"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

 
45 
avtomatlaşdırılmış  layihələndirmə  sisteminin  ümumi  strukturunun  və  təminatlar  arxitekturasının 
formalaşmasına  və  qurulmasına  imkan  yaradır.  Belə  ki,  texniki  təklif  və  eskiz  layihəsi 
mərhələlərində  tələblərə  uyğun  düzgün  seçilən  texniki  təminat,  obyektlərin  avtomatlaşdırılmış 
layihələndirilməsinin səmərəliyini, etibarlığını və məhsuldarlığını artırmağa imkan verir.  
  İntellektual  texniki  sistemlərin  yaradılması  istiqamətində  vacib  məsələlərdən  biri 
avtomatlaşdırılmış  layihələndirmə  sisteminin  informasiya  təminatının  təşkilidir.  Biliklər  və 
verilənlər  bazası,  onların  idarəetmə  sistemləri  layihə  əməliyyatlarının  informasiya  təminatının 
çevikliyini və etibarlığını yüksəldərək intellektual proqram vəsaitlərinin yaradılmasını təmin edir. 
  İstehsal  müəssisələrinin  və  texnoloji  obyektlərinin  müasir  səviyyəsi  avtomatlaşdırılmış 
layihələndirmə  sistemlərinin  alətlərinin  yeni  yaradılan  intellektual  sistemlərlə  və  informasiya 
texnologiyaları  ilə  əvəz  olunması  zərurəti  ortaya  çıxır.  Belə  ki,  layihə  əməliyyatlarını 
sürətləndirmək və keyfiyyətini artırmaq üçün layihə xərclərini artırmamaq şərti ilə mövcud texniki 
təminat vəsaitləri (kompüter texnikası), proqram paketləri yeni texnologiyalarla əvəz olunur. 
  Yüksək səviyyəli avtomatlaşdırılmış layihələndirmə sistemlərinin qurulması istiqamətində 
riyazi,  qrafiki  proqram  vasitələrinin  mürəkkəb  texniki  sistemləri    (müəssisələr,  sənaye  robotları) 
qısa müddətdə və səmərəli layihələndirmək məqsədi ilə AutoCAD (qrafiki ALS), Mathcad (riyazi 
ALS) kimi proqram paketləri işlənmişdir. 
  Avtomatlaşdırılmış layihələndirmə proseslərinin kompüterlərin köməyi ilə həlli problem-
ləri,  ALS-in  yaradılmasına  gətirib  çıxarır.  Burada  məsələlər  kompleks  şəkildə  həll  olunur.  Yəni, 
texniki obyektin texnoloji və konstruktor sənədlərinin hamısının və  yaxud əksəriyyətinin ALS-in 
köməyi  ilə  yerinə  yetirilməsi  nəzərdə  tutulur.  Bu  problemlər  müasir  hesablama  texnikasının 
vəsaitləri və riyazi təminatın vəhdəti şəklində həll edilir.  
  ALS-in hazırlanmasında məqsəd aşağıdakılardan ibarətdir: 
-layihələndirmənin keyfiyyətinin yüksəldilməsi və ona sərf edilən materialların azaldılması; 
- layihələndirmənin yerinə yetirilmə müddətinin azaldılması; 
- layihələndirmə prosesinin yerinə yetirilməsi üçün mühəndis-texniki işçilərin sayının azaldılması. 
Müasir  dövrdə  avtomatlaşdırılmış  layihələndirmə  nəinki  maşınqayırmada,  eyni  zamanda 
bütün elm və texnika sahələrində mühəndislik fəaliyyətinin bütün sahələrini əhatə edir.  
Belə ki, 
detalların,  mürəkkəb  maşın    və    mexanizmlərin  konstruksiyalarının,  elektrotexniki  qurğuların, 
radioelektron  aparatların,  texnoloji  proseslərin,  rəqəmli  proqramla  idarə  olunan  dəzgahlar  üçün 
yeni  proqramların  hazırlanması  diqqət  mərkəzindədir.  Halhazırda  dünyada  buraxılan 
maşınqayırma obyektlərinin yarıdan çox hissəsi ALS-dən istifadə olunmaqla layihələndirilir. 
  ALS-in  əsas  xüsusiyyətlərindən  biri  də  natura  sınağını  yerinə  yetirmədən  obyektin  və 
onun  ayrı-ayrı  aqreqatlarının  hərəkətlərini  təyin  etməyə,  detalların  həndəsi  təsvirini,  davamlı 
hesabatların  aparılmasını,  tipik  həllərdən  istifadə  edərək  texnoloji  sənədlərin  hazırlanmasını 
avtomatlaşdırmağa  imkan  verən  kompüter  modellərinin  yaradılmasıdır.  Obyektin  kompüter 
modeli istehsalatın hazırlanmasının bütün mərhələlərində istifadə oluna bilər. 
  Konstruktor  elementlərin  xassələrinin  möhkəmliyini  qiymətləndirməyə  və  onları 
möhkəmlik  ehtiyatı  və  çəki  baxımından  optimallaşdırmağa  imkan  verir.  Sistem  konstruktor 
elementlərin 
xassələrinin 
möhkəmliyini 
qiymətləndirməyə 
və 
çəki 
nöqteyi-nəzərdən 


 
46 
optimallaşdırmağa imkan verir. 
ALS-in məqsəd və vəzifələri. 
  ALS-in  tətbiqi  tipik  həllər  kitabxanası  və  parametrləşdilmiş  cizgilərdən  ibarət  mühəndis 
üçün  verilənlər  bazasının  yaradılmasına  imkan  verir.  Cizgilər  məcmusunun  analizi  əsasında, 
mütərəqqi  həllər seçilir, sonra isə  parametrləşdirilir və kitabxanaya daxil edilir. Gələcəkdə  də  bu 
kitabxanaların tirajı təyin olunub, müxtəlif konstruktor ALS-nə daxil ola bilər. Bu tələblərə cavab 
verən çoxlu sayda müasir avtomatlaşdırılmış layihələndirmə sistemləri (AutoCAD, Catia, Buklid, 
Strim 100, Saphur, Pafec, Cadam, Cadds4x, Anul, İdeas) işlənmiş və öz tətbiqini tapmışdır. 
  ALS-in  uğurlu  istismarı  onun  altsistemləri,  alətləri  və  modulları  səviyyəsində  qurulma 
prinsiplərinin həyata keçirilməsindən asılıdır. ALS-in hazırlanması böyük elmi-texniki problemləri 
özündə  cəmləyir  və  onun  tətbiqi  külli  miqdarda  vəsait  tələb  edir.  Bu  baxımdan  layihələndirmə 
sistemləri  hazırlanarkən  aşağıda  verilən  prinsiplərə  əməl  olunmalıdır.  Yəni  hazırlanan  ALS  o 
zaman yaxşı layihələndirmə sistemi hesab edilir ki, o həmin qurulma prinsiplərinə cavab versin: 
  1. ALS insan maşın əlaqəli sistemdir; 
  2. ALS pilləli sistemdir
  3. ALS informasiya əlaqəli alt sistemlərin toplusudur
  4. ALS açıq və daimi təkmilləşdirilən sistemdir
  5. ALS elə xüsusi sistemdir ki,  maksimum unifikasiyalı modellərdən istifadə edilir. 
  CAD  sistemlərinə  aid  olan  AutoCAD  proqramı  Sadə  cizgidən  başlayaraq 3D  modellərin 
qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. 
AutoCAD-ın  ən  güclü  vasitələrindən  biri  də  onun  proqramlaşdırma  görünüşünün 
olmasıdır. Hər bir istifadəçi AutoLİSP-dən istifadə etməklə AutoCAD-ı fərdi sorğu və tələblərinə 
uyğunlaşdıra bilər. 
AutoLİSP proqramlaşdırma dilində notepad-də proqramı yazıb qurtardıqdan sonra onu .lsp 
faylı  kimi  yaddaşa  vermək  lazımdır.  Əks  halda  AutoCAD  bu  faylı  tanımayacaq  və  proqram 
yüklənməyəcək.  AutoLİSP  proqramlaşdırma  dilində  bütün  əmrlər  mötərizələr  ilə  əhatə  edilir. 
Açılan və bağlanan mötərizələrin sayı mütləq bərabər olmalıdır, əks halda proqram işləməyəcək. 
Mötərizədən kənarda yazılan yalnız və yalnız şərh ola bilər. Şərhi nöqtəli vergül işarəsindən sonra 
yazmaq lazımdır. 
Proqramı işə salmaq üçün Autocad proqramı açılır, Tools menyusundan Load Application 
seçilir. Buradan yaddaşa verdiyimiz .lsp faylı seçilir və Load əmri verilir. 
Visual  LISP Autolisp-in  AutoCAD-dakı  ekran  formasıdır. Qısaca olaraq  LİSP generatoru 
AutoCAD-ın  daxilində  qüvvədə  olur  və  menyu  interfeysini  təmin  edir.  Bütün  göstəricilər 
AutoCAD  sistemindən  açılan  Visual  LİSP  Editor  proqramından  AutoLİSP  proqramına  ötürülür. 
Visual LİSP-in başlıca xüsusiyyətləri aşağıdakılardır: 
  1.Bu dildə bütün ifadələr yumru mötərizələr arasında yazılır. 
  2.Operator açılmış sol  mötərizədən sonra  yalnız  bircə dəfə istifadə olunur, dəyişənlər və 
konstantalar ondan sonra yazılır. 
  3.İfadəni dəfələrlə mötərizə daxilinə yerləşdirməyə icazə verir. 
AutoCAD-ın komandalarına müraciət etmək üçün command operatorundan istifadə olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə