Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   ...   10   11   12   13   14   15   16   17   18

 

 

37 

 

WEB-ə  baxış)  və  ya  «İNTERNET  Explorer»(İNTERNET  bələdçisi)  adlanan 



proqramların  köməyilə  oxunurlar.  Həmin  proqramlardan  ən  geniş  yayılanları 

İNTERNET  EXPLORER,  NETSCAPE  NAVIGATOR,  MOZİLLA  FİREFOX, 

OPERA  proqramlarıdır.  Bu  proqramlar  WEB-səhifələrlə  HTTP(Hyper  Text 

Transfer  Protocol-Hipermətnlərin  ötürülməsi  Protokolu)  adlanan  xüsusi  protokol 

vasitəsilə  əlaqə  yaradırlar.  HTML  dilinin  köməyilə  yaradılan  səhifələr  və  onlann 

tərkib  hissələri  olan  «keçidlər»  (liriklər)  İNTERNET-dəki  bütöv  informasiya 

toplusunu təşkil edir. «Keçidlər» səhifədə adətən başqa rənqlə (məsələn, göy rənglə) 

seçilir  və  altından  xətt  çəkilir.  Keçid  əməliyyatı  «  keçidin»  üzərində  mausun 

düyməsini bir dəfə basmaqla yerinə yetirilir. 

İNTERNET-də  hər  bir  saytın  (səhifənin)  unikal  ünvanı  olur.  Bu  ünvan 

ingiliscə  URL-  Uniform  Resourse  Locator(  Resursun  Vahid  (unikal)  Göstəricisi) 

adlanır.  Başqa  sözlə,  bu  ünvan  WEB-saytın  (səhifənin)  yerləşdiyi  komputerin 

İNTERNET-dəki  koordinatıdır.  Məsələn, 

http://www.adau.az

    burada  «http»-

informasiyanm  ötürülməsi  protokolunu,  «www.»-  İNTERNET  xidmətinin  adını, 

«adau.az»-  WEB-saytın(səhifənin)  yerləşdiyi  host(əsas)  kompüterin  İNTERNET 

adını göstərir. Host kompüterin adı səbəkədə qeydə alınmış domenlərin adlarından 

ibarət  olur.  Domenlərin  adları  iyerarxik  ardıcıllıqla  yazılır:  soldan  başlayaraq 

əvvəlcə ən aşağı səviyyənin domeni, sonra isə yuxarı səviyyələrin domenləri. Ən 

yuxarı  səviyyədəki  (sağdan  1-ci)  domendən  solda  yazılan  domenlərə  altd-menlər 

deyilir. Beləliklə, host kompüterin adınm yazılış forması belə olur: 



<  altdomenl>.  [  <  altdomen2>.  <  altdomen3>...]    burada  <,>  -

işarələrindən adın tərkib hissələrini ayırmaq üçün, [,] -mötərizələrindən isə onların 

içərisindəkilərinin vacib olmamasını göstərmək üçün istifadə edilmişdir. 

İNTERNET-də ünvanlaşdırma inzibati və ya ərazi prinsipləri ilə aparılır. Hər 

iki halda yuxarı səviyyənin domeni standart qəbul olunmuş adla göstərilir. Məsələn, 

inzibati prinsiplə ünvanlaşdırılmada yuxarı səviyyənin domen adları belə ola bilər: 

«com»-kommersiya  təşkilatı,  «  edu»-təhsil  və  ya  elmi  müəssisə,  «gov»-dövlət 

müəssisəsi, «int»-beynəlxalq təşkilat, « net»-İNTERNET-in şəbəkə qovşaqları və s. 




 

 

38 

 

Ərazi  prinsipi  ilə  ünvanlaşdırmada  isə  yuxarı  səviyyənin  iki  simvoldan  ibarət 



standart  domen  adları  belə  ola  bilər:  «az»-Azərbaycan  Respublikası  ,    «jp»-

Yaponiya, «gb»-İngiltərə,.. «ru»-Rusiya, «tr»-Türkiyə və s. 

Domen  ünvanlaşdırma  sistemi  (ingiliscə:  Domain  Name  Sistem-  DNS) 

İNTERNET  ünvanlar  fəzasının  iyerarxik  təşkili  metodudur.  İNTERNET  adları 

DNS  serveri  vasitəsilə  rəqəm  formasında  ifadə  olunan  həqiqi  ünvanlara  çevrilir. 

Həmin ünvanlara İP(İnternet Protocol) ünvanları deyilir. DNS serveri əks çevirməni 

də, yəni İP ünvanını domen adına çevirnəni də aparır. 

WEB-saytların  (səhifələrin)  HTML  kodunda  yığılması  üçün  aşağıdakı 

redaktorlardan  (proqramlardan)  istifadə  etmək  olar:  NETSCAPE  COMPOSER, 

HOTDOG, MS FRONTPAGE və s. 

WEB-sayt bir-biri ilə əlaqəli olan və eyni birWEB-serverdə yerləşən bir və ya 

bir neçə WEB-səhifəsindən ibarət olur. WEB-səhifə WEB-saytın ayrıca bir hissəsi 

olub, «.htm» və ya «.html» genişlənməsi ilə təyin olunan mətn faylıdır. İNTERNET 

şəbəkəsinin bir qovşağı olan WEB-server bu faylların fiziki olaraq saxlanılmasını və 

istifadəçilərə  çatdırılmasını  həyata  keçirir.  Fayllarda  mətni  informasiya  və  bu 

informasiyanın 

WEB-brouzerin 

pəncərəsində 

necə 

təsvir 


olunmasını 

müəyyənləşdirən  HTML-kodlar  saxlanılır.  Digər  tip-qrafiki,  audio,video- 

informasiya  WEB-səhifəyə  daxil  olmur  və  ayrıca  olaraq  «.gif»,  «.jpg»,  «.mid», 

«.mp3»,  «.avi»  genişlənmələri  ilə  təyin  olunan  fayllarda  saxlanır.  HTML-kodda 

yalnız bu fayllara aparan yol göstərilir. 

Ünvanı  bəlli  olmayan  WEB-saytları  mövzuya  görə  axtarıb  tapmaq  üçün 

informasiya-axtarış sistemlərindən istifadə edilir. 

Hipermüraciət - İnternetin müxtəlif resursları arasında müraciətdir. 

World  Wide  Web  (Dünyəvi    Hörümçək  toru)  sözü  haradan  meydana  gəlmişdir. 

World Wide (dünyəvi) - Web kompüterlər  Internetə qoşularaq bütün dünyanı təmin 

edir. Web - ( hörümçək toru) kimi bu kompüterlərdə informasiyanı birləşdirir. 

Web  -  qlobal  multimediya  kommunikasiya  sistemi  olaraq,  informasiyanın 

ötürülüməsinin yeni üsuludur. Hipermətn - hipermüraciətləri istifadə edən elektron 



 

 

39 

 

sənəddir. İstənilən növ sənəd, biznes plan və yaxud bədii əsər və s. hipermətn ola 



bilər.  Hipermətnlərdə  hər  hansı  bir  söz  ilə  digər  bir  infomsiya  mənbəyi  arasında 

əlaqə (hipermüraciət)  yaradıla bilər . Hipermüraciət mətndə izahı tələb oluna bilən 

sözlər  olurlar.  Onlar  elektron  sənəddə  seçilirlər  (diqər  rənqlə,  qalın  şriftlə  və  s.). 

İstifadəçi kursoru həmin sözün üzəri ilə yerləşdirdikdə kursor əl formasına çevrilir. 

Bu  zaman  mausun  sol  düyməsini  basdıqda  istifadəçi  hipermətnə  müraciət  edir, 

həmin  sözlə  əlaqədar  informasiya  əldə  edir.    Hipermediya  -  hipermətnin  geniş 

imkanlı  formasıdır.  Hipermediya  sənədi qrafika  ,  foto,  audio və  video  yazılar  ilə 

canlandırır. Əlbəttə ki, hər hansı bir şəxs tarixi abidə, elmi əsər və s. haqqında Web  

səhifə  yaratdıqda  onun  istifadə  etdiyi  qrafika,  şəkil  ,  musiqi  həmin  sənədi  daha 

effektiv edir  .  Web-in  geniş  proqram  təminatı  imkan verir ki, hipermediya  sənədi 

digər  kompüterlərdə  qorunaraq,  müxtəlif  müəlliflər  tərəfindən  yaradılmış  sənədə 

myraciəti  təşkil  etsin.  Məsələn,  müəllif  hipermətnlə    məqalə  yaradır.  Bu  zaman 

həmin  məqaləyə,  digər  mənbələrdən  müraciət  edilir.  Həmin  müraciət  vasitəsilə 

müxtəlif ölkələrdə yerləşən kompüterdəki hipermətnlər arasında əlaqə yaralıdır. 

 

 

 



 

17.

 

E-mail (elektron poçt) 

Elektron poçtu Amerikadan olan professor Rey Tomlinson (Ray Tomlinson) 

icad etmişdir. Proqramı sınaqdan keçirmək üçün Tomlinson öz otağındakı şəbəkəyə 

qoşulmuş iki kompüterdən istifadə etdi. Elektron poçtla ilk məktubu o, elə özünə 

göndərdi. Tomlinsonun xatirələrində deyilir ki, həmin məktub klaviaturanın yuxarı 

hissəsində yerləşən böyük hərflərdən idi, təxminən QWERTYUIOP kimi bir sətir. 

     1971-ci ildə Tomlinson öz dahiyanə ixtirasını edərkən müasir İnternetin prototipi 

olan  ARPANET  şəbəkəsini   (ABŞ  Müdafiə  Nazırliyinin  Perspektiv  Tədqiqatlar 

İdarəsinin Şəbəkəsi)  yaradan BBN şirkətində işləyirdi. O, elektron poçtu rəhbərliyin 

tapşırığı olmadan, sadəcə şəxsi marağı olduğu üçün yaratmışdı. E-poçtun əsasında 




Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə