"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

 
26 
RASTR FORMATLAR 
Rastr formatlara aid olan fayllarda aşağıdakı xarakteristikalar (parametrlər) saxlanılır: 
l.Təsvirin ölçüsü - üfqi və şaquli istiqamətlər üzrə təsvirdəki videopiksellərin sayı; 
2.Bit dərinliyi - bir videopikselin rənginin saxlanması üçün istifadə edilən bitlərin sayı; 
3.Təsviri  şərh  edən  məlumatlar  -  hər  bir  videopikselin  rəngi  və  digər  əlavə 
informasiya.Müxtəlif formatlı rasr qrafika fayllarında bu xarakteristikalar fərqli üsullarla saxlanır. 
Məsələn:Təsvirin ölçüsü ayrıca yazı kimi, təsvirdəki bütün videopiksellərin rəngi haqqında 
informasiya  isə  böyük  bir  məlumat  bloku  kimi  saxlanır.Fotoqrafiya  keyfiyyətinə  malik  olan 
yuksək  buraxma  qabiliyyəti  olan  (buraxılışlı)  skanerlə  alınan  təsvir  adətən  yaddaşda  bir  neçə 
meqabayt (Mbayt) yer tutur. 
Məsələn,  1766x1528  videopiksel  ölçülü,  istifadə  edilən  rənglərin  sayı  16  777  216  və  ya 
rəng dərinliyi 24 bit olan təsvir faylının həcmi 
1766 x 1528 x 24 = 64762 752 bit, 
və ya 64 762 752 : 8 = 8 432 844 bayt, 
və ya 8 432 844 : 1024 = 8235,2 Kbayt, 
və ya 8235,2 : 1024 = 8,04 Mbayt « 8 Mbayt təşkil edəcəkdir. 
Rastr  faylların  saxlanması  problemi  faylların  sıxılması  ilə  həll  edilir.  Faylların  sıxılması 
prosesində məlumatların təşkili üsulunun dəyişdirilməsi  hesabına  faylın ölçüsü azaldılır. Hələlik 
qrafik  redaktorlar  ilə  məşğul  olan  mütəxəssislərdən  heş  kimə  ideal  sıxma  alqoritmi  yaratmaq 
qismət  olmayıb.  Yaradılan  sıxma  alqoritmlərinin  hər  biri  təkcə  müəyyən  struktura  malik  olan 
verilənləri daha yaxşı sıxır. 
Sıxma üsulları iki kateqoriyaya bölünür: 
l.Faylların arxivləsdirmə proqramları ilə sıxılması; 
2.Faylların faylın formatına daxil edilmiş alqoritmlə sıxılması. 
Fayllar  birinci  üsulla  sıxılanda  xususi  proqram  ilkin  faylı  oxuyur,  həmin  fayla  müəyyən 
sıxma  alqoritmini  tətbiq  edir  və  yeni  fayl  yaradır.  Yeni  yaradılan  faylın  həcmi  ilkin  faylın 
həcmindən xeyli az ola bilir. Lakin  yeni  fayl  arxivdən azad edilməsə heç bir proqram  ilə ondan 
istifadə  etmək  mümkün  olmur.  Ona  görə  də  belə  sıxma  üsulundan  məlumatları  uzun  müddət 
saxlamaq  və  ya  ötürmək  (göndərmək)  lazim  gələndə  istifadə  edilir.  Gündəlik  iş  üçün  bu  üsul 
əlverişli deyil. 
MS-DOS  və  Windows  əməliyyat  sistemlərində  faylları  sıxmaq  üçün  ZIP,  APJ,  RAR 
proqramlarından daha geniş istifadə edilir. 
Sıxma  alqoritmi  faylın  formatına  qoşulanda  faylı  oxuyan  uyğun  proqramlar  sıxılmış 
məlumatları  düzgün  interpretasiya  edir.  Odur  ki,  faylların  sıxılmasının  bu  üsulu  böyük  həcmli 
qrafik fayllarla gündəlik iş üçün daha münasibdir. 
Tutaq  ki,  CorelDRAW  proqramı  ilə  təsvir  hazırlanıb.  Həmin  təsviri  Adobe  Photoshop 
proqramı  ilə  hazırlanmış  sənədə  yerləşdirmək  lazımdır.  TIFF  Adobe  Photoshop  proqramınin 
istifadə  etdiyi  rastr  formatlardan  biridir.  Fayl  TIFF  formatı  ilə  formatlaşdırılanda  qrafik 
məlumatlar sıxılır. Həmin faylı oxuyan proqramda da məhz bu vəziyyət nəzərə alınır. 
Bu  baıxmdan  da  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  əməliyyatları  yerinə  yetirmək 


 
27 
lazımdır: 
•CorelDRAW proqramı ilə yaradılan təsvirin TIFF formatında saxlanmasını; 
•Faylın Adobe Photoshop proqramına import edilməsinı. 
 
QRAFİK MƏLUMATLARIN SIXILMA ÜSULLARI 
RLE  (Run-Length  Encoding)-təkrarlanan  kəmiyyətlər  ardıcıllığı  üsulu  ilə  sıxma  zamanı 
videopikselin şərh edilməsi üçün istifadə edilən bitlərin və onların təkrarlanma saylarından istifadə 
edilir. Bu üsul bir sıra qrafik formatlarla (məsələn, PCX formatı ilə) bir yerdə istifadə olunur. 
Faylın  sıxılması  üçün  istifadə  edilən  proqram  əvvəlcə  videopiksellərin  sayını,  sonra  isə 
onların  rənglərini  (və  va  əksinə)  yaza  bilər.  Ona  görə  də  faylı  oxuyan  proqram  məlumatların 
həmin  faylı  diskə  yazan  proqramdan  fərqli  qaydada  yerləşməsini  gözləyə  bilər.  RLE  üsulu  ilə 
sıxılmış  faylı  açanda  səhv  barədə  məlumat  çıxarsa  (və  ya  təsvir  tam  təhrif  olunmuş  formada 
alınarsa),  belə  faylı  başqa  proqramla  açmağa  və  ya  onu  başqa  formata  çevirməyə  cəhd  etmək 
lazimdır. 
RLE  sıxma  üsulu  o  halda  səmərəli  hesab  edilə  bilər  ki,  sıxılan  təsvir  eyni  rəng  calarina 
malik  olan  böyük  sahələrdən  ibarət  olsun.  Bu  üsul  skanerlə  alınan  fotoqrafiya  təsvirlərinin 
sıxılması  üçün  səmərəli  hesab  edilə  bilməz,  çünki,  skanerə  olunan  fotoqrafiyalarda  eyni  rəngə 
malik  olan  videopiksellərin  uzun  ardıcıllığı  olmur.LZW  sıxma  üsulu  təsvirdə  təkrarlanan 
naxışların tapılmasına əsaslanır. Çoxsaylı naxışlara malik olan təsvir 0,1-dən əwəlki ölçüyə kimi 
sıxıla  bilər.  LZW  sıxma  üsulu  TIFF  və  GIF  fayllara  tətbiq  edilir.  Bu  üsulla  GIF  formatlı 
məlumatları həmişə sıxmaq mümkündür. TIFF formatlı fayllar üçün sıxma imkanının seçilməsini 
istifadəçi  müəyyən  edir.  TIFF  formatının  digər  sıxma  üsulları  tətbig  edilən  variantlarda   
mövcuddur.   Sıxma   sxemləri  fərqli  olduğuna görə TIFF formatının bəzi versiyaları bırgəliyə 
malik olmaya bilər, yəni TIFF formatına malik olan faylı, əslində onu tanımalı olan bəzi qrafika 
proqramları  ilə  oxumaq  olmur.  Başqa  sözlə,  TIFF  formatların  heç  də  hamısı  eyni  deyil.  Bu 
problemin mövcud olmasına baxmayaraq TIFF formatı hal-hazırda ən populyar rastr formatlardan 
biri hesab edilir. 
JPEG  sıxma  üsulu  fotografiya  keyfiyyətinə  malik  olan  təsvirlər  üçün  yüksək  sıxma 
əmsalını  təmin  edir.  Bu üsulla  100:1  nisbətində sıxılma  təmin  edilə  bilir.  Belə  sıxma  üsulundan 
istifadə edilən JPEG fayl formatı fotoqrafiya üzrə birləşmiş ekspertlər qrupu (Joint Photographic 
Experts Group) tərəfindən hazırlanmışdır. 
Yuksək  sıxma  ərnsalı  sıxmadan  sonra  alınan  faylda  məlumatın  bir  hissəsinin  itməsi 
hesabına  alınır.  JPEG  üsulunda  insan  gözünün  parlaqlığın  dəyişməsinə  çox  həssas,  rəngin 
dəyişməsinə isə az həssas olması faktorundan istifadə edilir. Ona görə də bu üsulla sıxma zamanı 
videopiksellərin  parlaqlıqlarının  fərqi  haqqında  daha  çox,  rənglərin  fərqi  haqqında  isə  daha  az 
informsiya  saxlanır.  Qonşu  piksellərin  minimal  rəng  fərqini  hiss  etmək  çətin  olduğuna  görə 
sıxılmış  təsvirin  görünüşü  əvvəlki  təsvirin  görünüşündən  demək  olar  ki,  fərqlənmir.  İstifadəçiyə 
sıxma  dərəcəsini  müəyyən  etməklə  itkinin  səviyyəsini  idarə  etmək  inkanı  verilir.  Məhz  bu 
xüsusiyyətdən istifadə etməklə hər bir təsvir üçün daha münasib emal rejimi seçmək olur. Başqa 
sözlə sıxma əmsalını göstərməklə təsvirin keyfiyyəti ilə yaddaşa qənaət arasında seçim aparmağa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə