.
14
qarşısında çıxışları və yerindəcə mövcud olan problemlə-
rin həll edilməsi buna parlaq sübutdur.Müstəqil respubli-
kamızın dünyanın nüfuzlu təşkilatlarına tamhüquqlu üzv
qəbul edilməsi onun beynəlxalq mövqeyinin və imicinin
formalaşmasına və dünyanın iqtisadi cəhətdən inkişaf
edən ölkələri içərisində öz layiqli yerini tutmasına daha
yaxından köməklik göstərir. Azərbaycanın dövlət müstə-
qilliyinin möhkəmləndirilməsinə xidmət edən ictimaiy-
yətlə əlaqələr siyasəti, bu gün dünyanın iqtisadi inkişaf
edən bütün dövlətləri ilə tam bərabərhüquqlu əsaslar üzə-
rində faydalı əməkdaşlığın inkişaf etdirilməsinə zəmin
yaradır.
Qeyd etdiyimiz kimi, hazırda cəmiyyətdə “İctimaiy-
yətlə əlaqələr”elmi haqqında müxtəlif fikir ayrılıqları
mövcud olsa da, bu müqayisəli və mübahisəli yanaşmala-
rın və baxışlarin kökü heç də təkcə elmi səbəblərlə bağlı
deyil. Bu fikir ayrılıqlarının köku həm də, daha dərin tari-
xi məzmun daşıyan amillərlə bağlıdır. Qeyd edək ki, “İcti-
maiyyətlə əlaqələr” bu gün təkcə fundamental elmlərə (nə-
zəri) istinad etmir. Bu elm həm də, ictimai inkişafın real
praktik (empirik) gerçəkliklərini özündə təcəssüm etdirir.
Eyni zamanda cəmiyyəti hərtərəfli tədqiq edən, ictimaiy-
yətdə sağlam əhval-ruhiyyə və qarşılıqlı ünsiyyət forma-
laşdıran sosial-iqtisadi və ictimai-humanitar elmlərin ən
vaciblilərindən biri hesab edilir. Bu elm hazırda həya-
tımızın mövcud reallıqlarının fövqündə dayanır və cəmiy-
yətimiz üçün başlıca prioritetləri müəyyənləşdirir və hər
bir şəxs qarşısında şəxsi məsuliyyət və cavabdehlik hissi
qoyur.
.
15
1.2. Kursun obyekti və subyekti
Elmin obyekti və subyekti dedikdə, bura ilk növ-
bədə fərd, insan və şəxsiyyət, onun mədəni-iqtisadi, icti-
mai-siyasi fəaliyyət sahəsi və eyni zamanda tarixən möv-
cud olan etik-estetik və fəlsəfi-əxlaqi münasibətlər sistemi
daxildir. Bu prosesə həm də insanların həyatda tutduğu
mövcud mövqe və cəmiyyət həyatında oynadığı rol, işgü-
zar biznes və menecment əlaqələri, istirahət və əyləncə,
asudə vaxt, sağlam ünsiyyət və s. məsələlər də aiddir.
“İctimaiyyətlə əlaqələr” müxtəlif cəmiyyətlərdə və icti-
mai-iqtisadi formasiyalarda sosial-iqtisadi, ictimai-siyasi
həyatı öyrənir və bununla da mövcud nailiyyətləri aydın-
laşdırmağa və araşdırmağa səy göstərir.
“İctimaiyyətlə əlaqələr” mənəvi-əxlaqi münasibətlər-
lə, həm də hərtərəfli inkişafa təsir göstərən sosial amil-
lərlə də sıx şəkildə bağlıdır. Burada təsvirçilik və əyanilik,
antropoloji dəyərləndirmə, hüquqi münasibətlər, germene-
vtik və sosioloji xüsusiyyətlər mühüm rol oynayır. Doğ-
rudan da, insan bəşər cəmiyyətinin mədəni-iqtisadi və so-
sial fəaliyyətlərin mövcud vasitəsidir.Həqiqətən də insan
yaranışından dünyasını dəyişənədək həmin həqiqətin axta-
rışında olur, dünyanın, təbiətin, cəmiyyətin sirlərini açır,
bəşəriyyətin, insanlığın inkişaf qanunlarını kəşf edir. Ta-
panda da axtarmaq, tapmayanda da axtarmaq və yenə də
axtarışları dayandırmadan davam etdirmək...
Hazırda ictimaiyyətlə əlaqələr prosesinin düzgün
təşkili və tənzimlənməsində iqtisadiyyat dövlətin ən apa-
rıcı sahələrdən biri hesab edilir. Bu sahə, insan cəmiyyə-
tinin inkişafının bünövrəsini təşkil edir. İqtisadiyyat həm
də ölkənin mövcud siyasətində prioritet vəzifələri müəy-
.
16
yənləşdirir. Başqa sözlə desək, iqtisadiyyat, siyasət və mə-
nəviyyat komplekslik təşkil edir, bir-biri ilə sıx şəkildə
qarşılıqlı əlaqədədir. Belə ki, ictimaiyyətlə əlaqələrin
tarixi, ta qədimdən bu günkü günə kimi fasiləsiz olaraq
inkişaf edib davam etməkdədir. Qeyd edək ki, hələ ibtidai
icma quruluşu zamanı ilkin insan cəmiyyəti icmalar, qəbi-
lələr və tayfalar şəklində mövcud olmuş təbiətlə şüurlu
mübarizəyə başlamış və qarşılıqlı ünsiyyəti formalaş-
dırmışlar. Öz zəruri tələbatlarını ödəmək məqsədini qarşı-
ya qoyduğu dövrdən dövlət və onun qurumlarının yaran-
masına qədər minilliklər belə ötüb keçsə də, insan daima
sirli dünyadan baş açmağa və özünəməxsus şəkildə araş-
dırıb öyrənməyə çalışmışdır. Bəşər cəmiyyətinin tərəqqisi
onun təbiətinə uyğun olaraq tədricən, ardıcıl, qanunauy-
ğun surətdə inkişafa səbəb olmuşdur. Nəticədə, xüsusi
mülkiyyət münasibətləri, bu zəmində dövlət və onun
siyasi formaları müstəvisində fəaliyyətə başlamış və yeni
uğurlu nəticələr əldə edilmişdir. Eyni zamanda mədəni
inkişaf da ictimaiyyətlə əlaqələrə öz müsbət əməli təsirini
göstərmiş, onun əhatə dairəsini genişləndirmiş və onun
yeni sahələrini reallaşdırmışdır. Bu baxımdan yeni sosial
quruluşun və bəşəriyyətin sivil yeniliklərinin humanist
xüsusiyyətləri ictimaiyyətlə əlaqələr prosesində mühüm
yer tutmuş, cəmiyyətdə qloballaşma, inteqrasiya, innovasi-
ya, mutikultural prosesləri sürətləndirmişdir.
“İctimaiyyətlə əlaqələr” özündə yalnız elmi-nəzəri
müddəaları deyil, həm də mədəni fəaliyyətin empirik
əlamətlərini birləşdirib, cəmiyyətə tətbiq edir və cəmiyyət-
də əldə olunan bilgilərin, vərdişlərin real həyata tətbiq
olunmasının forma və metodlarını öyrənir. Bu elmin
prinsipial cəhətlərindən başlıcası odur ki, o öz predmetinin
Dostları ilə paylaş: |