"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

 
41 
 
  Skanerin  iş  prinsipi  üzçıxaran  qurğunun  (kseroksun)  iş  prinsipi  ilə  çox  oxşardır.  Ancaq 
ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompyuterdə 
olduqdan  sonra  isə  onu  başqa  yerə  köçürmək,  dəyişdirmək,  yazıb  saxlamaq,  elektron  poçtla 
göndərmək  və  onunla  başqa  əməliyyatlar  icra  etmək  olar.  Skaner  üçün  də  başlıca  keyfiyyət 
göstəricisi  bir  düymdəki  nöqtələrin  sayı  ilə  ölçülən  çözümlülükdür.  Skanerin  çözümlülüyü  nə 
qədər böyük olarsa, alınan görüntü də bir o qədər yaxşı olacaq. 
  Qrafik  planşet  [graphics  tablet],  yaxud    digitayzer  rəsmlərin,  yaxud  fotoqrafiyaların 
yaradılması  və  ya  üzünün  çıxarılması  üçün  istifadə  olunur.  Rəsmlərin  yaradılması  real  şəraitdə 
şəklin çəkilməsi kimidir. Xüsusi qələmlə, yaxud barmaqla xüsusi səth üzərində rəsm çəkilir. 


 
42 
 
  Yüksək  texnologiyalar  sahəsində  ən  son  uğurlardan  biri    rəqəmsal  kameralardır  [digital 
camera].  Rəqəmsal  kamera  vasitəsilə  çəkilmiş  şəkillər  kameranın  yaddaşında  saxlanılır  və 
istənilən  vaxt  kompyuterin  yaddaşına  köçürülə  bilər.  Çəkilmiş  şəkillərə  dərhal  baxmaq,  oradakı 
istənilən  çatışmazlığı  aradan  qaldırmaq  və  xüsusi  effektlər  əlavə  etmək  olur.  Kamkorder 
(videomaqnitofonu olan videokamera), yaxud adi videokamera vasitəsilə çəkilmiş görüntüləri də 
kompyuterə köçürmək imkanları var. Kompyuterdə həmin görüntüləri  redaktə etmək və ekranda 
baxmaq olar. 
 
  Rastr  görüntülərlə  işləmək  üçün  proqram  vasitələrini  –  qrafik  redaktorları  iki  qrupa 
bölmək  olar.  Birinci  qrup  ikiölçülü  rəsmlərin  yaradılması  üçün  nəzərdə  tutulub.  Bu  qrupa  aid 
proqramlar  tipik  rəssam  alətlərini  (fırça,  qələm,  karandaş  və  s.),  boyaq  materiallarını  (akvarel, 
yağlı  boya  və  s.)  və  əriş  materialları  (kağız,  kətan  və  s.)  imitasiya  edir.  İkinci  qrup  proqram 


 
43 
vasitələrinə  rastr  görüntülərin  emalı  proqramları  aiddir.  Bu  proqramlarda  rəsm  çəkmək  üçün 
məhdud  sayda  alətlər  olur,  əvəzində  onlar  görüntülərin  redaktə  və  montaj  olunması  üçün  geniş 
imkanlara malikdir. 
  Qeyd  olunduğu  kimi,  vektor  görüntülərlə  işləmək  üçün  geniş  imkanlara  malik  olan  və 
sərbəst yayılan bir sıra proqramlar mövcuddur. Belə proqramlardan biri OpenOffice.org paketinə 
daxil olan OpenOffice.org Draw proqramıdır. 
  OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar, çevrələr və 
başqa  fiqurlar  çəkməyə  imkan  verir.  3D-qrafika  alətləri  paralelepiped,  konus,  silindr  və  s.  kimi 
üçölçülü  həndəsi  fiqurlar  çəkmək  üçün  nəzərdə  tutulub.  Bu  proqramın  köməyi  ilə  veb-səhifələr 
üçün  müxtəlif  idarəetmə  elementləri  (düymələr,  mətn  boksları,  radio  düy  mə  ləri,  yoxlama 
boksları və s.) də 
yaratmaq olar. 
 
OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar, çevrələr və 
başqa  fiqurlar  çəkməyə  imkan  verir.  3D-qrafika  alətləri  paralelepiped,  konus,  silindr  və  s.  kimi 
üçölçülü həndəsi fiqurlar çəkmək üçün nəzərdə tutulub.   Bu  proqramın  köməyi  ilə  veb-səhifələr 
üçün müxtəlif idarəetmə elementləri (düymələr, mətn boksları, seçim düymələri, yoxlama boksları 
və s.) yaratmaq olar. 
   
 
  3. Fraktal qrafika ilə iş. 
  Ötən əsrin 70-ci illərində meydana çıxan “fraktal”, “fraktal həndəsə” və “fraktal qrafika” 
anlayışları  bu  gün  riyaziyyatçı  və  proqramçıların  gündəlik  həyatına  çox  sıx  daxil  olmuşdur. 
“Fraktal” sözü “fracrus” latın sözündən yaranıb və “bölünmüş”, “parçalanmış”, yaxud “qırılmış” 
anlamını verir. Bu termin 1975-ci 
ildə  fransız  riyaziyyatçısı  Benua  Mandelbrot  [Benoit  Mandelbrot]  tərəfindən  perio-  dik 
olmayan, yalnız özünə bənzər strukturları bildirmək üçün təklif olunub. 
  Bu  gün  kompyuter  qrafikasında  fraktalların  rolu  çox  böyükdür.  Fraktal  qrafikanın 
əsasında fraktal həndəsə dayanır. Burada görüntülərin yaradılması üsulu 
varis-obyektlər  tərəfindən  həndəsi  xassələrin  “valideynlərdən”  irsən  alınmasına  əsaslanır. 
Fraktal elə strukturdur ki, hissələri müəyyən mənada onun özünə ox şayır.  
  Fraktalın başlıca xassələrindən biri özünəoxşarlıqdır. Özünəoxşar obyektlər elə obyektlərə 
deyilir  ki,  onların  böyüdülmüş  hissələri  özünə  və  bir-birlərinə  bənzəyir.  Başqa  sözlə,  fraktalın 


 
44 
kiçik bir hissəsi bütöv fraktal haqqında informasiyanı özündə saxlayır.   
  Təbiətdə  olan  bir  çox  obyektlər  fraktal  xüsusiyyətlərinə  malikdir:  qar  dənəciyi 
böyüdüldükdə  fraktal  olur;  ağac  və  bitkilər  fraktal  alqoritmlər  üzrə  böyüyür;  dənizin  sahil 
xətlərinə böyüdülmüş miqyasda baxdıqda əvvəlkilərə bənzər yeni-yeni girinti-çıxıntılar üzə çıxır.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 8: AVTOMATLAŞDIRILMIŞ LAYIHƏLƏNDIRMƏ SISTEMLƏRI VƏ 
ONLARIN NÖVLƏRI. 
(CAD- COMPUTER AIDED DESIGN-АВТОМАТИЗИРОВАННОЕ 
ПРОЕКТИРОВАНИЕ) 
Plan: 
Avtomatlaşdırılmış layihələndirmə sistemləri və onların növləri  
Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin məqsəd və vəzifələri. 
 
  Elm  və  texnikanın  inkişafının  müasir  mərhələsi  müxtəlif  istehsal  sahələrinin,  texniki 
sistemlərin  kompleks  avtomatlaşdırılmasını  və  avtomatlaşdırılmış  layihələndirmə  sistemlərinin 
(ALS)  tətbiqini  tələb  edir.  Təcrübə  göstərir  ki,  müasir  kompüter  texnikası,  riyazi  və  proqram 
paketləri  əsasında  yaradılmış  avtomatlaşdırılmış  layihələndirmə  sistemləri  layihə  obyektlərinin 
səmərəli işlənməsində, keyfiyyətin və məhsuldarlığın yüksəldilməsində həlledici rol oynayır. 
  Çoxsaylı  mərhələlərdə  yerinə  yetirilən  layihə  əməliyyatları  və  proseduraları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə