Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə36/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   32   33   34   35   36   37   38   39   ...   154

 

107


tanın cənubunda, Trialeti yaylasında yerləşən və e.ə. II minilliyin 

2-ci yarısına aid edilən (Куфтин Б. А., 1941, s. 2) kurqanların bir 

neçəsindən  araba  tapılmasını,  eləcə  də.  1956-cı  ildə  A.  Mnаsak-

yan  tərəfindən  Göyçə  gölü  yaxınlığında,  Ördəkli  (Lçaşen)  adlı 

məntəqədə aşkar edilən və e.ə. III-I minilliklərə aid olduqları mə-

lum olan kurqanlarda da iki və dördçarxlı arabalara rast gəlməsini 

(Мнацаканян А. О., 1960) misal çəkə bilərik. 

Çuxur mədəniyyətinin daşıyıcılarının DNT analizləri də on-

ların  Şimala  Cənubdan,  Ön  Asiyadan  köçdüklərini  söyləməyə 

əsas  verir.  Son  illərdə  aparılmış  tədqiqatlar  nəticəsində  onlarda 

H,  H15b1,  U5,  T2,  T1,  T1a1,  U4,  K,  W,  N1a,  J,  U2,  X,  R0a1 

mitoxondrial  (ana  xətti)  haploqruplarını  üzə  çıxarmışdır.  Lakin 

bizi maraqlandıran təkcə ata xətti, yəni mitoxondrial haploqrup-

lar  yox,  həm  də  ata  xətti,  başqa  sözlə  qadınlarda  olmayan,  ata-

dan  oğula  keçən  Y-xromosomlardır.  Rostov  vilayətindəki  Ulan 

IV  məzarlığından  tapılmış  11  skeletin  DNT  analizləri  onların 

hamısında  R1a  haploqrupunu  aşkar  etmişdir.  Onlardan  8-inin 

R1a12a2, 1-inin R1ba2 M269, bir nəfərinin R1b1a2a-L23 və bir 

nəfərinin  də  R1b1a-P297  haplotipinə  sahib  olduğu  məlum  ol-

muşdur (Haak W. et al., 2015; Morten E. Allentoft, et al., 2015; 

İain Mathieson, et al., 2017). 

Bu  isə  o  deməkdir  Çuxur  mədəniyyətini  yaradanlar  əsasən 

Kür-Araz  mədəniyyətinin  daşıyıcıları  olan  gəlmələrlə  daha  ön-

cəki  Xvalınsk  mədəniyyətinin  daşıyıcısı  olan  yerlilərdən  törə-

mişlər. Bu fikri antropoloqlar da təsdiq edirlər. Onların yazdığı-

na  görə,  «Cuxurlu»ların  önəmli  hissəsi  eynən  «Kür-Arazlı»lar 

və «Maykoplu»lar kimi dolixokran kəllə quruluşuna sahib idilər 

(Восточные славяне…). 



 

Döyüş baltaları və ya qaytan keramikası mədəniyyəti 

(e.ə. 3200-2300-cü illər): Protoqıpçaq-bulqarlar 

protooğuzlardan niyə ayrılıb Qərbi Avropaya köç etdilər? 

Türklərin Avropada əsasını qoyduqları daha bir mədəniyyət 

eneolit  dövrünün  sonları  -  tunc  dövrünün  əvvəllərini  əhatə  edir 

və elmi ədəbiyyatda «Döyüş baltaları mədəniyyəti» və ya «Qay-




 

108


tan  keramikası  mədəniyyəti»  adı  ilə  tanınır.  Bu  iki  fərqli  ad  bu 

mədəniyyətə xas iki xarakterik xüsusiyyətdən qaynaqlanır:  

1. Kurqanlarda, böyrü üstə basdırılan ölülərin yanına daş və 

ya metal balta qoyular, bəzənsə balta meyitlərin əlinə verilərdi. 

2. Bu  mədəniyyətə  xas  keramikada  ən  çox  istifadə  edilən 

bəzək növü qaytan şəklində idi. 

Şərqdə  Çuxur  mədəniyyəti  ilə  həmsərhədd  olan  bu  mədə-

niyyət  Orta,  Şimali  və  Qərbi  Avropanın  geniş  ərazilərini  əhatə 

etmiş,  sonrakı  dövrlərdə  törəmə  mədəniyyətlər  şəklində  cənuba 

doğru  yayılmışdır.  Aparılan  genetik  analizlər  sayəsində  Döyüş 

baltaları mədəniyyətinin əsasını bir neçə əsr öncə Yaxın Şərqdən 

(Cənubi Azərbaycan və Şərqi Anadoludan) gələn, Xvalınsk mə-

dəniyyətinin  qurulmasında  protooğuzlarla  (R1b)  birlikdə  iştirak 

edən  protoqıpçaq-bulqar  mənşəli  (R1a)  tayfalarla  (79 %)  Avro-

panın  qədim  daş  dövrü  qəbilələrinin  (21%)  birlikdə  qurduqları 

məlum  olmuşdur  (Haak  W. et  al.,  2015;  İain Mathieson,  et  al., 

2017; Morten E. Allentoft, et al., 2015). 

Sözügedən  mədəniyyətin  daşıyıcılarının  bir  qismi  əkinçilik 

və oturaq maldarlıqla məşğul olur və kiçik kəndlərdə yaşayırdı-

lar. Sənətkarlıq, xüsusən də dulusçuluq, toxuculuq, metallurgiya 

inkişaf etmişdi. Bununla belə, əhalinin böyük hissəsi yarımköçə-

ri və köçəri həyat tərzi sürüdü. Qoyunçuluqla məşğul olan əhali 

yaylaq-qışlaq  həyat  tərzi  keçirir,  at  bəsləməklə  məşğul  olanlar 

üçünsə daha çox köçərilik xarakterik idi. 

Ölülər  böyrü  üstə,  bükülü  vəziyyətdə  basdırılardı.  Kişilər 

təqribən  1  m  dərinliyində  qazılan  çuxur  qəbirlərə  sağ,  qadınlar 

isə  sol  böyrü  üstə  qoyulardı.  Meyitlərin  üzü,  bir  qayda  olaraq, 

cənub  istiqamətinə  yönləndirilirdi.  Qəbirlərin  üzərində  çox  da 

hündür olmayan kurqanlar qurulurdu. Bəzənsə kurqan örtüyü ol-

mazdı (Кренке Н. А., Ершов И. Н., Лазукин А. В., Войцик А. 

А., Раева В. А., Рожанская Н. И., 2013, c. 14-29). 

Almaniya  və  İsveçrə  ərazisindəki  qəbirlərdən  əldə  edilmiş 

skeletlərdən götürülmüş DNT nümunələri üzərində aparılan ana-

lizlər  Döyüş  baltaları  mədəniyyəti  qəbilələrinin  HV,  H, I,  J,  K, 

T, U, W, X mitoxondrial (ana xətti) haploqrupunun daşıyıcısı ol-



 

109


duqlarını  (Русакова  Е.,  2016)  üzə  çıxarmışdır  ki,  bu  da  həmin 

mədəniyyəti  Xvalınsk  və  Cuxur  mədəniyyətləri  ilə  qohum  mə-

dəniyyətlər sırasına daxil etməyə imkan verir. 

DNT Y-xromosomların (ata nəsli) müəyyənləşdirilməsi isti-

qamətində aparılmış analizlər nəticəsində  mədəniyyətin  yayıldı-

ğı ərazilərin əksər hissəsində yaşayan qədim əhalinin böyük qis-

minin  R1a1 haploqrupunun daşıyıcısı olduğu  müəyyən edilmiş-

dir. Bu nəticəyə Esperştedtdən tapılmış 1 (Esperstedt, № I0104) 

(Haak  W. et  al.,  2015)  və  Eylaudan  (Eulau)  üzə  çıxmış  (İain 

Mathieson, et al., 2017) 2 skeletdən götürülmüş DNT nümunələ-

rinin analizi sonucunda gəlinmişdir. Polşadakı Leki Male yaxın-

lığındakı  məzardan götürülmüş  nümunənin  analizi də eyni  nəti-

cəni  vermişdir.  Həmin  ərazidə,  e.ə.  2286-2048-ci  illər  arasında 

yaşamış  insanın  skeleti  üzərində  aparılmış  tədqiqatlar  onun  da 

R1a  (R1a1a1-M417)  haploqrupuna  sahib  olduğunu  ortaya  qoy-

muşdur (Morten E. Allentoft, et al., 2015).  

Estoniyanın  iki  müxtəlif  yerindən  (Ardu  и  Kunila)  əldə 

edilmiş  4  qədim  insan  qalığının  üçünün  R1a-Z645,  birinin  isə 

R1a1a1-Z283 haploqrupunun daşıyıcısı olduğu məlum olmuşdur 

(Lehti Saag et al, 2017; Alissa Mittnik et al, 2017). 

Maraqlıdır  ki,  Çuxur  mədəniyyəti  təmsilçilərinin  hamısın-

dan  R1b  haploqrupu  çıxdığı,  R1a-nın  izinə  rast  gəlinmədiyi  ki-

mi,  Döyüş  baltaları  mədəniyyəti  təmsilçilərinin  də  hamısının 

R1a haploqrupuna sahib olduğu və bu ərazidə R1b-yə rast gəlin-

mədiyi müşahidə edilmişdir. 

Bu isə o deməkdir ki, Xvalınsk mədəniyyəti dövründə proto-

oğuzlarla (R1b) bir yerdə yaşayan, Avropaya da Cənubi Qafqaz-

dan onlarla  bir  yerdə köç  edən protoqıpçaq-bulqarlar  hansısa  sə-

bəbdən, təqribən e.ə. 3200-cü illərdə əski yurd yerini tərk edərək 

Qərbə üz tutmuşdularr. Əski yurd yerində qalan protooğuzlar Cu-

xur,  Qərbə  köç  edən  protoqıpçaq-bulqarlar  isə  Döyüş  baltaları 

mədəniyyətlərinin əsasını qoymuşlar. Bu mədəniyyətlərin hər iki-

sini Xvalınsk mədəniyyətinin varisi hesab etmək olar. Hərçənd ki, 

Cuxur  mədəniyyətinin  formalaşmasında  Cənubi  Qafqazdan  Şi-

mala köç edən Kür-Arazlılar da önəmli rol oynamışlar. Protoqıp-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə