"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   35

 
16 
 
 
 
 
 
 
Rəng  düzbucaqlısının  daxilindəki  markerin  (nişanın)  yerini  dəyişməklə  seçilmiş  rəng 
çalarının  dolğunluğunu  və  parlaqlığını  dəyişmək  olar.  Düzbucaqlının  yuxarı  sol  küncündə  rəng 
maksimum yuyulmuş (demək olar ki, ağ) görünür. Aşağı sağ küncdə isə rəngin parlaqlığı minimal 
olur. Adobe Photoshop proqramında da rəngin dolğunluğunun və parlaqlığinin dəyişdirilməsi rəng 
sahəsi  daxilində  markerin  (nişanın)  yerinin  dəyişdirilməsi  ilə  yerinə  yetirilir.  Paint  qrafik 
redaktorunda   rəng   sahəsi   rəng   çalarını   və   dolğunluğu  Məsələn, qırmızı rəngi artırmaq 
üçün sarı və al-qırmızı rənglərin faizini artırmaq lazımdır. Göy rəng yaratmaq üçün al-qırmızı və 
mavi  rənglər  əlavə  etmək  lazımdır.  Rəng  yaratmaq  üçün  üçölçülü  koordinat  sistemindən  də 
istifadə  etmək  olar.  Koordinat  oxları  mavi,  al-qırmızı  və  sarı  rəngləri  tənzimləyir.  Parlaqlıq 
tənzimləyicisi çalarda qara rəngin miqdarını müəyyən etməyə imkan verir. 
 
RƏNG MODELİ, RƏNG ÇALARI, DOLĞUNLUQ VƏ PARLAQLIQ 
ƏSAS NƏTİCƏLƏR 
 
l.Rəng həm şüalanma, həm də əks etdirmə prosesində alına bilər. 
2.Monitorlarda  istifadə  edilən  additiv  rəng  modeli  (RGB)  üç  əsas  (qırmızı,  yaşıl,  göy) 
rəngə əsaslanır. 
3.Qrafik redaktorlar adətən rəngi qırmızı, yaşıl və göy rənglərin hər birinin 256 çaları ilə 
formalaşdırmağa imkan verir. Odur ki kompüterin ekranında alina bilən rəng çalarlarının sayı 16 
milyondan çoxdur. 
4.Təsvirlərin  çap  edilməsi  üçün  nəzərdə  tutulan  subtraktiv  rəng  modeli  əsas  dörd  rəngə 
(mavi, al-qırmızı, sarı və qara) əsaslanır. 
5.Məlumatları  RGB  modelindən  CMYK  modelinə  çevirmək  üçün  rəngayırma  proqramı 
tətbiq edilir. 
6.RGB  və  CMYK  modellərində  rəngin  alınma  təbiəti  fərqlidir.  Ona  görə  də  ekranda 
görünən rənglərin hamısını olduğu kimi çap etmək olmur. Rənglər adətən kağıza nəzərən ekranda 
daha parlaq görünür. 
7.Rəng əhatəsi rəng modeli ilə yaradıla bilən rənglərin məcmuyuna deyilir. Ən geniş rəng 
əhatəsi  gözlə  görünən  bütün  rənglər  daxil  olan  natural  əhatədir.  Natural  rəng  əhatəsinə  nəzərən 
RGB  rəng  əhatəsi  daha  dar,  CMYK  rəng  əhatəsi  isə  RGB  rəng  əhatəsinə  nəzərən  daha  dar 
əhatədir. 
8.Adobe  Photoshop,  CorelDRAW  və  s.  kimi  bir  sıra  qrafik  redaktorlar  çap  zamanı  çap 
oluna bilməyən üç rəng çalarları haqqında informasiya verir. 
9.Təsviri  ekranda  CMYK  modeli  ilə  yaratmağa  imkan  verən  grafik  redaktorlar  da 


 
17 
mövcuddur. İO.RGB və CMYK rəng modelləri aparat təminatı ilə müəyyən edilən məhdudiyyətə 
əsaslanır. Rəngin şərh edilməsi üçün ən intuitiv üsul rənglərin çalar (Hue), dolğunluq (Saturation) 
və  parlaqlıq  (Brightness)  formasıdır.  Belə  rəng  sistemi  üçün  HSB  abbreviaturasından  istifadə 
edilir. 
 
 
MÖVZU 3: QRAFIK FAYLLARIN ƏSAS FORMATLARI VƏ ONLARIN 
VƏZIFƏSI. 
 
Plan. 
  1. Qrafik faylların genişlənmələri və xüsusiyyətləri. 
  2. Rastr qrafikasının növləri, sinifləşdirilməsi və xüsusiyyətləri. 
  3. Vektor qrafikasının xüsusiyyətləri və növləri. Vektorlaşdırma anlayışı. 
  4. Skanerin vəzifəsi, skan etmə metodikası və əsas parametrləri. 
 
Mühazirə mətni. 
 
  1. Qrafik faylların genişlənmələri və xüsusiyyətləri. 
  Ən geniş istifadə olunan qrafik faylların genişlənmələrinə aşağıdakıları aid etmək olar: 
  1)  BMP  (Bitmap)–  təsvirin  "bitlər  xəritəsi"  olub  rastr  təsvirləri  mühafizə  edir.  Bu  tip 
qrafik  fayllarda  rəngin  dərinliyi  24  bit,  maksimal  rəng  sayı  16777216,  maksimal  ölçü  isə 
65535x65535 pikseldir. Bu tip qrafik fayllar kiçik ölçülü təsvirləri mühafizə etməklə yanaşı böyük 
yaddaş tələb etdikləri üçün çox az istifadə olunurlar və adətən xırda ölçülü rastr təsvirlərdə istifadə 
olunurlar.  BMP  formatlı  təsvirin  ən  sadə  əldə  edilməsi  metodu  Paint  redaktorundan  istifadə 
etməkdir. 
 
  2)  GİF  (Graphics  İnterchange  Format–  qrafik  mübadilə  formatı)–  "qrafika  ilə  mübadilə" 
üçün nəzərdə tutulmuş formatdır, rastr təsvirləri mühafizə edir. Rəngin dərinliyi 8-32 bit, rənglərin 


 
18 
sayı  256,  maksimal  ölçü  65536x65535  piksel.  Bu  formatlı  təsvirlər  şəffaf  sahələri  mühafizə 
etdikləri üçün veb-dizaynda, sadə animasiyaların yaradılmasında geniş istifadə olunurlar. İstifadə 
sahəsi: loqotiplər, animasiyalı şəkillər, kənarları dəqiq olan təsvirlər və s. 
  3)  JPEG  (Joint  Photographic  Experts  Group  –  birləşmiş  fotoeksportlar  qrupu  formatı)– 
rastr  təsvir  formatıdır,  rəngin  dərinliyi  təsvirin  sıxılma  dərəcəsindən  asılıdır,  maksimal  rəng  sayı 
16777216,  maksimal  ölçü  isə  65536x65535  pikseldir.  Bu  formatlı  təsvirlər  yüksək  dərəcədə 
sıxılma  zamanı  bəzi  itkilərə  məruz  qalsa  da,  monitorun  ekranında  hiss  olunmur.  Bu  format  ən 
geniş  yayılmış  hesab  olunur  və  rəqəmsal  həvəskar  fotoqraflar  tərəfindən  geniş  istifadə  olunur. 
Əksər hallarda skanerdən əldə edilmiş təsvirlərin formatı məhz JPEG olur. 
  4)  TİFF  (Tagged  İmage  File  Format–  saxlanan  təsviri  fayl  formatı)–  TİFF  formatlı 
fayllardan poliqrafiyada istifadə edilir. Bu formatda saxlanılan şəkillər yüksək keyfiyyətli olurlar. 
Bu  format  skanerdən  əldə  edilmiş  təsvirlərin,  faksla  göndərilməsi  üçün  nəzərdə  tutulmuş 
təsvirlərin saxlanması üçün geniş istifadə olunur. 
  5)  PNG    (Portable  Network  Graphics–  portativ  şəbəkə  qrafiki)–    rastr  təsvirlərin 
mühafizəsi  formatı  olaraq  mahiyyətcə  GİF-ə  analojidir.  Bu  format  animasiyanı  mühafizə  etmir, 
lakin onun müxtəlif iki variantı mövcuddur. Birinci variant PNG–8 olmaqla 8-bitlik palitra və 256 
rəng çalarlarından istifadə edir. İkinci variant PNG–24 olmaqla 24-bitlik palitra və 16 milyondan 
artıq  rəng  çalarları  istifadə  edir.  PNG–8  formatı  loqotiplərdə,  veb-dizaynda,  illüstrasiyalarda  və 
mətndə tətbiq olunur. PNG–24 formatı şəffaf oblastlara malik çoxlu sayda rəng çalarları və dəqiq 
detalları olan təsvirlərdə istifadə olunur. 
  6) RAW– tərcümədə "çiy" mənasını verir.  Bu format çoxlu sayda artıq verilənlərə malik 
olur  və  əvvəlcədən  qrafik  proqramlarda  emal  üçün  nəzərdə  tutulub.  bu  formatı  bəzən  "neqativ 
plyonka"  ilə  müqayisə  edirlər.  Bu  formatda  çəkilmiş  fotoları  peşəkar  fotostudiyalarda  geniş 
istifadə edirlər və onlardan müxtəlif effektlər əldə edirlər. 
 
  2. Rastr qrafikasının növləri, sinifləşdirilməsi və xüsusiyyətləri. 
  Pastr  qrafikasının  keyfiyyəti  təsvirdəki  piksellərin  tam  sayı  (təsvirin  həlli)  və  hər 
pikseldəki  informasiya  miqdarı  ilə  müəyyən  olunur.  Yüksək  keyfiyyətli  təsvirlərin  saxlanması 
üçün  böyük  həcmli  fiziki  yaddaş  tələb  olunur,  odur  ki,  təvirin  fiziki  ölçülərini  kiçiltmək  üçün 
arxivləşdirmə metodlarına müraciət edirlər və bu halda təsvirin keyfiyyəti aşağı enir. 
  Rastr  qrafikası  təsvirin  həllindən  asılıdır.  Rastr  təsviri  heç  bir  keyfiyyət  itkisi  olmadan 
miqyaslaşdırmaq  mümkün  deyil.  Rastr  təsvirlər  adətən  foto-larda  öz  əksini  tapır.  Monitorlar 
adətən 72-130 ppi (piksel per inch) həlli olan təsvirləri əks etdirə bilir, bəzi müasir printerlər isə 
2400 dpi (dot per inch) printer həlli ilə təsviri çap edə bilir. 
  Rastr qrafikasını təyinatına görə aşağıdakı kimi ayırmaq olar: 
  a) İnternet üçün adətən orta keyfiyyətli, kiçik ölçülü (15-640 piksel) və aşağı həlli (70-200 
dpi)  olan  təsvirlər  tələb  olunur,  çünki  belə  xırda  təsvirlər  brauzerin  ekranından  daha  tez  və 
keyfiyyətli əks olunurlar, ekranda çox böyük yer tutmurlar və onların miqyaslaşdırılması ilə bağlı 
problem yaranmır. 
  Fotokameralar  vasitəsilə  əldə  edilmiş  təsvirlər  internetdə  dərc  olunanlarla  müqayisədə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə