Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə48/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   44   45   46   47   48   49   50   51   ...   154

 

143


edir və bildirir ki, mənşə etibarilə Leylatəpə mədəniyyətinə bağlı 

olan Maykop mədəniyyətində gil qablarda körpə uşaqların dəfn-

lərindən  ibarət  qəbirlər  aşkar  edilməmişdir.  «Görünür,  bu  adət 

Şimali Qafqaza yayılmadan Leylatəpə mədəniyyəti arealında sı-

radan çıxmışdır. Ola bilsin ki, bu həm də Maykop mədəniyyəti-

nin  yaşayış  yerlərinin  zəif öyrənilməsi  ilə bağlıdır və gələcəkdə 

belə qəbirlərin  bu  mədəniyyətin abidələrində aşkar ediləcəyi  is-

tisna deyildir» (Müseyibli N., 2014, s. 69).  



 

Şumer və Misirin hakimləri: Araslantəpədə aparılan 

qazıntılar prototürklərin dövlətçilik ənənələrinin əsasının 

Kür-Araz mədəniyyəti dövründə qoyulduğunu təsdiq edir 

Mütəxəssislər Eneolit dövründə Qafqaza Yaxın Şərqdən miq-

rasiya  edən  Ubeyd  mədəniyyəti  təmsilçilərindən  söz  açarkən  on-

ların  gəldikləri  ərazilər  sırasında  Türkiyədəki  Arslantəpənin  də 

adını  xüsusi  çəkirlər  (Андреева М.В.,  1977;  Черных  Е.Н.,  2009, 

s. 212, 219). Məsələn, 18 №-li Soyuqbulaq kurqanında aşkar edil-

miş  «Coba  bowl»  tipli  kasadan  söz  açan  N.Müseyibli  onun  pa-

ralellərinin Şərqi Anadolu-Şimali Mesopotamiyanın Uruka qədərki 

xalkolit abidələrindən – Arslantəpə, Oylum Höyük (Helwing 2012, 

p. 2012), Hammam at Türkman (Akkermans 1988, p. 312-313) və 

s.  abidələrdən  məlum  olduğunu  diqqətə  çatdırır  (Müseyibli  N. 

2014, s. 45). Ümumiyyətlə, «Kür-Araz eneoliti»nin, eləcə də Kür-

Araz  mədəniyyətinin  etno-mədəni  bağlarının  dəqiqləşdirilməsində 

Malatyada  yerləşən  Arslantəpədə  aparılmış  qazıntılar  nəticəsində 

aşkar  edilmiş  arxeoloji  materialların  böyük  rolu  olmuşdur.  Bu 

materialların  A.  Palmeri  tərəfindən  dərcindən  sonra  (Palmiery  A, 

1973) eneolit  və  ilk tunc dövrlərində  Şərqi  Anadolu-Qafqaz  etno-

mədəni birliyi barədə fikirlər ortaya çıxmışdır.  

 



 

144


Arslantəpədən tapılmış silindrik möhürün  

(e.ə. IV minilliyin sonları) basma əksi 

 

Qazıntılarına hələ 1933-cü ildən başlanılan Arslantəpədə öncə 



hetlər  (hithitlər)  dövrünə  aid  üst  mədəni  təbəqələrindən  biri  öy-

rənilmiş,  sonrakı  illərdə  L.  Laportyenin  rəhbərlk  etdiyi  bir  fransız 

heyət (Laporte L., 1933, s. 119-254; Laporte L., 1934, s. 257-285; 

Laporte  L.,  1939,  s.  43-56)  buranın  e.ə.  V  minillikdə  məskunlaş-

dığını,  şəhərdə  həyatın  kəsintiyə  uğramadan  b.e.  XI  əsrinə  qədər 

davam etdiyini təsbit etmişdir (Palmieri, 1981, s. 101-119). 

1960-cı  illərdən  etibarən  başlanılan  işi  italyan  arxeoloqlar 

davam  etdirmişlər.  Qazıntıları  bundan  sonra  Romanın  La  Sapi-

enza Universitetindən olan arxeoloqlar qrupu aparmışdır. Qrupa 

1970-ci  illərə  qədər  A.  Palmieri  (Palmieri,  1981,  s.  101-119), 

ondan  sonra  isə  M.  Frangipane  başçılıq  etmişlər  (Burney  C., 

1993, s. 311-317; Frangipane M., 1997). 

Belə hesab edilir ki, son Uruk dövrü ilə eyni dövrə təsadüf 

edən  dövrdə,  yəni  e.ə.  3400-3200-cü  illərdə  burada  geniş  yan-

ğınlar olmuşdur. Həmin dövrdən etibarən  yaşayış məskəni Qaf-

qazdan  gələn  yarımköçəri  tayfaların  hakimiyyəti  altına  keçmiş 

və bura əvvəlkindən xeyli böyük bir şəhərə çevrilmişdir (Palmi-

eri, 1981, s. 101-119). M.Frangipanenin yazdığına görə, sözüge-

dən  yarımköçərilər  Kür-Araz  mədəniyyətinin  daşıyıcıları  idilər 

(Frangipane M., 2014, p. 169 -182). 

Aparılan arxeoloji tədqiqatlar nəticəsində Arslantəpədə e.ə. 

3600-3500-ci  illərə  aid  bir  məbədin  qalıqlarına,  eləcə  də  e.ə. 

3300-3000-ci  illərə aid saray kompleksinə rast gəlinmişdir. Bu-

radan  xeyli  miqdarda  möhür,  mis,  gümüş  və  qızıldan  hazırlan-

mış  müxtəlif  təyinatlı  əşyalar  tapılmışdır.  Bütün  bunllar  arxeo-

loqlara  həmin  dövrdə  Arslantəpənin  önəmli  bir  siyasi,  dini  və 

mədəni  mərkəzə çevrildiyini söyləməyə  əsas vermişdir (Burney 

C., 1993, s. 311-317).  

Şübhəsiz ki, bütün bu tapıntılar içərisində 2015-ci ildə Ars-

lantəpə sarayından üzə çıxan, e.ə. IVminilliyin sonlarına aid edi-

lən kərpicdən hörülmüş hökmdar taxtı daha böyük önəm daşıyır. 

Maraqlıdır ki, taxtın arxasında, divarda iki pəncərəyə, daha doğ-




 

145


rusu onların qalıqlarına rast gəlinib ki, bu da çox maraqlı tapıntı-

lardan biri hesab edilir (Frangipane M., 2014, p. 169 -182).  

Mövzumuz  baxımından  ən  maraqlı  tapıntı  isə  Sarayın  ya-

xınlığında  aşkar  edilən,  e.ə.  2900-cü  ilə  aid  olan  kurqandır. 

Alimlər  onun  hökmdarlardan  birinin  məzarı  olduğu  fikrindədir-

lər. Maraqlıdır ki, kurqanın qəbir kamerasının daş örtüyü üzərin-

də oturdulmuş vəziyyətdə dəfn edilmiş dörd gənç yaşlarında in-

san  skeletinə  də  rast  gəlinmişdir  ki,  onların  qurban  edildikləri 

sanılır (Palmieri, 1981, s. 101-119). 

Ərazidə uzun illərdən bəri arxeoloji qazıntılar aparmış arxe-

oloqların  dediklərdən  belə  aydın  olur  ki,  Arslantəpəyə  təqribən 

e.ə. 3400-cü illərdə Güney Qafqazdan gələn Kür-Araz mədəniy-

yəti  (R1b)  daşıyıcıları  hakim  olmuş,  təqribən  e.ə.  3300-cü  ildə 

burada  dövlət  qurulmuş  və  hökmdar  sarayı  mövcud  olmuşdur. 

Sarayda oturan  hökmdarlar  kurqanlarda  dəfn  edilərdi  və  dövrü-

müzədək  e.ə.  2900-cu  illərə  aid  belə  kurqanlardan,  yəni  hökm-

dar kurqanlarından biri gəlib çıxmışdır. Bu isə o deməkdir ki, ar-

tıq  ən  azı  e.ə.  3300-3200-ci  illərdə  burada  bir  prototürk  dövləti 

mövcud idi. Daha doğrusu bu şəhər bütün «Kür-Arazlı»ların bir 

növ paytaxtı, mədəni və siyasi mərkəzi idi. 

Əldə  olan  məlumatlar  bu  mədəniyyətin  yaranmasında  pro-

tooğuzların  birbaşa  iştirak  etdiyini  söyləməyə  tam  əsas  verir. 

Bunu  təkcə  genetik  tədqiqatların  nəticələri  deyil,  həm  də  Kür-

Araz  mədəniyyəti  dövrünə  aid  qayaüstü  rəsmlər  içərisində  aşa-

kar edilən oğuz damğaları sübut edir. 

Ənənəyə  görə  oğuzlar  24  tayfaya  bölünürlər.  Yalnız  Mah-

mud Kaşğari onların sayını 22 göstərir. Ancaq o da bu siyahıya 

2 xalac tayfasn  əlavə edərək sayı ənənvi 24-ə çatdırır.  “Qorqud 

Kitabı”nda  da  24  rəqəmi  təkrarlanır.  Müasir  Orta  Asiya  türk-

mənləri də 24 tayfaya bölünürlr. Ancaq onların adları çox dəyiş-

mişdir.  Qədim  adları  yalnz  4  tayfa  (Salır,  Əmirli,  Çaudar,  Kar-

qın)  saxlamışdır.  Maraqlıdır  ki,  Türkmənistanda  yaşayan  türk-

mənlərdən  fərqli  olaraq,  Ön  Asiya  türkmənlərinin  etnik  tərkibi 

genoloji  cəhətdən  klassik  şəklinə  (M.Kaşqarlı  variantı)  uyğun 

gəlir” (Koroğlu, 1999, s. 15-16). 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə