosmotr) 
Şəkili bütöv ekran boyu açmağa imkan verir. Bu rejimdən 
çıxmaq üçün F9 düyməsi istifadə olunur. 
 
Image-slicing grid 
(Setka dlə 
razdeleniə 
izobrajeniy) 
Şəkil üçün tor xətlərin əks olunması rejimini aktivləşdirir. 
 
Mask marquee 
(Ramka vıdeleniə) 
Maskanın oblastını sınıq xətlərlə əks etdirir və ya gizlədir. 
 
Object marquee 
(Ramka obcekta) 
Seçilmiş obyektin ətrafında sıınıq xətlər əks etdirir və ya 
gizlədir. 
 
Remove mask 
(Udalenie maski) 
Tətbiq edilən maskanı aradan qaldırır. 
 
Invert mask 
(İnvertirovatğ 
vıdelenie) 
Seçkiyə düşən oblastı, yəni seçkini inversiya edir, yəni əks seçki 
aparılır. 
 
Application 
launcher (Zapusk 
prilojeniy) 
Corel paketinə daxil olan əlavələri cəld işə salır. 
 
Welcome screen 
(Okno privetstviə) 
Dəvət pəncərəsini (Welcome) ekrana açır/ 
 
 
 
Ədəbiyyat: 
 
1.  
CorelDRAW X3. V podlinnike
, Mixail Burlakov, 2006. 
2. 
CorelDRAW X4. Naçali!
A. Jvalevskiy, D. Donüov, 2008. 
3. 
CorelDraw X4 s nulə! Kniqa + Videokurs
, 2008. 
4. 
İnteraktivnıy kurs CorelDRAW X4
, 2008. 
 
 
 


 
53 
MÖVZU 10: COREL DRAW PROQRAMININ INTERFEYSI. 
 
Plan: 
  1. Corel Draw proqramının interfeysi. 
  2. Sadə xətlərin, fiqurların, çoxbucaqlıların qurulması, onların qalınlığı və növləri. 
  3. Fiqurların rənglənməsi. 
  4. Mətn ilə iş. 
  1. Corel Draw proqramının interfeysi. 
Corel Draw proqramının interfeys elementlərinə ilk növbədə sərlövhə sətrini, sonra menyu 
sətrini, üç alətlər panellərini (Standard, Property Bar, Toolbox), palitra adlanan rənglər çoxluğunu, 
vəziyyət sətrini (Status Bar) aid etmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Sərlövhə sətrində sənədin və proqramın adı sol hissədə, pəncərənin idarəetmə düymələri 
isə sağ hissədə əks olunur. 
  Menyu sətri  əsas  əmrlər seriyasını saxlayır. Menyu sətrinin ən vacib bəndləri kimi File, 
Arrange, Effects, Bitmap, Text göstərmək olar. 
  Standard  alətlər  paneli  yeni  qrafika  yaratmağa,  yaddaşda  olan  qrafik  faylı  açmağa,  çap 
etməyə,  görünmə  faizini  seçməyə,  fraqmenti  mübadilə  buferinə  yerləşdirməyə  və  ya  oradan 
gətirməyə və bir sıra digər əməliyyatlar aparmağa xidmət edir. 
  Property  bar  alətlər  paneli  vasitəsilə  seçilmiş  obyektin  eni,  uzunluğu,  sol  və  sağ 
kənarlardan  yerləşdiyi  məsafələr,  fırlanma  bucağı  və  bir  sıra  başqa  xüsusiyyətlərinə  baxmaq  və 
dəyişmək olur. 
  Toolbox alətlər paneli vasitəsilə xətlər, fiqurlar, əyrilər çəkib, onlara rəng, qalınlıq, daxili 
boya, kölgə və bir sıra digər xüsusiyyətlər mənimsətmək olur. 
  Proqram  pəncərəsinin  adətən  sağ  hissəsində  yerləşmiş  Palette,  yəni  rənglər  palitrası 
vasitəsilə istər xətt, istərsə də fiqur üçün istənilən rəng çalarını seçmək olur. 
сярлювщя  сятри 
менйу сятри 
алятляр панели 
алятляр панели 
алятляр панели 
паритра 
вязиййят сятри 


 
54 
  Pəncərənin  aşağı  hissəsində  yerləşmiş  Status  Bar  vəziyyət  sətri  vasitəsilə  maus 
göstəricisinin  cari  koordinatları,  eləcə  də  seçilmiş  obyektin  uzunluğu  (Width)  və  hündürlüyü 
(Height), tipi və piksellərlə həlli barədə məlumat almaq olur. 
 
  2. Sadə xətlərin qurulması, onların qalınlığı və növləri. 
  Sadə xətt qurmaq üçün Toolbox alətlər paneli üzərində Freehand Tool  
  alətindən istifadə etmək olar. Eyni bir Freehand Tool aləti vasitəsilə Bezye əyrisini 
(Bezier), sınıq xətti (Polyline), əlaqələndiriciləri (Connector), 3-nöqtəyə görə əyri (3 Point Curve) 
qurmaq  olur.  Çoxbucaqlı  qurmaq  üçün  Polygon  Tool  alətindən  istifadə  etmək  olar  və  qurulmuş 
çoxbucaqlının  bucaqları  sayını  istənilən  göstəriciyə  gətirmək  olar.  Bunun  üçün  Property  Bar 
alətlər  paneli  üzərində  Number  of  points  sayğacının  göstəricisini  dəyişmək  lazımdır.  Eyni  ilə 
Polygon  Tool  aləti  vasitəsilə  ulduz  və  spiral  fiqurlarını  qurmaq  olar.  Toolbox  alətlər  paneli 
üzərində Ellipse Tool aləti vasitəsilə ellips və çevrə, Rectangle Tool aləti vasitəsilə düzbucaqlı və 
kvadrat, Basic Shapes aləti vasitəsilə avtofiqurlar qurmaq olur.  
 
Qurulmuş  xətlərin  və  fiqurların  sərhəd  xətlərinin  qalınlığını,  növünü  düyün  nöqtələrinin 
formasını dəyişmək üçün Outline alətindən istifadə olunur.  


 
55 
 
Daha  dəqiq  desək,  Outline  alətinin  yerləşdiyi  açılan  siyahıda  Outline  Pen...  dialoq 
pəncərəsini aktivləşdirmək lazımdır.  
 
 
Ekrana açılan eyniadlı pəncərədə xəttin rəngini (Color) , enini (Width), düyün nöqtələrinin 
formasını (Corners), xəttin başlandığı və bitdiyi nöqtənin formasını təyin etmək olur. 
  3. Fiqurların rənglənməsi. 
  Qurulmuş  fiqurun  daxili  hissəsini  bir,  iki  və  daha  çox  rənglə  boyamaq  üçün  Toolbox 
alətlər paneli üzərində olan Fill alətinə müraciət etmək lazımdır: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə