Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

H

İFƏ



23

olan ikili valyuta sistemini əvəz edəcək. Bunun 

də səbəbi inkişaf etməkdə olan ölkələrin sürətli 

inkişafı, xüsusilə də Çin iqtisadiyyatının və yuanının 

gücləndirilməsi,  BRİKS  ölkələrinin  iqtisadiyyatlarının 

sürətli artımıdır.  Bir çox valyuta ehtiyat sisteminin iki və ya 

üç valyuta (dünya səviyyəsində ehtiyat kimi xidmət edən) və 

bir neçə regional valyuta əsasında formalaşması gözlənilir.

Camayka  valyuta  sisteminin  əsasını  təşkil  edən  SDR    onun 

mövcudluğu dövründə, müəlliflərin niyyətinə zidd olaraq, dünya 

pul  vahidinə  çevrilməmişdir.  Lakin  ekspertlər  hesab  edirlər  ki, 

SDR  mexanizmlərindən  daha  səmərəli    istifadə  edilməsi  onun  

beynəlxalq  maliyyə  arenasında  əsas  valyuta  olan  ABŞ  dollarına 

alternativ olmağına imkan yaradacaq.

Bəzi  mütəxəssislərin  fikrinə  əsasən  dünya  iqtisadiyyatı  qızıl 

standart sisteminə qayıtmalıdır, lakin mövcud olan beynəlxalq qızıl 

ehtiyyatları  dünyada  olan  pul  kütləsini  daim  təmin  edə  bilməz, 

belə ki, “qızıl standartına” qayıtmaq mümkün deyil. Gələcək dünya 

valyuta sisteminin qlobal valyutalarından biri olaraq kriptovalyuta 

da hesab edilir. Lakin onu qeyd etmək lazımdır ki, kriptovalyuta 

hec  bir  maddi  təcəssümu  və  tənzimləyicisi  olmayan  bir  valyuta 

kimi  yalnız  internet  vasitəsi  ilə  mal  və  xidmətlərin  alınmasında 

istifadə olunur. Kriptovalyutanın istifadəsi texnologiya və internetin 

sürətli  inkişafı  nəticəsində  mümkün  olmuşdur.  Bitcoin  virtual 

hesablamalarda  istifadə  olunan  aparıcı  kripto  valyutalarından 

biridir.  Cryptocurrency  market  capitalizations  məlumatlarına 

əsasən bu ödəniş vahidinin məzənnəsi 2017-ci ilin dekabrına 15 

min dollar səviyyəsinə qalxmış, beləliklə noyabr ayı ilə müqaisədə 

2,5 dəfə  artım müşahidə olunmuşdur. (Şək. 2). Bitcoinin belə kəskin 

artımı mütəxəssislərin arasında müzakirələrə səbəb olub – dollar, 

digər  ehtiyat  valyutaları,  yaxud  bitcoin  yaxın  gələcəkdə  dünya 

valyutası  olacaq?  Bəzi  iqtisadçılar  hesab  edirlər  ki,  kriptovalyuta 

“qızıl standart” prinsiplərini bərpa edərək  qlobal səviyyədə valyuta 

sabitliyini  təmin  edə  bilər.  Digərləri  isə,  hesab  edirlər  ki,  bitcoin 

yüksək  volantilik  dərəcəsi  ilə  xarakterizə  olduğu  üçün  dünyada 

geniş istifadə edilə bilməz. 

Bəzi dövlətlər  (əsasən inkişaf etmiş ölkələr) öz iqtisadiyyatında 

elektron pullardan artıq  geniş şəkildə istifadə etməyə başlayıblar. 

Məsələn, İsveç və Norveç yaxın zamanda yalnız kriptovalyutadan 

istifadə etməyə qərar veriblər.

Hazırda  dünya  iqtisadiyyatında  kriptovalyutaların  inkişafı 

üçün  vahid  strategiya  yoxdur,  lakin  elektron  pulların  maliyyə 

tənzimləyicilərinin  nəzarəti  altında  olması  vacibdir,  Dünya 

iqtisadiyyatının  mövcud  vəziyyəti  təstiq  edir  ki,  dünya  valyuta 

sisteminin  transformasiyası  qaçılmazdır  və  bu  proses  dünyanın 

aparıcı siyasi və iqtisadi qüvvələrinin konfiqurasiyasının dəyişməsi 

ilə bağlıdır. 



Kriptovalyuta 

“qızıl standart” 

prinsiplərini 

bərpa edərək 

qlobal səviyyədə 

valyuta sabitliyini 

təmin edə bilər

Şəkil 1. Avro/Dollar kursunun foreks valyuta bazarında dinamikası




H

İFƏ



24

BITCOIN  

QIZILA  

ALTERNATİV 

OLA BİLƏRMİ?

BU SUALA HƏM KÜTLƏVİ, HƏM DƏ ELMİ MƏTBUATDA 

TEZ-TEZ RAST GƏLİNSƏ DƏ, ƏSLİNDƏ SUALIN BU CÜR 

QOYULUŞU YANLIŞDIR.  

Tarixi 2009-cu ildən başlayan bitcoin nəinki qızılın, 

ümumiyyətlə yüksək inkişaf etmiş maliyyə bazarının 

təklif  edə  bildiyi  maliyyə  alətlərinin  alternativinə 

sürətlə çevrilməkdədir. Bəs niyə bitcoini məhz qızıla 

alternativ kimi qoyurlar?

Çünki  məhz  qızıla  alternativ  axtarışı  son  yarım 

əsrin  ən  aktual  məsələlərindən  biridir.  1960-

cı  illərdən  başlayaraq  dünya  dəfələrlə  ehtiyat 

valyutalar qrupunu təşkil edən valyutaların dərin 

böhrana  düçar  olmasının  şahidi  olmuşdur. 

Məhz belə böhranların birinin, ABŞ dollarının 

1960-1970-ci illərin birinci yarsını əhatə etmiş 

böhranının  təsiri  ilə  BVF-in  1976-cı  ildə 

baş  tutmuş  Yamayka  sessiyasında  qlobal 

valyuta-maliyyə sisteminin təməli rolunda 

qızılın  alternativi  olaraq  SDR  qəbul 

edilmişdir.  BVF  dünya  miqyasında  üzv 

dövlətlərin tezliklə qızıl ehtiyatlarından 

imtina  etməsi  məqsədini  güdən 

antiqızıl  təbliğata  başladı.  Lakin  hər 

bir iqtisadçıya yaxşı məlumdur ki, SDR 

ona  bəslənilən  ümidləri  doğrultmadı.  Bu 

fakt  tam  aydın  olan  kimi,  qlobal  miqyasda 

fərqli bir xətt qüvvəyə mindi: dövlətlərin beynəlxalq 

ehtiyatlarındakı  monetar  qızılın  xüsusi  çəkisinin 

maksimum dərəcədə artırılması. 

Tam 


demonetizasiyaya 

uğramasına 

baxmayaraq  qızılın  maliyyə  aktivi  kimi 

əhəmiyyətini  itirməməsinə  səbəb  onun 

minilliklər  əvvəl  ümumi  ekvivalent, 

yəni  pul  rolunda  bərqərar  olmasını 

labüd  etmiş  təbii  keyfiyyətləridir. 

Lakin,  istehsalçı  sahibkarların 

nəzərində qızılın volatilliyinin 

nisbətən məhdud olması 

 i.e.d., prof. ATİK KƏRİMOV



H

İFƏ



25

MALİYYƏ BAZARLARINDA, 

ÜMUMİYYƏTLƏ DÜNYA 

İQTİSADİYYATINDA ALTERNATİV 

İNVESTİSİYA ALƏTİNIN MEYDANA 

GƏLMƏSİ ÜMUMƏN MÜSBƏT HALDIR

böhran 


şəraitində 

investisiyaların  dəyərsizləş-

mədən  tam  müdafiə  olunması  şərti  ilə 

qazanc da əldə etmək istəyir. Həm sığortalama, həm 

də  gəlir  gətirmə  keyfiyyətləri  ilə  seçilən  bitcoin  burada  tam 

yerinə düşür. Bunu aşağıdakı diaqramdan da görmək olar.

Bitcoinin başqa bir cəhəti də odur ki, onun hər hansı dövlətin vahid 

nəzarəti  xaricində  olmasıdır.  Hər  bir  dövlətin  bitcoin-ə  özünün  fərdi 

hüquqi yanaşması var. Bunun müsbət, yoxsa mənfi hal olmasını tam 

əminliklə  söyləməyə  hal-hazırda  əsas  yoxdur.  Amma  bitcoin-in  bu 

cəhətindən  həm  iqtisadi  sahədə,  həm  digər  sahələrdə  kriminal 

dairələrin fəal yararlana bilməsi ehtimalı çox yüksəkdir.

Yekun  olaraq,  söyləyə  bilərik  ki,  «Bitcoin  qızıla  alternativ 

ola  bilərmi?»  sualına  dəqiq  cavab  hələlik  yoxdur.  Fikrimizcə, 

ola  da  bilməz,  çünki  bitcoin-in  cəmi  8  yaşı  var.  8  il  qlobal 

fenomenin qlobal perspektivləri barəsində əsaslandırılmış fikir 

söyləməkdən ötrü çox qısa zaman kəsiyidir. Eyni zamanda, 

maliyyə bazarlarında, ümumiyyətlə dünya iqtisadiyyatında 

alternativ investisiya alətinin meydana gəlməsi ümumən 

müsbət  haldır.  Hər  bir  sahədə  alternativin  geniş 

olması  inkişaf  etmiş  kapitalizmin  təməl  şərtlərindən 

olub  və  olmaqdadır.  Kapitalist  cəmiyyətin  müxtəlif 

sahələrində  zaman-zaman  alter-nativlər  yaranır  və 

onlardan  hansının  cəmiyyətdə  kök  sala  biləcəyini 

yalnız təkamül göstərir. Buna isə zaman lazımdır. 

Hal-hazırda  qızılın  bir  aktiv  olaraq  həcminin 

bitcoindən  1000  dəfədən  üstün  olması  da  bu 

fikrimizə birbaşa işarə edir.

müsbət amil olaraq çıxış edirsə, üstünlüyü möhtəkirliyə verən sahibkarlar üçün 

bu, ürək açan deyil. Son yarım əsrin tarixi aydın olaraq göstərir ki, möhtəkirlər qısa 

zamanda  yüksək  maliyyə  səmərəsi  əldə  etməkdən  ötrü  yüksək  volatilliyi  ilə  seçilən 

aktivlərə üz tuturlar. 

Müasir  dövrdə  İKT-lərin  sürətlə  inkişafı  ənənəvi  maliyyə  bazarlarının,  maliyyə 

institutlarının  fəaliyyətinə,  maliyyə  alətlərindən  ənənəvi  istifadə  texnikasına  köklü  təsiri 

ilə  məhdudlaşmır.  İKT-lərin  həqiqətən  də  fantastik  inkişafı  ümumiyyətlə  sosial-iqtisadi,  o 

cümlədən də valyuta-maliyyə münasibətlərinin fəlsəfəsinin özündə çevriliş üçün görünməmiş 

imkanlar  açır.  Mühafizəkar  iş  adamlarından  fərqli,  bu  imkanlardan  istifadəyə  məhz  gənc 

investorlar nəslinin meylli olması da təəccüblü deyil. Bir çox sahələrdə, istiqamətlərdə olduğu kimi, 

gənclik bu məsələdə də yenilik arzusundadır. Məsələn, Stefani Yanqın The Wall Street Journal-dakı 

«Bitcoin qızılın alternativinə çevrilir» yazısının altbaşlığında deyilir: «Kriptovalyuta investisiyalardan 

ötrü  mərkəzi banklardan daha çox texnologiyalara etibar edən gənclər arasında daha çox tanınır». 

Bununla  belə,  ümumiyyətlə  maliyyə,  investisiya  biznesi  sahəsi  əsrlər  boyu  mühafizəkarlığı  ilə 

fərqlənib və fərqlənir. Bu sahədə etibarsızlıq, inamsızlıq deyil, məhz qarşılıqlı etibar, özü də sözlə deyil, 

əməllərlə təsdiqlənən etibar hər şeydən uca tutulur. Bu cür etibar isə on illiklər ərzində qazanıla bilər. 

Başqa sözlə, etibarsızlığa söykənən maliyyə alətinin perspektivləri şübhə doğurmaya bilməz.

Məsələnin başqa bir məqamı da var. Kriptovalyutaların minlərlə növləri olduğu halda, niyə məhz 

bitcoinin adı, xüsusilə də KİV-lərdə bu qədər hallanır? Fikrimizcə, bunun səbəblərindən biri bitcoinin 

volatilliyinin,  o  cümlədən    də    qızıla  nisbətən  yüksək  olmasıdır.  Yəni,  investorların  bir  qismi  xüsusilə 




Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə