35
Bay Ülgenin kumandılar tərəfindən sevilən qızlarından yal-
nız Üç çiçektiq Çayım kanın (Üç çiçəkli Çayım xan) adı məlum-
dur. O, toon soyunun himayəçisi hesab edilirdi (Сатлаев, 1974,
с. 147-148).
Kumandıların inanclarına görə, yuxarı dünyanın sakinlərindən
biri də şamana göylərə yüksəlişi zaman yardımçı olan Kıday kandır
(Сатлаев, 1974, с. 157). Maraqlıdır ki, kumandılardan toplanan
miflərdən birində şamanın Ülgenin qızlarından biri ilə evlənməsi
barədə süjet də var. Bu süjetdə böyük şaman Kamenekin Bay Ül-
genin qızlarından birini qaçırması və onunla birlikdə yerə enməsi
təsvir edilir. Burada onlar evlənirlər. Qızının bəni-adəmdən hamilə
qaldığını görən Bay Ülgen bərk qəzəblənir və qızını üç dəfə vurur.
Nəticədə o, üç oğlan doğur. Bunlardan birincisi Keley pəltək, ikin-
cisi Koço həddən artıq nəhəng, üçüncüsü Kurultay isə axsaq do-
ğulur. Bunlardan üçüncüsü Ülgenin əmri ilə kumandıların içərisin-
dən onlar üçün dəmirçilər və şamanlar seçir (АГАИ, ф. АМ,
д.216, л. 125-126, 176). N.Alekseyevin fikrincə, bu süjet mif yara-
dıcılığının ən son mərhələsinə aiddir (Алексеев, 1984, с. 37-38).
Altay türklərinin şimal boylarından olan tubaların orta dün-
ya ilə bağl təsəvvürləri barədə məlumat daha azdır. S. Tokarevin
fikrincə, bu etnik qrupa dar çərçivəli soy ruhlarına inam daha
çox xarakterikdir. Bu boya daxil olan soylardan komdoşlar Yajil
xan və Pırça xanı, kuzen soyu Pırça xan və Kirqis xanı, üs soyu
Paxtuqan və Uraqanı, tiber və türgeş soyları Aba Yayiki daha
üstün tuturdular (Токарев, 1947, с. 157). A. Anoxinin qeydləri-
nə əsasən, Yajil xan, Pırça xan (Burça xan), Paxtuqan Ülgenin
oğullarıdır (Токарев, 1947, с. 148).
N.Alekseyev Kirqis xanın adının “qırğız” etnonimi il bağlı
olduğu ehtimalını irəli sürmüşdür (Алексеев, 1984, с. 38).
Altay türklərinin şimal boylarından olan çelekanların inanc
sistemi barədə məlumat tubalarınkından da azdır. V. Dioseqi və
F.Satlayevin yazdıqlarına görə çelkanlar Sulay kanı daha əziz
tutmuşlar (АГАИ, ф. АМ, д. 216, с. 136).
Sibir türklərinin köklü etnik qruplarndan olan xakaslara gə-
lincə, bütün xakas boyları dünyanın, insanların və heyvanların
36
yaradıcısı kimi Kuday xana tapınırdılar. O yuxarı dünyann işıqlı
varlıqlarının başçısı hesab edilirdi (Островских, 1895, с. 336).
Bu işıqlı varlqlar isə öz dünyalarında dinc oturmur, tez-tez orta
dünyaya enir, insanların işlərinə qarışır, onların və heyvanlarının
qutlarını oğurlayırdılar (Архив ХНИИЯЛИ, ф. 545, оп. 1, д.20,
л. 44). Xakasların inanc sistemini tədqiq etmiş alimlər, çox təəs-
süf ki, onların nə göydəki mövqelərini, nə də xarakteristikalarını
qeydə almamışlar. Bu baxımdan Kuday xan da istisna deyil.
Onun dünyanı və Erliki yaratdıqdan sonra gördüyü işlər və Er-
liklə düşmənə çevrilməsi barədə miflər də dövrümüzədək gəlib
çıxmamışdır. Maraqlıdır ki, bu məsələdə P. Ostrovskixin infor-
matoru olmuş müəllim M.Raykov (kaçin soyundan idi) xakas-
larda təktanrıçılıqla bağlı hər hansı bir təfəkkür və təsəvvürün
olduğunu bütünlüklə inkar etmişdir (Островских, 1895, с. 336).
Lakin bu fikri təsdiq edəcək heç bir başqa tutarlı mənbə yoxdur.
Odur ki, bu mövzuda dəqiq bir söz söyləmək çox çətindir.
Qeyd etmək lazımdr ki, N.Katanov və P.Ostrovskix Xakasi-
yaya XlX əsrin sonlarında səyahət etmişdilər və o vaxt bu türk
xalqı artıq xristianlığı qəbul etmişdi və əski inanclarını, demək
olar ki, unutmuşdu. Bununla belə onların arasında günəş, ay və
ulduzlarla bağlı bəzi kosmoqonik miflər hələ də yaşamaqda idi.
Xakaslar bu göy cisimlərini ilahiləşdirilmişdilər və onların in-
sanların həyatına təsir etmək gücündə olduqlarına inanırdılar
(Архив ХНИИЯЛИ, ф. 545, оп. 1, д.20, л. 44).
Xakasların aparıcı soylarından olan kaçinlərə (kaçanlara)
gəlincə, onlar arasında onqonçuluq daha yayğın olmuşdur. Onlar
quşların hamisi olan ruha inanmış, yuxarı dünya sakinlərini də
quş kimi təsəvvür etmişlər. Bu səbəbdən də kaçin şamanlarına
aid əldə olan ovsun və alqışlarda sohbət 40 quş nəslindən gedir
(Катанов, 1907, с. 569-570).
Əldə olan azsaylı materiallardan belə aydın olur ki, xakaslar
da xristian olmamışdan öncə digər türk soyları kimi əcdad ruhla-
rına (tööslərə) sitayiş etmiş, onların ayrı – ayrı soyları himayə
etdiklərinə, insanları güdərək onların qutlarını zəbt etdiklərinə
inanmışlar (Архив ХНИИЯЛИ, ф. 545, оп. 1, д.20, л. 61). Belə
37
ruhlardan biri də, çox güman ki, kaçinlərin “göy (boz) atların ha-
misi” adlandırdıqları tanrıça olmuşdur. Ona həsr edilmiş bir al-
qışda belə deyilirdi:
Sütül, dırnaqları daşa dəyməyən boz ata minib çapırsan!
Sən qara heyvanların, mal qaranın himayədarısan!
Bura oyrat və qırğızların ölkəsindən gəlmisən,
Ağ və mavi çələnglərlə bürünüb, bəzənmisən!
Abakan yüksəkliklərindəki qarlı dağları gəzirsən,
Altun yarpaqlı qayın ağacının kölgəsində dincəlirsən!
Ayaqların ağappaq buludlara çatır,
Ağ və mavi çələnglərin ardınca dalğalanır.
Atan Arkaydır, anansa Purkan,
İçdiyin ağ süd daha ağdır qardan.
Evin, yaşadığın kənd pambq buludlar üstündə tapmış qərar,
Var orada ay işığından bərq vuran altun, qızıl qayalar.
Günəşdən bərq vuran gümüşü qayalar da var,
Günəşin altında gümüş ulduz, ayın altında qızıl şəfəq parlar.
Onlara müraciət edib yalvarıram mən,
Altun yarpaqlı qayından yan keçirsən sən!
(Катанов, 1907, с. 572-573).
Kaçinlərin yuxarı dünya sakinlərindən hesab etdikləri mifik
varlıqlardan biri də “xozan töös”dür. “Xozan töös” xakas türkcə-
sində “dovşan əcdad”, “dovşan dədə” anlamlarına gəlir. Ona
həsr edilmiş bir alqış da qeydə alınmışdır:
Ağ Tanrı tərəfindən yaradıldın sən,
Ağappaq bir dovşan oldun sən!
Xumar rəngli dayçan altı yaşnda.
Hilala bənzər ağ, qırmızı donda,
Aydın səmaları gəzirsən sən,
Ağappaq dağ zirvəsində durursan sən!
Ağ qayın ağaçı altda kölgələnirsən,
Ağ buludlar üstündə evə sahibsən.
Yaşadığn kənd də buludlar qoynundadır,
Aydan altda yerləşən altı ulduzun altındadır.
Ağ muncuqlar kimi qoy düzülsün sapa,
Dostları ilə paylaş: |