"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

 
34 
Welch). 
Fotoqrafiya üzrə birləşmiş ekspertlər grupu (Joint Photograpic Experts Group) tərəfindən 
fotoqrafiya keyfiyyətinə malik təsvirləri sıxmag üçün JPEG üsulu tövsiyyə edilmişdir. 
2.Rastr  təsvirlər  miqyaslaşdırılandan  və  fırladılandan  sonra  öz  keyfiyyətini  itirir,  çünki 
eyni  çalarla  rənglənmiş  sahələr  standart  naxışa  (və  ya  təsvirdə  olan  səlist  duz  və  əyri  xətlər 
gözlənilmədən girintili-çıxıntılı xətlərə) çevrilə bilər. Rastr təsviri əvvəlcə kiçildib sonra əvvəlki 
ölçüsünə  qədər  böyüdəndə  təsvirin  görünüşü  pisləşir,  pilləvari  formaya  düşür  (pilləvari  effekt 
yaranır), rənglənmiş sahələr təhrif edilir. Bu baxımdan da rastr təsvirin ölçüsünün dəyişdirilməsi 
aşağıdakı iki üsuldan biri ilə həyata keçirilməlidir: 

 
təsvirdəki bütün piksellərin ölçüsü dəyişir (böyüyür və ya kiçilir); 

 
piksellər təsvirə əlavə edilir və ya ləğv edilir (buna piksellərin seçilməsi də deyilir). 
Miqyaslaşdırmanın  birinci  üsulundan  istifadə  ediləndə  təsviri  təşkil  edən  piksellərin  sayı 
dəyişmir, təkcə ayrıca pikselin yaradılmasi üçün istifadə edilən elementlərin (videopiksellərin və 
ya  nöqtələrin)  sayı  dəyişir.  Təsvir  böyüdüldükcə  pilləvari  effekt  də  artır  və  hər  bir  nöqtə  kiçik 
kvadrata çevrilir. 
Təsvirdə  piksel  seçimi  iki  üsulla  yerinə  yetirilə  bilər.  Ya  zəruri  sayda  pikselləri  sadəcə 
təkrarlamaq və ya təsvirdən ləğv etmək olar, ya da müəyyən hesablamaların köməyi ilə proqram 
iki pikselin və onun ətrafındakı piksellərin əvəzinə başqa rəngə malik olan piksellər yarada bilər. 
Bu halda təsvirdəki xırda detallar, nazik xətlər itə bilir və təsvirdəki kəskinlik azalanda yuyulma 
effekti  alına  bilər.Paint  rastr  qrafik  redaktor  olduğuna  görə  bu  redaktorda  təsvirləri 
miqyaslaşdırmaq və bu zaman baş verən nəticənin səbəblərini izah etmək daha asandır. 
Rastr  təsvirlər  üzərində  miqyaslaşdırma,  firlatma  və  digər  əməliyyatları  yerinə  yetirmək 
üçün az sayda imkanlar mövcuddur. 
 
VEKTOR QRAFİKASI 
Vektor  qrafikada  təsvirlər  düz  xətlərdən,  qövslərdən,  çevrələrdən,  ellipslərdən, 
düzbucaqlılardan,  eyni  və  müxtəlif  rəngli  oblastlardan  qurulur.  Bunları  primitivlər  adlandırmaq 
qəbul  edilmişdir.  Sadə  vektor  obyektlərin  köməyi  ilə  müxtəlif  təsvirlər  yaradilır.  Vektor-
primitivlərin  kombinasiyasından  və  müxtəlif  rənglərdən  istifadə  etməklə  maraqlı  təsvirlər  almaq 
olur.  Üçölçülü  kompüter  qrafikasında  kub,  kürə  və  s.  kimi  həcmli  primitivlərdən  istifadə  edilir. 
Vektor primitivlər şərh vasitəsilə verilir. Məsələn: 
•A  nöqtəsindən  B  nöqtəsinə  xətt  çəkməli;  •verilmiş  düzbucaqlı  daxilinə  ellips  çəkməli 
ifadələri sərh hesab edilir. 
Kompüter üçün belə şərhlər əmrlərin köməyi ilə verilir. Əmrdə müəyyən funksiya və onun 
parametrləri  verilir.  WMF  (Windows  Metafile)  vektor  formatında  yuxarıda  qeyd  edilən  şərhlər 
üçün simvolik əmrlər aşağıdakı kimi yazılır: 
MOVETOXl,X2 Cari mövqe XI, X2 koordinatları ilə müəyyən edilən nöqtədir. 
LINETO  X2,  Y2  Cari  mövqedən  koordinatları  X2,  Y2  koordinatları  ilə  müəyyən 
edilən mövqeyə kimi xətt çəkməli  
ELLIPSE X3,Y3,X4,Y4 
Sol  kənar    küncü    X3,Y3  sağ  aşağı  küncü  X4,Y4 


 
35 
koordinatlarında  yerləşən  düzbucaqlıi  daxilinə  ellips  çəkməli.  Obyektin  rəngi      haqqında   
informasiya  vektor  əmr  formasında  şərhin  tərkib  hissəsi  kimi,  Rastr  təsvirdə  isə  hər  bir 
videopikselin rəngi haqda informasiya saxlanır. 
Vektor əmrlər çıxış qurğusuna maksimal mumkun elementlərdən (videopiksellərdən və ya 
nöqtələrdən) istifadə etməklə obyekt  qurmaq barədə məlumat verir. Obyektlərin qurulması üçün 
çıxış  qurğusunda  istifadə  edilən  elementlərin  sayı  nə  qədər  çox  olarsa  obyekt  bir  o  qədər  yaxşı 
görünər. 
 
VEKTOR QRAFİKADA ƏMRLƏR ARDICILLIĞI 
Vektop  təsvirlər  almaq  üçün  adətən  vektor  qrafikası  redaktorlarindan  (Adobe  Illustrator, 
Macromedıa  Freehand,  CorelDRAW)  istifadə  edilir.  Bu  redaktorlar  dizayn,  texniki  rəsm 
sahələrində,  həmçinin  qaydayasalma  işlərinin  yerinə  yetirilməsində  geniş  tətbiq  edilir.  Vektor 
redaktorları  istifadəçilərə  təsvir  yaratmaq  üçün  istifadə  edilən  əmrlər  və  alətlər  təqdim  edir. 
Təsvirin qurulması prosesində xüsusi proqram təminatı təsviri təşkil edən obyektlərə uyğun vektor 
əmrlər  formalaşdırır.  Əksər  hallarda  vektor  redaktorı  istifadəçiləri  vektor  əmrləri  görmürlər. 
Lakin, vektor təsvirlərin şərhini bilmək vektor qrafikanın üstünlüklərini və nöqsanlarını anlamağa 
koməklik edir. 
Vektor  qrafikası  faylına  obyekt  növlərindən  biri  kimi  rastr  təsvirlər  də  daxil  ola 
bilər.Vektor  qrafikası  redaktorlarının  əksəriyyəti  rastr  təsvirləri  təkcə  vektor  illüstrasiyalara 
yerləşdirməyə,  ölçüsünü  və  yerini  dəyişdirməyə,  döndərməyə,  kəsməyə  imkan  versə  də  təsvirin 
ayrı-ayrı  pikselləri  ilə  işləməyə  imkan  vermir.  Məsələ  ondadır  ki,  vektor  təsvirlər  ayrı-ayrı 
obyektlərdən ibarət olduğuna görə onlarla müxtəlif cür işiəmək mümkündür. Rastr təsvirlərlə belə 
rəftar etmək mümkün deyil. Ona görə ki, rastr grafikada bütövlükdə rastr fraqment obyekt hesab 
edilir.  Lakin  bir  sıra  vektor  qrafikası  redaktorlarında  rastr  təsvirlərə  xüsusi  effektlər  (yuma, 
kəskinlik)  tətbiq  etmək  olur.  Belə  effektlər  qonşu  piksellərin  rənginin  dəyişdirilməsi  ilə  alınır. 
Piksel təkcə rəng xassəsinə malik olur. 
VEKTOR QRAFİKANIN ÜSTÜNLÜKLƏRİ 
l.Tərkibinə  rastr  obyektlər  daxil  olmayan  vektor  təsvirlər  kompüterdə  nisbətən  çox  da 
böyük olmayan yaddaş sahəsi tutur.  Belə ki, min primitivdən ibarət olan vektor təsvir bir neçə yüz 
Kbayt-dan  çox  olmayan  yaddaş  sahəsinə  yerləşir.  Analoji  rastr  təsvir  üçün  isə  10  dəfədən  1000 
dəfəyə qədər çox yaddaş sahəsi tələb edilir. 
Aşağıdakı məsələni nəzərdən keçirək. 
Tutaq ki, ekranın koordinat sistemində kvadratın şərhi aşağıdakı kimidir: 
RECTANGLE 1, 1, 200, 200, Red, Green 
Burada  (1,  1)  -  kvadratın  yuxarı  sol  küncünün,  (200,  200)  -  aşağı  sağ  küncünün 
koordinatları, Red - rənglə doldurulan sahənin, Green - konturun rəngidir. 
Bir simvolun ikilik kodu bir bayta bərabər olduğuna görə belə şərh 30 bayt  yaddaş tələb 
edir. 256 rənglə, sıxılmamış təsvir formasında həmin kvadrat üşün 
200x200x8 = 320 000 (bit) və ya     320 000 : 8 = 40 000 (bayt) və ya 
40 000 : 1024 = 39.6(Kb) yaddaş sahəsi tələb edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə