"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   35

 

qrafikasını  aid  etmək  olar.  Hər  üç  qrafika  fərdi  kompüterin  ekranında  əks  olunan  zaman  və  ya 
onların kağız üzərində çapı zamanı alınmış təsvirin formalaşmasına, formalaşma prinsiplərinə görə 
qrafikaları bir-birindən fərqləndirir. 
Rastr qrafikasını elektron (multimedia) və poliqrafik nəşrlərin hazırlanması  zamanı tərtib 
edirlər.  Rastr  qrafikasının  vasitələri  ilə  hazırlanan  illüstrasiyalar  mürəkkəb  olduğu  üçün  onları 
nadir  hallarda  fərdi  kompüter  proqramlarından  istifadə  etməklə  əllə  hazırlayırlar.  Bu  məqsədlə 
əsasən rəssam tərəfindən kağız üzərində hazırlanmış illüstrasiyalar və ya fotoşəkillər toplusundan 
istifadə edilir. Çox zaman hazırlanmış fotoşəkillər skaner vasitəsilə skanerləşdirilir. 
Son  zamanlar  rastr  qrafikalarından  daha  səmərəli  istifadə  edilməsi  üçün  və  bu  məqsədlə 
onların fərdi kompüterlərə daxil edilməsi üçün rəqəmli foto və videokameralardan geniş istifadə 
olunur.  Bu  səbəbdən  də  rastr  illüstrasiyaları  ilə  işləmək  üçün  yaradılmış  qrafik  redaktorların 
əksəriyyəti təsvirlərin yaradılmasından çox, onların emalı üçün nəzərdə tutulmuşdur. 
Rastr  təsvirinin  əsas  elementi  onun  nöqtəsidir.    Əgər  bu  ekran  təsviridirsə,  nöqtə  piksel 
adlanır.  Fərdi  kompüterin  əməliyyat  sisteminin  hansı  qrafik  rejimə  uyğunlaşdırılmasından  asılı 
olaraq, ekranda 640x480, 1024x768 və daha çox pikselə malik təsvirlər yerləşdirmək mümkündür. 
Təsvirin  həlli  onun  ölçüsü  ilə  bilavasitə  əlaqədardır.  Bu  parametr  bir  uzunluq  vahidinə 
düşən nöqtələrin sayı ilə (dot per inc - dpi) ölçülür. 
Diaqonalı 15 düyüm olan ekranda təsvir təqribən 28x21 sm
2
    ölçüdə,  bir  düyümün    2,54  
millimetrə bərabər  olduğunu  nəzərə  alsaq, monitorun 800x600 piksel rejimində işi zamanı ekran 
həlli 72 dpi-yə bərabər olduğunu asanlıqla hesablamaq olar.(800*600*15=7200000) 
Çap  zamanı  monitorun  ekran  həlli  xeyli  yüksək  olmalıdır.  Məsələn,  rəngli  təsvirin 
poliqrafik  çapı  üçün  ekran  həlli  300x200=600000  dpi  tələb  olunur,  və  yaxud,  standart  ölçülü 
(10x15  sm)  fotoşəkil  üzərində  tərtibat  işi  aparılırsa,  onda  ekran  həlli  1500x1000=1500000  dpi 
olduğu aydın görünür. 
Qeyd  etmək  lazımdır  ki,  ekranda  bir  nöqtənin  kodlaşdırılması  üçün  bayt  istifadə  edilir. 
Əgər  ekrandakı  təsvir  rənglidirsə,  belə  olan  halda  rəngli  fotoşəkillər  üçün  4  Mbayt-a  bərabər 
verilənlər massivi tələb olur. 
Rastr qrafikasmın aşağıdkı çatışmayan cəhətləri vardır: 
-  Rastr  təsvirinin  istifadəsi  zamanı  əsas  problem  verilənlərin  həcmcə  böyük  olmasıdır. 
Məsələn, adi jurnalın iki səhifəsi ölçüsündən böyük ölçülü illüstrasiyalarla fəal işləmək üçün  128 
Mbayt  və  daha  artıq  əməli  yaddaşı  olan  fərdi  kompüterlər  tələb  olunur.  Bu  parametrlə  yanaşı 
istifadə edilən fərdi kompüterin tərkibindəki mikroprosessorun da məhsuldarlığının yüksək olması 
vacibdir. 
-  Rastr  təsvirlərinə  aid  olan  detalların  nəzərdən  keçirilməsi  üçün  onların  böyüdülməsinin 
qeyri-mümkünlüyüdür.  Təsvir  nöqtələrdən  ibarət  olduğu  üçün  onun  böyüdülməsi  təsviri  təşkil 
edən nöqtələrin ölçüsünün böyüməsinə gətirib çıxarır. Nəticədə təsvirdəki əlavə detalları görmək 
istifadəçi  üçün  mümkün  olmur.  Bununla  yanaşı  nöqtələri  böyüdülmüş  illüstrasiyanın  vizual 
görünməsi  təhrifə  uğrayır  və  ümumilikdə  illüstrasiya  kobudlaşır.  Baş  verən  proses  rastr 
qrafikasında pikselləşdirmə effekti adlanır. 
Müasir dövrdə İnternet şəbəkələrində yalnız rastr illüstrasiyaların tətbiqinə geniş imkanlar 


 

verilir. 
Vektor  qrafikası  ilə  işi  həyata  keçirən  proqram  vasitələri  isə  əksinə,  ilk  növbədə 
illüstrasiyaların  emalını  deyil,  onların  yaradılması  üçün  nəzərdə  tutulmuşdur.  Belə  vasitələr 
reklam agentliklərində, dizayner bürolarında, redaksiya və nəşriyyatlarda geniş istifadə olunur. 
Şriftlərin və ən sadə həndəsi elementlərin tətbiqinə əsaslanan tərtibat işləri vektor qrafikası 
vasitələrindən  istifadə  etməklə  xeyli  asanlaşır.  Vektor  qrafikası  vasitələrindən  istifadə  etməklə 
indiki zamanda istifadəçilər yüksək bədii keyfiyyətlərə malik əsərlər yarada bilirlər. Ümumilikdə 
belə  əsərlər  istisna  təşkil  edirlər.  Çünki  yüksək  səviyyəli  əsərlərin  vektor  qrafikası  vasitələrinin 
köməyi ilə bədii hazırlanması olduqca mürəkkəb prosesdir. 
Rastr qrafikasında təsvirin  əsas elementi nöqtə olduğu halda, vektor qrafikasında bu rolu 
xətt  oynayır.  Bu  zaman  vektor  qrafikasında  istifadə  edilən  xəttin  düz  və  ya  əyri  xətt  olmasının 
istifadəçi üçün heç bir əhəmiyyəti yoxdur. 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  rastr  qrafikasında  da  xətlərdən  istifadə  edilir. 
Amma  belə  xətlər  ümumilikdə  nöqtələrin  kombinasiyası  kimi  nəzərdən  keçirilir.  Rastr 
qrafikasında  xəttin  hər  bü  nöqtəsi  üçün  yaddaşın  bir  və  ya  bir  neçə  xanası  ayrılır.  Xətti  əmələ 
gətirər  nöqtələrin  rənglərinin  sayı  artdıqca  yaddaşda  onlar  üçün  ayrılan  xanaların  sayı  da 
mütənasib olaraq bir o qədər artmış olur. Beləliklə, rastr xətt uzandıqca, yaddaşda daha çox sahə 
tələb olunur. Bundan fərqli olaraq vektor qrafikasında xətt üçün tələb olunan yaddaş sahəsi xəttin 
uzunluğundan asılı  olmur. Xətt üzərində istənilən əməliyyatların aparılmasından asılı  olmayaraq 
xətt üçün ayrılmış yaddaş sahəsi deyil, yaddaş sahəsində saxlanılan parametrlər dəyişmiş olur. Bu 
zaman yaddaş sahəsindəki xanaların sayı dəyişməz qalır. 
Qeyd etdik ki, vektor qrafikasının əsas element xətdir. Deməli, vektor qrafikası vasitəsi ilə 
əldə edilmiş vektor illüstrasiyasında olan təsvir xətlərdən ibarətdir. Yəni sadə obyektlər birləşərək 
mürəkkəb  obyektləri  və  illüstrasiyanı  əmələ  gətirirlər.  Belə  yanaşmaya  görə  vektor  qrafikasını 
bəzən obyektyönümlü qrafika da adlandırırlar. 
Qeyd   etdiyimiz  kimi  vektor  qrafikasının  obyektləri   yaddaşda parametrlər yığımı kimi 
saxlanılır.  Odur  ki,  ekranda  alınmış  təsvirlər  nöqtələr  toplusu  şəklində  çıxarılır.  Buna  isə  əsas 
səbəb ekranın sadə texnologiya əsasında hazırlanmasıdır. 
Vektor  qrafikasında  istənilən  obyekti  ekrana  çıxarmazdan  əvvəl  kompüterin  yaddaşında 
olan  proqram  ekran  nöqtələrinin  koordinatlarını  təsvir  üçün  hesablayır.  Obyektin  printerdə  çapı 
zamanı  da  analoji  hesablamalar  həyata  keçirilir.  Bu  səbəbdən  də  vektor  qrafikasına  bəzən 
hesablanan qrafika da deyirlər. 
Digər obyektlər kimi, xətlərin də öz xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərə aşağıdakıları 
aid etmək olar: 
- xəttin forması (düz, əyri); 
- xəttin qalınlığı; 
- xəttin rəngi; 
- xəttin qrafik təsviri (bütöv, qırıq xətlər şəklində). 
Qapalı xətlərin əmələ gətirdiyi daxili sahə rənglənmə xassəsinə malik olur. Daxili sahəni 
rənglə, naxışla doldurmaq mümkündür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə