"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   35

 
13 
 
 
 
 
 
 
 
 
 
 
 
Boyaların bəzi xüsusiyyətlərinə görə bu rənglər qarışdırılanda qonur-ləkə çaları alınır. Ona 
görə də bu rəngə çap prosesində qara boya da əlavə edilir. 
Subtraktiv rəng modeli CMYK (Cyan  -mavi, Magenta -al-qırmızı, Yellow - sarı, blacK - 
qara) abbreviaturası ilə işarə edilir. 
 
ADDİTİV VƏ SUBTRAKTİV RƏNG MODELLƏRİNİN QARŞILIQLI  ƏLAQƏSİ 
 
RGB  modeli  şüalanan,  CMYK  modeli  isə  əks  olunan  işıqla  işləyir.  Monitorda  yerləşən 
təsviri printerdə çap etmək üçün istifadə olunacaq xüsusi proqram bir rəng modelindən digər rəng 
modelinə keçidi təmin etməlidir. 
Dörd rəngli çap prosesini iki mərhələyə bölmək olar: 
•İlkin  təsvir  əsasında  həmin  təsvirin  mavi  (firuzəyi),  al-qırmızı,  sarı  və  qara  təşkil-
edicilərinin yaradılması; 
•Həmin təşkiledicilərin (təsvirlərin) hər birinin eyni kağız vərəqdə çap edilməsi. 
Rəngli  təsvirin  dörd  komponentə  (təşkilediciyə)  bölünməsi  xüsusi  proqramla  həyata 
keçirilir.  Printerlərdə  CMYK  modelindən  istifadə  edilsəydi  təsvirin  RGB  modelindən  CMYK 
modelinə çevrilməsi çox sadə olardı, çünki qırmızı və yaşıl rənglərin qarışığı ilə sarı, sarı və mavi 
rənglərin qarışığı ilə yaşıl, qırmızı və göy rənglərin qarışığı ilə al-qırmızı və s. rəng alınır. 
Rəng dairəsi RGB və CMYK modelləri arasındakı əlaqəni göstərir (şəkil 15.). 
Hər bir üçbucaqlının rəngı ona bitişik üçbucaqların rəngi ilə müəyyən edilir. Qara rəngin 
əlavə edilməsi nəticəsində çevirilmə prosesi xeyli çətinləşir. RGB modelində nöqtənin rəngi RGB 
rənglərin köməyi ilə alınırsa, yeni modeldə noqtənin rəngi CMYK qarışığına qara rəngin muəyyən 
miqdarını  əlavə  etməklə  alınır.  RGB  modelinin  məlumatlarını  CMYK  modelinə  çevirmək  üçün 
rəng ayırma proqramı bir sıra riyazi əməliyyatları yerinə yetirir. 
RGB və CMYK modelləri arasındakı əlaqə 
 
 
 
 


 
14 
 
 
 
 
 
 
 
 
 
Cədvəldə RGB və CMYK modellərində (təşkiledici rənglərin diapazonu 0-dan 255-ə kimi 
dəyişir) bəzi rənglərin şərhi verilmişdir. 
 
 
Rəng 
RGB                              CMYK 
Qızılı 
202R,  153G,  51B                      38C,  105M, 
204Y,3K 
Tünd-
bənövşəyi 
102R,  51G,  104B                      97C,  183M, 
67Y, 67K 
Narıncı 
255R,  102G,  OB                          OC,  187M, 
253Y, OK 
Qəhvəyi 
153R,  102G,  51B                  1  58C,  134M, 
174Y, 29K 
Əgər   RGB   modelində   piksel   təmiz   qırmızı    rəngə malikdirsə (100% R, 0% G, 0% 
B),  CMYK  modelində  al-qırmızı  və  sarı  rənglərin  bərabər  qiymətlərinə  malik  olmalıdır  (0%  C, 
100%  M,  100%  Y,  0%  K).Burada  əhəmiyyətli  məsələ  ondan  ibarətdir  ki,  rəngayırma  proqramı 
bütöv rəngli oblastlar əvəzinə ayrı ayrı nöqtələrdən ibarət olan rastrlar yaradır və nöqtəvi rastrlar 
bir  birinə  nəzərən  rahat  döndərilə  bilir  ki,  yanaşı  yerləşən  müxtəlif  rənglər  bir  birinin  üzərinə 
düşməsin. 
Mavi 
Al-qırmızı        Sarı 
Qara 
 
 
 
 
 
 
 
 
 
 
 
Dördrəngh çap üçün nöqtələr şəkilində alınmış rastr 
Bir birinə yaxın yerləşən müxtəlif rəngli nöqtələr qovuşma təsiri bağişlayır və yekun rəng 
qovuşmuş bir rəng formasmda görünür. 
RGB  və  CMYK  modellərində  rənglərin  alınma  üsulu  fərqli  olduğuna  görə  monitorda 
görünən rəngləri olduğu kimi çap etmək olduqca çətindir. Adətən ekranda olan rənglər çap edilən 


 
15 
eyni  rənglərdən  daha  parlaq  olur.  Rəng  modeli  ilə  yaradıla  bilən  rənglər  çoxluğu  rəng 
əhətəs/ad\arur. Ən geniş rəng əhatəsi gözün fərqləndirə bildiyi rənglərin məcmuyudur. Bu natural 
rəng əhatəsi adlanır. 
Natural  rəng  əhatəsinə  nəzərən  RGB  modeli  daha  az,  CMYK  modeli  isə  RGB  modelinə 
nisbətən kiçik əhatəyə malikdir .Nəzərə almaq lazımdır ki, çap edilə bilən rənglərin sayı ekranda 
yaradıla  bilən  rənglərin  sayından  xeyli  azdır.  Ona  görə  də  bir  sıra  qrafik  redaktorlarda  RGB 
modeli ilə yaradılan rənglərin CMYK modelinin rəng əhatəsindən kənara çıxması haqqında xəbər 
verən  göstərici nəzərdə tutulmuşdur. Adobe Photoshop proqramında xəbərdarlıq göstəricisi kimi 
kiçik nida işarəsindən istifadə edilir. Belə xəbərdarlıq meydana gələndə Mouse-un sol düyməsini 
sıxmaqla  Adobe  Photoshop  poqramını  məcbur  etmək  olur  ki,  həmin  rəngi  CMYK  modelindəki 
yaxın rəng spektri ilə əvəz etsin. 
CorelDRAW  proqramı  da  çap  prosesində  dəqiq  çap  edilə  bilməyən  rənglər  barədə 
informasiya  verir.  Bu  halda  CMYK  modelinin  rəng  əhatəsinə  daxil  olmayan  rənglər  xüsusi, 
məsələn, açıq yaşıl rənglə əvəz edilir. 
CorelDRAW və Adobe Photoshop kimi redaktorlar RGB modeli ilə yanaşı həm də CMYK 
modelində  təsvirlər  yaratmağa  imkan  verir.  Bu  halda  istifadəçi  istifadə  edilməsi  mümkün  olan 
rəng  məhdudiyyəti  ilə  barışmalıdır  ki,  təsvirin  necə  çap  ediləcəyini  ekranda  görə  bilsin.  CMYK 
modelində  ixtiyari  rəng  yaratmaq  üçün  RGB  modelində  oldugu  kimi  əsas  rənglərin  faiz  nisbəti 
göstərilməlidir.Kompüter  qrafikası  ilə  yeni  məşğul  olmağa  başlayanlar  üçün  CMYK  modelində 
rəngləri  formalaşdırmaq  bir  qədər  çətinlik  törədir.  Rəng  dairəsindən  istifadə  bu  işi  xeyli 
sadələşdirir, çünki, rəng dairəsində hər bir rəng onun ibarət olduğu rənglərin arasında yerləşir. 
Məsələn, qırmızı rəngi artırmaq üçün sarı və al-qırmızı rənglərin faizini artırmaq lazımdır. 
Göy  rəng  yaratmaq  üçün  al-qırmızı  və  mavi  rənglər  əlavə  etmək  lazımdır.  Rəng  yaratmaq  üçün 
üçölçülü  koordinat  sistemindən  də  istifadə  etmək  olar.  Koordinat  oxları  mavi,  al-qırmızı  və  sarı 
rəngləri  tənzimləyir.  Parlaqlıq  tənzimləyicisi  çalarda  qara  rəngin  miqdarını  müəyyən  etməyə 
imkan verir . 
 
RƏNG MODELİ, RƏNG ÇALARI, DOLĞUNLUQ VƏ PARLAQLIQ 
 
RGB  və  CMYK  rəng  modelləri  aparat  təminatı  ilə  bağlı  məhdudiyyətə  (kompüter 
monitorlarına  və  mətbəədə  istifadə  edilən  rənglərə)  əsaslanır.  Rəngin  şərh  edilməsi  üçün  daha 
intuitiv  üsul  onun  Hue  (OrreHKa-Çalar),  Saturation  (HacbimeHHOCTb-Dolğunluq)  və  Britness 
(flpKOCTb-Parlaqlıq) formasinda verilməsidir. 
Dolğunluq  rəngin  «təmizliyini»  göstərir.  Dolğunluq  azaldılanda  rəngə  boz  rəng 
«qarışdırılmış» olur. 
Parlaqlıq  verilmiş  rəngə  qarışdırılan  qara  rəngin  miqdarindan  asılıdır.  Rəngin  tərkibində 
qara rəng azaldıqca onun parlaqlığı artır. 
Təsvir  kompüterin  monitorunda  əks  olunmaq  üçün  HSB  modelindən  RGB  modelinə, 
printerdə çap edilmək üçün isə CMYK modelinə çevrilir. H, S və B sahələrinə uyğun qiymətlər 
daxil etməklə (0-^255 diapazonunda) ixtiyari rəng yaratmaq olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə