.
55
“köməkçi” rolunda daha aktiv iştirak edir. Böyük Britani-
yanın ış prinsiri buna nümunədır.
3. Dövlət “memar” rolunda – dövlət tərəfindən mə-
dəniyyət və incəsənətə dəstək və himayədarlıq işi, cəmiy-
yətin həyat səviyyəsinin yüksəldilməsi proqramının tərkib
hissəsi hesab edilir. Onun siyasətinin əsasında peşə stan-
dartları deyil, əsasən cəmiyyətin mövcud real standartları
dayanır. Köməkliyin reallaşması isə uzunmüddətli və bir-
başa olaraq dövlətin maliyyələşdirilməsində özünü göstə-
rir. Buna Fransa dövlətinin iş prinsi real nümunədir.
4. Dövlət “mühəndis” rolunda – dövlət mədəni fəa-
liyyəti və bədii yaradıcılığı həyata keçirmək üçün lazımi
vəsaitə malik olur və müvaffiq sərəncam verir. Eyni za-
manda o, özünün siyasi məqsəd və müasir prinsiplərini ön
plana çəkir, mədəniyyət və incəsənətə köməklik edir və
xüsusi qayğı göstərir. Belə mövcud dövlət siyasəti keçmiş
SSRİ respublikalarına daha çox xas idi. Öz statusuna görə
insan cəmiyyətinin nailiyyəti olan mədəni obyekt və
dəyərlərdən sərbəst istifadə etmək siyasi, iqtisadi və göm-
rük maneələrini aradan qaldıran qanunla tənzimlənməlidir.
Hər bir xalq bütün bəşəriyyətin humanist inkişafında işti-
rak etmək hüququna malikdir. Bu isə ictimai əməkdaşlıq,
xalqların dialoqu və həmrəyliyi, ədalət və demokratiyanın
təminatı, xalqlar və etnik qruplararası münaqişələrin və
müharibələrin qarşısını almağın ən vacib şərtidir. Buna
görə də, ictimaiyyətlə əlaqələrin tənzimlənməsi bu gün
ölkə daxili resurslar hesabına, həyata keçirilməlidir.
İctimaiyyətlə əlaqələrdə insanların hüquqlarının
qorunması dövlət tərəfindən tənzimlənir və həyata
keçirilir. Bu baxımdan hər bir şəxs konstitusion hüquqa
malikdir. Dövlət öz ərazisində yaşayan hər bir xalqın
.
56
mədəni irsinin mühafizəsi və gələcək nəsillərə düzgün
çatdırılması üçün hüquqi və mənəvi məsuliyyət daşıyır.
İctimaiyyətlə əlaqələr sahəsində dövlət siyasəti insan
ləyaqətinə hörmət, cəmiyyətin hər bir üzvünün hüquq
bərabərliyinin təmin edilməsi, ictimai həyat və yaradıcılıq-
da sərbəst seçim etmək və s. xüsusiyyətlərlə xarakterizə
olunur. Bu baxımdan dövlət məqsədyönlü siyasət yeridə-
rək öz vətəndaşlarının ictimai inkişafını həyata keçirir,
milli ənənələri nəzərə alaraq mövcud əlaqələrin dövlət
müdafiəsini müəyyən edir”.
2
2.5. Sosial-iqtisadi inkişafda turizm əsas vasitələrdən
biri kimi
Turizm, cəmiyyətdə sağlam ünsiyyət yaradan, insan-
ların əhval-ruhiyyəsini yaxşılaşdıran, itirilmiş qüvvələri
yenidən bərpa edən (rekreasiya), əməli iş qabiliyyərini
artıran, dünyagörüşünü genişləndirən və eyni zamanda in-
sanların mədəni fəaliyyətının formalaşmasında mühüm
sosial-iqtisadi funksiyaları yerinə yetirən marifləndirici bir
sahədir. Turizm infrastrukturunun sürətli inkişafı ölkəmi-
zində informasiya kommunikasiya texnologiyaların (İKT),
qloballaşma və mədəniyyətlərarası inteqrasiyanın, mülti-
kulturalizmin, mədəni müxtəlifliyin, tolerantlığın, innova-
siya proseslərinin inkişafına və güclənməsinə əsaslı surət-
də nüfuz edir.
Turizm geniş mənada məkanda yerdəyişmə, dar mə-
nada öz hesabına və ya təşkilatların hesabına keçirilən və-
təndaşların yerdəyişməsi üzrə xüsusi təşkil edilən bütün
2
M. Həsənova, A. İsfəndiyarov.“Mədəniyyət və İncəsənət sahələrinin
menecmenti”. Bakı, “Mars-Print”, 2012, səh.50-52.
.
57
növ marşrutlardır. Peşəkar və digər öhdəliklərin yerinə ye-
tirilməsi ilə bağlı yerdəyişmələr bura daxil deyil. Turizm
əsasən turist təşkilatları tərəfindən qabaqcadan proqram-
laşdırılmış mütəşəkkil, qismən də ayrı-ayrı şəxslərin
müəyyənləşdirdiyi qeyri-mütəşəkkil səyahətlərdən ibarət-
dir. Belə ki, müasir dünyanın fenamenal hadisəsi sayılan
turizm hazırda milyonlarla insanın sevimli, sürətlə inkişaf
edən və iqtisadi maraq doğuran prioritet sahəsinə çevril-
mişdir.
Turizm dövlətlərin beynəlxalq əlaqələrinə bilavasitə
təsir edən mühüm fəaliyyət növüdür. Turizmin inkişafı
həm də, müasir dünyada sülhün və əmin-əmanlığın qorun-
ması işindən daha çox asılıdır.
Yeni beyəlxalq iqtisadi münasibətlərin bərqərar ol-
duğu bir dövrdə turizm sənayesi ölkələrin inkişafında bu
gün tarixi bir funksiyanı yerinə yetirir. Turizm sahəsində
beynəlxalq əməkdaşlıq xalqların spesifik maraq, arzu və
istəkləri əsasında qurulur.
Turizmin bütün inkişaf qanunlarını və xüsusiyyət-
lərini dərk etmək üçün onun sistem şəklində öyrənilməsi
zəruridir. Ona görə ki, turizm müxtəlif elmlərin (tarix,
coğrafiya, marketinq, iqtisadiyyat, idarəetmə, hüquq, etno-
qrafiya, sosiologiya və s.) bir-birinə inteqrasiyası nəticə-
sində əmələ gələrək asudə vaxt şəraitində inkişaf edib
formalaşmışdır. Hal-hazırda YUNESKO-nun bir çox sə-
nədlərində elm, təhsil və mədəniyyətə, eləcə də turizmə
yeni müstəvidən yanaşmalar ifadə edilməkdədir. Belə ki,
YUNESKO-nun Baş direktoru İrina Bokovanın yüksək
tribunalardan etdiyi çıxışlarında bütövlükdə elmə, mədəni
və təbii irsə münasibətin perspektivləri nəzərdən kecırıl-
miş, mədəniyyət hadisəsi olan turizmdən elmin və sülhün
Dostları ilə paylaş: |