Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə29/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   25   26   27   28   29   30   31   32   ...   154

 

86

E.ə. 3000-2800-ci illəri əhatə etdiyi düşünülən sonuncu dal-



ğa  zamanı  çuxur  mədəniyyəti  çöl  zonasının  sərhədlərini  aşmış, 

Rumıniya,  Bolqarıstan  və  Macarıstana  qədər  yayılmışdır  (Gim-

butas, 1997). 

M.Gimbutasın bu fikirləri N.Merpert (Мерперт Н.Я., 1976, s. 

109), V.Danilenko (O’Shea, J., Milner, C.M., 2002, s.33, 40, 81), 

S.İvanova, V.Petrenko, N.Vetcinnikova (Иванова С.В., Петренко 

В.Г., 2005, s.125), V.Derqacev (Дергачев В.А., 2000, с. 188-236) 

kimi  alimlər tərəfindən  dəstəklənmişdir.  Lakin onu  tənqid edənlər 

də  az  olmamışdır.  Bu  baxımdan  İ.Vasilyevin  (Васильев  И.  Б., 

2003,  s.  63)  və  F.Kolun  (Kohl  Philip  L.,  2007,  s.  51-52;  Kohl 

Philip L., 2007, s. 140-141) adları ön sırada çəkilməlidir.  

 

Türklərin Avropada qurduqları ilk mədəniyyət –  



Xvalınsk mədəniyyəti (e.ə. V-IV minilliklər) 

Türklərin ulu babalarının, yəni R1b və R1a Y-xromosomları-

nın daşıyıcılarının eneolit dövründə Avropada qurduqları ilk  mə-

dəniyyət  kimi  hələlik  e.ə.  V-IV  minilliklərə  aid  Xavalınsk  mə-

dəniyyətini gözdən keçirmək daha doğru olar. Hərçənd ki, bir sıra 

mütəxəssislər bu mədəniyyəti Samara mədəniyyətinin davamı və 

varisi  sayırlar  (Клейн  Л.С.,  2007,  с.  94-95).  Onların  fikrincə, 

kurqanın  prototipi  hesab  ediləcək  dəfn  adəti  məhz  Samara  mə-

dəniyyəti  dövründə  peyda  olub.  Lakin  Samara  «kurqan»larının 

klassik  anlamda  hələ  kurqan  olmadığını,  eləcə  də  əlimizdə  bu 

mədəniyyətin  daşıyıcılarının  gen  analizlərinin  nəticələrinin  ol-

mamasını  əldə əsas tutaraq biz bu məsələni gələcək tədqiqatçılar 

üçün açıq buraxmağa və türklərin hunlara qədərki tarixinin Çatal-

Höyükdən  sonrakı  mərhələsi  kimi  məhz  Xvalınsk  mədəniyyətini 

gözdən keçirməyə qərar verdik. Çünki «Xvalınsklı»ların ölülərini 

kurqanlarda basdırdığı və bu kurqanlardan əldə edilən sümüklərin 

DNT  analizlərinin  nəticələri  məlumdur  və  bu  da  bizə  Xvalınsk 

mədəniyyətindən  Türk  tarixinin  Çatal-Höyükdən  sonrakı  ikinci 

böyük mərhələsi və mədəniyyəti kimi danışmağa imkan verir. 

Sözügedən mədəniyyət öz adını ilk nümunələrinin tapıldığı 

şəhərin adından – Rusiyanın Saratov vilayərində, Volqa çayının 

sağ sahilində yeləşən Xvalınsk şəhərindən almışdır. Arxeoloqlar 




 

87

onun  izlərinə  şərqdə  Ural  çayına,  qərbdə  Azov  dənizinin  şimal 



sahillərinə  qədər  uzana  geniş  ərazidə  rast  gəlmişlər.  Sonrakı 

dövrlərə  aid  Çuxur  mədəniyyəti  və  Qazaxıstan  ərazisində  aşkar 

edilmiş Botay mədəniyyəti Xvalinsk mədəniyyətinin birbaşa da-

vamı və varisi hesab edilir (Клейн Л. С., 2007, с. 95).  

«Xvalınskli»ların  misdən  müxtəlif  əşyalar  düzəltməkdə, 

başqa  sözlə  metallurgiya  sahəsində  usta  olduqları  məlumdur. 

Onların əsas məşğuliyyət sahəsi heyvandarlıq və atçılıq idi. Ov-

çuluq və balıq ovu da geniş yayılmışdı. 

Artıq  qeyd  etdiyimiz  kimi,  Xvalinsk  mədəniyyətini  quranlar 

ölülərini kurqanlarda basdırırdılar. Sözügedən mədəniyyətə aid mə-

zarlıqlar içərisində Xvalinsk şəhəri yaxınlığında aşkar edilmiş 30 x 

26 m ölçülü məzarlıq arxeoloqların üzə çıxardıqları ilk bu tip abi-

dədir. Bu məzarlıqda 158 skeletə rast gəlinmişdir ki, onların böyük 

əksəriyyəti  tək  dəfn  edilmişdir,  2-5  nəfərin  kollektiv  şəkildə  dəfn 

edildiyi  bir  neçə  məzara  da  rast  gəlinmişdir.  12  qəbrin  üzərində 

kiçik kurqan aşkar edilmişdir. Bu kurqanların örtükləri daş yığının-

dan ibarət idi. Qəbirlərin bəzisində eynən Samara mədəniyyətində 

olduğu kimi at, qoyun və qaramal sümüklərinə rast gəlinmişdir. 

Nalçik  şəhəri  yaxınlığındakı  məzarlıqda  121  məzara  rast  gə-

linmişdir.  Burada  da  dəf  edilənlər  eynən  Xvalinsk  məzarlığında 

olduğu kimi arxaları üstə basdırılmış, ayaqları dizdən bükülmüşdü. 

Qeyd  edək  ki,  arxası  üstə  basdırmaq  adəti  R1b  Y-xromosomunu 

daşıyanlar, böyrü üstə (qadınlar sol, kişilər səğ böyrü üstə), bükülü 

vəziyyətdə  basdırmaq  adəti  isə  R1a  haploqrupunun  daşıyıcıları 

üçün xarakterik olmuşdur. Bunlardan birincilərin bugünkü varisləri 

içərisində  oğuz  türkcəsində,  ikincilərin  varisləri  içərisində  isə 

qıpçaq-bulqar türkcəsində danışanlar əksəriyyət təşkil edir.  

Nalçik məzarlığında ölülərin üzərinə oxra səpilməsi, qəbirlərin 

qurulmasında sal daşlardan istifadə edilməsi halına tez-tez rast gə-

linir. Bundan başqa, bütün məzarlıq kurqan örtüyü ilə örtülmüşdü.  

Qəbirlərdən  çıxan  əşyalar  əsasında  arxeoloqlarda  belə  bir 

fikir  formalaşmışdır  ki,  «Xvalınsklı»lar  arasında  təbəqələşmə 

mövcud olmuşdur. Nisbətən sonrakı dövrlərə aid qəbirlərdən çı-

xan  arxeoloji  materiallar  təbəqələşmənin  dərinləşdiyi,  qəbilə 




 

88

başçısı institutunun formalaşdı barədə fikir söyləməyə əsas verir 



(Васильев И. Б., Кузнецов П. Ф., Семёнова А. П., 1994).  

Xvalınsk  kurqanlarının  öyrənilməsi  baxımından  Samara, 

Orenburq və Saratov məzarlıqlarının böyük önəmi var. Eyni sözləri 

Xvalınsk  I,  Xvalınck  II  məzarlıqları,  eləcə  də  Krivoluç  məzarı 

barədə də söyləmək olar ki, bu barədə sonra söhbət açacağıq. 

Xvalınsk  kurqanlarından  çıxan  skeletlərdən  götürülən  DNT 

nümunələrinin  analizləri  çox  maraqlı  nəticələr  vermişdir.  Aparılan 

genetik tədqiqatlar nəticəsində burada da eynən Çatal-Höyükdə ol-

duğu kimi R1b və R1a Y-xromosomlarının dominantlıq təşkil etdiyi 

məlum olmuşdur. Eyni zamanda Q1a Y-xromosomuna da rast gə-

linmişdir ki (İain Mathieson, et al.), bu da türklərin Anadolu (R1b) 

və  Güney  Azərbaycandan  (R1a)  Avropaya  köçündən  əvvəl  həmin 

ərazidə yaşamış əhalinin kimlər olduğunu anlamağa yardım edir. 

Qeyd etmək lazımdır ki, Q haploqrupuna Sibir və Amerikanın 

köklü xalqalrında, eləcə də Avropa xalqlarından macarlarda (2 %), 

slovaklarda (5 %), yəhudi aşkenazlarda (5 %), Cənubi İsveçrədə (5 

%)  rast  gəlinib.  Fransız  Alplarında,  Cənubi  Siciliyada,  Serbiya, 

Ukraina  və  Polşada,  Rusiyanın  Tver  vilayətində  də  eyni  haplo-

qrupun izləri (6,1 %) bugünədək qalır (Гаплогруппа Q (Y-ДНК)). 

Q  haploqrupunun  Q1a-M3  haplotipinin  təqribən  15  min  il 

öncə  Amerikada  ortaya  çıxdığı,  daha  doğrusu  mezolit  dövrünə 

aid bir skeletdən aşkar edildiyi məlumdur, və bu haplotipin hələ 

mezolit dövründə sürətlə hər iki Ameriakaya və Avrasiyaya ya-

yıldığı hesab edilir (Poznik, et al., 2016). 

Avrasiyada  bu  genə  ən  çox  Sibirin  azsaylı  xalqlarında  – 

ketlərdə (95 %) və selkuplarda (70 %) rast gəlinib. Bu isə o de-

məkdir  ki,  həmin  haploqrupun  daşıyıcılarının  danışdığı  dil  bu 

xalqların dillərinə yaxın olub. Dilçi alimlər bu dilləri şərti olaraq 

«Yenisey dilləri» adlandırırlar. Bu haploqrupun Q1a3a (M3) va-

riantı Amerikanın aborigenləri üçün daha çox xarakterikdir.  

İşin ən maraqlı tərəfi isə budur ki, eyni haploqrup Qaraqal-

pakıstan türkmənlərində (73 %),  İran türkmənlərində (43 %) və 

Əfqanıstan türkmənlərində (34%) dominantlıq təşkil edir. Türk-

mənistanda isə ona çox nadir hallarda rast gəlinir (Poznik, et al., 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə