Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə47/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   43   44   45   46   47   48   49   50   ...   154

 

140


gər  alimlərlə  birlikdə  apardığı  tədqiqatlar  sonucunda  bu  haploqru-

pun üç törəmə variantını üzə çıxarmışlar: L1-M76, L2-M317 və L3-

M357. Bu tiplərin hər üçünə İranda və Pakistanda, L1-ə isə Hindis-

tanda  rast  gəlinmişdir.  Belə  bir  fərziyyə  irəli  sürülmüşdür  ki,  bu 

haploqrupun sahibləri dravid dillərində danışmışlar. Avropada daha 

çox L2-M317 haplotipinə rast gəlinir.Bu haplotipə Cənubi Asiyada 

nadir hallarda rast gəlinir (Sengupta S. et al., 2006, p. 202-221). 

Hazırda L-ə Hindistanın müxtəlif bölgələrində 7-15 % arasında 

rast gəlinir (Basu et al., 2003; Cordaux et al., 2004; Sengupta et al., 

2006; Thamseem et al., 2006). Pakistanın cənub-qərbində, Bəlucis-

tanda  bu  gəstərici  28 %-ə  çatır.  Hindistan  qəbilələrində  isə  həmin 

göstərici  çox  aşağıdır  və  təqribən  5,6-7 %  təşkil  edir  (Cordaux et 

al. 2004,  Sengupta et  al. 2006,  Thamseem  et  al. 2006)  ki,  bu  da 

həmin  haploqrupun bu  bölgənin paleolit dövrü  əhalisi üçün  xarak-

terik  olmadığını  düşünməyə  əsas  verir.  Bütün  bunlarla  yanaşı  onu 

da qeyd etməliyiik ki, daha öncəki tədqiqatçılar, məsələn, Uells və 

başqaları  (Wells  et  al.  2001),  Hindistanın  cənubunda  L  haplo-

qrupunun daşıyıcılarının 50 % təşkil etdiyini yazmışlar.  

L3 haplotipinə daha çox Pakistanda buriş və pəştular, eləcədə 

Hind  çayı  vadisi  əhalisi  içərisində  rast  gəlinir.  L1a  və  L1c  bəluc-

larda  üstünlük  təşkil  edir  (24%).  Draviddilli  braqueylərdə  isə  eyni 

haplotiplər cəmi 8% təşkil edir (Julie di Cristofaro et al. 2013). L3 

Pakistanın  şimal-qərbində,  Əfqanıstanda  və  İranda  yaşayan,  dil  və 

mədəniyyətcə  talışlara  daha  çox  yaxın  olan  qalaşlarda  da  kifayət 

qədərdir  (təqribən  23 %).  Bununla  belə, talışlarda  həmin  haplotipə 

rast gəlinməyib. Pakistanda yaşayan atəşpərəst parslarda (tatlarda) L 

haploqrupu  18 %-dir  (Qamar  R.,  Qasim  Ayub,  Aisha  Mohyuddin, 

Agnar  Helgason,  Kehkashan  Mazhar,  Atika  Mansoor,  Tatiana 

Zerjal, Chris Tyler-Smith, and S.Qasim Mehdi, 2002, p.1107-1124).  

Fikrimizcə,  hindavropalıların  və  arilərin  kökünü  prototürk 

mənşəli R1a və R1b-də axtaran avropalılar nəzərlərini L haploqrupu 

üzərində  cəmləşdirsəydilər,  daha  doğru  addım  atmış  olardılar. 

Çünki bu haploqrupun daşıyıcılarına başqa dillərdə danışan xalqlar-

da  da  rast  gəlinməsinə  rəğmən,  onlar  hindirandilliləra  nisbətdə 

əhəmiyyətsiz dərəcədə azdırlar. Belələri içərisində hazırda Livan və 



 

141


İsraildə  yaşayan və ərəb dilində danışan druzları göstərmək  lazım-

dır. Druzların təqribən 5 % - ində L-M20 haplotipimə rast gəlinib. 

Ermənistanda  L1a  təqribən  1 %  civarında,  Türkiyədə  4  %  (əsasən 

kürdlər arasında yayğındır), Gürcüstanda isə 6 % təşkil edir. 

Beləliklə, faktlar iki və daha çox müxtəlif etnosun eyni maddi 

mədəniyyətə və texnologiyaya sahib ola  biləcəyini,  bu eyniliyin, o 

cümlədən keramika  istehsalındakı  bənzərliyin etno-mədəni  birliyin 

əlaməti  kimi  götürməyin  doğru  olmayacağını  göstərir.  Odur  ki, 

«Kür-Araz  eneoliti»  kurqanlarını  «Leylatəpə  mədəniyyəti»  adı 

altında  təqdim  etmək,  fikrimizcə,  səhvdir.  Amma  ola  bilsin  ki, 

gələcəkdə  küp  qəbirlərində  dəfn  olunmuş  skeletlərdən  də  DNT 

analizləri  götürülsün  və  onların  da  R1a  haploqrupunun  daşıyıcısı 

olduğu  üzə  çıxsın.  Hələlik  belə  analizlər  aparılmayıb,  aparılıbsa, 

bizə məlum deyil. Əgər küp qəbirlərindən də eyni nəticə çıxarsa, bu 

o demək olacaq ki, biz ölülərini iki fərqli  şəkildə basdıran, yəni iki 

fərqli dinə və  yaxud eyni dinin  iki  fərqli qoluna sitayiş edən vahid 

etnosun nümayəndələri ilə üz-üzəyik.  

Əldə  olan  məlumatlara  görə,  «Yaxın  Şərq  mədəniyyətləri-

nin periferiyasında, bu mədəniyyətlərə Balkanlardan daha yaxın 

məsafədə  yerləşən  Cənubi  Qafqazın,  o  cümlədən  Azərbaycanın 

Yaxın Şərqlə sıx bağlı olan neolit və eneolit dövrünə aid I Kültə-

pə  tipli  abidələrində  saxsı  qablarda  dəfnlərə  rast  gəlinmir.  Eyni 

zamanda orta Kür hövzəsinin  e.ə. VII-VI minilliklərə aid neolit 

dövrü Şomutəpə mədəniyyəti abidələrində də nə torpaq qəbirlər, 

nə də saxsı qab qəbirləri aşkar edilməmişdir. Bu fakt qeyd edilən 

dövrdə  Ön  Asiyadan  Cənubi  Qafqaza  miqrasiyaların  və  ya  mü-

əyyən insan qruplarının lokal köçünün baş vermədiyini göstərir» 

(Müseyibli N., 2014, s. 68). 

V.Baxşəliyevin yazdığına görə, Cənubi Qafqazda küpdə ən 

qədim  qəbir  Naxçıvandakı  Ovçulartəpə  yaşayış  yerinin  e.ə.  V 

min.  sonlarına  aid  təbəqəsində  aşkar  edilmişdir  (Baxşəliyev  və 

b. 2011, s. 329).  

N.Müseyibli  qeyd  edir  ki,  Cənubi  Qafqazın  digər  belə  qə-

birlərindən fərqli olaraq Ön Asiya mənşəli bu qəbirdə avadanlıq 

– son eneolit dövrü üçün nadir tapıntılar olan 3 ədəd metal balta 



 

142


aşkar edilmişdir. «Onlardan biri Leçinkay (Şimali Qafqaz) tipli-

dir» (Müseyibli N., 2014, s. 68). 

Alim bildirir ki, Yaxın Şərqin neolit və eneolit dövrü yaşayış 

məskənlərinin  əksəriyyətində  körpə  uşaqların  gil  qablarda  dəfn 

edilməsi  adəti  mövcud  olmuşdur.  «Ubeyd  mədəniyyətinə,  o  cüm-

lədən onun lokal variantı olan və Mesopotamiyanın şimal əraziləri-

ni əhatə etmiş Şimali Ubeyd mədəniyyətinə aid yaşayış məskənlə-

rinə məxsus, yaşlı insanların dəfn edildiyi ayrıca nekropollar möv-

cud olmuşdur. Bununla yanaşı körpə uşaqların meyitləri küplərdə, 

evlərin döşəməsi altında dəfn edilirdi (Массон 1989, с. 87). Şərqi 

Türkiyədəki  Dəyirmantəpə  qədim  yaşayış  məskəninin  Ubeyd  mə-

dəniyyəti təbəqəsində də körpə uşaqların dəfn edildiyi saxsı qablar-

dan ibarət qəbirlər aşkar edilmişdir. Burada həmin qəbirlər – saxsı 

qablar həm evlərin döşəməsi altında – materikdə qazılmış çalalara, 

həm də evlərin divarlarına qoyulmuşdur.  Belə qəbirlər Yaxın Şər-

qin xalkolit dövrünə (e.ə. V min. ikinci yarısı – IV min.) aid əksər 

abidələrində aşkar edilmişdir» (Müseyibli N., 2014, s. 67-68). 

Maraqlıdır ki, N. Müseyibli istər ölülərini küpdə, istərsə də 

kurqanda dəfn edən topluluqların dəfn adətləri arasında bəzi pa-

ralellər  görür  və  yazır  ki,  Leylatəpə  mədəniyyətinin  haqqında 

bəhs edilən qəbirlərinin istiqamətində şimal, qərb və şimali-qərb 

əsas götürülmüşdür. «Maraqlıdır ki, Soyuqbulaqda aşkar edilmiş 

gil qablardan ibarət qəbirlərin və kurqanaltı qəbirlərin istiqaməti 

də  şimali-qərb  –  cənubi-şərq,  şimal-cənub  istiqamətlidirlər.  Bü-

tün  bunlar  Leylatəpə  mədəniyyəti  tayfalarının  dəfn  adətlərində 

istiqamətin seçilməsi məsələsində (şimali-qərb) müəyyən qayda-

ların  mövcudluğunu  göstərir.  Çox  güman  ki,  şimali-qərb  dəfn 

mərasimi  üçün  müəyyən  edilmiş  istiqamət  olmuşdur.  Bəzi  hal-

larda qəbirlərin  və  ya skeletlərin şimal  və  ya qərb istiqaməti şi-

mali-qərb  istiqamətindən  təsadüfi  yayınma  olub  düşünülmüş, 

məqsədyönlü şəkildə icra edilməmişdir (Müseyibli 2006, s. 13).  

Alimin fikrincə, bu fakt Leylatəpə və Maykop mədəniyyət-

ləri  arasında  genetik  bağlılığı  göstərən  daha  bir  sübutdur.  Bu-

nunla  belə,  o,  Leylatəpə  mədəniyyəti  üçün  xarakterik  olan  küp 

qəbirlərə  Maykop  mədəniyyətində  rast  gəlinmədiyini  də  etiraf 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə