Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə31/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   27   28   29   30   31   32   33   34   ...   154

 

92

реневский  С.Н.,  2012,  s.105).  Bu  fakt  Kür-Araz  mədəniyyə-



tinin təşəkkül tarixini bir neçə əsr qədimləşdirməyə imkan verir. 

Son  illərin  tədqiqatları  Cənubi  Qafqaz  ərazisində  Kür-Araz 

mədəniyyətinin  indiyə  qədər  düşünüldüyündən  daha  qədim  oldu-

ğunu  söyləməyə  əsas  verir.  Belə  ki,  2007-2011-ci  illərdə  Qərbi 

Azərbaycanın Aknaliç kəndi (Armavir rayonu) yaxınlığında tədqiq 

edilmiş 5 və 6 №-li kurqanlardan əldə edilmiş materialların radio-

karbon analizi göstərmişdir ki, onlardan biri e.ə. 3,633–3,355, digə-

ri isə e.ə. 3,627–3,104-cü illərə aiddir (Muradyan F., 2014, s. 348). 



 

Radiocarbon date of the sample from the Kurgan N5. 

Sample Radiocarbon Age (BP) δ13C (‰) 

LTL13060A 5377 ± 50 -19.1 ± 0.7 

Erməni alimlərin gəldikləri son və yekdil qərar budur ki, bu 

kurqanlar orta eneolit dövrünə aiddir və Kür-Araz mədəniyyəti-

nin  tipik  abidəsidir.  Hərçənd  ki,  bəzi  analizlər  e.ə.  4,340–4,050 

illər tarixini göstərməkdədir (Muradyan F., 2014, s. 347). 

Beləliklə,  Kür-Araz  mədəniyyətinin  orta  eneolit  dövründə 

təşəkkül tapdığını qeyd  etməyin,  Seyidli (Dostiyev  və  b., 1990, 

s. 25), Soyuqbulaq (Мусеибли Н., 2007, c. 65-69) və Kavitsxe-

vi  (Makharadze  Z.,  2007.  p.  33-54;  Makharadze  Z.,  2008.  p. 

152-160)  kurqanlarını  da  bu  mədəniyyətə  daxil  etməyin  daha 

doğru olacağını düşünürük.  

Məlum olduğu kimi, Cənubi Qafqazda hələ kurqan mədəniy-

yəti peyda olmamışdan öncə Güney Qafqazda ölüləri, eynən Ça-

talhöyükdə olduğu kimi,  yaşayış  yerlərinin döşəmələrinin altında 

və ya evlərin həyətlərində basdırardılar. Ölülər əksər hallarda «tək 

və  bükülü  vəziyyətdə  basdırılmışdır,  ancaq  az  da  olsa,  kollektiv 

dəfn  adətinə  rast  gəlmək  mümkündür.  I  Kültəpədə  olduğu  kimi, 

Babadərviş  və  Əliköməktəpə  abidələrində  də  qəbirlərdən  oxra 

tapılmışdır» (Göyüşov, 1986, s. 30). B. Kuftin hələ 1944-cü ildə 

həmin  dövrə  aid  maddi  mədəniyyət  nümunələrini  xüsusi  qrupda 

birləşdirərək,  onlardan  «Kür-Araz  eneoliti»  kimi  söz  açmışdır 

(Куфтин Б.А., 1944). Fikrimizcə, o tamamilə haqlı idi.  

Bu fakt bizə türklərin ən azı orta eneolitdən etibarən Qafqaz 

ərazisində  yaşadıqlarını  söyləməyə  əsas  verir.  Lakin  bu  R1a  və 




 

93

R1b  haploqruplarının Qafqazdan  Konya düzənliyinə köç etdiyi-



ni iddia etməyə əsas vermir. 

 

Azərbaycan türklərinin genetik yapısı və Leylatəpə 



mədəniyyətinin Şərqi Anadolu ilə bağlılığı 

Qafqaz  türklərinin  genetik  yapısının  öyrənilməsi  işində  bir 

çox alimlərin böyük xidmətləri olmuşdur. Onların apardıqları au-

tosm DNT və klassik markerlər (Bulayeva et al., 2004, 2006; По-

чешхова, 2008; Боготова, 2009; Caciagli et al., 2009; Литвинов 

и  др.,  2008;);  mitoxodrial  DNT  markerləri  (Бермишева  и  др., 

2003,  2004;  Nasidze  et  al.,  2003;  Nasidze  et  al.,  2004;  По-

чешхова Э.А., 2008; Кутуев, 2009); Y-xromosomlar (Nasidze et 

al., 2003; Nasidze et al., 2004; Underhill et al, 2010; Bulayeva et 

al.,  2006;  Caciagli  et  al.,  2009;  Mirabal  et  al.,  2009;  Боготова, 

2009;  Кутуев  и  др.,  2010)  istiqamətində  tədqiqatlar  türklərin 

Qafqazdakı  yazıya  qədərki  və  yazı  sonrası  genetik  tarixini  və 

miqrasiyalarını öyrənmək baxımından çox böyük önəm daşıyır. 

Azərbaycan Respublikasında sistemli və əsaslı genetik ana-

lizlər  aparılmadığından  bizim  genetik  yapımız  haqqında  məlu-

matları  Rusiya  alimlərinin  Dağıstan  (Dərbənd)  azərbaycanlıları 

üzərində apardıqları tədqiqatlardan öyrənmiş oluruq. Həmin təd-

qiqatlardan belə  məlum olur ki, bu gün də Azərbaycan türkləri-

nin genetik yapısında, Kür-Araz mədəniyyəti və «Kür-Araz ene-

oliti» dövründə olduğu (Iosif Lazaradis et al) kimi,  R1b Y-xro-

mosomu aparıcı yer tutur.  

Qafqazın  6  türk  xalqının  –  azərbaycanlıların,  balkarların, 

qaraçaylıların, qaranoqayların, qumuqların və noqayların Y-xro-

mosom  markerlərinin (N=870) genişləndirilmiş  vahid panel (58 

SNP və 17 STR) üzrə təhlilini verən R. A. Saxalyaxo genetiklər 

arasında  R1b-M343  haploqrupunun  18  nəsil  budağını  ilk  dəfə 

təsnif etmiş və göstərmişdir ki, qaranoqaylarda müşahidə edilən 

R1b1a1-M73 variantı mənşə etibarı ilə Asiyanın geniş çölləri ilə 

bağlıdır  və  Qafqaza  Asiya  çöllərindən  gəlmişdir.  Alimin  yazdı-

ğına  görə, osetinlərin  və  Abxaz-Adıq  qrupu  xalqlarının  (abxaz-

lar, abazalar, adıqlar, çərkəzlər, kabardalılar və şapsuqlar) gene-

tik yapısında dominantlıq təşkil edən G2a-P15 haploqrupuna sa-




 

94

dəcə qaraçay və balkarlarda rast gəlinir. Digər dörd türk xalqın-



da həmin haploqrup müşahidə edilmir və ya da olduqca önəmsiz 

dərəcədədir (Схаляхо Р. А., 2013, с. 4). Bu isə qaraçay və bal-

karların digər türklərdən fərqli olaraq, adı çəkilən qonşu xalqlar-

la iç-içə yaşamasından, əsirlərlə qız verib-almasından qaynaqla-

nır.  Azərbaycan  və  qumuq  türklərində  isə  R1b  və  R1a  haploq-

rupları  ilə  yanaşı  önəmli  ölçüdə  Nax-Dağıstan  xalqları  (çeçen, 

inquş,  ləzgi,  dargin,  lak,  tabasaran  və  s.)  üçün  xarakterik  olan 

J1-M267 və J2a-M172 haploqrupları da maşahidə edilir. Noqay-

larda və qaranoqaylarda, digər dörd türk xalqında rast gəlinmə-

yən N1-LLY22 və C-M130 haploqrupu da qeydə alınıb ki, bu da 

onların  yerli  olmadığını,  Qafqaza  Şərqi  Avrasiya  çöllərindən 

gəldiyini təsdiq edir (Схаляхо Р. А., 2013, с. 4). 

Qaraçay  və  balkarların  genetik  kodları  onların  Çuxur  mədə-

niyyəti – Döyüş baltaları mədəniyyəti – Kərtmə mədəniyyət – İskit, 

sak, sarmat və alan mədəniyyəti – xəzər mədəniyyəti xətti ilə Qərbi 

Avrasiyanın eneolit mədəniyyətinin birbaşa varisləri olduqlarını və 

ən  azı  həmin  dövrdən,  yəni  eneolit  dövründən  Şimali  Qafqazda 

yaşadıqlarını sübut edir və bu nəticə heç bir şübhə doğurmur. 

Eyni  sözləri  genetik  baxımdan  «Kür-Araz  eneoliti»nin  bir-

başa  genetik  varisləri  (Iosif  Lazaradis  et  al)  olan  Azərbaycan 

türkləri üçün də söyləmək mükündür. Biz də bu ərazilərdə ən azı 

eneolit  dövründən  məskunuq.  Arxeoloqlara  inansaq,  babalrımız 

bu  ərazilərə  «Kür-Araz  eneoliti»  dövründə  Şimali  Mesopatami-

yadan, başqa sözlə, Şərqi Anadoludan köç etmişlər. Onların fik-

rincə,  elm  aləmində  «Leylatəpə  mədəniyyəti»  adı  ilə  tanınan 

mədəniyyət bilavasitə həmin köçün nəticəsində peyda olmuşdur. 

Onların  bu  fikri  genetiklərin  fikri  ilə  üst-üstə  düşür.  Belə  ki, 

tədqiqatlar göstərir ki, Azərbaycan və qumuq türklərində dominant 

olan R1b  haploqrupunun  R1b1a2a-L23  və  R1b1a2-M269  variant-

ları  (haplotipləri)  Ön  Asiya  (Şərqi  Anadolu)  mənşəlidir.  Qarano-

qaylarda  müşahidə  edilən  R1b1а1-M73  haplotipi  isə  Azərbaycan 

və  qumuq  türklərində  dominantlıq  təşkil  edən  R1b1a2a-L23  və 

R1b1a2-  M269  haplotiplərindən  fərqli  olaraq,  Ön  Asiya  mənşəli 

deyil, Şərqi Avrasiya mənşəlidir (Схаляхо Р. А., 2013, с. 13-15).  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə