Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə24/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   20   21   22   23   24   25   26   27   ...   154

 

71

Türk 



xalqları 

R1b

 

R1 a

 

I

 

C

 

O

 

J

 

N

 

T

 

L

 

Qırğız

 

1.9 


63.5 

1.9 


— 

— 

4.9 



2.4 

— 

0.0 



Uyğur

 

17.6 


22.1 

0.0 


— 

— 

34.0 



6.0 

0.0 


4.4 

Özbək

 

9.8 


25.1 

2.2 


— 

— 

21.4 



0.0 

— 

3.0 



Türkmənis-

tan türk-

mənləri

 

36.7 


6.7 

0.0 


— 

— 

23.8 



9.5 

— 

0.0 



Tatar

 

8.7 


34.1 

4.0 


— 

— 

— 



23.0 

— 

— 



Yakut

 

— 

— 



— 

— 

— 



— 

80.0 


— 

— 

 



Qeyd etmək lazımdır ki, J genomuna Gürcüstan ərazisindəki 

Satsurbliya paleolit mağarasında və Kotias Klde mezolit dövrünə 

aid karst mağarasında yaşamış adamların qalıqlarında rast gəlinib. 

Bunlardan birincisi 13132-13138 il, ikincisi isə 9529-9895 il öncə 

yaşamışlar (Y Chromosome Consortium, 2002). Hazırda bu hap-

loqrup  Nax-Dağıstan  dillərində  danışan  xalqlarda  dominantlıq 

təşkil  edir  və  ümumiyyətlə  Şimali  Qafqazda  G  haploqrupundan 

sonra ikinci yerdədir. Amma Qafqaza kənardan gəlmə olan G-dən 

fərqli  olaraq,  J DNT  xromosomu  yerli  haploqrupdur. Onun daşı-

yıcıları,  çox  güman  ki, 15  min  il öncə  də  indi  danışdıqları  dildə, 

daha  doğrusu  Nax-Dağıstan  dillərinin  nax  (çeçen  və  inquş)  və 

Dağıstan  dillərinə  parçalanmamış  olduğu  dövrün  vahid  əcdad 

dilində  danışırdılar.  Əlbəttə,  bu  bir  ehtimaldır,  onu  sübut  etmək 

üçün əldə yeganə dəlil odur ki, sözügedən haploqrup Nax-Dağıs-

tan  xalqlarından  çeçenlərdə  və  inquşlarda  təqribən  80  %,  dağıs-

tanlılarda  (ləzgilərdə,  kubaçinlərdə,  darginlərdə,  tabasaranlarda, 

laklarda  və  s.)  60-70  %  təşkil  edir,  amma  deyilən  fikrin  əksini 

sübut etmək üçün heç bir əks dəlil tapmaq da mümkün deyil.  

Beləliklə,  dünyanın  ilk  şəhəri  və  mədəniyyət  mərkəzi  hesab 

edilən Çatal-Höyükün ərsəyə gəlməsində və deməli, həm də Neolit 

inqilabının  baş  verməsində  türklərin  ulu  babaları  ilə  yanaşı  Nax-

Dağıstan xalqlarının da əcdadları müəyyən qədər iştirak etmişlər. 

Çatal-Höyükükün  arxeoloqlar  tərəfindən  üzə  çıxarılmış  ən 

qədim təbəqəsi e.ə. 7400-cü illərə təsadüf edir. Sakinlərin şəhəri 




 

72

tunc  dövründən  əvvəl,  təqribən  e.ə.  5600  il  öncə  ekoloji  prob-



lemlər üzündən tərk etdiyi hesab edilir. 

Şəhərin  qazıntılarına  1958-ci  ilin  10  noyabrında  başlanmış-

dır.  Qazıntıları  ilk  dövrdə  Britaniya  Arxeologiya  İnstitutunun  üç 

əməkdaşı – Devid Frenç, Alan Holl və Ceyms Mellart aparmışlar.  

Hər şey Konya yaxınlığında çatalı (çəngəli) xatırladan iki hö-

yükün (təpənin) arxeoloqların diqqətini çəkməsindən, ilkin kəşfiy-

yat  işləri  zamanı  keramika  qırıqları  və  obsidana  rast  gəlməsindən 

və  təpələrin  altında  unikal  bir  neolit  məskəninin  gizləndiyinin 

anlaşılmasından sonra başlandı (Balter Michael., 2005, p.127). 

1961-ci ilə qədər arvadı ilə birlikdə Hacılar-təpənin qazıntı-

larında  iştirak  edən  C.  Mellart  oradakı  işlərini  tamamladıqdan 

sonra Çatal-Höyükün qazıntılarına başlamış və bu işə 1965-ci ilə 

qədər  bilavasitə  özü  rəhbərlik  etmişdir  (Kleiner  Fred  S.,  2006, 

p.12–14).  O, arxeoloji  işlərlə  məşğul olduğu dövrdə onunla bir-

likdə Danimarka Milli  Muzeyinin əməkdaşı, paleobotanik Hans 

Halbaerk də paralel tədqiqatlar aparırdı. Danimarkalı alim bura-

da  mədəni  buğda,  arpa  və  noxud  qalıqları  taparaq  tədqiq  etmiş 

və Çatal-Höyükün dünyanın ilk əkinçilik mərkəzlərindən biri ol-

duğunu təsdiq etmişdir (Hans Helbaek, 1964, p. 121–123). 

Arxeoloji  qazıntılar  nəticəsində  məlum  oldu  ki,  Çatal-Hö-

yüklülər mis əldə etməyi öyrənən və bununla da eneolit inqilabı-

na imza atan ilk pionelərdən olmuşlar. 

Belə hesab edilir ki, Azərbaycanda və ümumilikdə Qafqaz-

da Мezolit dövrü Neolit dövrü ilə e.ə. VII-VI minilliklərdə, yəni 

Anadoludan bir qədər gec əvəz olunmuşdur. Hazırda tədqiqatçı-

lar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız Neolit və 

keramikalı Neolit. Neolit dövrünə aid maddi-mədəniyyət nümu-

nələrinə  Damcılı  mağarasında,  Qobustan  abidələrində  (Ovçular 

zağası,  Anazağa,  Firuz,  Böyükdağ),  Naxçıvan  Kültəpəsində, 

Xanlar, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı Firuz, Şomutəpə, Töy-

rətəpə  və  digər  abidələrdə  rastlanmışdır.  Abidələrin  tədqiqi  bu 

dövrdə insanların açıq düşərgələrdə məskən saldığını, oturaq hə-

yat keçirdiyini göstərir (Baxşəliyev V. B. 2007, s. 30). 



 

73

Qafqazda, o cümlədən Azərbaycanda Eneolit dövrünə keçid 



də Anadolu ilə müqayisədə bir qədər gec baş vermişdir. Bu, e.ə. 

VI-IV minillikləri əhatə edir.  Bu dövrdə  mis emalının  və  meta-

lişləmənin  əsası  qoyulmuşdur.  Azərbaycanın  mis  yataqları  ilə 

zəngin  olması  və  bu  ərazidə  mis  külçəsinə  rastlanması  mis 

emalının  erkən  meydana  gəlməsi  və  inkişafı  üçün  şərait  yarat-

mışdır.  Eneolit  dövründə  iqtisadiyyatın  inkişafı  əhali  artımına 

səbəb  olmuş,  yaşayış  üçün  əlverişli  olan  yeni  ərazilər  məskun-

laşdırılmışdir (Baxşəliyev V. B. 2007, s. 32).  

Bütün  bu  deyilənləri  nəzərə  alaraq,  biz  türkün  arxeoloji  və 

genetik tədqiqatlarla tam dəqiq təsbit edilmiş və izlənə bilən ge-

netik  tarixini,  eləcə  də  mədəniyyət  tarixini  məhz  Çatal-Höyük-

dən başlamaq lazım olduğu qənaətindəyik.  

Çatal-Höyüklülər  ölülərini  kurqanlarda  basdırmırdılar  və 

belə hesab edilir ki, kurqanda dəfn adəti eneolit dövründə peyda 

olub.  Amma  əldə  olan  bəzi  məlumatlar  sözügedən  adətin  artıq 

neolit  dövründə  cücərməyə  başladığını  və  bunun  Azərbaycan 

ərazisində baş verdiyini ciddi şəkildə ehtimal etməyə əsas verir. 

Bu barədə sonra danışacağıq.  

Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq neolit – eneolit 

dövrlərində  formalaşdığını  sübut  etməkdədir.  J.  Mellart  Anadolu 

ərazisində  yerləşən  Çatal  -  Höyük  abidəsində  qazıntılar  apararkən 

kömürləşmiş  xalça  qalıqlarına  rast  gəlmiş  və  həmin  xalçanın 

üzərindəki  naxışların  qorunub  saxlanmamasından  böyük  təəssüf 

hissi  keçirmişdi.  Lakin  qazıntıların  sonrakı  mərhələsində  o,  son 

eneolit  dövrünə  aid  yaşayış  binasının  divarında  xalça  naxışlarını 

xatırladan  naxışlara  rast  gəlmiş,  bu  naxışların  bu  günə  qədər 

Anadoluda toxunmaqda olan türk xalçalarının naxışları ilə tam eyni 

olduğunu görüb təəccüblənmişdi (Yengi Ögə, 2016, s. 106-113). 

Çatal-Höyükdə  çox  sayda  qadın  və  kişi  heykəllərinə  rast 

gəlinib.  Belə  hesab  edilir  ki,  onlara  büt  kimi  sitayiş  edilirmiş. 

Heykəllər  arasında  qadın  heykəllərinə  daha  çox  rast  gəlinməsi 

və  onların  xüsusi  düzəldilmiş  evlərdə  toplanması  arxeoloqları 

belə  bir  qənaətə  gətirmişdir  ki,  Çatal-Höyükdə  ana  kultu  möv-

cud  olmuş,  həmin  evlər  isə  ibadət  otaqları  rolunu  oynamışdır. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə