Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə62/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   58   59   60   61   62   63   64   65   ...   154

 

185


Alan  Autram  bu  kəşflər  içərisində  ilk  yazının  kəşfini,  keçədən 

ilk  dəfə  istifadəni,  ilk  metal,  o  cümlədən  dəmir  alətlərin  düzəl-

dilməsini, atın əhliləşdirilməsini və minilməsini, at südündən qı-

mız hazırlanmasını, ölülərin ilk dəfə xüsusi qəbirlərdə dəfn edil-

məsini, ilk sikkələrin basılmasını, pambıqdan paltar hazırlanma-

sını qeyd edir (Çataloluk O., 2013). 

Bu iddiaların həqiqəti nə qədər əks etdirib-etdimədiyini araş-

dırmaq qarşıya qoyduğumuz məqsədlər içində olmasa da, bir şey 

dəqiq  aydındır  ki,  Avropanın  və  bütövlükdə  Avrasiyanın  ən 

qədim mədəniyyətləri bilavasitə türklərlə bağlıdır və bu mədəniy-

yətlər içərisində Sintaşta mədəniyyətinin də özünəməxsus yeri var. 

Cənubi və Cənub-Şərqi Ural ərazilərini əahatə edən, e.ə. III-

II minilliklərə aid edilən və adını Tobol çayının sol qolu olan Sin-

taşta  çayı  sahilindəki  eyniadlı  yaşayış  məntəqəsindən  alan  Sin-

taşta  mədəniyyətini  bəzən  Andronova  mədəniyyətinin tərkib  his-

səsi  hesab  edirlər.  İndiyə  qədər  Ural  və Tobol  çayları  arasındakı 

ərazidə bu mədəniyyətə aid edilən 22 müdafiə sistemli irili-xırdalı 

yaşayış  məskəni  aşkar  edilmişdir ki,  bunlardan  Arkaim,  Bersuat, 

Daş Ambar (Kamennıy Ambar), Kuysak, Ustye, Çöllü (Stepnoye), 

Qızıl (Kizilskoye), Alandskoye, Sintaşta II və s. ən məşhurlarıdır. 

Nisbətən kiçik ərazidən bu qədər çox şəhər və qəsəbənin tapılma-

sı Sintaştanı dünyaya «Şəhərlər ölkəsi» kimi məşhurlaşdırmışdır. 

Bu sırada Arkaimin adını xüsusi çəkmək lazımdır (Аркаим, 

2005).  


Arkaim 1987-ci ildə S.Botalov və V.Mosinanın başçılıq et-

dikləri, tərkibinə bir qrup tələbənin və məktəblinin daxil olduğu 

Ural-Qazaxıstan  arxeoloji  ekspedisiyası  tərəfindən  aşkar  edil-

mişdir. Abidənin aşkar edilməsində A.Ezril və A.Voronkov adlı 

məktəblilərin tapdıqları bəzi maraqlı materialların müstəsna xid-

məti olmuşdur (Епимахов А.В., Семьян И., 2017). 

Sözügedən arxeoloji abidə adını  yaxınlıqda  yüksələn  Arkaim 

dağından  almışdır.  «Arkaim»  əski  türk  dilində  «silsilə»,  «onurğa 

sütunu», «sütun» kimi mənalar verir (Зданович Г.Б., 1996, с. 124).  



 

186


Abidənin  geniş qazıntılarına Q.  Zdanoviçin rəhbərliyi  altında 

1991-ci ildə start verilmiş və 8 min m² ərazi tədqiq edilmişdir. Mə-

lum olmuşdur ki, bu, yaxşı müdafiə sisteminə malik kiçik şəhərdir. 

2016-cı ildə Q. Zdanoviç başqa bir arxeoloji ekspedisiyanın 

başında qazıntıları yenidən davam etdirmiş, Böyük Sintaşta kur-

qanının  ətrafını  tədqiq  edərkən  Sintaşta  VI  məzarlığını  üzə  çı-

xarmışdır. Qazıntılar 2017-ci ildə də davam etmişdir (Археоло-

гическая экспедиция 2017). 

Abidə müdafə sistemi olan şəhərdən, iki nekropoldan və hey-

vanlar  üçün  nəzərdə tutulmuş  iki  böyük  ahılın  qalıqlarından  iba-

rətdir.  İki  qala  divarı  ilə  əhatə  olunan  qala-şəhər  girdə  formaya 

sahibdir.  Onun  diametri  təqribən  170  m-ə  çatır.  İnsanlar  burada 

yaşayır, heyvanları isə şəhərdən kənardakı ahıllarda saxlayırdılar. 

Şəhərin  eləcə  də  evlərin  divarları  gillə  möhkəmləndirilmiş 

və suvanmış ağac tirlərindən və çiy kərpiçdən qurulmuşdur. Bə-

zi evlərdə saxsı qablar bişirilən kürələrə, eləcə də metal külçələ-

rininin əridildiyi xüsusi sobalara rast gəlinmişdir.  

Şəhərin  mərkəzində  meydan  yerləşirdi.  Şəhəri  əhatə  edən 

müdafiə  divarları  arasında  dairəvi  yol  gedirdi  və  meydanı  bu 

yolla iki küçə birləşdirirdi. Şəhər özünün kanalizasiya sisteminə 

də sahib idi (Зданович Г.Б., 1996). 

Qazıntılar zamanı aşkar edilmiş insan kəllələri əsasında on-

ların avropoid olduqları məlum olmuşdur (Аркаим, 2005). 

E.ə. III-II minilliklərə aid edilən Arkaim yanğın nəticəsində 

məhv olmuşdur. 

Hazırda  Rusiyanın  Çelyabinsk  və  Orenburq  vilayətlərində, 

eləcə də Başqırdıstanın cənub-şərqində və Qazaxıstanın şimalın-

da çox sayda Arkaim tipli şəhər və qəsəbə tapılıb. Onların əksə-

riyyəti orta tunc dövrünə aiddirlər  və  birlikdə  «Şəhərlər ölkəsi» 

kompleksini təşkil edirlər.  

«Şəhərlər ölkəsi» yaşayış məskənlərinin əsas xüsusiyyətləri 

bir neçə qatdan ibarət müdafiə divarlarına, girdə plana və mərkə-

zi  meydana  sahib  olmalarıdır.  Bu  məskənlərin  evlərində  ocaq 

yerlərinə, buxardanlara (kaminlərə), su quyularına, metal əritmə 

sobalarına sıx-sıx rast gəlinir. 



 

187


«Sintaştalı»lar  ölülərini,  əksər  hallarda  yaxınlıqlardakı  çayla-

rın əks tərəfində  yerləşən kurqanlarda dəfn edirdilər. Sərdabə  for-

malı qəbir kameraları bir qayda olaraq çox dərin qazılır və bir sıra 

hallarda 3,5 m-ə çatırdı. Ölülər kameraya əsasən böyrü üstə, bükülü 

vəziyyətdə qoyulurdular. Qəbir avadanlıqları içərisində silahlar (ox 

və nizə ucluqları, döyüş  baltaları),  əmək alətləri (bıçaqlar,  iynələr, 

bizlər,  oraqlar,  sürtkəclər,  balıq  tutmaq  üçün  qırmaqlar),  bəzək 

əşyaları  (muncuqlar,  qolbaqlar,  asmalar)  və  s.  geniş  yayılmışdı. 

İnsanla birlikdə at dəfninə də tez-tez rast gəlinir. Atlar qəbrə qaçan 

vəziyyətdə qoyulardı. Döyüş arabalarının qalıqlarına da sıx-sıx rast 

gəlinir (Зданович Г.Б., 1996). Hazırda arxeoloqlar Sintaşta və ona 

qohum  olan  Petrovsk  mədəniyyətlərinə  aid  16  kurqanda  bu  tip 

araba aşkar etmişlər. Onlar e.ə. II minilliyin əvvəllərinə aiddirlər. 

Qəbirlərdə malqara, kiçik buyunuzlu heyvan və it sümüklə-

rinə də rast gəlinir (Зданович Д.Г., 2005). 

Hazırda  alimlər  arasında  Sintaşta  mədəniyyətinin  mənşəyi 

barədə  vahid  fikir  yoxdur  (Происхождение  и  хронология.., 

2010 г). T.Potyomkin, V.Qorbunov, O.Kuzmin, A.Pryaxin onun 

mənşəyini  Abaşevsakaya,  N.Malov,  V.Filipçenko,  A.Yepi-

maxov.  Y.Tkaçov  katakomba  (Ткачев  В.В.,  Хаванский  А.И., 

2006 )  mədəniyyətlərinə  bağlayırlar.  Çuxur  mədəniyyəti  fər-

ziyyəsini irəli sürənlər də var (Виноградов Н.Б., 2010 ). 

Sintaşta  mədəniyyətinin  köklərini  Ön  Asiyaya  bağlayanlar 

da var (Григорьев С.А., 2010 ) və fikrimizcə, onlar haqlıdırlar.  

Sintaşta  mədəniyyəti  kurqanlarındakı  skeletlərdən  götürül-

müş  DNT  nümunələrinin  analizləri  bu  mədəniyyətin  daşıyıcıla-

rının R1a (R1a1a1b2a2 –Z2124 və R1a1a1b2a2 –Z2123) Y-xro-

mosomuna (ata xətti) və J1, J2, N1 və U2 mitoxondrial haploq-

rupuna  (ana  xətti)  sahib  olduqlarını,  başqa  sözlə,  qıpçaq-bulqar 

olduqlarını ortaya qoymuşdur. 

Tədqiqatçıların  bir  çoxu  e.ə.  II  minilliyin  birinci  yarısına  aid 

edilən,  Volqa-Ural  bölgəsini  əhatə  edən  Potapovo  mədəniyyətini 

də  Sintaşta  mədəniyyətinin  tərkib  hissəsi  kimi  gözdən  keçirirlər. 

Bu  mədəniyyətin  daşıyıcıları  da  ölülərini  kurqanlarda  dəfn  edir, 

edir onları  böyrü üstə, bükülü  vəziyyətdə  basdırırdılar. Skeletlərin 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə