"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

 
31 
Faylı  bir  formatdan  digər  formata  çevirmək  üşün  xüsusi  proqramlardan  -  format 
konvertorlarından istifadə edilir. Lakin qrafik redaktorların əksəriyyətində (CorelDRAW, Adobe 
Illustrator,  Adobe  Photoshop  və  s.)  format  çeviriciləri  mövcuddur.  Belə  redaktorlar  müxtəlif 
formatlı faylları oxumaqla yanaşı faylları yarada da bilir. 
ƏSAS NƏTİCƏLƏR 
l.Qrafik faylın formatı - qrafik verilənlərin, məlumatların xarici informasiya daşıyıcılarında 
təqdim olunma üsuludur. 
2.Vektor formatın faylları şəkli təsvir etmək üçün əmrlər toplusuna malikdir. Belə əmrlər 
toplusundan istifadə etməklə sadə qrafik obyektləri (məsələn, xətləri, çevrələri, düzbucaqlıları və 
s.) qurmaq olar. 
3.Rastr  format  fayllarında  təsvirin  ölçüsü,  bit  dərinliyi  və  hər  bir  pikselin  rəngi  ilə  əks 
olunur. 
4.Qrafik məlumatların sıxılması faylın ölçüsünün dəyişdirilməsi ilə həyata keçirilir. Rastr 
format faylları üçün müxtəlif sıxılma alqoritmlərindan istifadə edilir. 
5.Şəxsi  fayl  formatı  -  qrafik  əlavələrin  saxlanılması  üçün  xüsusi  və  əlverişli  effektiv 
formatdır. 
6.Standart qrafik format - müxtəlif qrafiki əlavələrin ümumi formatıdır. 
7.WMF, EPS, DXF, CGM və digərləri standart vektor formatlarıdır. 
8.BMP, PCX, GIF, TIFF, TGA, JPEC və digərləri standart rastr formatlarıdır. 
9.Rastr formatdan vektor formata çevirmə üsulları aşağıdakılardır: 
• rastr faylın vektor təsviri rastr obyektinə çevirməsi
•vektor obyektin yaradılması üçün rastr təsvirin köçürülməsi. 
10.Vektor  formatın  digər  vektor  formata  çevrilməsi  proqramı  aşağıdakı  kimi  həyata 
keçirilir: 
•obyektlərin istənilən bir vektor formatın dilində yazılışını hesab etməklə
•yeni formatı onların dilinə çevirməyə cəhd etməklə. 
11.Rastr  formatın  digər  rastr  formata  çevrilməsi  proqramı  ilkin  fayla  aid  verilənlərin 
(təsvirin  ölçüsünün,  bit  dərinliyinin,  piksellərin  hər  birinin  rənginin  və  rəng  çalarının)  haqqında 
olan informasiyanın başqa üsulla yeni fayla çevrilməsidir. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
32 
MÖVZU 6: QRAFİK TƏSVİR ÜSULLARI. 
 
Plan: 
1.
 
Rastr qrafika 
2.
 
Vektor qrafikasi 
3.
 
Rastr və vektor redaktorlarin xüsusiyyətləri 
 
Rastr təsvir çox kiçik elementlərdən-piksellerdən ibarət olan mozaika kimi təsəvvür edilə 
bilər.  Belə  təsvir  xırda  xanaları  olan  kağıza  bənzəyir.  Xanaların  (piksellərin)  hər  biri  müəyyən 
rənglə  rənglənir  və  nəticədə  təsvir  formalaşmış  olur  .  Rastr  qrafikada  prinsip  olduqca  sadədir, 
çünki prinsip kompüter kəşf ediləndən çox-çox əvvəl (onlarla əsr) mövcud idi. 
İncəsənətin  mozaika,  tikmə,  vitraj  (qapıya,  pəncərəyə  və  s.  yerlərə  salınan  rəngli 
şüşələrdən  düzəldilən  şəkil  və  ya  naxış)  formasi  kimi  inkişaf  edən  sahələrində  təsvirlər  həmişə 
diskret elementlərdən istifadə edilməklə yaradılmışdı. 
Başqa  bir  misal,  freskanı  (divar  naxışını)  divara  köçürmək  üçün  ən  səmərəli  üsul 
xanalardan istifadə etməkdir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, həm təsvir çəkilmiş kağız, 
həm  də  təsvir  köçürülməli  olan  divar  eyni  sayda  xanalara  bölunür.  Sonra  isə  təsvirin  fraqmenti 
oldugu kimi kağızdan divardakı xanalara köçürülür. 
 Rastr qrafikada təsviri formalaşdiran yüzlərlə və minlərlə pikseldən istifadə edilir. 
Kompüter     qrafikasında     piksel     termini     müxtəlif anlayışlarla şərh edilə bilər: 
•Piksel-kompüter  ekranında  ən  kiçik  təsvir  elementidir.  •Piksel-rastr  təsvirin  ayrıca 
elementidir. •Piksel-printerdə çap edilən təsvir nöqtəsidir.Ona görə də çaşqınlığı aradan qaldırmaq 
üçün aşağıdakı terminalogiyadan istifadə etmək  daha məqsədəuyğundur:  •Videopiksel-ekrandakı 
təsvirin ən kiçik hissəsi

 
Piksel-rastr təsvirin ən kiçik hissəsi

 
Nöqtə-printerlə yaradılan ən kiçik element. 
Nəzərə  almaq  lazımdır  ki,  bir  piksel  üçün  bir  və  ya  bir  neçə  videopiksel  və  ya  nöqtə 
istifadə edilə bilər. 
Displeyin  ekranı  verilmiş  sayda  sətirlərə  və  sütunlara  bölünmüş  qrafik  tordan  (rastrdan) 
ibarətdir. Odur ki, displeyin ekranı məlum sayda videopiksellərdən ibarət olur. Qrafik torun ölçüsü 
N*M düsturu ilə müəyyən edilir. Burada 
N-üfqi  istiqamət  üzrə,  M-şaquli  istiqamət  üzrə  videopiksellərin  sayıdır.  Müasir 
displeylərdə 640x480, 800x600, 1024x768, 1240x1024 və s. ölçülərdə qrafik tordan isrifadə edilir. 
Videopikselin  ölçüsü  0,3  mm-dən  də  kiçikdir  və  bir  birinə  çox  yaxın  yerləşir.  Təcvirin  gözlə 
görünə  bilməsi  üçün  hər  birinin  öz  rəng  çaları  olan  yüzlərlə  və  minlərlə  videopikseldən  ibarət 
olmalıdır. Böyüdülmüş videopiksel kvadrat formasında görünür 
 
RASTR QRAFİKANIN ÜSTÜNLÜKLƏRİ 
l.Hər  bir  videopikselə  mümkün  olan  milyonlarla  rəng  çalarından  birini  vermək  olar. 
Pikselin  ölçüsü  videopikselin  ölçüsünə  yaxın  olanda  təsvir  fotoqrafik  keyfiyyətə  malik  olur. 


 
33 
Beləliklə, rastr qrafikada fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almaq mümkündür. 
2.Nöqtələrin  ayrı-ayrı  piksellərlə  təsvir  edilməsi  üçün  nəzərdə  tutulan  çıxış  qurğularını 
kompüter çox asan idarə edir. Odur ki, rastr təsvir printerdə çox asan çap edilə bilir. 
 
RASTR QRAFİKANIN ÇATIŞMAZLIQLARI 
l.Rastr  təsvir  faylında  hər  bir  videopikselin  rəngi  haqqında  informasiya  bitlərin 
kombinasiyası formasında saxlanır. Daha sadə təsvirlər ağ və qara rənglərdən ibarət olur. Bu halda 
hər bir videopikselin rəngini kodlaşdırmaq üçün qiyməti "sıfır"dan və ya "bir"dən ibarət olan bir 
bit kifayət edir. Videopikselin rəngi iki bitlə kodlaşdırılanda kombinasiyaların nümkün sayı dördə 
(2
2
) bərabər olur (00, 01, 10, 11) yəni, iki bitlə dörd rəng kodlaşdırıla bilər. Dörd bit (2
4
) 16 pəngi, 
8 bit (2
8
) 256 rəngi, 24 bit (2
24
) isə 16 777 216 rəng çalarını kodlaşdırmağa imkan verir. 
Sadə rastr təsvirlər çox da böyük yaddaş sahəsi tələb etmir. Fotoqrafiya keyfıyyətinə malik 
olan  təsvirlər  isə  əksər  hallarda  bir  neçə  meqabayt  (Mbayt)  həcmində  yaddaş  sahəsi  tələb  edir. 
Əgər qrafık torun ölçüləri 1240x1024, istifadə edilən rənglərin sayı 16 777 216-ya bərabər olarsa, 
rastr faylın həcmi «4Mbayta bərabər olacaqdır: 
1240x1024x24 = 30 474 240 (bit) və ya 
30 474 240 : 8 = 3 809 280 (bayt) və ya 
3 809 280 : 1024 = 3720 (Kb) və ya 
3 720 : 1024 = 3,63 (Mb). 
Göründüyü  kimi  rastr  təsvirləri  saxlamaq  üçün  böyük  həcmdə  yaddaş  tələb  edilir.  Bu 
problemin ən sadə həlli kompüterin yaddaş qurğularının həcmini artırmaqdır. Müasir sərt və optik 
disklər  məlumatları  saxlamaq  üçün  böyük  həcmdə  yaddaş  sahəsinə  malikdir.  Son  vaxtlar  böyük 
həcmli  yaddaş  qurğularının  çoxlu  sayda  istehsalının  artması  nəticəsində  onların  qiyməti  xeyli 
ucuzlaşıb. 
Problemin  digər  həlli  qrafik  informasiyanın  sıxılmasıdır.  Bu  məqsədlə  qrafik  fayllarda 
məlumatların  təşkil  üsulunun  dəyişdirilməsi      hesabına      rastr    faylların      ölçüsünü      azaldan 
proqramlardan istifadə edilir. Qrafik məlumatları sıxmaq üçün bir neçə üsuldan istifadə edilir. Bu 
üsullardan  ən  sadəsi  təkrarlanan  kəmiyyətlər  ardıcıllığıdır.  Bu  üsulla  iki  kəmiyyətdən  istifadə 
edilir. 
Birinq  kəmiyyət  təkrarlanan  kəmiyyəti,  yəni  videopiksellərin  göstərilməsi  üçün  bitlər 
toplumunu,  ikinci  kəmiyyət  isə  təkrarlanmaların  sayını  göstərir.Aşağıda,  ağ-qara  təsvir 
məlumatlarının bir sətrinin ardıcıl piksellərinin sıxılması qaydası göstərilmişdir 
DDDBDDDD                       D 
D3İD4İ2Ü1 
Bu  cür  sıxma  üsulu  RLE  (Run-Length-Encoding)  adlanır.  RLE  üsulu  eyni  çalarla 
rənglənmiş böyük sahələrə malik olan təsvirlərlə daha  yaxşı işləyir. Fotoqrafiya fayllarında eyni 
rəngə  malik  olan  uzun  piksellər  sətri  demək  olar  ki,  olmadığına  görə  bu  üsulla  fotoqrafiya 
fayllarını yaxşı sıxmaq mümkün olmur. 
Çoxsaylı naxışlara malik olan təsvirləri sıxmagdan ötrü ən yaxşı üsul LZW üsuludur. Bu 
üsulun  adı  onu  hazırlayanların  soy  adının  birinci  hərflərindən  götürülmüşdür  (Lempel,  Ziv  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə