Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə60/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   56   57   58   59   60   61   62   63   ...   154

 

179


ləri bura Rusiyadan (Şimali Qafqazdan) köçən Maykop kurqanları 

mədəniyyətinin daşıyıcıları olmuşlar (Trevor Bryce., 2013, p. 21). 

Alacahöyükdə qazıntılar bir də 1935-ci ildə türk arxeoloqla-

ra Rəmzi Oğuz Arık və Hamit Koşay (Remzi Oguz Arik, 1937), 

1936-cı  ildən  1983-cü  ilə  qədər  isə  Hamit  Koşay  və  Mahmut 

Akok tərəfindən davam etdirilmişdir (Hamit Z.Koşay and Mah-

mut Akok, 1947, pp. 152–157) Qazıntılar nəticəsində hetlərəqə-

dərki təbəqədən, o cümlədən xan kurqanlarından çox sayda qiy-

mətli  material  tapılmışdır  ki,  onlardan  ən  qədimləri  e.ə.  IV  mi-

nilliyə aid edilir. Məzarlardan isə metal qablar, zərgərlik məmu-

latı,  silah  və  təyinatı  məlum  olmayan,  fəqət  mütəxəssislər  tərə-

findən «günəş diskləri» adlandırılan abstrakt sənət əsərləri tapıl-

mışdır. Bu əsərlərin böyük əksəriyyəti hazırda Ankaradakı Ana-

dolu  Mədəniyyətləri  Muzeyində  nümayiş  etdirilir.  Bu  zəngin 

mədəniyyətə het işğallarının son qyduğu və qədim şəhərin onla-

rın  işğalı  nəticəsində  dağıntılara  məruz  qaldığı  məlumdur  (Wo-

olley Leonard, 1961). 

Hazırda abidənin qazıntıları Aykut Çınaroğlu tərəfindən da-

vam etdirilir.  

İlk tunc və het (hitit) dövrlərində zəngin sənət və inanc mər-

kəzlərindən biri olmuş Alacahöyükdə 4 mədəni təbəqə aşkar edil-

mişdir.  Bunlardan  ən  qədimi  eneolit  dövrünə,  daha  dəqiq  desək, 

e.ə. V minilliyə aiddir. Bu təbəqələrin təmsil etdiyi mədəniyyətlər 

üst üstə qalanaraq zamanla təpə halına gəlmişdir ki, bu təpənin bir 

qismi xan (kral) məzarlarının kurqan örtüyü ilə vahid şəkil almış-

dı. Abidə kompleksinin indiyə qədər qazılmış hissəsi ümumilikdə 

277 m x 310 m ölçüsünə sahib bir ərazini əhatə edir. Onun ən üst 

və nisbətən «cavan»  mədəni təbəqələri Friqiya və Hellen (qədim 

yunan) dövrlərinə aiddir (Çorum fotoqraf galerileri). 

Q.  Kavtaradzenin  yazdığına  görə,  e.ə.  III  minilliyin  ikinci 

yarısında Mərkəzi Anadolu və Şimali Qafqazın (Maykop mədə-

niyyəti) mədəniyyətlərinin xarakterik özəlliklərindən biri də «çar 

məzarları»nın (xan kurqanlarının) peyda olmasıdır ki, bu da ibti-

dai icma quruluşunun dağılmasından xəbər verir. Alim haqlı ola-

raq  bildirir  ki,  Alacahöyük  mədəniyyətinə  xas  «çar  məzarla-



 

180


rı»nın  Şimali  Qafqazın  maldar tayfalarının  kurqan  məzarları  ilə 

bənzərliyi,  bu  məzarların  əvvəlki dövrlərə aid  məzarlardan, elə-

cə də ətraf bölgələrin abidələrindən fərqlənməsi «çar məzarları» 

mədəniyyətinin  bölgəyə  Şimali  Qafqazdan  gəldiyini  söyləməyə 

əsas verir (Кавтарадзе Г. Л., 1975). 

Q.Kavtaradze «Gürcüstanın eneolit və tunc dövrlərinin xrono-

logiyasına dair» adlı başqa bir əsərində Alacahöyük mədəniyyətini 

Kür-Araz mədəniyyəti çərçivəsində dəyərləndirərək göstərir ki, e.ə. 

IV minilliyin ikinci və III minilliyin birinci yarılarında Ön Asiyaya 

da  yayılan  Kür-Araz  mədəniyyətinin  yerli  variantlarına  Anadolu, 

Qərbi İran, Suriya  və  Fələstin ərazilərində də rast gəlinmişdir. Bu 

mədəniyyət  Şərqi  Anadoluya  özünün  inkişaf  mərhələsində  hakim 

ola  bilərdi. Belə görünür ki,  Kür-Araz  mədəniyyətinin daşıyıcıları 

Anadoluya xronoloji baxımından iki dalğa halında nüfuz etmişlər.  

Alimin  sözlərinə  görə,  erkən  Kür-Araz  mədəniyyətinin 

Anadoludakı  izlərinə  Ərzurumdakı  Karaz,  Gözəlova,  Taşkun 

Mevkiyi,  Təpəcik,  Sakgöl  və  s.  məntəqələrdə  rast  gəlinmişdir. 

Bu  mədəniyyətin  Anadoluda  əsaslı  şəkildə  möhkəmlənməsi 

ikinci dalğa zamanı baş vermişdir.  

Q.Kavtaradze deyilənlərə Alacahöyükdə tapılmış Kür-Araz 

keramikasını misal çəkir və buna əsaslanaraq yazır ki, Alacahö-

yükdəki xan kurqanlarının yaşını e.ə. III minilliyin I yarısına aid 

etmək lazımdır (Кавтарадзе Г.Л., 1983). 

Beləliklə, Alacahöyük mədəniyyətini Maykop mədəniyyəti-

nin yerli variantı hesab etmək olar. Burada tapılmış xan kurqan-

ları isə e.ə. III minilliyin ikinci yarısında mövcud olmuş dövlət-

çilik ənənələrindən xəbər verir.  

Qeyd  edək  ki,  Arslantəpədəki  hökmdar  məzarından  fərqli 

olaraq  Alacahöyükdəki  xan  kurqanlarında  ölülər  eynən  Böyük 

Maykop kurqanında olduğu kimi sağ böyrləri üstə basdırılmışdı-

lar ki, bu da onların R1a haploqrupunun daşıyıcıları, yəni proto-

qıpçaq-bulqar olduqlarını söyləməyə imkan verir. 

Məlumat  üçün  bildirək  ki,  hetlər  həm  Alacahöyükdə,  həm 

də Arslantəpədə prototürk mədəniyyətini məhv etmiş, fəqət təq-

ribən e.ə. I minillikdə kumanlar Arslantəpəni, qaşqaylar (kaşka-



 

181


lar) isə Alacahöyükü het işğalından azad etmiş və türk hakimiy-

yətini bərpa etmişdilər. 

 

Türk mədəniyyəti tarixində Trialeti (Borçalı) 

mədəniyyətinin yeri və rolu 

Türklərin orta tunc dövründə,  daha dəqiq desək,  e.ə. II mi-

nillikdə  Cənubi  Qafqazda  qurduqları  ən  önəmli  mədəniyyətlər-

dən  biri  də  Trialeti  (Borçalı)  mədəniyyətidir.  Bu  mədəniyyətin 

izlərinə  ilk dəfə XX əsrin 30-cu  illərində Tsalki  yaylasında rast 

gəlinmiş  və  onu  kəşf  edən  B.  Kuftin  bu  mədəniyyəti  «Böyük 

Trialeti  kurqanlarının  parlaq  mədəniyyəti»  deyə  vəsf  etmişdir. 

Sözügedən  mədəniyyət hazırda  Cənubi Qafqazın  mərkəzi,  şərqi 

və cənubunu, eləcə də Araz çayının sağ sahilinin müəyyən hissə-

lərini əhatə edir (Кушнарева, 1993, с. 100-101).  

Adını Gürcüstanın eyni adlı bölgəsinin adından alan, ən parlaq 

abidələri  məhz  bu  bölgədə  aşkar  edilən  bu  mədəniyyətə  xas 

kurqanların əksəriyyətini  «sadə  inventarlı toplu qəbirlər təşkil edir. 

Burada ölülər gil meydançaların üzərində dəfn edilib, üzərində ağır 

daşlardan  kurqanlar  ucaldılmışdır.  Kurqanların  bəzilərində  8  m 

dərinliyi və sahəsi 8 x14 m olan qəbir kameraları vardır. Kameranın 

döşəməsi qamışla döşənib, divarlarına daş pilitələr  quraşdırılmışdı. 

Kameraya aparan yolda xüsusi dəhlizlər inşa edilirdi ki, bu dəhlizlə 

meyidi  daşıyan  araba  və  onunla  birlikdə  dəfndə  istifadə  olunacaq 

əşyalar aparılırdı. Dəfn mərasimləri təntənəli surətdə qeyd olunurdu. 

Kurqanların  birindən  tamamilə  ağacdan  hazırlanmış  dörd  təkərli 

araba  aşkar  olunmuşdu.  Dövrünə  görə  kameraya  ölü  ilə  bərabər 

öldürülmüş heyvanlar (öküz, donuz), metal  əşyalar, tunc silah, mis 

qazan, gümüş və qızıl bəzək əşyaları da qoyurdular. Həmçinin abi-

dədən  əldə  olunan  qiymətli  daşlarla  bəzədilmiş  fiqurlu  kubok tipli 

qablar da maraqlıdır. Kuboklar bütöv gümüş parçasından yonulmuş 

və  üzərində  iki  haşiyə  ilə  bəzədilmiş  müxtəlif  təsvirlər  həkk 

olunmuşdur.  Birinci  üst  haşiyə  zolağında  əllərində  fincan  tutmuş, 

uzun əba geyinmiş (xiton) və iki canavar quyruqlu məxluqun birbi-

rinin ardınca getməsi ayini təsvir olunmuşdur. Ayin icraçıları ağaca 

doğru  yönəlmişlər.  Ağacın  altında  qurbangah  qarşısında  qurulmuş 

taxtda  eyni  görünüşlü  antrozoomorf  məxluq  əyləşmişlər.  Təsvirin 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə