Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə52/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   48   49   50   51   52   53   54   55   ...   154

 

155


ku"  kimi  qeyd  edildiyini  ilk  dəfə  təsbit  edən  tanınmış  alim  Z. 

Yampolski olmuşdur. O, türklərin mənşəyi və ilk ata yurdu barə-

də o vaxta qədər rus  - sovet tarixşünaslığında  mövcud olan rəs-

mi baxışlara qarşı çıxaraq bildirmişdi ki, akkad mənbələri "türk" 

etnoniminin  qeydə  alındığı  ən  qədim  yazılı  mənbələrdir  (Tahir-

zadə, 1991, s. 62-64). E. ə. birinci minilliyə aid Urartu mixi ya-

zılarında  da  eyni  xalqın  adı,  eyni  ərazinin  sakinləri  kimi  qeyd 

edilmişdir. Urartu mənbələrində  həmin  xalqın  adı "turuxi" kimi 

çəkilir.  Firidun  Ağasıoğlunun  fikrincə,  Aşşur  mənbəlrində  rast 

gəlinən  "turukku"  etnonimi  "türk"etnik  adının  aşşur  dilindəki 

səsləniş və yazılış formasıdır (Ağasıoğlu, 2005, s. 39).  

İlk  dəfə  Z.Yampolski  tərəfindən  söylənilən  bu  fikrə  sonralar 

Ə.Hüseyni,  C.Cəfərov,  M.H.Tantəkin,  Y.Yusifov,  Q.Qeybullayev, 

T.Hacıyev, M.İsmayıl, F.Ağasıoğlu, N.Xudiyev və s. kimi Azərbay-

can alimləri də  şərik çıxmışlar.Y.Yusifovun  yazdığına görə, "türk" 

adına  erkən  orta  əsrlərə  aid  hind  qaynaqlarında  turukka",  Xotən 

mətnlərində "trruki", Tibet mənbələrində "druq" və "druqu" forma-

sında rast gəlmək mümkündür (Azərbaycan tarixi, 1994, s. 78).      

Turuklar  barəsində  ilk  məlumatlara  e.ə.  XlV  yüzilliyə  aid 

Aşşur  mənbələrində  rast  gəlindiyini,  daha  sonra  isə  "turux"  (və 

ya  turuxi)  adı  ilə  Urartu  mənbələrində  məlumat  verildiyini  vur-

ğulayan M. İsmayıl da onların alimlər tərəfindən türklərlə eyni-

ləşdirildiyini söyləməkdədir (İsmayıl, 1955, s. 7).         

Y. Yusifovun yazdığına görə, eramızdan əvvəl ll minilliyin 

əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siya-

sətə qoşulması başlayır. Onlar Zaqroş dağlarını aşaraq İkiçayara-

sına daxil olurdular. Türklər Aşağı  Zab çayının  yuxarı axarında 

yerləşən  Raniyə  düzənliyinə  çıxır  və  burada  yaşayan  hürrilərlə 

ünsiyyətə girirdilər. Ümumiyyətlə, onlar bu ərazi uğrunda müba-

rizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış 

Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar.   

Aşşur mixi yazılarından belə məlum olur ki, aşşur hökmdarı 

l Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir, lakin bu tay-

faların  müdaxiləsinin qarşısını  ala bilmir. Türklər aşşurların  nə-

zarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər. Aşşur hökm-



 

156


darı  l İşme-Daqan baş verənləri cöx  maraqlı təsvir etmişdir: «O 

ki  qaldı  Şuşarra  olkəsinə,  siz  mənə  yazırsınız  ki,  bu  ölkə  həya-

can içindədir və biz onu saxlaya bilmirik. Qoy qasid sizə vəziy-

yəti  izah  etsin.  Turukkulu  Lidaya  və  bu  ölkədə  onunla  birlikdə 

olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini da-

ğıtmışdılar.  Mən  oraya  əlavə  qoşun  gətirdim,  onlar  dağlara  çə-

kildilər. Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə 

nəzarətə alına bilməz» (Azərbaycan tarixi, 1994, s. 73, 74).    

Təbii ki, mixi yazılardaki "turukku", "turuxi", "turuk" adlarını 

"türk"  enonimi  ilə  eyniləşdirən  alimlərimiz  haqlıdırlar.  Biz  də  bu 

fikirdəyik ki, adlarına ilk dəfə eradan əvvəl lll minilliyə aid akkad 

və aşşur mixi yazılarında "turuku" kimi və eradan əvvəl l minilliyə 

aid  Urartu  mənbələrində  "truxi"  kimi  rast  gəlinən  və  haqlarında 

Azərbaycan  və  Şərqi  Anadolu  ərazisinin  sakinləri  kimi  söz  açılan 

bu xalq sonrakı dövrlərdə, Vl-Vlll əsrlərdə böyük xaqanlıq qurmuş 

və  bu  xaqanlığın  mərkəzi  indiki  Monqolustan  ərazisi  olmuşdur. 

Boz  qurdla  bağlı  əldə  olan  etnoqonik  miflərin  təhlili  göytürklərin 

Mərkəzi Asiyaya, o cümlədən Monqolustan ərazisinə Ön Asiya və 

Qafqazdan gəldiklərini, türklərin ilkin ata yurdunun Azərbaycan və 

Şərqi Anadolu ərazisi olduğunu söyləməyə tam əsas verir. 

Qədim  Çin  mənbələrində  Orxon-Yenisey  abidələrini  yarat-

mış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əfsa-

nələr qeydə alınmışdır və onlardan biri bu xalqın Qərbdən - Xə-

zər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir (He-

yət, 1993, s. 72). 

Böyük  Türk  Xaqanlığının  əsasını  qoyan  göytüklərin  mənşəyi 

ilə  bağlı  qədim  Çin  mənbələrində  qeydə  alınmış  birinci  rəvayətdə 

deyilir  ki,  hunlarla  eyni  soydan  olan  göytürklər  hun  yurdunun  şi-

malındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğlarının, yəni sərkər-

dələrinin  adı  Kapan  Pu  idi  və  onun  16  qardaşı  vardı.  Bunlardan 

birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi. 

Göytüklərin  düşmənləri  bir  həmlə  ilə  qardaşları  aradan 

apardılar, Bu fəlakətdən  yalnız bir gənc qurtuldu. Bu gəncin  iki 

arvadı  vardı.  Biri  yaz  tanrısının,  digəri  qış  tanrısının  qızı  idi. 

Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xa-



 

157


qan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvad-

lardan  türk  xalqı  törədi  (Heyət,  1993,  s.  72;  Гумилев,  2002,  c. 

26-27):  Göytürklər  qədim  Xsiunq-Nunun  (hunların,  xəzərlərin) 

soylarından  yaranmışlar və onların  bir qoludurlar. Özləri  isə  A-

şin-na adlı bir ailədən törəmişlər. (Sonradan çoxalaraq) ayrı oy-

maqlar halında yaşamağa başladılar.  

Daha sonra Lin (Alan, Alaniya) adlanan bir məmləkət tərə-

findən  məğlub  edildilər.  (Məğlubiyyətdən  sonra  göytürklər)  bu 

məmləkət tərəfindən bütünlüklə öldürüldülər.  

(Tamamilə  qırılan)  göytürklər  içində  yalnız  on  yaşlı  bir 

uşaq qalmışdı. (Lin məmləkətinin) əsgərləri uşağın çox kiçik ol-

duğunu  görüb  (ona  yazıqları  gəlmiş  və)  öldürməmişdilər.  Uşa-

ğın təkcə ayaqlarını kəsmiş, özünü də bir bataqlıq içindəki otla-

rın arasına tullayıb getmişdilər.  

(Bu zaman) uşağın yanında bir dişi qurd peyda oldu və ona ət 

verərək bəslədi. Uşaq bu minvalla böyüdükdən sonra da dişi qurdla 

ər-arvadlıq etməyə başladı. Qurd da bu yolla ondan hamilə qaldı.  

(Göytürkləri  məğlub  edən  və  hamısını  qılıncdan  keçirən  Lin 

məmləkətinin) kralı  bu uşağın  hələ də yaşadığını eşitdi və əsgərlə-

rini onu öldürməyə göndərdi. Uşağı öldürməyə gələn əsgərlər qurd-

la uşağı yan-yana gördülər. Əsgərlər qurdu öldürmək istədilər, am-

ma qurd (onları görən kimi) tez qaçdı və Kao-ç-anq (Kuşan) məm-

ləkətinin  şimalındakı  dağa  getdi.  Bu  dağda  dərin  bir  mağara,  ma-

ğaranın içində isə böyük bir ovalıq var idi. Çevrəsi də bir neçə yüz 

mildən artıq deyildi. Dörd yanı sıldırım qayalarla əhatə olunmuşdu. 

Qurd qaçaraq bu mağaranın içinə girdi və orada on uşaq doğdu. 

Vaxt keçdikcə bu on uşaq böyüdü və bayırdan qızlar gətirə-

rək, onlarla  evləndilər.  Beləliklə  evləndikləri  qızlar  hamilə  qal-

dılar və bunların hər birindən bir soy törədi. A-şi-na ailəsi də bu 

on boydan biridir. 

Onların  oğulları  və  nəvələri  çoxaldılar  və  yavaş-yavaş  yüz 

ailə halına gəldilər. Ju-julara tabe oldular. Altay ətəklərində yer-

ləşdilər.  Bundan  sonra  da  Ju-juan  dövlətinin  dəmirçiləri  oldu-

lar... (Ögəl, 2006, s. 36). 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə