Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə32/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   28   29   30   31   32   33   34   35   ...   154

 

95

Qafqaz arxeologiyasının ən mühüm elmi problemlərindən bi-



rinin  xalkolit  (eneolit)  dövrünə  aid  Leylatəpə  mədəniyyətinin  təd-

qiqi  olduğunu  bildirən  N.Müseyibli  yazır  ki,  İ.Nərimanov  tə-

rəfindən  Qarabağda  eyni  adlı  yaşayış  məskəninin  qazıntısı  nəti-

cəsində  XX  əsrin  80-ci  illərində  müəyyən  edilmiş  Leylatəpə  arx-

eoloji  mədəniyyəti  (Нариманов  И.Г.,  1985,  271-272),  son  illərə 

qədər demək olar ki, yalnız bir abidə əsasında məlum idi. «Son illər 

ərzində Azərbaycan ərazisində bu mədəniyyətə aid çoxsaylı abidlər 

aşkara  çıxarılmış  və  qazıntılar  aparılmışdır.  Bakı–Tbilisi–Ceyhan 

neft kəmərinin çəkilişi ilə əlaqədar aparılan arxeoloji qazıntı işlərini 

xüsusilə  qeyd  etməl  lazımdır.  Bu  layihə  çərçivəsində  aparılan  çöl 

tədqiqatları zamanı 2004-2005-ci illərdə Azərbaycanın qərb bölgə-

sində  I  Böyük  Kəsik,  I  Poylu,  II  Poylu,  Ağılıdərə  kimi  yaşayış 

yerləri,  Cənubi  Qafqaz  arxeologiyası  üçün  ilk  dəfə  olaraq  eneolit 

dövrünə  aid  Soyuqbulaq  kurqanları  aşkar  edilərək  qazıntı  işləri 

aparılmışdır» (Müseyibli N., 2011, s. 22). 

Alimin yazdığına görə, Azərbaycanın qərb bölgəsində Ley-

latəpə mədəniyyətinə aid çoxsaylı abidələrin aşkar olunması son 

eneolit dövründə - e.ə. IV minilliyin I yarısında daha geniş areal-

da intensiv şəkildə yayıldığını göstərir. «Digər tərəfdən, həm qa-

zıntıların  aparıldığı,  həm  ilkin  kəşfiyyat  işlərinin  aparıldığı  abi-

dələrin… keramika  məmulatının əsas  xüsusiyyətləri bu abidələ-

rin  və  bütövlükdə  Leylatəpə  mədəniyyətinin  bir  tərəfdən  Ön 

Asiya,  digər  tərəfdən  isə  Şimali  Qafqazın  Maykop  mədəniyyəti 

ilə  bağlı  olduğunu  sübut  edir.  Saxsı  qabların  tipoloji  olaraq  ən 

yaxın paralelləri Şərqi Anadolu – Şimali Mesopatamiya bölgələ-

rindəki  Arslantəpə,  Təpə  Qavra,  Tel  Xəznə  və  s.  abidələrindən 

məlumdur.  Maykop  mədəniyyətinin  erkən  mərhələsinə  aid  de-

mək olara ki, bütün abidələrdən belə qablar, o cümlədən üzərin-

də  «dulusçu  işarələri»  (damğalar  –  B.  T.)  olan  qablar  (Коре-

невский  С.  Н.,  1999,  7-23;  Мунчаев  Р.  М.,  1975)  aşkar  edil-

mişdir (Müseyibli N., 2011, s. 25-26).  

Arxeoloqların əksəriyyəti bu fikirdədir ki, Leylatəpə mədə-

niyyəti öz köləri etibarı ilə Übeyd və erkən Uruk mədəniyyəti ilə 

bağlıdır.  Q.  Qoşqarlının  sözlərinə  görə,  Böyük  Kəsik  1,  Böyük 




 

96

Kəsik 2, Poylu 1, Poylu 2 və Ağılı Dərədən üzə  çıxmış  mədəni 



təbəqələr  Übeyd  və  erkən  Uruk  mədəniyyətindən  məlum  olan 

mədəni təbəqələrlə bənzərlik təşkil edir (Гошгарлы, 2005, c. 74). 

T.Axundov və X.Alməmmədov da eyni fikirdədirlər. Onlar 

yazırlar  ki,  IV  minilliyin  ikinci  rübündə  və  ortalarında  Şimali 

Mesopatamiyadan Güney Qafqaza gələn Uruk ənənələrinin daşı-

yıcıları əvvəlcə Leylatəpə mədəniyyətinin formalaşmasına təkan 

vermiş,  bundan  sonra  Şimali  Qafqaza  miqrasiya  edərək  orada 

Maykop mədəniyyətinin əsasını qoymuşlar (Axундов, Алмаме-

дов, 2009, с. 33-34). 

F.Quliyev  isə  qeyd  edir  ki,  Böyük  Kəsik  qəsəbəsində  tapı-

lan  saxsı  qab  qalığı  ilə  Uruk  keramikası  arasındakı  eynilik  mə-

dəni əlaqələrdən xəbər verir (Гулиев, 2005, c. 82). 

Arxeoloqların gəldiyi bu nəticə genetiklərin gəldikləri nəticə-

lərlə bütünlüklə üst-üstə düşür və maraqlıdır ki, dilçi və folklorçu 

alimlərin gəldikləri nəticələr də onların fikirlərini təsdiqləyir. 

Dövrümüzədək ilk Uruk hökmdarı Bilqamıs (// Qilqamısın) 

haqqında  qədim  bir  şumer  dastanı  gəlib  çatmışdır.  Orada təsvir 

edilən  bəzi  adət  və  ənənələrin  bugünə  qədər  Azərbaycan  xalqı 

arasında yaşamaqda olması adamı heyrətə gətirməyə bilmir. Mə-

sələn, Azərbaycanda, eləcə də digər türk ölkələrində bir kəsi yo-

la  salarkən  arxasınca  su  atmaq  adəti  yaşamaqdadır.  Belə  hesab 

olunur  ki,  yolçunun  arxasınca  su  atmaq  yolun  uğurlu  olmasına 

kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs” das-

tanında eyni adət və inancın izlərinə rast gəlinmişdir:  

Sabunlu köklər ilə bədənini yudu o. 

Öz qamətinə layiq gözəl paltar geydi o. 

Sinəsinə yaraşan boyunbağı da asdı 

Belinə qurşaq vurub, başına tac qoydu o. 

İgidlərin ardınca bir cam təmiz su atdı. 

Pillələrlə çıxıb o evin damına qalxdı  

(Bilqamıs dastanı, 1985, s. 32).  

Başqa bir misala baxaq. Folklorşünas alim B. Abdullayevin 

yazdığına görə, qədim zamanlarda ölənin yaxın adamları saçları-

nı yolub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını, ömrü-




 

97

nü təmin edən, hətta öləndən sonra onu dirildən vasitələrdən ol-



ması barədə miflər var (Vəliyev, 1985, s. 112). 

Eyni  mövzuya  toxunan  Ə.Haqverdiyev  isə  yazır  ki,  qədim 

Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq  bir  adət olmuşdur. 

«Həmin günü camaat bir yerə toplaşardı. Bu toplaşmaya "yuq" de-

yirdilər.  Toplananlar  üçün  qonaqlıq  düzələrdi,  xüsusi  dəvət  olun-

muş yuğçular isə ikisimli qopuz çalıb, oynayardılar. Yuğçu əvvəlcə 

qəhrəmanın  igidliyindən  danışıb,  onu  tərifləyirdi.  Sonra  isə  qəmli 

havaya  keçib  şanlı  qəhrəman  üçün  ağı  deyərdi.  Toplaşanlar  da 

hönkür-hönkür  ağlayardı...  Ölünü  ağlamaq,  cənazəsi  üstündə  saç 

yolmaq adət halını almışdı» (Haqverdiyev, l957, s. 392). 

Maraqlıdır ki, eyni adətin izlərinə «Bilqamıs dastanı»nda da 

rast gəlirik: 

O kəslər ağlayar ki, qədim adamlar kimi 

səninlə öyünərdi,  

O kəslər ağlayar ki, sənə öz süfrəsində 

bir vaxt çörək verərdi. 

Ayağına ətir-yağ çəkən kəniz ağlayar, 

Sənə şərab içirən qulun göz yaşı axar, 

Canına zeytun sürtən yava qadın ağlayar. 

Sənin məsləhətinlə özünə arvad tapıb, 

Nigah otağına ilk qədəm basan ağlayar. 

Qardaşların ağlayar, bacı kimi hay salar, 

Yaslara  batar tamam,  nalə  çəkib  saç  yolar!  (Bilqamıs 

dastanı, 1985, s. 64). R. Göyüşov  yazır ki, daşdan və gildən dü-

zəldilən  insan  fiqurları eneolit dövrünün  ən  maraqlı abidələridir 

(Göyüşov, 1986, s. 31).  

 Şübhəsiz ki, eneolit və tunc dövrlərinə aid ən  maraqlı  mə-

rasimlərdən  biri  də  müxtəlif  insan  fiqurları  ilə  bağlı  olmuşdur. 

«Bilqamıs  dastanı»nın  məzmunundan  belə  görünür  ki,  eneolit 

dövrü sakinləri, eləcə də sonrakı tunc dövründə şumerlər bu gil 

heykəlləri  günəş  tanrısı  Utuya  (akkad  variantında  Şamaşa)  qur-

ban verərmişlər:  

Bilqamıs özü gildən bir heykəlcik düzəltdi. 

Sonra taxtadan böyük bir masa da çıxartdı. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə