"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

 
56 
 
Bu  alətin  məxsus  olduğu  açılan  siyahıda  bir  neçə  daxili  boya  (zalivka)  variantlarından 
istifadə etmək olar. Belə ki, Uniform fill variantı ilə fiqurun daxili hissəsini yalnız monoton, yəni 
bir rəngə boyamaq olur. Fountain fill variantı ilə fiqurun daxili hissəsini iki və daha çox rəngdə 
boyamaq mümkündür: 
 
Pattern  fill  aləti  ilə  fiqurun  daxilinə  hazır  bəzəklərdən  və  ya  hazır  şablonlardan  birini 
yerləşdirmək  olur.  Bu  halda  bəzəyi  təşkil  edən  təkrarlanan  fiqurun  ölçülərini  Size  çərçivəsində 
dəyişmək olur.  


 
57 
 
  4. Mətn ilə iş. 
  Qeyd  edək ki,  Corel  proqramı  mətn  üzərində  iş  üçün kifayət  qədər  geniş imkanlar  təklif 
edir. İlk öncə mətni yazmaq üçün Toolbox'>Toolbox alətlər paneli üzərində olan Text Tool alətini seçmək 
lazımdır, daha sonra kursoru lazımi mövqeyə yerləşdirib tələb olunan mətni yığmaq lazımdır. 
 
Daxil edilmiş mətni hər hansı əyri boyu tənzimləmək üçün əvvəl mətni seçirik, sonra Text 
menyusundan  Fit  Text  To  Path  əmrini  seçirik  və  bu  zaman  mausun  göstəricisi  qalın  bir  oxa 
çevrilir.  


 
58 
 
Bu qalın oxu gətirib xətti seçmək lazımdır. Nəticədə mətn əyri boyunca istiqamətlənəcək: 
 
 
Mətnə hətta istənilən üçölçülü forma da vermək olar. Bu məqsədlə Toolbox alətlər paneli 
üzərində olan İnteractive Extrude Tool alətindən istifadə etmək olar: 


 
59 
 
Mətnə  xusüsi  üçölçülü  kölgə  effekti  vermək  üçün  Toolbox  alətlər  paneli  üzərində  olan 
Drop  Shadow  alətinə  müraciət  etmək  lazımdır.  Bunun  köməyilə  istənilən  istiqamətdə  və 
şəffaflıqda olan kölgə yaratmaq və dəyişmək mümkündür. 
 
Əgər  yazılmış  mətnin  bəzi  hissələrini  bədii  formaya  salmaq  istəyiriksə,  onda  Toolbox 
alətlər paneli üzərində İnteractive Envelope Tool alətini aktivləşdirmək tələb olunur. Bu zaman 
mətnin ətrafında yaranan markerlərdən tutaraq onu istənilən formaya gətirmək olur: 
 
 
 
 
 
Mətnə istənilən istiqamətdə şəffaflıq vermək üçün İnteractive Transparency Tool alətinə 
müraciət etmək lazımdır və şəffaflaq dərəcəsini xüsusi marker ilə təyin etmək lazımdır. 
 
Bu  mühazirədə  Corel  proqramının  imkanları  yalnız  qismən  nəzərdən  keçirilmişdir. 
Təsvirlərin  emalı, üçölçülü çevrilməsi, konteyner daxilinə  yerləşdirilməsi, təsvirin müxtəlif rəng 
rejimlərinə  çevrilməsi  və  bir  sıra  digər  vacib  əməliyyatlar  digər  növbəti  mühazirədə  nəzərdən 
keçiriləcəklər. 
 
Ədəbiyyat: 
 


 
60 
1.  
CorelDRAW X3. V podlinnike
, Mixail Burlakov, 2006. 
2. 
CorelDRAW X4. Naçali!
A. Jvalevskiy, D. Donüov, 2008. 
3. 
CorelDraw X4 s nulə! Kniqa + Videokurs
, 2008. 
4. 
İnteraktivnıy kurs CorelDRAW X4
, 2008. 
 
 
 
 
 
 
 
 
MÖVZU 11: COREL DRAW PROQRAMINDA RASTR ÇEVRILMƏLƏR
FIQURLARLA IŞLƏMƏ 
 
Plan: 
  1. Corel Draw proqramında rastr çevrilmələr. 
  2. Corel Draw proqramında fiqurların kəsişməsi, birləşməsi və çıxılması. 
  3. Corel Draw proqramında fiqurların nizamlanması və paylanması. 
 
Mühazirə mətni. 
 
  1. Corel Draw proqramında rastr çevrilmələr. 
  Corel  Draw  proqramında  təsvir  üzərində  istənilən  rastr  çevrilmələr  aparmaq  üçün  ilk 
növbədə onu rastr formata gətirmək lazımdır. Bunun üçün həmin təsviri seçib, Bitmaps

Convert 
to Bitmap əmrini icra etmək lazımdır: 
 
Nəticədə  ekrana  çıxan  eyniadlı  Convert  to  Bitmap  pəncərəsində  münasib  rəng  sxemini 
təyin  edib  Ok  düyməsini  basmaq  lazımdır.  Misal  üçün,  təsviri  24-bitlik  RGB  rastr  formatı  çox 


 
61 
əlverişli bir rəngli sxem təşkil edir: 
 
Bundan  sonra  təsvir  üzərində  istənilən  rastr  çevrilmələr  aparmaq  mümkündür.  Bu 
çevrilmələri nəzərdən keçirək: 
  a)  Təsvirdəki  rəng  çalarlarının  avtomatik  tənzimlənməsi  üçün  Bitmaps

Auto  Adjust 
əmrini icra etmək lazımdır: 
 
  b) Təsvirdən istənilən rəng çalarının gizlədilməsi (həmin rəng çalarının yerində şəffaf fon 
yaranır) üçün Bitmaps

Bitmap Color Mask əmrini icra etmək lazımdır. Bundan sonra pəncərənin 
sağ  hissəsində  açılan  eyniadlı  Bitmap  Color  Mask  pəncərəsində  Hide  Colors  opsiyasını  seçirik, 
Color  Selector  aləti  vasitəsilə  gizlədilməsi  tələb  olunan  rəngi  təsvir  üzərində  qeyd  edirik, 
gizlədilmə dərəcəsini Tolerance zolağı vasitəsilə seçib Apply düyməsini basırıq: 


 
62 
 
  c)  Təsvirə  üçölçülü  effekt  olaraq  üçölçülü  fırlanma  tətbiq  etmək  üçün  Bitmaps

3D 
Effects

3D  Rotate...  əmrini  seçmək  lazımdır.  Nəticədə  ekrana  çıxan  eyniadlı  3D  Rotate 
pəncərəsində  qıfıl  şəklində  olan  avtomatik  əks  olunma  rejimini  aktivləşdirib  təsviri  fəzada 
fırlatmaq olar: 
 
 
 
 
 
 
 
 
  d)  Təsvirin  istənilən  küncünü  və  hətta  künclərini  burmaq  üçün  Bitmaps

3D 
Effects

Page Curl əmrini seçmək lazımdır. nəticədə ekrana çıxan eyniadlı pəncərədə 4 küncdən 
birini, burulan hissənin şəffaf (Transparent) və ya qeyri-şəffaf (Opaque) olmasını, buruğun rəngini 
(Curl)  və  fonun  rəngini  (Background),  burulma  istiqamətini  (Direction)  təyin  edib  Ok  düyməsi 
basılır: 
автоматик якс олунма режими 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə