Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə37/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   33   34   35   36   37   38   39   40   ...   154

 

110


çaq-bulqarların  əski  yurd  yerlərini  tərk  etməsinə  səbəb,  bəlkə  də, 

Cənubi Qafqazdan yeni protooğuz axınının olması səbəb olmuşdur. 

Burada  bir  maraqlı  məqama  xüsusi  diqqət  etmək  lazımdır. 

E.ə.  3200-ci  illərdə  R1a  və  P1b-lilər  təkcə  ərazicə  bir-birilərin-

dən  ayrılmamış,  eyni  zamanda,  fərqli  kultlara  sitayiş  etməyə 

başlamışlar. Bu, birincilərin kurqanlara araba, araba təkəri və ya 

da  onların  modelini,  ikincilərin  isə  daş  baltalar  qoymağa  başla-

ması şəklində özünü göstərmişdir.  

Bu nə deməkdir? 

Qoyulan sualın cavabını tapmağa bizə əski türk mifologiya-

sı  yardımçı  ola  bilər.  Məsələ  burasındadır  ki,  neolit  və  eneolit 

dövrlərində  həm  R1a-lılar,  həm  də  R1b-lilər  üçün  əsas  tapınaq 

obyekti  rolunda  bir  növ  birləşdirici  funksiyanı  yerinə  yetirən 

Ana ilahə (Ağ Ana Ürünq Ayığ Toyon) çıxış edirdi (Ксенефон-

тов, 1977, с. 97). Eneolit dövrünün sonlarına yaxın bu kult təd-

ricən  öz  əhəmiyyətini  itirməyə  başlamış  və  görünür,  tunc  döv-

ründən etibarən onun köməkçiləri rolunda çıxış edən əyələr (ayı-

lar) daha üstün vəziyyətə gəlmişlər.  

Əldə  olan  məlumata  görə,  kurqanların  forma  və  quruluşu, 

ora qoyulan əşyalar arasındakı fərqlər ölən şəxsin hansı qəbiləyə 

məxsus olmasından qaynaqlanırmış. Bunun isə səbəbi, fikrimiz-

cə, fərqli qəbilələrin özlərini hansı əyə ilə sıx əlaqədə görməsin-

dən,  onu  öz  himayəçisi  hesab  etməsindən  irəli  gəlirdi  (Кару-

новская, 1935, с. 178-182). 

Belə  görünür  ki,  təqribən  tunc  dövründən  etibarən,  yəni  Ağ 

ana  kultu  öz  əhəmiyyətini  itirdikdən  sonra  protooğuzlar  onun  kö-

məkçilərindən  biri  olan  Cesegey  ayıını  (Cesegey  əyəni)  özlərinə 

himayəçi  ruh  seçmişdilər.  Belə  hesab  edilirdi  ki,  bu  əyə  atçılığın 

himayədarıdır  və  insanlara  at  əhliləşdirməyi,  minməyi  və  arabaya 

qoşmağı,  eləcə  də  ətindən,  südündən,  dərisindən  istifsdə  etməyi  o 

öyrətmişdir (Ксенефонтов, 1977, с. 97). Protooğuz qəbilə başçıla-

rının  (bəylərin)  hakimiyyət  rəmzi  rolunda  at  başlı  skipeterlərin 

çıxış etməsi, onların qəbirlərinə bu əşyanın, eləcə də arabaların və 

ya da araba təkərlərinin qoyulmasının səbəbini yalnız bununla izah 

etmək  mümkündür.  Protoqıpçaq-bulqalar  isə,  belə  görünür  ki, 



 

111


özlərinə himayəçi ruh qismində Ağ ananın başqa bir köməkçisini - 

Sügə  toyonu  (tərcüməsi  “Balta  ağa”)  seçmişdilər.  Əsas  simvolu 

balta  olan  bu  əyənin  ildırımların  və  şimşəklərin  hakimi  olduğuna 

inanılırdı (Ксенефонтов, 1977, с. 97). Fikrimizcə, Döyüş baltaları 

mədəniyyətinin  xarakterik  xüsusiyyətlərindən  biri  olan  daş  və  ya 

metal baltaların kurqanlara qoyulması adəti belə yarana bilərdi.  

Əlbəttə,  Ceseqey  ayıı  kultunun  atın  əhliləşdirilməsindən, 

Sügə toyon kultunun da «sügə» (bu söz rus dilinə «sekira»  for-

masında keçib) tipli xüsusi balta növünün icadından öncə ortaya 

çıxdığını düşünmək qeyri-ciddi olardı. Qədim türklərdə ayııların 

(əyələrin)  böyük  əksəriyyətinin  əcdad  kultu  ilə  bağlı  olduğunu, 

yəni  ölən  əcdadların  ruhunun  fetişləşdirildiyini  nəzərə  alsaq, 

həm Ceseqeyin, həm də Sügənin real şəxslər olduğunu, onlardan 

birincisinin  tarixdə  ilk  dəfə  atı  əhliləşdirdiyini,  digərinin  isə  ilk 

döyüş baltaları hazırladığını böyük ehtimalla düşünmək olar. 

Maraqlıdır ki,  bu  yolla gedərək,  yəni Türk  mifologiyasındakı 

əyələr sistemini dərindən öyrənərək, tarixdə bu və ya digər kəşfə və 

icada  imza  atmış  real  şəxsiyyətlərin  adlarını  və  bu  şəxsiyyətlərin 

hansı Türk soy və ya boyundan olduğunu çətinlik çəkmədən aydın-

laşdırmaq olar. Qədim türklər bu məlumatları əfsanələşdirərək, mi-

foloji dona bürüyərək nəsildən nəslə ötürmüşlər və dövrümüzədək 

gəlib  yetişən  həmin  süjetlərin  böyük  bir  hissəsi  XIX-XX  əsrlərdə 

folklorşünas və etnoqraflar tərəfindən qeydə alınmışdır. 

Arxeoloqlar  aşağıdakı  mədəniyyətləri  Döyüş  baltaları  mə-

dəniyyətinin davamı və birbaşa varisi hesab edirlər:  

1. 


Untets mədəniyyəti (e.ə. 2300-e.ə. 1600-cü illər). Mərkə-

zi  Avropada  mövcud  olmuşdur.  Onun  lokal  variantlarına  Adel-

berq  və  Ştraubinqdə,  eləcə  də  Macarıstanda  rast  gəlinmişdir 

(Племена Европы и Азии). 

2. 

Nordik (Şimali) Tunc mədəniyyəti (e.ə. 1700-e.ə. 500-ci 



illər). Danimarkanı və Skandinaviya yarımadasının cənubunu və 

qərbini əhatə etmişdir (Demakopoulou K., 1999). 

3. 

Stjijov  mədəniyyəti  (e.ə.  II  minillik).  Ukrayna  və  Polşa 



ərazisini əhatə etmişdir (Седов В. В., 2002). 


 

112


4. 

Sosnitsk mədəniyyəti (e.ə. II minillik). Rusiyanın Cerni-

qov, Kursk və Bryansk vilayətlərində mövcud olmuşdur (Седов 

В. В., 1999, с. 273). 

5. 

Kurqan məzarları mədəniyyəti (e.ə. 1600-e.ə. 1200-ci il-



lər).  Bavariya  və  Vürtemberq  istisna  olmaqla,  Untets  mədəniy-

yətinin  yayıldığı  ərazilərdə  onun  davamı  kimi  mövcud  olmuş-

dur. (Burada bir məsələyə xüsus diqqət yetirmək və bu mədəniy-

yəti IV-VI əsrlərdə Yaponiya ərazisində mövcud olmuş eyni adlı 

mədəniyyətlə qarışıq salmamaq lazımdır. Maraqlıdır ki, kurqan-

lar Yaponiyaya da gedib çıxmışdır və oradakı kurqanları hun və 

göytürklərlə bağlayırlar) (Barbara Ann Kipfer, 2000).  

6. 


Yastorf mədəniyyəti (e.ə. 600-e.ə. 300-cü illər) Danimar-

ka və Almaniya ərazilərində mövcud olmuşdur. Bu mədəniyyəti 

Nordik Tunc mədəniyyətinin fərqli variantı hesab edirlər (Седов 

В. В., 2002). 

7. 

Tşinetsk mədəniyyəti (e.ə.XIX-XI əsrlər). İzlərinə Polşa, 



Ukrayna,  Belorus  və  Rusiya  ərazisində  rast  gəlinmişdir 

(Gardawski A., 1959, s. 7-189). 

8. 

Lebedovsk mədəniyyəti (e.ə. XI-VIII əsrlər). Ukraynanın 



Çerniqovsk və Sumsk vilayətlərini əhatə edib. Bu mədəniyyətin 

Sosnitsk  mədəniyyətindən  törədiyi  və  onun  davamı  olduğu  he-

sab edilir (Жаров Г. В. Жарова Т. Н.). 

9. 


Məzar  küpləri  mədəniyyəti  (e.ə.  1300-750-ci  illər).  Polşa 

və Almaniyadan İspaniyaya qədər geniş bir ərazidə yayılmışdır. Bu 

mədəniyyətin  təmsilçiləri  ölüləri  yandırar  və  kulünü  küpdə  bas-

dırardılar. İlk dövrlərdə məzarın üstü kurqan örtüyü ilə örtülsə də, 

sonrakı dövrlərdə kurqan adəti bütünlüklə tərk edilmişdir. Bu onu 

göstərir ki, həmin dövrdə həmin ərazilərdə yaşayan türklər dinlərini 

dəyişmiş  və  yerlilərin adət-ənənəsini  və dilini  qəbul etmişlər. Fik-

rimizcə,  türk  genli  hinavropalıların  tarixinin  başlanğıcı  bu  mədə-

niyyətlə bağlı ola bilər (Fokkens Harry, 1997, pp. 360-373). 

10. 


 Pşevorsk mədəniyyəti (e.ə. II-b.e. IV əsrlər). Polşa əra-

zisində mövcud olmuşdur (Седов В. В., 2002). 

11. 

 Miloqradsk  mədəniyyəti  (e.ə.  VI-I  əsrlər).  Qomel  vila-



yətinidə mövcud olmuşdur (Лошенков М. И., 2011). 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə