Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə61/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   57   58   59   60   61   62   63   64   ...   154

 

182


aşağı  haşiyə  zolağında  bir-birini  təkrarlayan  iki  ceyran  təsviri  də 

vardır.  Bu  mədəniyyətə  aid  gümüş  düymələrin  qızılı  başlıqları,  iri 

qızıl muncuqlar, boyunbağılar, heyvanların qızıldan tökmə fiqurları 

nəfis  tərtibata  malikdirlər.  Kurqanda  ehtimal  ki,  varlı  şəxs  dəfn 

olunmuşdur. Ümumilikdə, bu mədəniyyət tuncdan hazırlanmış əyri 

uclu  xəncərlər,  üçkünc  başlıqlı  nizələrlə  səciyyələnir.  Dövrə  aid 

silahların  hazırlanması  zərgər  dəqiqliyi  ilə  yerinə  yetirilmişdir.  Gil 

qablar arasında qara rəngli boya ilə işlənmiş parlaq ornamentə malik 

boyalı küplər qırmızımtıl rəngi ilə seçilir.  

Onların üzərini bəzəyən qara naxışlar, aşağıya yönəlmiş üçbu-

caqlarla  ziq-zaq  formasında  həkk  olunmuşdur.  Küplərin  üzərində, 

həmçinin  quş  təsvirləri,  spiralvari  xətlər  və  naxış  ünsürlərinə  də 

təsadüf olunur (Avşarova İ.N., Pirquliyeva Q.Ə., 2010, s. 73-74). 

Trialeti Kiçik Qafqazın şimal-şərq tərəfində, dəniz səviyyə-

sindən 1500-1900 m yüksəklikdə yerləşir. Bu bölgə üçün rənga-

rəng  relyef,  o  cümlədən  hündür  dağ  hövzə  və  silsilələri,  vulka-

nik konuslar, vadilər, dərələr və s. xarakterikdir.  

Hazırda Trialeti kurqanlarının  bir qismi Tslki  su anbarının al-

tında  qalıb.  Onları  vaxtı  ilə  tədqiq  etmiş  B.Kuftin  həmin  abidələri 

orta tunc dövrünə aid etmiş  və e.ə. II minilliyin abidələri kimi də-

yərləndirmişdir  (Куфтин,  1941,  стр.  99).  Amma  bu  tarixləndirmə 

günümüzədək mübahisələr mövzusu olaraq qalır. Onun tərəfdarları 

olduğu  kimi,  əleyhdarları  da  az  deyil.  Əleyydarları  içərisində  kur-

qanları  e.ə.  III  minilliyin  ikinci  yarısına  aid  edənlər  olduğu  kimi 

(Кавтарадзе, 1983, с. 116-136; Кавтарадзе, 1987, с. 16; Кушнаре-

ва, Рысин, 2001, с. 109), II minilliyin sonlarına aid edənlər də var. 

2000-ci  illərin əvvəllərində Tsalki  su anbarının su səviyyə-

sinin aşağı düşməsi nəticəsində vaxtilə qazıntıları B. Kuftin tərə-

findən aparılmış 1, 2, 4-9 və 15-17 №-li kurqanlar, eləcə də qa-

zılmamış  47  №-li  kurqan  yenidən  gün  işığına  çıxmış  və  bu  da 

arxeoloqlara  həmin  kurqanlarda  yenidən  tədqiqat  işləri  aparma-

ğa imkan vermişdir. Tədqiqatların nəticələri də çox ürəkaçan ol-

muşdur (Нариманишвили, 2002; Narimanishvili, 2004).  

İlk dəfə tədqiqata cəlb edilən 47 №-li kurqan Böyük Təpə I 

kurqanından  500  m  qərbdə  yerləşirdi.  Daş  örtüyünə  sahib  kur-



 

183


qana  şərq  tərəfdən  araba  yolu  birləşirdi.  Yolu  su  yuduğundan 

çox  bərbad  vəziyyətdə  idi.  Yolun  hər  iki  tərəfi  bazalt  daşlarla 

möhkəmləndirilmişdi.  Kurqanın  örtüyünün  hündürlüyü  1.2-1.5 

m-ə, diametri isə 60  m-ə çatırdı. Kurqanın tam yanında dördbu-

caqlı  bir  tikilinin  izləri,  eləcə  də  müxtəlif  dövrlərə  aid  daş  qutu 

qəbirləri aydın seçilirdi. 

Tədqiqatlar nəticəsində məlum oldu ki, digər kurqanlara da 

birləşən araba  yolları  nisbətən salamat qalmışdır. Onlar  haqqın-

da arxeoloji ədəbiyyatda xeyli məlumata rast gəlmək olar (Куф-

тин, 1941; Куфтин, 1948; Жоржикашвили, Гогадзе, 1974).  

Bu  məlumatlardan  belə  aydın  olur  ki,  3  №-li  kurqan  oval 

formalı (18-24 m) olub. Onun da örtüyü daşdan idi və şər tərəf-

dən ona uzunluğu 7 m, eni isə 5 m olan dəhliz birləşirdi. Sonra-

dan  onun  41  m  uzunluğunda  araba  yolu  olduğu  məlum  oldu 

(Жоржикашвили, Гогадзе, 1974, стр. 15, таб. 9-3).  

6 №-li kurqanın hündürlüyü 1, 5 m çatırdı. Düzgün dairəvi 

formada idi və 55 m diametrində idi (Жоржикашвили, Гогадзе, 

1974, стр. 16-17, таб. 9-7). Ona da uzunluğu 160 m, eni isə 6 m 

olan araba yolu birləşirdi. 

Hündürlüyü 1,5 m, diametri isə 40 m olan 8 №-li kurqanın 

da forması düzgün dairə şəklində idi (Куфтин 1941, таб. LXV; 

Жоржикашвили, Гогадзе, 1974, стр. 18-19, таб. 7-1). Ona bi-

tişən yolun uzunluğu 210 m, eni isə 5 m olub.  

15 №-li kurqanın özünəməxsus forması vardı. Onun örtüyü 

küncləri  oval  şəklində  olan  dübucaqlı  formaya  sahib  idi  (Куф-

тин,  1941,  стр.  80;  Жоржикашвили,  Гогадзе,  1974,  стр.  20). 

Qazıntılardan sonra o, dairəvi şəkil almışdır. 

Kurqanın mərkəzi meydançası şərq tərəfdən yüngülcə maili 

idi  və  görünür  bu,  dromosoun  çökməsinin  nəticəsində  baş  ver-

mişdir. Digər tərəflər  isə  bir qədər hündür  idi. Çuxur üstündəki 

örtüyün  hündürlüyü  1.5-2  m-ə  çatırdı  (Куфтин,  1941,  стр.  81-

83,  таб.  LXIVLXVI,  LXXII;  Жоржикашвили,  Гогадзе,  1974, 

стр. 20,  таб. 7-3,4). Hazırda kurqanın  şərq tərəfi  mütənasib  şə-

kildə  maililik  nümayiş  etdirir  ki,  bu  səbəbdən  də  yolla  kurqan 

arasındakı əlaqəni izləmək mümkün deyil. Bununla belə, 245 m 



 

184


uzunluğunda, 5 m enində olan yolun şərq tərfdən kurqana doğru, 

daha  doğrusu  onun  dromosuna  tərəf  uzandığını  görməmək 

mümkün  deyil.  Suyun  təxribedici  təsiri  özünü  əməlli-başlı  gös-

tərib.  Hazırda  kurqanın  hündürlüyü  1.5  m-dir  (Куфтин,  1941, 

стр. 79, 83, таб. LX, LXVII, LXVIII).  

17  №-li  kurqanın  girdə  formalı  örtüyünün  hündürlüyü  1,5 

m idi.Ona şərq tərəfdən uzunluğu 116 m, eni isə 4.5 m olan ara-

ba yolu birləşirdi (Нариманащвили Г., 2006, c. 97-98). 

Əslində  Trialeti  mədəniyyətinə  Kür-Araz  mədəniyyətinin 

son  fazası  kimi  də  baxmaq  olardı.  Lakin  arxeoloji  ədəbiyyatda 

Kür-Araz  mədəniyyətinə  sadəcə  ilk  tunc  dövrünü  aid  eirlər  və 

belə  olduğu  üçün  də,  Trialeti  mədəniyyəti,  eləcə  də  onunla  sıx 

əlaqədə  olan  Axalkələk,  Ördəkli  (Lçaşen),  Təzəkənd  və  s.  kur-

qanlar,  təbii  ki,  Kür-Araz  mədəniyyətindən  sonrakı  dövr  abidə-

ləri kimi gözdən keçirilir.  

 

Sintaşta mədəniyyətini (e.ə. III-II minilliklər) yaradanlar 

R1a (R1a1a1b2a2 –Z2124 və R1a1a1b2a2 –Z2123) Y-

xromosomuna sahib idilər, yəni qıpçaq-bulqar idilər 

Genetik tədqiqatların nəticələrinə görə türklərin tarix səhnə-

sinə  e.ə.  XV  minillikdə,  yəni  17000  il  əvvəl  çıxdığını  və  bütün 

ilk  elmi  kəşflərin  banisi  və  yayıcısı  olduğunu  söyləyən  doktor 

Alan  Autram  bu  kəşflər  içərisində  ilk  yazının  kəşfini,  keçədən 

ilk  dəfə  istifadəni,  ilk  metal,  o  cümlədən  dəmir  alətlərin  düzəl-

dilməsini, atın əhliləşdirilməsini və minilməsini, at südündən qı-

mız hazırlanmasını, ölülərin ilk dəfə xüsusi qəbirlərdə dəfn edil-

məsini, ilk sikkələrin basılmasını, pambıqdan paltar hazırlanma-

sını qeyd edir (Çataloluk O., 2013). 

Bu iddiaların həqiqəti nə qədər əks etdirib-etdimədiyini araş-

dırmaq qarşıya qoyduğumuz məqsədlər içində olmasa da, bir şey 

dəqiq  aydındır  ki,  Avropanın  və  bütövlükdə  Avrasiyanın  ən 

qədim mədəniyyətləri bilavasitə türklərlə bağlıdır və bu mədəniy-

yətlər içərisində Sintaşta mədəniyyətinin də özünəməxsus yeri var. 

Genetik tədqiqatların nəticələrinə görə türklərin tarix səhnə-

sinə  e.ə.  XV  minillikdə,  yəni  17000  il  əvvəl  çıxdığını  və  bütün 

ilk  elmi  kəşflərin  banisi  və  yayıcısı  olduğunu  söyləyən  doktor 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə