Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə50/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   46   47   48   49   50   51   52   53   ...   154

 

149


yük ölçüləri ilə seçilən, sonrakı illərdə tədqiqi E. Resler tərəfin-

dən  davam  etdirilən  kurqanlardan  gedir.  İçlərində  skeletə  rast 

gəlinməyən  bu  kurqanlardan  boyalı  saxsı  qab  nümunələri,  bir 

ədəd gil qab və bir ədəd daş sancaq çıxıb (Avşarova İ. N., Pirqu-

liyeva Q. Ə., 2010, s. 62-63).  

Gürcüstan  kurqanları  da  Qərbi  Azərbaycandakı  həmdövr 

abidələrdən geri qalmır. Onlara da əsasən qədim köç yolları ya-

xınlığında rast gəlinib. 

Maraqlıdır ki, Xll əsrdə qələmə alınmış müəllifi bilinməyən 

bir  gürcü  mənbəsində  yazılmışdır:  «Qışı  türklər...Tiflislə  Bərdə 

arasında  keçirirlər...  Yazda  isə  onlar  Somxet  və  Ararat  (Ağrı) 

dağlarına qalxırlar» (Tuncay B., 2012 a., s. 102). 

Bu kiçik yazıda Azərbaycan türklərinin tərəkəmə hissəsinin 

Kür-Araz  mədəniyyəti  dövründən  XX  əsrin  sonlarına  qədər 

mövcudluğunu  qoruyan  və  minilliklər  ərzində  dəyişməyən  yay-

laq-qışlaq marşrutlarından biri təsvir edilmişdir. Həmin marşrut-

ların  əsasının  ən  azı  Kür-Araz  mədəniyyəti  dövründə  qoyuldu-

ğunu  Gürcüstan  ərazisindən  tapılmış  ilk  tunc  dövrü  kurqanları 

da  sübut  etməkdədir.  Bu  baxımdan  Gürcüstan  Milli  Muzeyinin 

arxeologiya qrupunun 2012-ci ildə tədqiq etdiyi 3 №-li Ananauri 

kurqanı  deyilənlərə  ən  gözəl  misaldır.  Alazan  çayının  sol  sahi-

lində  yerləşən  bu  kurqanın  diametri  100  m,  hündürlüyü  12  m-

dir.  Z.  Maxaradzenin  yazdığına  görə,  kurqanın  örtüyü  gildən 

ibarət idi, üst sahəsi daş düzümü ilə bərkidilmişdi.  

E.ə. XXIV-XXII əsrlərə aid olan bu kurqanın örtüyünün al-

tında, onun mərkəzi hissəsində iki cərgə palıd tirlərdən qurulmuş 

25 x 15 m genişliyində meydançaya rast gəlinmişdir. Meydança-

nın üzərinə 0,2 m qalınlığında yonqar tökülmüş, onun üstünə isə 

bol şəkildə oxra səpilmişdi. 2,2 m dərinlikdə qazılmış qəbir ka-

merası  meydançanın  altında  aşkar  edilmişdir.  Meydança  onun 

üst örtüyü rolunu oynayır və kameranın döşəməsində quraşdırıl-

mış üç ağac tir üzərində qərar tapmışdı. Bu tirlər sütun kimi çı-

xış edirdi. Yonulmuş ağaclardan konstruksiya edilmiş qəbir ka-

merası 9,5 x 6 m ölçülərində idi.  




 

150


Divarları  və  döşəməsi  bütünlüklə  ağacdan  olan  kameranın 

qədim  zamanlarda  qarət edildiyi  məlumdur.  Buna rəğmən, orada 

bir çox maraqlı arxeoloji materiala rast gəlinib. Bunlar iki dörd tə-

kərli  arabadan,  ağacdan  düzəldilmiş  taxtdan,  müxtəlif  saxsı  və 

taxta qablardan, qiymətli daşlardan və qızıldan düzəldilmiş bəzək 

əşyalarından,  kəhrəba  boyunbağıdan  ibarət  idi.  Kamerada  qızılla 

üzlənmiş ox ucluqları da aşkar edilib. Onlar dəvəgözü və çaxmaq 

daşından hazırlanmışdılar (Махарадзе З., 2015, с. 110-111).  

 Gürcüstan ərazisində qeydə alınmış Kür-Araz mədəniyyəti 

dövrünə  aid  digər  kurqan  da  Matkopi  kurqanıdır.  Onun  örtüyü 

inşaat işləri zamanı dağıdılmışdı, bu üzdən də onun ölçüləri ba-

rədə heç bir məlumat yoxdur. Burada da mərkəzi hissədə iki cər-

gə palıd tirdən düzüımüş  meydança, onun altıbda isə 4-5  m də-

rinlikdə  qazılmış  qəbir  kamerası  aşkar  edilmişdir.  Kameranın 

ağac örtüyünü döşəmədə quraşdırılmış ağac tirlər saxlayırdı. Bu 

kurqanın da kamerası yonulmuş ağaclardan düzəldilmişdi. Onun 

döşəməsinin  sahəsi 45-50 kv. m təşkil edirdi.  Kameranın divar-

ları da, döşəməsi də ağacdan qurulmuşdu. Onun ayrıca giriş qa-

pısı  və  qapıya  çöldən  uzanan  yolu  vardı.  Kurqandan  heç  nə  ta-

pılmamışdır (Sherazadishvili Z., 2009, p. 90). 

Bu sırada Bedeni vadisindəki daha iki kurqanı da misal çək-

mək olar. E.ə. III minilliyin sonlarına aid edilən, ərazidəki digər 

çoxsaylı kurqanlardan öz böyük ölçüləri ilə fərqlənən bu kurqan-

lardan biri elmi  ədəbiyyatda «Böyük Tsnori kurqanı», digəri isə 

«Kiçik Tsnori kurqanı» adları ilə məşhurdur. 

Kiçik Tsnori kurqanının örtüyü dağıdıldığından onun ölçüləri 

haqqında  məlumat  yoxdur.  Amma  dəqiq  məlmdur  ki,  o,  nisbətən 

kiçik  idi.  Onun  kanerası  8  m  dərinlikdə  qazılmışdı,  döşəməsinin 

sahəsi 8 x 14 m olub. Burada da dörd təkərli araba aşkar edilmişdir. 

Kurqanda qızıl və gümüş bəzək əşyaslarına da rast gəlinib (Гобед-

жишвили Г.Ф., 1981, с. 6; Дедабришвили Ш.Ш., 1979, с. 19). 

Qərbi  Azərbaycan  və  Gürcüstanda  çox  sayda  kurqanın  ol-

masına  rəğmən,  onların  sayı  Cənubi  Qafqazın  şərqində,  yəni 

Azərbaycan  Respublikası  ərazisində  daha  çoxdur  ki,  bu  da  bir 

vaxtlar  K.Kuşnaryovanın  təəccübünə  səbəb  olmuş  və  o,  Kür-



 

151


Araz kurqan mədəniyyətinin şərq arealında bu qədər geniş yayıl-

masının  səbəblərinin  dəqiq  müəyyən  etməyin  çətin  olduğunu 

yazmış və bildirmişdi ki, bilinən yeganə şey odur ki, Cənub-Şər-

qi  Qafqazda  kurqanda  dəfn  ənənəsi  eneolit  dövründən  gec  ya-

ranmamışdır (Кушнарева К. Х.,1993, s. 60). 

Kurqanlara  əsasən  yayalaq-qışlaq,  yəni  köç  yolları  üzərin-

də, əsasən qışlaq yerlərinə yaxın ərazilərdə rast gəlindiyi sübuta 

ehtiyacı olmayan aksiomadır. Təsadüfi deyil ki, kurqan abidələ-

rinin  böyük  əksəriyyətinin  erkən  maldarlığın  inkişafı  ilə  əlaqə-

ləndirən  C.  Çernikov  yazır  ki,  onlar  daha  çox  qışlaqlara  yaxn 

yerlərdə  -  dağətəyi  zonalarda  və  çay  sahillərində  ucaldılmışdır. 

O  bildirir  ki,  kurqanlara  açıq  çöllərdə  və  yaylaq  yerlərində,  de-

mək olar ki, rast gəlinmir (Черников С. С., 1951). 

Kür-Araz dövrünə aid kurqanlara Azərbaycan respublikasının 

demək olar ki, bütün bölgələrində rast gəlinir. Bu baxımdın Talış-

Muğan  zonası  da  istisna  deyil.  Bu  zonanın  kurqanlarından  bəhs 

edən F.Mahmudovun sözlərinə görə, bölgədə tək dəfnli məzarların 

üzərində  gözəgəlimli  kurqan  örtüyün  quraşdırılması  və  dəfn 

inventarındakı  zənginlik  e.ə.  III  minilliyin  ortasında  bu  ərazidə 

tayfa elitasının varlığından xəbər verir. «Oxşar kurqanlar Lənkəran 

və Masallı rayonlarında da var» (Махмудов Ф., 2008, c. 42).  

Bənzər kurqanlara bölgənin hər tərəfində rast gəliməsi təsa-

düfi deyil. Çünki bu bölgə də ən azı Kür-Araz dövründən etiba-

rən  əsas  köç  yollarından  birinin  yerləşdiyi  bölgələrdən  olub  və 

bu hal bu gün də beləcə davam edir.  

Eyni sözləri respublikanın şimal-şərq və şərq bölgələri haqqın-

da da söyləmək mümkündür. Bu bölgədə də Kür-Araz mədəniyyəti 

dövrünə aid bir neçə önəmli kurqan aşkar edilmişdir. Bu sırada Q. 

Qoşqarlının  rəhbərlik  etdiyi  arxeoloji  ekspedisiyanın  2009-cu  ildə 

Xızı  rayonu  ərazisində  aşkarladığı  20-dən  çox  kurqanı  misal  çək-

mək olar. «Sitalçay kurqanları» kimi tanınan bu kurqanlarda qazın-

tı  işləri  2011-ci  ildə  aparılmış  və  tədqiqatlar  nəticəsində  onlardan 

üçünün (1, 2 və 5 №-li Sitalçay kurqanları) məlum olmuşdur. 

Sözügedən  dəfn  abidələrindən  1№-li  Sitalçay  kurqanının  di-

ametri şimaldan cənuba 13,1 m, qərbdən şərqə 15,5 m, hündürlüyü 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə