SƏ
H
İFƏ
21
Coin adlanır. Coinin emissiyası yalnız qabaqcadan
müəyyən olunmuş alqaritm əsasında məhdud sayda
ola bilər. Coinin hər birində şifrələnmiş informasiya
mövcuddur və istənilən növ saxtalaşdırmadan
mühafizə olunur. Onun saxtalaşdırılmasının demək
olar ki, mümkünsüzlüyü onu daha da cəlbedici edir.
Onun elektron ödəniş vasitəsi kimi mükəmməlliyinin
göstəricisi kimi çıxış edir. İlk yaranan və bitcoin
adlanan kriptovalyuta bu gün də öz papulyarlığını
saxlamaqdadır. Bitcoin - pul kisəsinin ilk versiyası
9 yanvar 2009-cu ildə buraxılmışdır. 2012-ci ildən
başlayaraq bitcoin layihələrinə Bitcoin Foundation
adlı Amerika şirkəti nəzarət edir. Şirkətin sahibi Qevin
Andresen internet şəbəkəsində sabit, təhlükəsiz
“nəğd pul” yaradılmasını özünün əsas vəzifəsi hesab
edir. Bir sıra market və servizlərin bitcoini ödəniş
vasitəsi kimi qəbul etməsi ilə onun populyarlığı
artmaqdadır.
Kriptovalyuta ilə qazanmağın üç variantı
mümkündür.
Mayninq,
investisiya
və
treydinq. Mayninq haqqında az-çox söhbət
etdik.
Kriptovalyutaya
investisiya
qoyuluşu
kriptovalyutadan qazanmağın ikinci mənbəyi kimi
çıxış edir. Virtual aləmdə valyuta əməliyyatları həyata
keçirənlər kriptovalyutaya investisiya qoyuluşuna
çox gəlirli sahə kimi baxırlar. Kriptovalyutanın
mübadilə məntəqələrindən (kriptovalyutalarla
əməliyyatlara icazə verilən ölkələrdə, bir sıra ölkələrdə
kriptovalyuta ilə əməliyyatlara icazə verilmir, Rusiya
Federasiyasında ölkə prezidenti səviyyəsində
kriptovalyutadan istifadə məsləhət
görülmür) əldə etmək olar.
Kriptovalyuta
bazarının
genişlənməsi ilə ona olan tələb
artır və onun dəyəri yüksəlir.
Birjalardan birinin bitcoinin
məhdud miqdarda da olsa real
pula dəyişdirilməsinə icazə verməsi
bitcoinin inkişafında əhəmiyyətli rol
oynamışdır. Gizli ticarətlə məşğul
olanlar bitcoinlərə xüsusi fikir
verməyə başladılar.Nəticədə onun
dəyəri kəskin şəkildə yüksəlməyə
başlamışdır.
Belə ki, 2013-cü ildə bitcoin
marketmeykerləri kursun yüksək
səviyyəsinə nail ola bilmişlər. O, vaxt
bir ay ərzində İBTC-nin dəyəri 200
dolardan 1000 dollara yüksəlmişdir.
Bu
günə
ən
populyar
kriptovalyuta bitcoindir. Onun
kapitallaşma səviyyəsi 3,2 mld.
dollardır.
Brokerlər adətən ticarət üçün
kriptovalyutaların ən populyarlarını
təqdim edirlər (onların sayı 92-dir).
Məsələn, FXO-pen bizə Bitcoin, Littcoin,
Namecoin və Peercoin-i təklif edirlər.
Bu zaman kriptovalyutanın amerikan
dollarına, avroya, rus rubluna almaq
mümkündür. Adətən kriptovalyutaların
likvidliyi nəhəng “BTC” onlayn birjası
ilə təmin edilir. Başqa sözlə desək
ECN texnologiyası ilə həyata keçirilir.
Yəni sövdələşmənin ikinci tərəfi kimi
brokerin özü deyil, digər treyderlər
çıxış edir.
Özünü treydinqdə yoxlamaq
istəyən hər kəs üçün bu çox yüksək
gəlirdir. Amma bu proses çox yüksək
risklə müşayiət olunur.
Biz az da olsa oxucuya kriptovalyuta
haqqında icmal məlumat verdik
və onun müsbət tərəfləri ilə yanaşı
çatışmazlıqlarını, dünyadakı mövcud
vəziyyətini onun diqqətinə çatdırdıq.
Nəticədə bu qənaətə gəlmək olar
ki, kriptovalyuta ilə qazanmağın əsas
variantlarından olan kriptovalyutaya
investisiya
bu
virtual
aləmdə
yığımı aktuallaşdırır. İnvestisiyanın
əsas mənbəyi yığım olduğundan
kriptovalyuta gəlirlərinin də bu sahənin
inkişafı ilə daimi gündəmdə olacağını
gündəmə gətirir.
Kriptovalyutaların likvidliyi nəhəng “BTC”
onlayn birjası ilə təmin edilir
Virtual aləmdə kriptovalyutaya investisiya qoyuluşu çox
gəlirli sahə kimi qəbul edilir
SƏ
H
İFƏ
22
QIZIL STANDARTDAN
kriptovalyutaya?
D
ünya valyuta sistemi ayrı-ayrı
ölkələrin iqtisadiyyatlarını vahid
dünya iqtisadiyyatına birləşdirən
bir mexanizmdir. Buna görə dünya
valyuta sistemində yaranan pozuntular
ölkələrin və ümumiyyətlə dünya iqtisadiyyatının
inkişafında mühüm problemlər yaradır.
Məlumdur ki, dünya valyuta sistemi öz
inkişafında dörd mərhələ keçib və sistemdən -
sistemə keçid prosesi dünyada mövcud olan iqtisadi
və siyasi vəziyyəti ilə əsaslandırılıb. Paris valyuta
sistemin (1867-1920-ci illər) xarakterik xüsusiyyəti
qızıl standartının və sabit məzənnə rejiminin
qəbul edilməsi idi. Qızıl standartın mövcudluğu
inflyasiyanın qarşısını alırdı və ölkələrin ödəniş
balanslarının tarazlığını təmin edirdi.
Növbəti Genuya valyuta sistemində yalnız bəzi
valyutalar (təxminən 30) o cümlədən də İngilis
funt sterlini və ABŞ dolları qızıl ekvivalentləri kimi
qəbul edilmişdir. Böyük Depressiya (1929-1933)
dünya valyuta sisteminə mənfi təsir göstərmişdir
və nəticədə, demək olar ki, bütün ölkələr öz milli
valyutalarının qızıla çevrilməsindən imtina etmişdir.
İkinci Dünya Müharibəsinin sonunda, dünyada
mövcud olan iqtisadi və siyasi vəziyyətə uyğun
olaraq, yeni bir valyuta sisteminin formalaşması
məsələsi yenə də gündəmə çıxdı.
1944-cü ildə ABŞ-ın və onun pul vahidinin
dünya valyuta sistemində aparıcı rolunu
möhkəmləndirən Bretton – Vuds valyuta sistemi
qəbul olundu, bu da ABŞ-ın müharibədən sonrakı
iqtisadi və siyasi qüdrəti ilə birbaşa bağı idi. Yalnız
ABŞ dolları digər ölkələrin mərkəzi banklarının
xahişi ilə qızıla mübadilə edilirdi. 1971 -ci ildə
Bretten-Vuds sistemin dağılması müşahidə olundu
və bu sisteminin dağılmasına bir çox amillər
təkan verdi, məsələn, Qərbi Avropa ölkələrinin
və Yaponiyanın artan iqtisadi gücü, ABŞ-ın qızıl
ehtiyatlarının azalması, Vyetnam müharibəsi
və digər problemlər. Bretton-Vuds valyuta
sisteminin dağılması nəticəsində sabit valyuta
məzənnələri üzən məzənnə ilə əvəz olundu, bu da
öz növbəsində iqtisadi və maliyyə böhranlarının
artmasına səbəb oldu. Beləliklə yeni bir valyuta
sisteminin formalaşmasında ehtiyac yarandı və
hal-hazırda mövcud olan Yamayka valyuta sistemi
yenə də dərin böhran yaşayır.
Qloballaşan dünya iqtisadiyyatında və müasir maliyyə-iqtisadi böhran (2007-
2011-ci illər) şəraitində mövcud olan Yamayka valyuta sisteminin əsas prinsipləri
qlobal iqtisadiyyatda olan yeni tendensiyalara artıq uyğun gəlmir. Müasir
dünya valyuta sistemi iki valyuta, ABŞ dolları və Avronun fəaliyyətinə əsaslanır.
Lakin, təəssüf ki, bu aparıcı valyutaların tez-tez dəyişən məzənnələri, digər
ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Aşağıda göstərilən şəkildə bir həftə
çərşivəsində olan Avro/Dollar kursunun dinamikası bunu təsdiq edir.
Dolların məzənnəsi son dərəcə dəyişkəndir ki, bu da dünya iqtisadiyyatında
onun dəyərinin ölçüsü olan funksiyasını pozur və dünya pul sistemindəki mövqeyini
tədricən zəiflədir. Dünya Bankı 2025-ci ilədək dolların dominant mövqeyini
itirəcəyini proqnozlaşdırır. Hal-hazırda dünya iqtisadiyyatının qarşısında bir vacib
məsələ durur: hansı valyuta, yaxud da bir qrup valyutalar dolları yaxın gələcəkdə
əvəz edə bilərmi?
Proqnozlara əsasən yaxın gələcəkdə bir çox valyuta sistemi hal-hazırda mövcud
dos. İNARA RZAYEVA