Salatın Əhmədli
7
onun üstünə gəlmiş ölümdən qaçdı. Ancaq qaça
bildimi?
Taleh səsə pillələri sürətlə düşdü.
Əncirin altında Südabə geri sıçrayarkən bayaqkı
iri daşa ilişib yıxılmışdı. Nimçədəki əncirlər də ətrafa
dağılmışdı. Südabənin sinəsindəki ilan dişlərinin
yerində qanqarışıq göyəmi-sarı maye vardı. Gürzənin
zəhəri sürətlə işləmişdi. Südabənin dodaqları quruyub
qaralmaqda idi. Bədəni xallanırdı. O, ağzını açıb nəsə
danışmaq istəyirdi, nəsə demək istəyirdi. Ancaq deyə
bilmirdi. Taleh onun başını qolları arasına alsaydı,
nəsə soruşsaydı o, bəlkə, bir söz deyə bilərdi. Amma
ilanın zəhərindən çox, Talehin soyuq baxışları
Südabəni soyutmuş, dilini bağlamışdı. Talehin
nəzərləri ila-nın sancdığı yerə ilişib qalmışdı. Heç
arvadının gözlərinə da baxmaq istəmirdi. Südabə
bayaq ilanın ağzından çıxıb üstünə gələn ölümü indi
Talehin gözlərindən oxudu. Ölüm artıq ərinin
gözlərindən onun üstünə yeriyirdi.
Hələ Südabənin düşüncəsi tamam dayanma-
mışdı. Nənəsinin sözlərini yada saldı: «Ərin üzü
dönüncə, atın yəhəri dönsün». Südabə hər şeyi anladı.
Dönük üz, nifrətlə baxan gözlər hər şeyi aydın deyirdi.
Salatın Əhmədli
8
Taleh həmin anlarda tamam başqa şey düşü-
nürdü. Nə onu, nə də sevgilisini-İlanəni bun-dan sonra
qınayan olmayacaqdı. Bir dul kişinin evlən-məyinə
kim pis baxar ki?!...”.
Talehin “ömür kitabı” təzədən açılsa da, İlanədən
Südabədən gördüyü vəfanı, etibarı görmür. Gənc
sevgilisi
mirasına
yiyələndikdən
sonra
rollar
dəyişmişdi. İndi qıza tez-tez zənglər gəlirdi, indi qız
mesajları Talehsiz oxuyurdu. Oxuduğu və yazdığı
cavabları da Talehə göstərmirdi... Və bir gün Taleh
tək qaldı...”. Etdiyi səhvlər, unutduğu sevgi,
Südabənin yoxluğu onu o qədər sarsıdır ki, gecələr
yuxuya həsrət qalır. Nəhayət, bir daha xoşbəxtliyinin
qayıtmayacağına əmin olan Taleh cibindən tapdığı son
qəpik-quruşu toplayıb Südabənini qəbrini ziyarətə
gedir. «Qurd ağzı»na tərəf–qəbiristanlığın əl-ayaq
dəyməyən tərəfinə yeridi. Südabənin qəbrini axtarıb
tapdı. Ot-alaf basmışdı. Ona elə gəldi ki, başdaşı da
bir qədər əyilib. Südabə məhzun gözlərilə illərin
ayrılığını, bu ayrılığın ona gətirdiyi dərdi-əzabı
danışırmış kimi baxırdı. Əllərilə şəklin üzünü sildi.
Nərgiz güllərini sinə daşının üstünə qoydu. Dimdik
dayanıb daşdan ona baxan gözəllə ürəyində danışırdı.
Salatın Əhmədli
9
Nə qədər dayandığını bilmirdi. Ona elə gəlirdi ki,
ayaqları yerə bağlanıb. İstəsə də tərpədə bilməz. Bu
vaxt donuq nəzərlərilə Südabənin boynuna dolanmış
ilanı gördü. Əlini uzadıb daşın üstündəki şəkilə-
sevgilisinə sarmaşmış ilanı kənara qovmaq istədi.
Amma əlləri də tərpənmədi. Deyəsən, ilan hərəkətə
gəlirdi. Yavaş-yavaş şəkilin boynundan sürüşüb sinə
daşının üstünə düşdü. Oradan da Talehə tərəf irəlilədi.
Talehin iqtidarı yox idi ki, hərəkət eləsin, kənara
çəkilsin. İlan onun qıç-larına dolaşaraq bədənilə
üzüyuxarı qalxırdı sakit-sakit, arxa-yın-arxayın. Düz
sol tərəfdə sinəsinin üstə, pencəyinin altına başını
saldı. Bu vaxt Taleh sinəsinin üstündə bir yanğı
duydu. Yanğı get-gedə onun bədənini bürüdü. Birtəhər
hərəkətə gəldi. Ətrafda heç kəs yox idi. Bir kimsə
görünmürdü ki, onu çağırsın. Sağ əli ilə sol döşünün
üstünü ovuşdurmağa başladı. Get-gedə heydən-
hərəkət-dən düşdü, yerə yıxıldı.
Mən
sonralar
öyrəndim
ki,
Taleh
elə
qəbiristanlıqda kəskin infarktdan keçinib”.
Bir-birindən maraqlı hekayələr toplusundan
ibarət “Körpə səsi, ana nəfəsi” kitabından götürülmüş
“Ərin üzü dönüncə...” hekayəsinin dilində poetika
Salatın Əhmədli
10
vardır. Yazıçı qəhrəmanının mənəviyyatının dərin
qatlarına enib, onu işıqlandıra bilir, burada, eləcə də
digər
hekayələrində,
surətlərarası
dialoqlarda,
təhkiyədə psixoloji bədii təhlil və ümumiləşdirmə” var
və bu, yazıçının uğurudur. Südabənin məzarı
qarşısında Taleh söylənilmədən anbaan kiçilir, daş
məzar insanları nəfsinin qurbanı olmamağa, Taleh
kimi bədbəxtlərin həyatından ibrət götürməyə, ailə
səadətini, vəfa və sədaqəti qiymətləndirməyə, bu
xoşbəxtliyi qorumağa çağırır. Anasına etdiyi xəyanətə
görə övladları da ondan üz döndərir. Tanrının ona
verdiyi bütün səadəti itirmiş Talehə oxucu yanmır.
Hardasa qəlbində taleh kimilərin belə aqibətə dücar
olmasını Südabə kimilərin ahının yerdə qalmaması
kimi dəyərləndirir və bunda oxucuya haqq qazan-
dırmaq olar. Insan cəmiyyət, ailə və zaman qarşısında
“əxlaqi-mənəvi məsuliyyətini” itirəndə simasız olur.
Ona cəmiyyət də sahib çıxmır. Necə ki Talehə heç
birimiz yanmrıq, olsa-olsa insan kimi acıyırıq. Kiməsə
acımaq özü belə Talehlər üçün ölümdür. Südabə kimi
insanları duymayan ürəklər, saflığını, gözəlliyini
görməyən gözlər, hissinə hakim ola bilməyən, onun
sifarişi ilə düşünən beyinlər, bir sözlə yatmış vicdanlar
Dostları ilə paylaş: |