143
edir və bildirir ki, mənşə etibarilə Leylatəpə mədəniyyətinə bağlı
olan Maykop mədəniyyətində gil qablarda körpə uşaqların dəfn-
lərindən ibarət qəbirlər aşkar edilməmişdir. «Görünür, bu adət
Şimali Qafqaza yayılmadan Leylatəpə mədəniyyəti arealında sı-
radan çıxmışdır. Ola bilsin ki, bu həm də Maykop mədəniyyəti-
nin yaşayış yerlərinin zəif öyrənilməsi ilə bağlıdır və gələcəkdə
belə qəbirlərin bu mədəniyyətin abidələrində aşkar ediləcəyi is-
tisna deyildir» (Müseyibli N., 2014, s. 69).
Şumer və Misirin hakimləri: Araslantəpədə aparılan
qazıntılar prototürklərin dövlətçilik ənənələrinin əsasının
Kür-Araz mədəniyyəti dövründə qoyulduğunu təsdiq edir
Mütəxəssislər Eneolit dövründə Qafqaza Yaxın Şərqdən miq-
rasiya edən Ubeyd mədəniyyəti təmsilçilərindən söz açarkən on-
ların gəldikləri ərazilər sırasında Türkiyədəki Arslantəpənin də
adını xüsusi çəkirlər (Андреева М.В., 1977; Черных Е.Н., 2009,
s. 212, 219). Məsələn, 18 №-li Soyuqbulaq kurqanında aşkar edil-
miş «Coba bowl» tipli kasadan söz açan N.Müseyibli onun pa-
ralellərinin Şərqi Anadolu-Şimali Mesopotamiyanın Uruka qədərki
xalkolit abidələrindən – Arslantəpə, Oylum Höyük (Helwing 2012,
p. 2012), Hammam at Türkman (Akkermans 1988, p. 312-313) və
s. abidələrdən məlum olduğunu diqqətə çatdırır (Müseyibli N.
2014, s. 45). Ümumiyyətlə, «Kür-Araz eneoliti»nin, eləcə də Kür-
Araz mədəniyyətinin etno-mədəni bağlarının dəqiqləşdirilməsində
Malatyada yerləşən Arslantəpədə aparılmış qazıntılar nəticəsində
aşkar edilmiş arxeoloji materialların böyük rolu olmuşdur. Bu
materialların A. Palmeri tərəfindən dərcindən sonra (Palmiery A,
1973) eneolit və ilk tunc dövrlərində Şərqi Anadolu-Qafqaz etno-
mədəni birliyi barədə fikirlər ortaya çıxmışdır.
144
Arslantəpədən tapılmış silindrik möhürün
(e.ə. IV minilliyin sonları) basma əksi
Qazıntılarına hələ 1933-cü ildən başlanılan Arslantəpədə öncə
hetlər (hithitlər) dövrünə aid üst mədəni təbəqələrindən biri öy-
rənilmiş, sonrakı illərdə L. Laportyenin rəhbərlk etdiyi bir fransız
heyət (Laporte L., 1933, s. 119-254; Laporte L., 1934, s. 257-285;
Laporte L., 1939, s. 43-56) buranın e.ə. V minillikdə məskunlaş-
dığını, şəhərdə həyatın kəsintiyə uğramadan b.e. XI əsrinə qədər
davam etdiyini təsbit etmişdir (Palmieri, 1981, s. 101-119).
1960-cı illərdən etibarən başlanılan işi italyan arxeoloqlar
davam etdirmişlər. Qazıntıları bundan sonra Romanın La Sapi-
enza Universitetindən olan arxeoloqlar qrupu aparmışdır. Qrupa
1970-ci illərə qədər A. Palmieri (Palmieri, 1981, s. 101-119),
ondan sonra isə M. Frangipane başçılıq etmişlər (Burney C.,
1993, s. 311-317; Frangipane M., 1997).
Belə hesab edilir ki, son Uruk dövrü ilə eyni dövrə təsadüf
edən dövrdə, yəni e.ə. 3400-3200-cü illərdə burada geniş yan-
ğınlar olmuşdur. Həmin dövrdən etibarən yaşayış məskəni Qaf-
qazdan gələn yarımköçəri tayfaların hakimiyyəti altına keçmiş
və bura əvvəlkindən xeyli böyük bir şəhərə çevrilmişdir (Palmi-
eri, 1981, s. 101-119). M.Frangipanenin yazdığına görə, sözüge-
dən yarımköçərilər Kür-Araz mədəniyyətinin daşıyıcıları idilər
(Frangipane M., 2014, p. 169 -182).
Aparılan arxeoloji tədqiqatlar nəticəsində Arslantəpədə e.ə.
3600-3500-ci illərə aid bir məbədin qalıqlarına, eləcə də e.ə.
3300-3000-ci illərə aid saray kompleksinə rast gəlinmişdir. Bu-
radan xeyli miqdarda möhür, mis, gümüş və qızıldan hazırlan-
mış müxtəlif təyinatlı əşyalar tapılmışdır. Bütün bunllar arxeo-
loqlara həmin dövrdə Arslantəpənin önəmli bir siyasi, dini və
mədəni mərkəzə çevrildiyini söyləməyə əsas vermişdir (Burney
C., 1993, s. 311-317).
Şübhəsiz ki, bütün bu tapıntılar içərisində 2015-ci ildə Ars-
lantəpə sarayından üzə çıxan, e.ə. IVminilliyin sonlarına aid edi-
lən kərpicdən hörülmüş hökmdar taxtı daha böyük önəm daşıyır.
Maraqlıdır ki, taxtın arxasında, divarda iki pəncərəyə, daha doğ-
145
rusu onların qalıqlarına rast gəlinib ki, bu da çox maraqlı tapıntı-
lardan biri hesab edilir (Frangipane M., 2014, p. 169 -182).
Mövzumuz baxımından ən maraqlı tapıntı isə Sarayın ya-
xınlığında aşkar edilən, e.ə. 2900-cü ilə aid olan kurqandır.
Alimlər onun hökmdarlardan birinin məzarı olduğu fikrindədir-
lər. Maraqlıdır ki, kurqanın qəbir kamerasının daş örtüyü üzərin-
də oturdulmuş vəziyyətdə dəfn edilmiş dörd gənç yaşlarında in-
san skeletinə də rast gəlinmişdir ki, onların qurban edildikləri
sanılır (Palmieri, 1981, s. 101-119).
Ərazidə uzun illərdən bəri arxeoloji qazıntılar aparmış arxe-
oloqların dediklərdən belə aydın olur ki, Arslantəpəyə təqribən
e.ə. 3400-cü illərdə Güney Qafqazdan gələn Kür-Araz mədəniy-
yəti (R1b) daşıyıcıları hakim olmuş, təqribən e.ə. 3300-cü ildə
burada dövlət qurulmuş və hökmdar sarayı mövcud olmuşdur.
Sarayda oturan hökmdarlar kurqanlarda dəfn edilərdi və dövrü-
müzədək e.ə. 2900-cu illərə aid belə kurqanlardan, yəni hökm-
dar kurqanlarından biri gəlib çıxmışdır. Bu isə o deməkdir ki, ar-
tıq ən azı e.ə. 3300-3200-ci illərdə burada bir prototürk dövləti
mövcud idi. Daha doğrusu bu şəhər bütün «Kür-Arazlı»ların bir
növ paytaxtı, mədəni və siyasi mərkəzi idi.
Əldə olan məlumatlar bu mədəniyyətin yaranmasında pro-
tooğuzların birbaşa iştirak etdiyini söyləməyə tam əsas verir.
Bunu təkcə genetik tədqiqatların nəticələri deyil, həm də Kür-
Araz mədəniyyəti dövrünə aid qayaüstü rəsmlər içərisində aşa-
kar edilən oğuz damğaları sübut edir.
Ənənəyə görə oğuzlar 24 tayfaya bölünürlər. Yalnız Mah-
mud Kaşğari onların sayını 22 göstərir. Ancaq o da bu siyahıya
2 xalac tayfasn əlavə edərək sayı ənənvi 24-ə çatdırır. “Qorqud
Kitabı”nda da 24 rəqəmi təkrarlanır. Müasir Orta Asiya türk-
mənləri də 24 tayfaya bölünürlr. Ancaq onların adları çox dəyiş-
mişdir. Qədim adları yalnz 4 tayfa (Salır, Əmirli, Çaudar, Kar-
qın) saxlamışdır. Maraqlıdır ki, Türkmənistanda yaşayan türk-
mənlərdən fərqli olaraq, Ön Asiya türkmənlərinin etnik tərkibi
genoloji cəhətdən klassik şəklinə (M.Kaşqarlı variantı) uyğun
gəlir” (Koroğlu, 1999, s. 15-16).
Dostları ilə paylaş: |