Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə9/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   5   6   7   8   9   10   11   12   ...   154

 

26

Altay-kiji boyuna daxil olan bütün soyların tapındıqları digər 



bir  mifik  varlıq  zirvədə  yaşayan  Soyon  Qam  (şaman)  idi.  O,  ha-

milə qadınların yeni doğulan körpələri təhdid və təqib edirdi. 

Bundan başqa  yalnız ayrı-ayrı soylar tərəfindən qurban ve-

rilən ruhlar da qeydə alınmışdır. Bunlardan İrtış  yüksəkliklərin-

də,  Taylan  Karaqay  adlı  yerdə  yaşayan  Kalpas  Qama  yalnız 

mundus, ooçı, todoş və irkit soyları, Abaqanda yaşayan Monqu-

say Qama köbök, monol  və almat soyları, Abı  xanın  xidmətçisi 

Soloqoya isə köbök, almat, tölös, keje və saal soyları təzim edir-

dilər. Bu ruhların da hər biri müəyyən xəstəliklərin yayıcısı sayı-

lırdı (Каруловская, 1935, с. 168-170). 

Surbay  Qam  adlı  şamanın  ruhu  çay  və  göllərdə  yaşayırdı. 

O, ooçı  soyunun  şamanı  olmuşdu  və  çoxdan  suda  boğulmuşdu. 

Həmin soydan olan başqa Tarkan Qam və Emegen Çalu kimi şa-

manların  ruhları  da  orta  dünyada  sakindirlər  (Каруловская, 

1935, с. 162, 167, 172). 

Sibirdə yaşayan digər türk xalqlarının da orta dünya barədə tə-

səvvürləri saxa-yakut və Altay türklərinin təsəvvürlərindən çox az 

şeylə  fərqlənir.  Məsələn,  teleutların  inanclarına  görə,  burada  27 

qrup  ruhlar  yaşamaqdadır.  Bu  qruplar  bir-birindən  aralı  yaşayrlar. 

Onların  bir qismi  insanları  şər ruhların  hücumlarından qoruyurlar. 

Teleutlar evlərinin  qarşısında  daha  üstün  tutduqları  Temir  kan, 

Erkəy kan, Orto kan, Kurqay kan və Ces kanın şərəfinə beş qayın 

ağac  əkərdilər.  Bu  əkililər  birlikdə  sam  və  ya  çal  adlanırdı  və 

mərasimlərin  keçirilməsi  üçün  nəzərdə  tutulurdu  (Дыренкова, 

1949, с. 125). Sibirin türk xalqlarından telenqitlər də inanrdılar ki, 

insanlar  öləndən  sonra  ruha  çevrilirlər.  Onlar  ölümdən  sonra  da 

qohumları ilə əlaqələrini kəsmirlər. Onlar pislik və ya yaxşılıq edə 

bilərlər. Odur ki, onları razı salmaq və qurban vermək lazımdır. Bu 

səbəbdən də telenqitlər hər il öz ilxılarının ən yaxşı atlarını ruhların 

şərəfinə qurban kəsərdilər (Калачаев, 1896, с 483). 

Kumandıların  animistik  təsəvvürlərinə  görə,  hər  bir  yerdə, 

dağda, çayda, göldə və s. fövqaltəbii mifik varlıqlar yaşamaqda-

dırlar. Yəni hər bir golün, çayn, dağın, meşənin, ağacın, heyvan-

ların öz ağaları var. Bu ruhlar insanlara yaxşılıq və ya pislik et-




 

27

diklərinə  görə  iki  yerə  bölünürlər.  Söoka  örö  kumandı  soyuna 



görə, pislik edən  bəd ruhlar  bunlardıır: Çalbaş aza, Kaal  aza  və 

Nqanıs  saylıq  aza.  Altına  kumandı  soyuna  görə  isə  Öön  nqaqıs 

aza və Çajılday aza şər ruhlar hesab edilir. Şabat soyu isə bu sı-

raya  Öndırlıq  azanı,  söok  çeley  soyu  isə  Kurtıyaq,  Örökön  və 

Ok neqil azanı daxil edirlər (Сатлаев, 1974, с. 151). 

F.Satlayevin  yazdığına  görə,  bir  çox  soyun  himayəçi  ruhu 

şər ruhlar hesab edilərmiş. Lakin alim onların  hansı  soylara aid 

olduğunu  bildirməmiş,  sadəcə  adlarının  çəkməklə  yetinmişdir: 

Çör Teqri aza, Töbönö aza, Kortı nqaqıs aza, Şorat aza, Küdertiş 

aza və s. Kumandılar inanırdılar ki, əgər bu ruhlardan hər hansı 

biri kiminsə bostanında  məskunlaşarsa,  həmin adamın ailə üzv-

ləri bir-birinin ardınca öləcəklər (Сатлаев, 1974, с. 151). 

Bənzər baxışlar sistemi xakas türklərinə də xas olub. Onlar 

da dağların, çayların, göllərin və s. öz ruhları olduğuna inanmış-

lar.  Bundan  başqa  onlarda  at  kultu  da  çox  geniş  inkişaf  edib 

(Алексеев, 1984, с. 73). 

Saqay türkləri də elə hesab edirdilər ki, ölən adamların ruh-

larının bir qismi orta dünyada qalır. Onlar da eynən yuxarı dün-

yanın sakinləri kimi insanların rifah halını yaxşılaşdırmaq və ya 

ona  ziyan  vurmaq  iqtidarndadırlar.  Saqayların  himayəçi  ruhla-

rından biri olan Salıq bu xalqın mifoloji təsəvvürlərində çox say-

da  cins  atların  sahibi  kimi  təsəvvür  edilirdi.  Özünə  sayqısızlıq 

hiss etdiyi halda insanları qarın ağrısına mübtəla etmək gücündə 

olduğuna  inanılırdı.  Hesab  edilirdi  ki,  kürən  atlardan  ibarət  bö-

yük  bir  ilxıya  sahib  olan  bu  ruh  uryanxayların  torpaqlarının  ar-

xasında yaşayır (Катанов, 1907, с. 595). 

Saqay  mifologiyasına  görə, ölən  insan  və  heyvanların  ruh-

ları orta dünyanı tərk etmirlər. N. Katanov  yazır:  «Od ruhu  bü-

tün canlıları qızdırır və böyüdür. Bu ruh həmin canlı varlığı tərk 

edən kimi o ölür. Bədəni torpağa tapşırılır, ruhu  isə  yer  üzündə 

dolaşan ruhlar aləminə qatılır» (Катанов, 1907, с. 28). 

Alim bildirir ki, saqay türkləri insanların talelərinə təsir etmək 

iqtidarnda olan bu ruhların yer üzündə külək kimi bir yandan o biri 

yana  şütüdüklərinə  inanırdılar  Maraqlıdır  ki,  ruhlardan  qorxan 




 

28

saqaylar  qəbristanlıqlardan  qətiyyən  çəkinmirdilər.  Məsələn,  sa-



qaylardan biri N.Katanova bildirmişdi ki, əgər insan qəbrin üstündə 

yatarsa, onun başına heç bir iş gəlməz (Катанов, 1907, с. 558). 

Kaçinlərin  də  təsəvvürləri  saqay  türklərinin  baxışlarından 

az  şeylə  fərqlənmişdir.  Kaçin  türkləri  orta  dünyanın  mifik  var-

lıqları  içərisində  Karataq  (Qaradağ)  adlandırdıqları  dağın  eyni-

adlı  ruhuna  daha  çox  sayqıyla  yanaşardılar.  Karataqın  doqquz 

oğul və yeddi qızının insanların fəaliyyətlrini daim nəzarət altın-

da  saxladıqlarına  inanırdılar.  Karataqın,  yəni  Qaradağın  özünə 

gəlincə,  o,  Karasın  dağ  silsiləsinə  daxil  olan  dağlardan  biridir 

(Потапов, 1981, с. 128-129). 

Kaçinlərin təsvvürlərinə görə orta dünyada dağların, göllərin, 

çaylarn və s. ruhlarndan başqa insanlara müxtəlif xəstəliklər gətirən 

çox sayda başqa ruhlar da mövcuddur. Bu xalqın şamanları onları 

bədii  cəhətdən  çox  maraqlı  təsvir  etmişlər.  Məsələn  göz  xəstəlik-

lərinin səbəbkarı olan qırmızı lentli ruh belə təsvir edilmişdir: 

Sən, ey cürəbəcür adları olan və yüksəkliklərdə yaşayan! 

Sən, ey yer kürəsinin yüksək yerlərində məskun olan! 

Sən bu yerlərə at çapan uryanxaylarn torpağından buyurmusan, 

Sən, ey solaxay xan, hədəfdən yayınmırsan, quşu gözündən 

vurursan! 

Yüyəni qırmızı ipəkdən olan qırmızı-kürən atda gəzib çapırsan, 

Atının qabağında vurulmuş quş, arxasında ovlanmış heyvan 

aparırsan! 

İç inəyimin yağlı ağ südündən, gözlərimə toxunma, 

Qırx quş soyunun ölkəsindən gəldiyimiz zamandan, 

Sənə qurban verir, ağzını, mədəni doydururuq, 

Bizdən yan gəz, ey qrmızı lentli xan!  

(Катанов, 1907, с. 568). 

Kaçinlər  orta  dünyanın  ruhları  içərisində  taxıl  zəmilərinin 

ruhuna – ağasına da xüsusi münasibət bəsləyir, onun Xatay tor-

paqlarından gəldiyinə inanırdılar. Onun da öncəki ruh kimi göz-

lərə  ziyan  vurduğunu  sanırdılar.  Bundan  başqa  ,quşların  ağası 

kimi qəbul edilən ruhun da orta dünyada  yaşadığını  hesab edir-

dilər (Катанов, 1907, с. 569-570). 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə