77
- Mən bir şeytanam, lap suyun dibindəki yerdə yaşayıram.
Tanrı şeytana üz tutub soruşdu:
-Bilmirəm, sözün doğrudurmu? Suyun altında yer varmı?
Elədirsə, o yerdən mənə bir parça torpaq gətir! – dedi.
Şeytan dənizə daldı, xeyli vaxt keçdikdən sonra şeytan görün-
dü. Əlində bir az torpaq var idi. Tanrı qara torpağı ondan aldı, əlində
tutub, baxdı, torpağı təqdis etdi və suya atdı. Sonra şeytan düşündü
ki, Bu Tanrını necə suda batırım, boğulsun. Lakin elə bu vaxt torpaq
böyüyüb, ətrafa yayılmağa başladı. O sərtləşdi, bərkidi. Dənizin
böyük bir hissəsi həmin torpaqla doldu» (Ögəl, 2006, səh. 443).
Daha bir variant: «Bir zamanlar yalnız Tanrı Qara xan və su
vardı. Qara xandan başqa görən və sudan başqa görünən yox idi.
Ağ ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya daldı.
Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız
suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun
olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun
istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi
dibsiz suya yuvarlandı. Elədiyindən peşiman olub Tanrı Qara
xandan bağışlanmasını xahiş etdi…» (Cəfərov, 2004, səh 13).
«Ər Soqotox» dastanının O. Böhtlinq tərəfindən toplanmış va-
riantında Ağ Ana da eynən Umay kimi ağacla bağlı təqdim edilir:
«...Günəşə üz tutub, üç dəfə salam verdi. “Xaqan ağac”ın
qarşısına çatan kimi diz çökdü və ağaca belə dedi:
-Mənim ağac Xaqanım! Ey müqəddəs ruh! Ey ulu xatun!
Mənim yurdumun ruhu! Mən bir yetimdn başqa bir şey deyil-
dim. Sən götürdün, məni böyütdün.Mən kiçik bir uşaq ikən, sən
məni böyük bir adam etdin... Gəl mənim nə olacağımı, gələcəyi-
mi də bildir. Mən nə edəcəyəm? Mən bundan sonra necə yaşaya-
cağam? Ey ulu ana!..
İgid bunları söylədikdən sonra birdən göy üzü tutulmuş, bu-
ludlar yığılmış və göy müdhiş bir şəkildə gurlamağa başlamışdr.
Az sonra iri-iri damlalı yağış yağmağa başlamış və ətrafı sellər
basmışdır. Göydən ağ bir bulud uçmuş və bu buluddan da yerə
ildırımlar enmişdir. Yer – göy titrəmiş, çaylar daşmş, dənizlər
çalxalanmışdır. Az sonra ağ saçlı Ana Tanrı görünmüşdür. Ya-
78
vaş – yavaş ağacın kökündən çölə çıxmş və oğlanın qarşısında
durmuşdur» (Ögəl, 2006, səh. 120).
Yuxarıda qeyd edildiyi kimi, Çatal-Höyükdə Ağ Ana ilə ya-
naşı sitayiş obyektlərindən olan kişi «tanrı»lar bəzən uşaq, bəzən
yeniyetmə (ilahənin sevgilisi) bəzənsə saqqallı kişi şəklində dü-
zəldilirdi. Saqqallı kişilər bir sıra hallarda hansısa mifoloji hey-
vanın və ya öküzün belində oturulmuş vəziyyətdə olurdu (James
Mellaart, 1967, p.181).
Maraqlıdır ki, sonuncuların təsviri türk mifologiyasında
aşağı ölülər dünyasının sahibi olan Erliyin təsvirləri ilə üst-üstə
düşür. Belə ki, şamanlar öz alqış və ovsunlarında Erliyi atletik
bədən quruluşuna malik qoca kişi kimi vəsf edirlər. Onun göz-
qaşı hiss kimi qara rəngdədir, iki yerə bölünən saqqalı dizinə qə-
dər çatır. Azı dişlərini xatırladan bığlar burmadır və qulağının
arxasına qədər uzanr. Buynuzları ağac köklərini xatırladır. Saç-
ları buruq-buruqdur. O, bir versiyaya görə qara palçıqdan tikil-
miş sarayda, digər iki versiyaya əsasən isə qara dəmirdən qayrıl-
mış çəpərləri olan sarayda yaşayır. Bu saray Toybadım çayının
sahilində yerləşir. Erlik bəzən avarları olmayan qara qayıqda,
bəzən “kəlkə” (kəlçə) adlanan mifik heyvanın, bəzənsə keçəl
öküzün belində gəzir (Алексеев, 1984, с. 53).
Çatal-Höyükdə kəsilmiş insan başları yeyən yırtıcı quş şə-
killərinə də tez-tez rast gəlinir. Bunun nə anlama gəldiyini bil-
məsək də, bu günə qədər dilimizdə işlənən «filankəsin başını ye-
mək» ifadəsi, çox güman ki, həmin dövrün yadigarıdır.
«Kurqan etnosu» və kurqan nəzəriyyəsi
Tanınmış rus genetiki O. Balaqanskaya başda olmaqla bir
qrup tanınmış rus aliminin birlikdə qələmə aldıqları «Altay, Sa-
yan, Tyan-Şan və Pamirin türkdilli əhalisinin Y-xromosomunun
polimorfizmi Qərbi və Şərqi Avrasiyanın genofondlarının qarşı-
lıqlı əlaqəsi kontekstində» adlı məqaləsində yazırlar ki, R1a1a
haploqrupu tədqiqata cəlb edilmiş bütün populyasiyalarda, yəni
əhali qruplarında 4-61 % arasında müşahidə edilməkdədir. Bu
hal, çox güman ki, sözügedən ərazidə iskit-sarmat dövründə və
daha öncəki dövrlərdə üstünlük təşkil etmiş paleoavropa substratı-
79
nı markerləşdirir. R1b1b2(269) variantı isə bunun əksinə olaraq
öyrənilən populyasiyalarda çox nadir hallarda rast gəlinir (1%) və
orta hesabla polimorfizm həddinə çatmır (Балаганская О.А.,
Балановская Е.В., Лавряшина М.Б., Исакова Ж.Т., Сабитов
Ж.М., Фролова С.А., Романов А.Г., Дибирова Х.Д., Кузнецо-
ва М.А., Захарова Т.А., Pitchappan R., Урасин В.М., Балаган-
ский А.Г., Баранова Е.Г., Балановский О.П.,2011, c. 12-22).
Alimlər yuxarıda söylənilənlərdən çıxış edərək aşağıdakı
nəticələrə gəliblər:
- Altay, Sayan, Tyan-Şan və Pamirin türkdilli əhaləsində
(toplam 1101 nəfər) üç əsas gen axını istiqaməti aşkar edilmiş-
dir: (R1a1a haploqrupu ilə markerləşən) Qərbi Avrasiya, Şərqi
Avrasiya (C, D, O haploqrupları) və Şimali Avrasiya (N1b,
N1c1 və Q) genləri.
- Tədqiqata cəlb edilmiş türkdilli əhali qruplarının genofon-
dunun formalaşmasında əsas tendensiya özünü Qərbi Avrasiya
(paleoyevropoid) komponentinin Şərqi Avrasiya (monqoloid)
komponenti ilə əvəz olunması şəkilində göstərir. Monqoloid tə-
sir özünü baryer rolunu oynayan dağlıq zonalara nisbətən çöl və
çöllə həmsərhədd zonalarda daha çox büruzə verir. Onların gen-
lərində protoural və paleoasiya komponentlərinin izləri də qoru-
nub saxlanılmışdır.
- Öyrənilən türkdilli populyasiyalar genetik sahədə üç klas-
terdə birləşir: Altay-Sayan, çöl və bu ikisi arasında keçid olan
Pamir – Tyan-Şan. Y-xrosomun hər iki (SNP və STR) markeləri
üzrə xakaslarla qırğızların daha sıx etnogenetik bağlarının oldu-
ğu, şorların Qərbi Avrasiya, qazaxların isə Şərqi Avrasiya kom-
ponentinə daha yaxın olduğu müəyyən edilib.
- Nisbətən tez-tez müşahidə edilən haploqruplar (N1b,
N1c1, P1a1a, R1b1b1, Q, D) STR-haplotiplərin klasterləri mü-
əyyənləşdirilib. Onlar əsasında Cənubi Sibir və Orta Asiya xalq-
larının genofondunun nisbətən cavan (təqribən 4000 il) olduğu
aşkar edilib (Балаганская О.А., Балановская Е.В., Лавряшина
М.Б., Исакова Ж.Т., Сабитов Ж.М., Фролова С.А., Романов
А.Г., Дибирова Х.Д., Кузнецова М.А., Захарова Т.А., Pitc-
Dostları ilə paylaş: |