.
27
bazarı, elmi-texniki yeniliklər bazarı, mədəni istehsal ba-
zarı və s. Bazar iqtisadiyyatı şəraitində bu bazarların hər
birinin həm ayrılıqda normal fəaliyyəti, həm də onların
səmərəli qarşılıqlı əlaqəsi inkişaf etmiş və bazar infrast-
rukturu şəraitində mövcud olmuşdur. Bu baxımdan bazar
infrastrukturu bazarın müxtəlif formalarının fəaliyyəti
üçün zəruri iqtisadi mühitin yaranmasına maksimum
xidmət edir və nəticədə bazar iqtisadi sisteminin normal
fəaliyyəti, bütövlükdə cəmiyyət üçün həll edilmiş olur.
İqtisadiyyatın ümumi dinamizminin və tərəqqisinin
təmin edilməsində sahibkarın innovasiya fəaliyyəti əvəz-
edilməz əhəmiyyətə malikdir. İş burasındadır ki, sahib-
karlıq fəaliyyəti bir tərəfdən də məhsul bolluğu təmin
edərək bazarda tələblə təklif arasında zəruri tarazlığın
yaranmasına gətirib çıxarır. Sahibkar, işgüzar fəaliyyəti ilə
bağlı yeni ideyalarını reallaşdıraraq istehsalın texnika və
texnologiyasında, istehsal amillərinin kombinasiyasında
mütərəqqi dəyişikliklər yaradır. Nəticədə yeni növ məh-
sulların və xidmətlərin meydana çıxması ilə bazarda möv-
cud proseslərdə rəqabət yaranır. Həmin dövrdə öz yenilik-
ləri ilə bazarda tələb və təklif arasında tarazılığın pozul-
masına səbəb olan sahibkarlar innovasiya fəaliyyəti nəti-
cəsində əlavə mənfəət qazanmaq imkanı əldə edirlər.
İqtisadiyyat, tarix, fəlsəfə, hüquq, sosiologiya, psixo-
logiya, pedaqogika, etnoqrafiya, arxeologiya, antropologi-
ya, etika, estetika və s. elmlərlə sıx qarşılıqlı şəkildə inki-
şaf edən “İctimaiyyətlə əlaqələr” bu gün cəmiyyət həya-
tında insan kapitalını və şəxsiyyət amilini əsas prioritet
kimi qəbul edir. Bu prosesdə insani resurslarının qiymət-
ləndirilməsi dünyəvi təcrübə əsasında həyata keçir.
.
28
“İctimaiyyətlə əlaqələr” mövcud cəmiyyətdə öz
aktuallığı ilə seçilən, dəyərləndirilən və inkişafda innova-
siya proselərini tətbiq edən prioritet sahələrdəndir. Bu
elmin yazılmış və yazılmamış qanunları mövcuddur. İnsa-
nın həyat fəaliyyətinin təkmilləşməsi, inteqrasiya, innova-
siya və multikulturalizm prosesləri bu fənnin əsas priori-
tetlərindən sayılır. Bu fənn bəşəri və beynəlmiləldir. Xalq-
ların özünəməxsus həyat tərzi, məişəti, mentaliteti, psixo-
logiyası, adət və ənənələri və s. burada öz dərin ifadəsini
tapır. Bu fənn universal dəyərləri, mədəni irsi, sosial-iqti-
sadi komponentləri real gerçəklik və qarşılıqlı əlaqəlilik
prinsipi əsasında öyrənir.
Bu gün elm işığı altında sosial-iqtisadi, mədəni
sahələrin qiymətləndirilməsi olduqca əhəmiyyətli məsələ-
lərdən biri hesab edilir. Bir millətin ictimaiyyətlə əlaqələ-
rini inkişaf etdirmək üçün hüdudları aydın cızılmış, im-
kanları gerçəkliklə hesablanmış bir ümumi ictimaiyyətlə
əlaqələr siyasətinə böyük ehtiyac vardır. İctimaiyyətlə əla-
qələr siyasəti müəyyənləşdirilən milli siyasət hədəflərinə
uyğunlaşdırılmış şəkildə formalaşdırılmalıdır. Bir dilin
qorunması və inkişafı, məhz onun gələcək nəsillərə düz-
gün ötürülməsilə mümkün olur. Gələcək nəsillərə ötürül-
məyən dil isə ölü dillər sırasına aid olur. Dili ötürmənin
başlıca yolu, milli təlim-tərbiyə və təhsildir. Azərbaycan
dili özünün gözəlliyi və bütün zənginliyi ilə yeni nəsillərə
düzgün şəkildə çatdırılmalıdır. Bir milləti təmsil edən,
dünyaya tanıdan onun vətəndaşları və görkəmli şəxsiyyət-
ləridir. Hazırda şəxsiyyətin inkişafı problemi bir çox
aspektlərdən tədqiq edilir və cəmiyyətdə aparılan geniş
sosioloji tədqiqatlara əsaslanır.
.
29
Avropa Şurası ekspertlərinin hesabatlarında qeyd
edilir ki, azlıqlara dair milli proqramların qəbul edilməsi
ölkənin mədəni çoxçeşidliliyinin inkişafı üçün başlıca
amil və prioritet hesab edilir. Bu baxımdan dünyanın bəzi
ölkələri ilə bağlanan ikitərəfli müqavilələr və postsovet
respublikaları ilə ənənəvi qarşılıqlı münasibətlərin qurul-
ması, ölkənin beynəlxalq nüfuzu üçün təqdirəlayiq bir hal
hesab edilməlidir.
Son illərdə müvafiq nazirlik və qurumlarla Avropa
Şurası arasında əməkdaşlıq çərçivəsində ictimaiyyətlə
əlaqələr siyasəti sahəsində bir çox lazımlı sənədlər imza-
lanmışdır. Nazirliyin ictimaiyyətlə əlaqələr siyasəti şöbəsi
YUNESKO,İSESKO, AŞPA, Avropa Birliyi, TÜRKSOY,
MDB və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq
qurumları ilə uğurlu əməkdaşlıq edir. Azərbaycan Respub-
likasında aparılan məqsədyönlü dövlət siyasətinin nəticə-
ləri özünü son illərin bir sıra uğurlu layihələri ilə təsdiq-
ləyir.
Amerika psixoloqu A.Maslou göstərmişdir ki, insan-
ların əməllərinin səbəbləri təkcə iqtisadi amillərlə yox,
pulla ödənilə bilməyən müxtəlif tələbatlarla bağlıdır.
Onun bu fikrinə görə işçilərin əmək məhsuldarlığının yük-
səldilməsi fəhlələr və menecerlər arasındakı sosial-iqtisadi
əlaqələrin yaradılmasından və kollektivdəki sağlam insani
münasibətlərin formalaşmasından daha çox asılıdır, nəinki
əmək haqqının artırılmasından. Bunun üçün isə, işçilər
arasında sağlam əhval-ruhiyənin və insani münasibətlərin
yaradılması başlıca prioritet hesab edilməlidir.
Bu gün ictimaiyyətlə əlaqələr sayəsində Mədəniyyət
və Turzm Nazirliyi tərəfindən yerlərdə abidələrin mühafi-
zəsi, turizm infrastrukturunun inkişafı ilə bağlı konseptual
Dostları ilə paylaş: |