"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

 
75 
 
Photoshop-da  qradient  rəng  keçidləri  əsasən  iki  formada  çəkilə  bilər.  Birinci  alətlər  panelində 
yerləşən Gradient Tool (G) vasitəsilə. 
 
Bu metodla fonu daha operativ rəngləmək olur. Amma özünəməxsus çatışmazlıqları da var ki, bu 
barədə az sonra. 
 
Adobe  Photoshop-un  alətlər  panelinin  aşağı  hissəsində  iki  rəng  seçimi  xanası  mövcud 
olur. Foreground  və  Background  Color,  yəni  ön  və  arxa  rənglər.  Adi  halda  ağ  və  qara  olan  bu 
rənglər fotoşopun bir sıra funksiya və effektlərində iştirak etdiyi kimi çox vaxt rəng keçidlərinin 
əsasını da təşkil edəcək. 
 
Xanalardakı rəngləri dəyişmək üçün sadəcə onların üzərində klik etmək kifayətdir. Nəticədə bizə 
tanış olan rəng seçimi pəncərəsi açılır. 
 
 
Gradient Tool (G) aktiv olduqda proqramın yuxarı hissəsində yerləşən Nəzarət Panelində keçidləri 
tənzimləmək üçün bir sıra parametrlər aktiv olur. 


 
76 
 
Onlardan  əsasən  ikisiylə  daha  çox  iş  görməli  olacağıq.  Solda  yerləşən  qradientin  görüntüsü  və 
ondan bir az sağda olan keçidlərin növləri. 
Qradient  görüntüsünün  sağ  tərəfindəki  kiçik  ox  işarəsini  (qara  üçbucaq)  basdıqda  hazır  keçidləri 
görə bilərik. 
 
Əgər  onlardan  hansısa  bizi  qane  edirsə,  üzərində  klik  etməklə  seçib  fonu  rəngləyirik.  Yox  əgər 
fərqli bir effekt almaq fikrimiz varsa o zaman görüntünün birbaşa üzərində klik edirik. 
 
Nəticədə Gradient Editor, yəni qradient redaktoru pəncərəsi açılmış olacaq. 
 
 
Pəncərədəki Presets  bölməsi hazır  qradient  formalarına  cavab  verir.  Şəkildən  də  göründüyü 
kimi ilk keçid şablonları seçdiyimiz qırmızı rənglərə uyğun gəlir. Bir az aşağıda hazırlayacağımız 
qradientə  ad  vermək  üçün  Name  bölməsi  yerləşir.  Amma  ora  nə  isə  yazmağa  bir  o  qədər  də 
ehtiyac yoxdur. Zamanımızı daha çox qradient üçün uğurlu rəng seçiminə xərcələməliyik. 


 
77 
 
Presets  bölməsinin  sağında  yerləşən  ox  işarəsini  basmaqla  açılan  menyudan  da  faydalanmaq 
olar.  Burada  qradientləri  göstərən  xanaların  müxtəlif  formaları,  müxtəlif  rəng  keçidi  şablonları 
yerləşir.
 
Pəncərənin  aşağı  hissəsində rəng  şkalası yerləşir.  Şkalanın  həm  alt,  həm  də  üst  hissəsində  qara 
oxları görə bilirik. Yuxarıdakı oxlar rəngin şəffaflığını müəyyən edirsə, aşağıdakılar birbaşa rəngi 
seçməyə  kömək  edir.  Oxlardan  brinin  üzərində  klik  edərkən  əmələ  gələn  rombşəkilli  işarə  isə 
keçidin orta nöqtəsini göstərir. 
 
Şkalanın  aşağı  hissəsindəki  ox  işarələrini  vurduqda  ona  məxsus  parametrlər  aktivləşir. Color 
bölməsinə daxil olmaqla keçidin rəngini seçə bilərik. Keçidlərə istənilən sayda aralıq rənglər də 
əlavə  edib,  sonra  da  silmək  mümkündür.  Bunun  üçün  sadəcə  kursoru  rəng  şkalasından  azacıq 
aşağı hissəyə gətiririk. Kursor “əl” şəkli aldıqdan sonra istənilən yerdə klik etməklə köməkçi oxu 
artırmış  oluruq.  Onu  silmək  üçünsə  oxun  üzərindən  tutub  yuxarı  və  ya  aşağı  hərəkət  etdirmək 
yetər. 
 


 
78 
 
 
 
Mövzu 14. MULTIMEDIA 
Kompüterlərdə  mətnin,  səsin,  şəkilin  və  görüntülərin  birgə  emal  edilməsini  təmin  edən 
qurğu  multimedia  adlanır.  Bu  qurğu  özündə  mikrofonu,  web-kameranı,  səs  kolonkasını  və  səs 
kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm 
koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. 
Multimedia qurğusunun koməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil 
olunmasını həyata keçirirlər. 
Periferiya  qurğuları  fərdi  kompüterdə  köməkçi  əməliyyatları  yerinə  yetirmək  üçün 
istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar: 

 
verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli 
kameralar); 

 
verilənləri xaric edən qurğular (printerlər); 

 
verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular); 

 
verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr); 
Masaüstü kompüterlərin sistem blokları üfüqi (desktop) və şaqulu (mini-tower, biq tower) 
formada istehsal edilirlər.  
Sistem  bloka  ana  lövhə  (ana  plata),  mikroprosessor,  mikrosxemlər,  yaddaşlar,  sərt  disk, 
elastiki (yumşaq) disk sürücüsü, CD ROM, DVD və s. daxildir
Sistem  bloku  daxilində  yerləşən  qida  bloku  xətdən  alınan  gərginliyi  daxildəki  qurğular 
arasında lazımi şəkildə bölüşdürür. 
Ana  lövhə  kompüterin  əsas  hissəsi  sayılır.  Ana  lövhə  üzərində  aşağıdakı  elementlər 
yerləşir: 
Mikroprosessor  (MP)-  kompüterində  hesabi-məntiqi  əməliyyatları  yerinə  yetirən  əsas 
mikrosxemdir.  Mikrosxem  xüsusi  qaydada  hazırlanmış  elektron  sxemlər  toplusudur. 
Mikroprosessorlar  bir-birindən  takt  tezliklərinə,  yəni  əməliyyatların  yerinə  yetirilmə  sürətinə  və 
məhsuldarlığa  Mhs  (saniyədə  milyon  əməliyyat)  görə  fərqlənirlər.  Pentium  tipli  kompüterlərdə 
adətən  İNTEL  şirkətinin  və  onun  törəməsi  olan  SELERON  tipli  mikroprosessorlardan  istifadə 
edilir. Pentium tipli mikroprosessorlar işləmə(takt) tezliyinə görə aşağıdakı siniflərə bölünür.  
   Pentium I    -   75Mhs 

 300Mhs – tezlik intervalında olur  
       Pentium II    -   300Mhs 

 600Mhs – tezlik intervalında olur  
       Pentium III   -  600Mhs 

 1100Mhs – tezlik intervalında olur  
       Pentium IV  - 1100Mhs(1,1 Ghs) 

 4000Mhs(4 Ghs) – tezlik intervalında olur  
Bir  çox  hallarda  çoxlu  sayda  riyazi  hesablamaların  aparılması  lazım  gəlir  ki, 
mikroprosessorlar  bunu  təmin  edə  bilmirlər.  Bu  səbəbdən  də  kompüterlərdə  riyazi 
soprosessorlardan  istifadə  edilir.  Müasir  prosessorların  gücü  böyük  olduğundan  artıq 
soprosessorlara ehtiyac duyulmur;  
Soprosessor  –  Bir  çox  hallarda  kompüterdə  çoxlu  sayda    riyazi  hesablamaların  (məs, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə